80
Milli ədəbiyyat
90
illiyi
Hökumə Billuri
1926-2000
MART
Hökumə İbrahim qızı Billuri 1926-cı
il mart ayının 3-də Cənubi Azərbaycanın
Zəncan şəhərində anadan olmuş-
dur. 1933-1943-cü illərdə “Azəri” qız
məktəbində təhsil almış və sonra həmin
məktəbdə müəllim kimi çalışmağa baş-
lamışdır. Sovet ordusu İranda olduğu
dövrdə ictimai-siyasi fəaliyyətə başla-
mış, vilayət partiya komitəsinin üzvü
olmuşdur. İlk şeirlərini orta məktəbdə
ikən fars, sonra Azərbaycan dilində
yazmışdır. Azərbaycan dilində yazdığı
“Fəhlə”, “Gözlərim”, “Sübh açıldı” və
s. şeirləri və məqalələri 1945-ci ildə
“Azər” ,“Vətən yolunda” qəzetlərində,
“Azərbaycan” jurnalında dərc edilmiş-
dir. 1945-1946-cı illərdə Azərbaycan
Demokrat Partiyası Zəncan Vilayət
Komitəsi təbliğat şöbəsinin sədr mü-
avini, SSRİ ilə İran arasında mədəni
rabitə cəmiyyəti Zəncan şöbəsinin sədr
müavini, mədəniyyət evi kitabxanasının
müdiri vəzifələrində çalışmışdır. Cənubi
Azərbaycanda inqilabi hadisələrin fəal
iştirakçısı olduğuna görə “21 Azər”
medalı ilə təltif edilmişdir. 1946-cı
ilin dekabr ayından etibarən Şimali
Azərbaycanda mühacirətdə yaşamağa
məcbur olmuşdur. Həmin vaxtdan fəal
elmi və bədii yaradıcılıqla məşğul ol-
muş, dövri mətbuatda müntəzəm çıxış
etmişdir. 1955-ci ildə “Şeirlər”, 1963-
cü ildə “Azadlıq baharı”, 1970-ci ildə
“İthaf”, 1980-ci ildə “Könül baharı” və
s. kitabları Bakıda və rus dilində Mosk-
vada nəşr olunmuşdur.
1952-ci ildə ADU-nun (indiki BDU)
filologiya fakültəsini bitirmiş, 1952-
1954-cü illərdə Azərnəşrdə ədəbi-bədii
şöbədə redaktor işləmiş, 1954-1956-cı
illərdə Azərbaycan KP MK nəzdində
partiya məktəbini fərqlənmə diplomu
ilə bitirmişdir. Bu dövrdə o, iki dəfə
Azərbaycan Demokrat Partiyası MK-nın
üzvü seçilmişdir. 1956-1960-cı illərdə
Azərbaycan Demokrat Partiyası MK-nın
siyasi orqanı - “Azərbaycan” qəzetinin
baş redaktoru vəzifəsində çalışmışdır.
1960-1963-cü illərdə Moskvada Sov.
İKP MK nəzdində olan İctimai Elmlər
Akademiyasında təhsil almış, orada
“İran Azərbaycanının realist-demokratik
ədəbiyyatı” mövzusunda dissertasi-
ya müdafiə edərək filologiya elmləri
namizədi elmi dərəcəsini almışdır. 1964-
cü ildən Azərbaycan Elmlər Akademi-
yasının (indiki AMEA) Yaxın və Orta
Şərq Xalqları İnstitutunda baş elmi işçi
vəzifəsində çalışmışdır. Azərbaycan Ali
Soveti Rəyasət Heyətinin Fəxri fərmanı
və SSRİ medalları ilə təltif edilmişdir.
1958-ci ildən Azərbaycan Yazıçılar Bir-
liyinin üzvü olan Hökumə Billuri 1984-
cü ildə “Əməkdar incəsənət xadimi”
fəxri adına layiq görülmüş, 1985-ci ildə
Əmək veteranı olmuşdur.
Sairə, ədəbiyyatşünas Hökumə Billu-
ri 2000-ci il noyabr ayının 22-də Bakıda
vəfat etmişdir.
Ə d ə b i y y a t
Seçilmiş əsərləri
/H.Billuri.- Bakı: Şərq-
Qərb, 2005.- 224 s.
Dünya belə dünyadır:
şeirlər /H.Billuri.- Bakı:
Yazıçı, 1989.- 133,[1] s.:
portr., 17 sm.
Məhəmmədhüseyn
Şəhriyar /H.Billuri.-
Bakı: Elm, 1984.- 156 s.
Nə qəribə dünya
imiş... /H.Billuri; red.
A.Bağırov.- Bakı:
Azərbaycan, 1997.-224 s.
Fərəcov, S. Ayrılıq
həsrətli, vətən soraqlı...:
[H.Billuri haqqında]
/S.Fərəcov //Mədəniyyət.-
2011.- 2 mart.- S.14.
İ n t e r n e t d ə
www.az.wikipedia.org
www.adam.az
www.anl.az
3
Şairə
81
Milli ədəbiyyat
110
illiyi
Süleyman Rüstəm
1906-1989
MART
Süleyman Əliabbas oğlu Rüstəmzadə
(Süleyman Rüstəm) 1906-cı il mart ayı-
nın 12-də Bakıda anadan olmuşdur. Rus-
tatar məktəbini bitirmiş, N.Nərimanov
adına Bakı Sənaye Texnikumunun elekt-
rik mexanikası şöbəsində təhsil almışdır.
Texnikumun ictimai həyatında fəal çalış-
mış, divar qəzetində felyeton və şeirlərlə,
“Molla Nəsrəddin” məcmuəsində kiçik
xəbərlərlə çıxış etmişdir. “Unudulmuş
gənc” adlı ilk mətbu şeiri “Maarif və
mədəniyyət” jurnalında dərc edilmiş-
dir. Həmin vaxtdan dövri mətbuatda
müntəzəm çıxış etməyə başlamışdır.
1924-cü ildə texnikumda təhsilini ya-
rımçıq qoyaraq pedaqoji təmayüllü 18
saylı ikinci dərəcəli birləşmiş zəhmət
məktəbinin son kursuna dəyişilmişdir.
1925-ci ildə həmin məktəbi bitirib “Gənc
işçi” qəzeti redaksiyasında ədəbiyyat
şöbəsinin müdiri kimi əmək fəaliyyətinə
başlamış, eyni zamanda ADU-nun Şərq
fakültəsinə (indiki BDU) daxil olmuş-
dur. Tələbəlik illərində ədəbiyyat və
dram dərnəklərində fəal iştirak etmiş,
dövri mətbuatda şeir, hekayə və felye-
tonlarını “S.R.”, “Dəmirçi”, “D.oğlu” və
başqa imzalarla çap etdirmişdir. 1926-
1934-cü illərdə “Maarif və mədəniyyət”
jurnalında məsul katib vəzifəsində ça-
lışmışdır. 1929-cu ildə Moskva Dövlət
Universitetinin Ədəbiyyat və incəsənət
fakültəsinə köçürülmüşdür. 1934-cü
ildən Azərbaycan Yazıçılar Birliyinin
üzvü olmuşdur. 1935-ci ildə Zaqafqa-
ziya Mərkəzi İcraiyyə Komitəsinə üzv,
1938-ci ildə Birinci çağırış Azərbaycan
Ali Sovetinə deputat seçilmişdir. Bun-
dan sonra bütün çağırışlarda xalq elçisi
olmuşdur. “Qaçaq Nəbi” pyesi üzərində
işləmiş və 1940-cı ildə əsər tamaşaya
qoyulmuşdur. 1941-ci ildə Sovet Or-
dusu tərkibində Cənubi Azərbaycanda
olmuş, Təbrizdə çıxan “Vətən yolun-
da” qəzetində öz şeirlərini “Süleyman
Hikmət” imzası ilə çap etdirmişdir. Şima-
li Qafqazda, Mozdok və Kerç ətrafında
döyüşlərdə batalyon komissarı, eləcə də
siyasi işçi kimi fəaliyyət göstərmişdir.
1945-ci ilin sentyabrında Səməd Vurğun-
la birgə Azərbaycan SSR Dövlət himni-
nin sözlərini yazmışdır. Azərbaycan
SSR Xarici ölkələrlə Dostluq və Mədəni
Əlaqə Cəmiyyəti Sovet-Bolqar dost-
luğu şöbəsinin idarə heyətinin sədri,
SSRİ Yazıçılar İttifaqı idarə heyətinin
üzvü, Azərbaycan KP MK üzvü kimi
fəal ictimai fəaliyyətlə məşğul olmuş-
dur. “Ədəbiyyat qəzeti”nin baş redakto-
ru olmuşdur. Xidmətlərinə görə 1943-cü
ildə “Azərbaycanın Əməkdar incəsənət
xadimi”, 1960-cı ildə “Xalq şairi” fəxri
adlarına layiq görülmüş, 1950-ci ildə
SSRİ Dövlət Mükafatı laureatı, 1970-
ci ildə Azərbaycan Dövlət Mükafatı la-
ureatı, 1976-cı ildə “Sosialist Əməyi
Qəhrəmanı”, üç Lenin ordeni, iki “Qır-
mızı Əmək Bayrağı” ordeni və bir sıra
medallarla təltif olunmuşdur. Bolqarıstan
Xalq Məclisinin rəyasət heyəti tərəfindən
“Xalq hakimiyyətinin 25 illiyi”, “Georgi
Dmitrovun anadan olmasının 90 illiyi”
medallarına layiq görülmüşdür. Ömrü-
nün sonunadək Azərbaycan SSR Ali So-
vetinin sədri vəzifəsində çalışmışdır.
Süleyman Rüstəm 1989-cu il iyun
ayının 10-da Bakıda vəfat etmiş, Fəxri
Xiyabanda dəfn edilmişdir. Bakıda adını
daşıyan küçə var.
12
Şair
Ə d ə b i y y a t
Seçilmiş əsərləri: 3
cilddə /S.Rüstəm.- Bakı:
Şərq-Qərb, 2005.
Şeirlər /S.Rüstəm
//Ədalət.- 2014.- 25
yanvar.- S.20.
Əsgərzadə, Q.
Süleyman Rüstəm.
Nəğmələrdə döyünən
ürək: mahnılar,
qəzəllər... /müəllif və ki-
tabın tərt. Q.Əsgərzadə
(ön söz. müəl.).- [Bakı]:
Çaşıoğlu, 2015.- 268 s.
Ədilli, Ş. Güney
dərdimizdən ən çox
yazmış şair /Ş.Ədilli
//Təzadlar.- 2015.- 6
yanvar.- S.10.
Şəymən. Azərbaycanı
tərənnüm edən şair...:
Süleyman Rüstəmin
əsərlərində milli ide-
yanın təlqin və təbliği
mühüm əhəmiyyət kəsb
edir /Şəymən //Şərq.-
2014.- 12 noyabr.- S.11.
Избранное:
стихотво-рения и
поэмы /С.Рустам.-
М.: Худож. лит.,
1986.- 350 с.
İ n t e r n e t d ə
www.az.wikipedia.org
www.adam.az
www.anl.az