Kbt я25 uot (059) Baş redaktor



Yüklə 6,03 Mb.
Pdf görüntüsü
səhifə37/204
tarix24.12.2017
ölçüsü6,03 Mb.
#17748
1   ...   33   34   35   36   37   38   39   40   ...   204

80

Milli ədəbiyyat 

90 

illiyi

Hökumə Billuri

1926-2000     

MART

Hökumə İbrahim qızı Billuri 1926-cı 

il mart ayının 3-də Cənubi Azərbaycanın 

Zəncan  şəhərində  anadan  olmuş-

dur.  1933-1943-cü  illərdə  “Azəri”  qız 

məktəbində təhsil almış və sonra həmin 

məktəbdə müəllim kimi çalışmağa baş-

lamışdır.  Sovet  ordusu  İranda  olduğu 

dövrdə  ictimai-siyasi  fəaliyyətə  başla-

mış,  vilayət  partiya  komitəsinin  üzvü 

olmuşdur.  İlk  şeirlərini  orta  məktəbdə 

ikən  fars,  sonra  Azərbaycan  dilində 

yazmışdır.  Azərbaycan  dilində  yazdığı 

“Fəhlə”,  “Gözlərim”,  “Sübh  açıldı”  və 

s.  şeirləri    və    məqalələri  1945-ci  ildə 

“Azər”  ,“Vətən  yolunda”  qəzetlərində, 

“Azərbaycan”  jurnalında  dərc  edilmiş-

dir.  1945-1946-cı  illərdə  Azərbaycan 

Demokrat  Partiyası  Zəncan  Vilayət 

Komitəsi  təbliğat  şöbəsinin  sədr  mü-

avini,  SSRİ  ilə  İran  arasında  mədəni 

rabitə cəmiyyəti Zəncan şöbəsinin sədr 

müavini, mədəniyyət evi kitabxanasının 

müdiri vəzifələrində çalışmışdır. Cənubi 

Azərbaycanda  inqilabi  hadisələrin  fəal 

iştirakçısı  olduğuna  görə  “21  Azər” 

medalı  ilə  təltif  edilmişdir.  1946-cı 

ilin  dekabr  ayından  etibarən  Şimali 

Azərbaycanda  mühacirətdə  yaşamağa 

məcbur  olmuşdur.  Həmin  vaxtdan  fəal 

elmi  və  bədii  yaradıcılıqla  məşğul  ol-

muş,  dövri  mətbuatda  müntəzəm  çıxış 

etmişdir.  1955-ci  ildə  “Şeirlər”,  1963-

cü  ildə  “Azadlıq  baharı”,  1970-ci  ildə 

“İthaf”, 1980-ci ildə “Könül baharı” və 

s. kitabları Bakıda və rus dilində Mosk-

vada nəşr olunmuşdur.

1952-ci ildə ADU-nun (indiki BDU) 

filologiya  fakültəsini  bitirmiş,  1952-

1954-cü illərdə Azərnəşrdə ədəbi-bədii 

şöbədə  redaktor  işləmiş,  1954-1956-cı 

illərdə  Azərbaycan  KP  MK  nəzdində 

partiya  məktəbini  fərqlənmə  diplomu 

ilə  bitirmişdir.  Bu  dövrdə  o,  iki  dəfə 

Azərbaycan Demokrat Partiyası MK-nın 

üzvü  seçilmişdir.  1956-1960-cı  illərdə 

Azərbaycan Demokrat Partiyası MK-nın 

siyasi orqanı - “Azərbaycan” qəzetinin 

baş  redaktoru  vəzifəsində  çalışmışdır. 

1960-1963-cü  illərdə  Moskvada  Sov.

İKP MK nəzdində olan İctimai Elmlər 

Akademiyasında  təhsil  almış,  orada 

“İran Azərbaycanının realist-demokratik 

ədəbiyyatı”  mövzusunda  dissertasi-

ya  müdafiə  edərək  filologiya  elmləri 

namizədi elmi dərəcəsini almışdır. 1964-

cü  ildən Azərbaycan  Elmlər Akademi-

yasının  (indiki AMEA)  Yaxın  və  Orta 

Şərq Xalqları İnstitutunda baş elmi işçi 

vəzifəsində çalışmışdır. Azərbaycan Ali 

Soveti Rəyasət Heyətinin Fəxri fərmanı 

və  SSRİ  medalları  ilə  təltif  edilmişdir. 

1958-ci ildən Azərbaycan Yazıçılar Bir-

liyinin üzvü olan Hökumə Billuri 1984-

cü  ildə  “Əməkdar  incəsənət  xadimi” 

fəxri adına layiq görülmüş, 1985-ci ildə 

Əmək veteranı olmuşdur.

Sairə, ədəbiyyatşünas Hökumə Billu-

ri 2000-ci il noyabr ayının 22-də Bakıda 

vəfat etmişdir.



Ə d ə b i y y a t

Seçilmiş əsərləri 

/H.Billuri.- Bakı: Şərq-

Qərb, 2005.- 224 s.

Dünya belə dünyadır: 

şeirlər /H.Billuri.- Bakı: 

Yazıçı, 1989.- 133,[1] s.: 

portr., 17 sm.

Məhəmmədhüseyn 

Şəhriyar /H.Billuri.- 

Bakı: Elm, 1984.- 156 s.

qəribə dünya 

imiş... /H.Billuri; red. 

A.Bağırov.- Bakı: 

Azərbaycan, 1997.-224 s.

Fərəcov, S. Ayrılıq 

həsrətli, vətən soraqlı...: 

[H.Billuri haqqında] 

/S.Fərəcov //Mədəniyyət.- 

2011.- 2 mart.- S.14.

İ n t e r n e t d ə

www.az.wikipedia.org

www.adam.az

www.anl.az

3

Şairə


81

Milli ədəbiyyat 

110 

illiyi

Süleyman Rüstəm 

1906-1989                   

MART

Süleyman Əliabbas oğlu Rüstəmzadə 

(Süleyman Rüstəm) 1906-cı il mart ayı-

nın 12-də Bakıda anadan olmuşdur. Rus-

tatar  məktəbini  bitirmiş,  N.Nərimanov 

adına Bakı Sənaye Texnikumunun elekt-

rik mexanikası şöbəsində təhsil almışdır. 

Texnikumun ictimai həyatında fəal çalış-

mış, divar qəzetində felyeton və şeirlərlə, 

“Molla  Nəsrəddin”  məcmuəsində  kiçik 

xəbərlərlə  çıxış  etmişdir.  “Unudulmuş 

gənc”  adlı  ilk  mətbu  şeiri  “Maarif  və 

mədəniyyət”  jurnalında  dərc  edilmiş-

dir.  Həmin  vaxtdan  dövri  mətbuatda 

müntəzəm  çıxış  etməyə  başlamışdır. 

1924-cü  ildə  texnikumda  təhsilini  ya-

rımçıq  qoyaraq  pedaqoji  təmayüllü  18 

saylı  ikinci  dərəcəli  birləşmiş  zəhmət 

məktəbinin  son  kursuna  dəyişilmişdir. 

1925-ci ildə həmin məktəbi bitirib “Gənc 

işçi”  qəzeti  redaksiyasında  ədəbiyyat 

şöbəsinin müdiri kimi əmək fəaliyyətinə 

başlamış, eyni zamanda ADU-nun Şərq 

fakültəsinə  (indiki  BDU)  daxil  olmuş-

dur.  Tələbəlik  illərində  ədəbiyyat  və 

dram  dərnəklərində  fəal  iştirak  etmiş, 

dövri  mətbuatda  şeir,  hekayə  və  felye-

tonlarını “S.R.”, “Dəmirçi”, “D.oğlu” və 

başqa  imzalarla  çap  etdirmişdir.  1926-

1934-cü illərdə “Maarif və mədəniyyət” 

jurnalında  məsul  katib  vəzifəsində  ça-

lışmışdır.  1929-cu  ildə  Moskva  Dövlət 

Universitetinin  Ədəbiyyat  və  incəsənət 

fakültəsinə  köçürülmüşdür.  1934-cü 

ildən  Azərbaycan  Yazıçılar  Birliyinin 

üzvü  olmuşdur.  1935-ci  ildə  Zaqafqa-

ziya  Mərkəzi  İcraiyyə  Komitəsinə  üzv, 

1938-ci ildə Birinci çağırış Azərbaycan 

Ali  Sovetinə  deputat  seçilmişdir.  Bun-

dan sonra bütün çağırışlarda xalq elçisi 

olmuşdur. “Qaçaq Nəbi” pyesi üzərində 

işləmiş  və  1940-cı  ildə  əsər  tamaşaya 

qoyulmuşdur.  1941-ci  ildə  Sovet  Or-

dusu  tərkibində  Cənubi  Azərbaycanda 

olmuş,  Təbrizdə  çıxan  “Vətən  yolun-

da”  qəzetində  öz  şeirlərini  “Süleyman 

Hikmət” imzası ilə çap etdirmişdir. Şima-

li Qafqazda, Mozdok və Kerç ətrafında 

döyüşlərdə batalyon komissarı, eləcə də 

siyasi  işçi  kimi  fəaliyyət  göstərmişdir. 

1945-ci ilin sentyabrında Səməd Vurğun-

la birgə Azərbaycan SSR Dövlət himni-

nin  sözlərini  yazmışdır.  Azərbaycan 

SSR Xarici ölkələrlə Dostluq və Mədəni 

Əlaqə  Cəmiyyəti  Sovet-Bolqar  dost-

luğu  şöbəsinin  idarə  heyətinin  sədri, 

SSRİ  Yazıçılar  İttifaqı  idarə  heyətinin 

üzvü,  Azərbaycan  KP  MK  üzvü  kimi 

fəal  ictimai  fəaliyyətlə  məşğul  olmuş-

dur. “Ədəbiyyat qəzeti”nin baş redakto-

ru olmuşdur. Xidmətlərinə görə 1943-cü 

ildə  “Azərbaycanın  Əməkdar  incəsənət 

xadimi”, 1960-cı ildə “Xalq şairi” fəxri 

adlarına  layiq  görülmüş,  1950-ci  ildə 

SSRİ  Dövlət  Mükafatı  laureatı,  1970-

ci ildə Azərbaycan Dövlət Mükafatı la-

ureatı,  1976-cı  ildə  “Sosialist  Əməyi 

Qəhrəmanı”, üç Lenin ordeni, iki “Qır-

mızı  Əmək  Bayrağı”  ordeni  və  bir  sıra 

medallarla təltif olunmuşdur. Bolqarıstan 

Xalq Məclisinin rəyasət heyəti tərəfindən 

“Xalq hakimiyyətinin 25 illiyi”, “Georgi 

Dmitrovun  anadan  olmasının  90  illiyi” 

medallarına  layiq  görülmüşdür.  Ömrü-

nün sonunadək Azərbaycan SSR Ali So-

vetinin sədri vəzifəsində çalışmışdır.

Süleyman  Rüstəm  1989-cu  il  iyun 

ayının  10-da  Bakıda  vəfat  etmiş,  Fəxri 

Xiyabanda dəfn edilmişdir. Bakıda adını 

daşıyan küçə var.



12

Şair

Ə d ə b i y y a t

Seçilmiş əsərləri: 3 

cilddə /S.Rüstəm.- Bakı: 

Şərq-Qərb, 2005.

Şeirlər /S.Rüstəm            

//Ədalət.- 2014.- 25 

yanvar.- S.20.

Əsgərzadə, Q. 

Süleyman Rüstəm. 

Nəğmələrdə döyünən 

ürək: mahnılar, 

qəzəllər... /müəllif və ki-

tabın tərt. Q.Əsgərzadə 

(ön söz. müəl.).- [Bakı]: 

Çaşıoğlu, 2015.- 268 s.

Ədilli, Ş. Güney 

dərdimizdən ən çox 

yazmış şair  /Ş.Ədilli              

//Təzadlar.- 2015.- 6 

yanvar.- S.10.

Şəymən. Azərbaycanı 

tərənnüm edən şair...: 

Süleyman Rüstəmin 

əsərlərində milli ide-

yanın təlqin və təbliği 

mühüm əhəmiyyət kəsb 

edir  /Şəymən //Şərq.- 

2014.- 12 noyabr.- S.11. 

Избранное: 

стихотво-рения и 

поэмы /С.Рустам.- 

М.: Худож. лит., 

1986.- 350 с.

İ n t e r n e t d ə

www.az.wikipedia.org

www.adam.az

www.anl.az


Yüklə 6,03 Mb.

Dostları ilə paylaş:
1   ...   33   34   35   36   37   38   39   40   ...   204




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə