104
Ə d ə b i y y a t
Azərbaycan mifologi-
yası: tədqiqi tarixindən
/A.Şükürov.- Bakı: Çıraq,
2005.- 72 s.
Hamı üçün fəlsəfə
/A.Şükürov, M.Şükürov.-
Bakı: Mütərcim, 2010.-133
s.
Fəlsəfə:ali məktəblər üçün
dərslik /A.Şükürov; elmi
red.: İ.Əliyev, Z.Hacıyev.-
Bаkı: Adiloğlu, 2008.-485 s.
Fəlsəfə və qloballaşma
/A.Şükürov; elmi red.
İ.Əliyev.-Bаkı: Adiloğlu,
2002.-442 s.
Müstəqil dövrün fəlsəfəsi
və filosofları /A.Şükürov.-
Bakı: Səda, 2007.- 396 s.
Ağayar Şükürov: biblioq-
rafiya /tərt.: Y.Babayev,
A.Gözəlov.- Bakı: Ruh,
2000.- 107 s.
Ağayar Şükürov-60:
fəlsəfəyə həsr olunmuş
ömür /tərt. R.Əkbər, A.Əvəz
oğlu.- Bakı: Mütərcim,
2006.- 256 s.
İ n t e r n e t d ə
www.elibrary.azlib.net
www.az.wikipedia.org
www.anl.az
www.muallim.edu.az
Filosof
Ağayar Şükürov
1946-2008
Ağayar Məhəmməd oğlu Şükürov
1946-cı il mart ayının 25-də Biləsuvar
rayonunda anadan olmuşdur. Orta
məktəbi bitirdikdən sonra 1963-1967-
ci illərdə Azərbaycan Dövlət Universi-
tetinin (indiki BDU) tarix fakültəsində
təhsil almışdır.
1971-1974-cü illərdə Azərbaycan
Elmlər
Akademiyasının
(indiki
AMEA) Fəlsəfə və Hüquq İnstitutu-
nun aspiranturasına daxil olmuşdur.
1975-ci ildə “Milli və dini ənənələr”
mövzusunda dissertasiya müdafiə et-
miş, fəlsəfə elmləri namizədi elmi
dərəcəsi almışdır.
1975-1976-cı
illərdə
Bədən
Tərbiyəsi İnstitutunun Fəlsəfə kafed-
rasında baş müəllim işləmiş, sonra
Fəlsəfə və Hüquq İnstitutuna qayıt-
mışdır.
Əsasən fəlsəfə və din tarixi, mi-
fologiya, mədəniyyət və ekoloji
problemlərin tədqiqi ilə məşğul olmuş-
dur. 1984-cü ildə “Elm” nəşriyyatında
çap etdirdiyi “Müasir dövrün qlobal,
ekoloji və demoqrafik problemlərinin
sosial-fəlsəfi mahiyyəti” adlı əsəri
ilə Azərbaycan fəlsəfəsində yeni
bir istiqamətin - qlobal problemlər
istiqamətinin bünövrəsini qoymuşdur.
1989-cu ildə “Müasir qlobalistika-
da ekoloji problemlərin yeri və rolu”
adlı doktorluq dissertasiyasını müdafiə
edərək fəlsəfə elmləri doktoru elmi
dərəcəsi almışdır.
1990-cı ildən Fəlsəfə və Siyasi-
Hüquqi Tədqiqatlar İnstitutunda şöbə
müdiri vəzifəsində çalışmışdır. 1991-
ci ildə keçmiş SSRİ məkanında ilk
dəfə olaraq “Ekologiyanın fəlsəfi
problemləri” şöbəsini yaratmışdır.
Şöbə yarandığı gündən məhsuldar
fəaliyyət göstərmiş, 2006-cı ilə qədər
“Ekologiya. Fəlsəfə. Mədəniyyət” adlı
məcmuənin 42 buraxılışı çap olun-
muşdur.
A.Şükürov bir sıra beynəlxalq konf-
ranslarda iştirak və məruzələrlə çıxış
etmişdir. Əsərləri Rusiya və Türkiyədə
çap olunmuşdur. Onun 30-a qədər kita-
bı, o cümlədən, “Azərbaycan fəlsəfəsi”
(qədim dövr), “Fəlsəfə”, “Kulturolo-
giya”, “Sosial ekologiya” dərslikləri,
330-dən artıq elmi məqaləsi çapdan
çıxmışdır. Alim 2 elmlər doktoru, 25
elmlər namizədi yetişdirmişdir. 4 mart
2003-cü il tarixində Beynəlxalq Eko-
logiya və Təbiətdən İstifadə Akademi-
yasının həqiqi üzvü, akademiki seçil-
mişdir.
Görkəmli filosof Ağayar Şükürov
2008-ci il noyabr ayının 7-də vəfat et-
mişdir.
70
illiyi
Fəlsəfə.İqtisadiyyat
25
MART
105
Mədəniyyət.Maarif.Təhsil
80
illiyi
Yaşar Qarayev
1936-2002
MART
Yaşar Vahid oğlu Qarayev 1936-cı il
mart ayının 5-də Şəki şəhərində anadan
olmuşdur. 1946-cı ildə ailəsi ilə birgə
Bakıya köçmüş, burada 31 saylı şəhər
orta məktəbini bitirmişdir.
1954-1958-ci illərdə ADU-nun (in-
diki BDU) filologiya fakültəsində təhsil
almış, 1987-ci ildə Azərbaycan EA-nın
Nizami adına Dil və Ədəbiyyat İnsti-
tutunda baş laborant, kiçik elmi işçi,
baş elmi işçi, Nəzəriyyə və ədəbi pro-
ses şöbəsinin müdiri, institutun elmi
işlər üzrə direktor müavini və direktoru
vəzifələrində çalışmışdır.
1955-ci ildə “Lenin tərbiyəsi uğ-
runda” və “Azərbaycan gəncləri”
qəzetlərində ədəbi fəaliyyətə başlamış-
dır. Ədəbiyyatşünaslıq, ədəbi tənqid,
ədəbiyyat tarixçiliyi, teatrşünaslıq, es-
tetika və nəhayət, humanitar elmlərin
nəzəri-metodoloji problemləri əsas
tədqiqat obyekti olmuşdur. 1964-cü ildən
Azərbaycan Yazıçılar Birliyinin (AYB)
üzvü idi.
1976-1991-ci
illərdə
“Yaşar”,
“Q.Yaşar”, “Y.Qarayev” imzaları ilə dərc
olunmuşdur. 1990-cı ildən Ali Attestasi-
ya Komissiyasının, Azərbaycan Milli Ya-
radıcılıq Akademiyası Rəyasət Heyətinin
üzvü və humanitar bölməsinin həmsədri,
1991-ci ildən tənqid və ədəbiyyatşünaslıq
üzrə AYB-nin katibi seçilmişdir.
Həmçinin, 1993-cü ildən Azərbaycanda
daimi fəaliyyətdə olan Şəhriyar konq-
resi komitəsinin sədri, “Ədəbi pro-
ses” adlı illik elmi-tənqidi məcmuənin
təşəbbüsçüsü, müəlliflərindən biri və
məsul redaktoru olmuşdur.
“Şərqin dahisi”, “Tənqid: problemlər,
portretlər”, “Azərbaycan ədəbiyyatında
faciə janrı”, “Tarix: yaxından və uzaq-
dan” adlı əsərlərin müəllifidir.
Respublikanın elmi və ədəbi-mədəni
inkişafında fəal çalışmış, “Dünya
ədəbiyyatının inkişaf qanunauyğun-
luqları” problemi üzrə əlaqələndirmə
şurasının sədri, Ədəbiyyat İnstitu-
tu elmi şurasının sədri, Memarlıq və
İncəsənət İnstitutunun, Türkmənistan
EA Dil və Ədəbiyyat İnstitutu elmi şu-
rasının, Azərbaycan Yazıçılar İttifaqı
İdarə Heyətinin, Mədəniyyət Nazirliyi
bədii şurasının, “Yazıçı” nəşriyyatının
bədii şurasının, “Azərbaycan” və “Ul-
duz” jurnalı redaksiya heyətinin, “Bilik”
cəmiyyəti redaksiya heyətinin, ensiklo-
pediya elmi redaksiya heyətinin üzvü ol-
muşdur. Eyni zamanda SSRİ Yazıçılar İt-
tifaqı Rəyasət Heyəti yanında Tənqid və
ədəbiyyatşünaslıq şurasının, Azərbaycan
Yazıçılar İttifaqı M.F.Axundov adına
mükafat komissiyasının üzvü olmuşdur.
1994-cü ildən “Füzuli vəqfi” fondu-
nun rəyasət heyətinin üzvü kimi fəaliyyət
göstərmişdir. 1980-ci ildə Azərbaycan
Dövlət mükafatı laureatı, 1982-ci ildə
“Azərbaycanın Əməkdar elm xadimi”
fəxri adına layiq görülmüş, 1985-ci ildə
professor, 1990-cı ildə Azərbaycan Milli
Yaradıcılıq Akademiyasının həqiqi üzvü,
2002-ci ildə AMEA-nın müxbir üzvü se-
çilmişdir.
Yaşar Qarayev 2002-ci ildə vəfat et-
miş, Fəxri Xiyabanda dəfn edilmişdir.
Ə d ə b i y y a t
Xarıbülbülün nağılı
/Y.Qarayev.- Bakı:
Azərnəşr, 1994.- 56 s.
Şərqin dahisi
/Y.Qarayev.- Bakı:
Azərbaycan Ensiklope-
diyası, 1996.- 52 s.
Tarix: yaxından və uzaq-
dan /Y.Qarayev.- Bakı,
1996.- 710 s.
Yaşar Qarayev: bibli-
oqrafik göstərici /tərt.
ed. Ə.Əfəndiyev.- Bakı:
Elm, 2001.- 215 s.
Yaşar Qarayevin
Qarabağ düşüncələri
[Mətn] /E. Mehrəliyev//
Ədəbiyyat qəzeti
.-2015.- 9 yanvar.- S.9.
Yaşar Qarayev Niza-
mi adına Ədəbiyyat
İnstitutunun qurucuları
/Ş.Alışanlı//Ədəbiyyat
məcmuəsi: Nizami adına
Ədəbiyyat İnstitutu-
nun Əsərləri .-2013.-
C.XXIV. - S.157-160.
Uğur. Ədəbiyyatşünas,
teatrşünas və tənqidçi
/Uğur //Xalq cəbhəsi.-
2014.- 19 avqust.- S. 11.
İ n t e r n e t d ə
www.anl.az
5
Tənqidçi