Kbt я25 uot (059) Baş redaktor



Yüklə 6,03 Mb.
Pdf görüntüsü
səhifə49/204
tarix24.12.2017
ölçüsü6,03 Mb.
#17748
1   ...   45   46   47   48   49   50   51   52   ...   204

104

Ə d ə b i y y a t 

Azərbaycan mifologi-

yası: tədqiqi tarixindən 

/A.Şükürov.- Bakı: Çıraq, 

2005.- 72 s.

Hamı üçün fəlsəfə 

/A.Şükürov, M.Şükürov.- 

Bakı: Mütərcim, 2010.-133 

s.

Fəlsəfə:ali məktəblər üçün 

dərslik /A.Şükürov; elmi 

red.: İ.Əliyev, Z.Hacıyev.-

Bаkı: Adiloğlu, 2008.-485 s.

Fəlsəfə və qloballaşma 

/A.Şükürov; elmi red. 

İ.Əliyev.-Bаkı: Adiloğlu, 

2002.-442 s.

Müstəqil dövrün fəlsəfəsi 

və filosofları /A.Şükürov.- 

Bakı: Səda, 2007.- 396 s.

Ağayar Şükürov: biblioq-

rafiya /tərt.: Y.Babayev, 

A.Gözəlov.- Bakı: Ruh, 

2000.- 107 s.

Ağayar Şükürov-60: 

fəlsəfəyə həsr olunmuş 

ömür /tərt. R.Əkbər, A.Əvəz 

oğlu.- Bakı: Mütərcim, 

2006.- 256 s.

İ n t e r n e t d ə

www.elibrary.azlib.net

www.az.wikipedia.org

www.anl.az

www.muallim.edu.az

Filosof

Ağayar Şükürov

1946-2008  

Ağayar  Məhəmməd  oğlu  Şükürov 

1946-cı il mart ayının 25-də Biləsuvar 

rayonunda  anadan  olmuşdur.  Orta 

məktəbi bitirdikdən sonra 1963-1967-

ci illərdə Azərbaycan Dövlət Universi-

tetinin (indiki BDU) tarix fakültəsində 

təhsil almışdır.

1971-1974-cü  illərdə  Azərbaycan 

Elmlər 


Akademiyasının 

(indiki 


AMEA)  Fəlsəfə  və  Hüquq  İnstitutu-

nun  aspiranturasına  daxil  olmuşdur. 

1975-ci  ildə  “Milli  və  dini  ənənələr” 

mövzusunda  dissertasiya  müdafiə  et-

miş,  fəlsəfə  elmləri  namizədi  elmi 

dərəcəsi almışdır. 

1975-1976-cı 

illərdə 


Bədən 

Tərbiyəsi  İnstitutunun  Fəlsəfə  kafed-

rasında  baş  müəllim  işləmiş,  sonra 

Fəlsəfə  və  Hüquq  İnstitutuna  qayıt-

mışdır. 

Əsasən  fəlsəfə  və  din  tarixi,  mi-

fologiya,  mədəniyyət  və  ekoloji 

problemlərin tədqiqi ilə məşğul olmuş-

dur. 1984-cü ildə “Elm” nəşriyyatında 

çap  etdirdiyi  “Müasir  dövrün  qlobal, 

ekoloji və demoqrafik problemlərinin 

sosial-fəlsəfi  mahiyyəti”  adlı  əsəri 

ilə  Azərbaycan  fəlsəfəsində  yeni 

bir  istiqamətin  -  qlobal  problemlər 

istiqamətinin bünövrəsini qoymuşdur.

1989-cu ildə “Müasir qlobalistika-

da ekoloji problemlərin yeri və rolu” 

adlı doktorluq dissertasiyasını müdafiə 

edərək  fəlsəfə  elmləri  doktoru  elmi 

dərəcəsi almışdır.

1990-cı  ildən  Fəlsəfə  və  Siyasi-

Hüquqi Tədqiqatlar İnstitutunda şöbə 

müdiri  vəzifəsində  çalışmışdır.  1991-

ci  ildə  keçmiş  SSRİ  məkanında  ilk 

dəfə  olaraq  “Ekologiyanın  fəlsəfi 

problemləri”  şöbəsini  yaratmışdır. 

Şöbə  yarandığı  gündən  məhsuldar 

fəaliyyət göstərmiş, 2006-cı ilə qədər 

“Ekologiya. Fəlsəfə. Mədəniyyət” adlı 

məcmuənin  42  buraxılışı  çap  olun-

muşdur. 

A.Şükürov bir sıra beynəlxalq konf-

ranslarda  iştirak  və  məruzələrlə  çıxış 

etmişdir. Əsərləri Rusiya və Türkiyədə 

çap olunmuşdur. Onun 30-a qədər kita-

bı, o cümlədən, “Azərbaycan fəlsəfəsi” 

(qədim  dövr),  “Fəlsəfə”,  “Kulturolo-

giya”,  “Sosial  ekologiya”  dərslikləri, 

330-dən  artıq  elmi  məqaləsi  çapdan 

çıxmışdır. Alim  2  elmlər  doktoru,  25 

elmlər namizədi yetişdirmişdir. 4 mart 

2003-cü il tarixində Beynəlxalq Eko-

logiya və Təbiətdən İstifadə Akademi-

yasının həqiqi üzvü, akademiki seçil-

mişdir.

Görkəmli  filosof  Ağayar  Şükürov 



2008-ci il noyabr ayının 7-də vəfat et-

mişdir.


70 

illiyi

Fəlsəfə.İqtisadiyyat

25

MART


105

Mədəniyyət.Maarif.Təhsil

80

illiyi

Yaşar Qarayev

1936-2002

MART

Yaşar Vahid oğlu Qarayev 1936-cı il 

mart ayının 5-də Şəki şəhərində anadan 

olmuşdur.  1946-cı  ildə  ailəsi  ilə  birgə 

Bakıya  köçmüş,  burada  31  saylı  şəhər 

orta məktəbini bitirmişdir.

1954-1958-ci  illərdə  ADU-nun  (in-

diki BDU) filologiya fakültəsində təhsil 

almış,  1987-ci  ildə Azərbaycan  EA-nın  

Nizami  adına  Dil  və  Ədəbiyyat  İnsti-

tutunda  baş  laborant,  kiçik  elmi  işçi, 

baş  elmi  işçi,  Nəzəriyyə  və  ədəbi  pro-

ses  şöbəsinin  müdiri,  institutun  elmi 

işlər üzrə direktor müavini və direktoru 

vəzifələrində çalışmışdır.

1955-ci  ildə  “Lenin  tərbiyəsi  uğ-

runda”  və  “Azərbaycan  gəncləri” 

qəzetlərində  ədəbi  fəaliyyətə  başlamış-

dır.  Ədəbiyyatşünaslıq,  ədəbi  tənqid, 

ədəbiyyat  tarixçiliyi,  teatrşünaslıq,  es-

tetika  və  nəhayət,  humanitar  elmlərin 

nəzəri-metodoloji  problemləri  əsas 

tədqiqat obyekti olmuşdur. 1964-cü ildən 

Azərbaycan  Yazıçılar  Birliyinin  (AYB) 

üzvü idi.

1976-1991-ci 

illərdə 

“Yaşar”, 

“Q.Yaşar”, “Y.Qarayev” imzaları ilə dərc 

olunmuşdur. 1990-cı ildən Ali Attestasi-

ya Komissiyasının, Azərbaycan Milli Ya-

radıcılıq Akademiyası Rəyasət Heyətinin 

üzvü və humanitar bölməsinin həmsədri, 

1991-ci ildən tənqid və ədəbiyyatşünaslıq 

üzrə  AYB-nin  katibi  seçilmişdir. 

Həmçinin, 1993-cü ildən Azərbaycanda 

daimi  fəaliyyətdə  olan  Şəhriyar  konq-

resi  komitəsinin  sədri,  “Ədəbi  pro-

ses”  adlı  illik  elmi-tənqidi  məcmuənin 

təşəbbüsçüsü,  müəlliflərindən  biri  və 

məsul redaktoru olmuşdur. 

 

“Şərqin dahisi”, “Tənqid: problemlər, 



portretlər”,  “Azərbaycan  ədəbiyyatında 

faciə  janrı”,  “Tarix:  yaxından  və  uzaq-

dan” adlı əsərlərin müəllifidir.

Respublikanın elmi və ədəbi-mədəni 

inkişafında  fəal  çalışmış,  “Dünya 

ədəbiyyatının  inkişaf  qanunauyğun-

luqları”  problemi  üzrə  əlaqələndirmə 

şurasının  sədri,  Ədəbiyyat  İnstitu-

tu  elmi  şurasının  sədri,  Memarlıq  və 

İncəsənət  İnstitutunun,  Türkmənistan 

EA Dil və Ədəbiyyat İnstitutu elmi şu-

rasının,  Azərbaycan  Yazıçılar  İttifaqı 

İdarə  Heyətinin,  Mədəniyyət  Nazirliyi 

bədii  şurasının,  “Yazıçı”  nəşriyyatının 

bədii  şurasının,  “Azərbaycan”  və  “Ul-

duz” jurnalı redaksiya heyətinin, “Bilik” 

cəmiyyəti  redaksiya  heyətinin,  ensiklo-

pediya elmi redaksiya heyətinin üzvü ol-

muşdur. Eyni zamanda SSRİ Yazıçılar İt-

tifaqı Rəyasət Heyəti yanında Tənqid və 

ədəbiyyatşünaslıq şurasının, Azərbaycan 

Yazıçılar  İttifaqı  M.F.Axundov  adına 

mükafat komissiyasının üzvü olmuşdur.

1994-cü  ildən  “Füzuli  vəqfi”  fondu-

nun rəyasət heyətinin üzvü kimi fəaliyyət 

göstərmişdir.  1980-ci  ildə  Azərbaycan 

Dövlət  mükafatı  laureatı,  1982-ci  ildə 

“Azərbaycanın  Əməkdar  elm  xadimi” 

fəxri adına layiq görülmüş, 1985-ci ildə 

professor, 1990-cı ildə Azərbaycan Milli 

Yaradıcılıq Akademiyasının həqiqi üzvü, 

2002-ci ildə AMEA-nın müxbir üzvü se-

çilmişdir.

Yaşar Qarayev 2002-ci ildə vəfat et-

miş, Fəxri Xiyabanda dəfn edilmişdir.

Ə d ə b i y y a t

Xarıbülbülün nağılı 

/Y.Qarayev.- Bakı: 

Azərnəşr, 1994.- 56 s.

Şərqin dahisi 

/Y.Qarayev.- Bakı: 

Azərbaycan Ensiklope-

diyası, 1996.- 52 s. 

Tarix: yaxından və uzaq-

dan /Y.Qarayev.- Bakı, 

1996.- 710 s.

Yaşar Qarayev: bibli-

oqrafik göstərici /tərt. 

ed. Ə.Əfəndiyev.- Bakı: 

Elm, 2001.- 215 s. 

Yaşar Qarayevin 

Qarabağ düşüncələri 

[Mətn] /E. Mehrəliyev//

Ədəbiyyat qəzeti 

.-2015.- 9 yanvar.- S.9.

Yaşar Qarayev Niza-

mi adına Ədəbiyyat 

İnstitutunun qurucuları 

/Ş.Alışanlı//Ədəbiyyat 

məcmuəsi: Nizami adına 

Ədəbiyyat İnstitutu-

nun Əsərləri .-2013.- 

C.XXIV. - S.157-160.

Uğur. Ədəbiyyatşünas, 

teatrşünas və tənqidçi      

/Uğur //Xalq cəbhəsi.- 

2014.- 19 avqust.- S. 11.

İ n t e r n e t d ə

www.anl.az

5

Tənqidçi



Yüklə 6,03 Mb.

Dostları ilə paylaş:
1   ...   45   46   47   48   49   50   51   52   ...   204




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə