Kbt я25 uot (059) Baş redaktor



Yüklə 6,03 Mb.
Pdf görüntüsü
səhifə50/204
tarix24.12.2017
ölçüsü6,03 Mb.
#17748
1   ...   46   47   48   49   50   51   52   53   ...   204

106

Ə d ə b i y y a t 

XX əsr fars şeirində 

ənənə və novatorluq 

/B.Hüseynov.- Bakı: Elm, 

1975.- 337 s.

Mütərəqqi fars poezi-

yasında sovet mövzusu 

/B.Hüseynov.- Bakı: 

Azərnəşr, 1961.- 154 s.

Böyükağa Hüseynov Mur-

tuza oğlu 

 //


Azərbaycan 

Milli Elmlər Akademi-

yasının üzvləri haqqında 

məlumat kitabı /tərt. 

A.Əsədova.- Bakı, 2005.- 

K.II.- S. 261.

Hüseynov Böyükağa Mur-

tuza oğlu //Azərbaycan 

Sovet Ensiklopediyası: 10 

cilldə.- Bakı, 1987.- C.10.- 

S.284.

Поеты Ирана о 

Советском Союзе 

/Б.Гусейнов.- Москва: 

Наука, 1965.- 310 с.

İ n t e r n e t d ə

www.anl.az

www.orientalstudies.az

az.wikipedia.org

Şərqşünas

Böyükağa Hüseynov

1926-1983

Böyükağa  Murtuza  oğlu  Hüseynov 

1926-cı il mart ayının 7-də Bakıda ana-

dan  olmuşdur.  150  saylı  orta  məktəbi 

əla qiymətlərlə bitirmişdir. Azərbaycan 

Dövlət  Universitetinin  (indiki  BDU) 

Şərqşünaslıq  fakültəsində  təhsil  almış, 

təhsilini  davam  etdirmək  üçün  Mosk-

vaya  göndərilmişdir.  1949-cu  ildə 

Moskva Şərqşünaslıq İnstitutunun İran 

şöbəsini  bitirərək  Bakıya  dönmüşdür. 

Əvvəlcə Dilçilik İnstitutunda, sonra isə 

keçmiş KP MK-nın təbliğat şöbəsində 

işləmişdir. 1959-cu ildə Sov. İKP MK-

da və SSRİ EA-nın Asiya İnstitutunda 

məsul  vəzifələrdə  çalışmışdır.  1967-ci 

ildə  “Mütərəqqi  fars  poeziyasında  so-

vet mövzusu” adlı namizədlik disserta-

siyası  müdafiə  etmişdir.  1962-1983-cü 

illərdə Azərbaycan Elmlər Akademiya-

sının (indiki AMEA) Yaxın və Orta Şərq 

Xalqları İnstitutunun elmi işlər üzrə di-

rektor müavini, eyni zamanda İran filo-

logiyası şöbəsinin müdiri vəzifələrində 

çalışmışdır. 1974-cü ildə “XX əsr fars 

şeirində ənənə və novatorluq” mövzu-

sunda doktorluq dissertasiyası müdafiə 

edərək filologiya elmləri doktoru alim-

lik dərəcəsini almışdır. 1980-cı ildə ona 

professor elmi rütbəsi verilmiş, həmin 

il Azərbaycan  Elmlər Akademiyasının 

müxbir üzvü seçilmişdir. Eyni zaman-

da 1966-cı ildən ömrünün sonuna kimi 

İran  filologiyası  şöbəsinə  rəhbərlik  et-

mişdir. 

Görkəmli  alim  rus  və  fars  dillərini 

mükəmməl  bilməklə  yanaşı,  türk, 

ərəb,  özbək  xalqlarının  ədəbiyyatı  ilə 

də məşğul olmuş, Şərq dünyasının ya-

zıçı  və  şairlərinin  əsərlərini  tərcümə 

etmişdir.  Onun  Nasir  Xosrov,  Ömər 

Xəyyam, Seyidəddin Urfi, Jalə, Ehsan 

Təbəri, Nizari, Lahuti, Nadir Nadirpur 

kimi fars-tacik ədib və şairləri haqqında 

Azərbaycan Ensiklopediyasına yazdığı 

məqalələri, habelə “Sülh uğrunda xalq-

ların mübarizəsi”, Q.Aristovun “Torpaq 

və Günəş”, D.Sidorovun “Xurafata inan-

mağın zərəri haqqında” adlı tərcümə ki-

tabları bu gün də sevilir. Alim XIX əsrin 

sonu, XX əsrin əvvəli İran ədəbiyyatının 

aktual-nəzəri 

problemlərinə 

dair 


tədqiqatların  müəllifidir.  Onun  elmi 

əsərləri  Azərbaycandan  başqa  İran, 

Türkiyə, Çexoslovakiya, Rusiya və baş-

qa  ölkələrdə  çap  olunmuşdur.  Nəzəri 

cəhətdən yüksək səviyyədə geniş biliyə 

sahib  olan  alim  1970-ci  ildə  İranda, 

1973-cü ildə Fransada, 1976-cı ildə Al-

maniya  Demokratik  Respublikasında, 

1978-cidə Yəmən Ərəb Respublikasın-

da, Yunanıstanda, Türkiyədə, Çexoslo-

vakiyada beynəlxalq elmi konfranslar-

da məruzələr etmişdir.

Unudulmaz  insan, görkəmli alim həm 

də bədii yaradıcılıqla məşğul olmuşdur. 

O, məqalə və satirik hekayələrini “Bö-

yükağa Faiq” təxəllüsü ilə “Ədəbiyyat 

və  incəsənət”,  “Bakı”  qəzetlərində, 

“Kirpi” jurnalında dərc etdirmişdir.

Böyükağa Hüseynov 1983-cü il may 

ayının 31-də Bakıda vəfat etmişdir.



90 

illiyi

Mədəniyyət.Maarif.Təhsil

7

MART


107

Ə d ə b i y y a t 

Dünya dövlətləri: 

ensiklopedik-soraq kitabı 

/tərt.-müəl.: İ.Vəliyev, 

K.Muxtarov.- Bakı: 

Azərbaycan Ensiklopedi-

yası, 1999.- 216 s.

Ədəbiyyatda insan kon-

sepsiyası: tarixi təşəkkülü 

inkişaf mərhələlər 

/İ.Vəliyev.- Bakı: Günəş, 

1999.- 360 s.

Mif: keçmişdən gələcəyə 

/İ.Vəliyev.- Bakı: Nurlan, 

2013.- 307 s.

Redaktənin əsasları.

Nəzəriyyə və təcrübə 

/İ.Vəliyev.- Bakı: Günəş, 

2009.- 399 s.

Sevgi dünyam: şeirlər 

/İ.Vəliyev.- Bakı: Günəş, 

2001.- 256 s.

Uzaq dağların adamı: 

(İ.Ö.Vəliyevin həyat və 

yaradıcılığı haq.) /tərt.: 

Ə.Şamil və başq.- Bakı: 

Azərbaycan Ensiklopedi-

yası, 2002.- 320 s.

İ n t e r n e t d ə

www.anl.az

adam.az

www.folklorinstitutu.com/

ismayil-veliyev.htm

www.ebooks.az

Filoloq

İsmayıl Vəliyev

1951

İsmayıl  Ömər  oğlu  Vəliyev  (İsma-

yıl  Öməroğlu)  1951-ci  il  mart  ayının 

18-də  Qərbi  Azərbaycanda  anadan 

olmuş,  1968-ci  ildə  orta  məktəbi  əla 

qiymətlərlə  bitirdikdən  sonra  Bakı-

da  8  nömrəli  texniki-peşə  məktəbini 

fərqlənmə  diplomu  başa  vurmuşdur. 

1970-1975-ci illərdə Azərbaycan Dövlət 

Universitetinin (indiki BDU) jurnalisti-

ka  fakültəsinin  əyani  şöbəsində  təhsil 

almışdır.  1975-ci  ildən  Azərbaycan 

Dövlət Nəşriyyatında işləmişdir. 1976-

cı ildə Moskva Poliqrafiya İnstitutunda 

baş redaktor və redaksiya müdirlərinin 

ixtisasartırma kursunda təhsil almış və 

oranı  “əlaçı”  diplomu  ilə  bitirmişdir. 

1978-ci  ildən  “Yazıçı”  nəşriyyatında 

çalışmış,  1980-ci  ildən  Azərbaycan 

Dövlət Nəşriyyat, Poliqrafiya və Kitab 

Ticarəti İşləri Komitəsində Nəşriyyatlar 

İdarəsinin  rəisi,  1984-cü  ildən 

Azərbaycan  KP  Mərkəzi  Komitəsinin 

təbliğat  və  təşviqat  şöbəsi  müdiri-

nin  mətbuat  məsələləri  üzrə  müavini 

vəzifələrində  işləmışdır.  1989-1991-ci 

illərdə Azərbaycan  Sovet  Ensiklopedi-

yası Baş redaksiyasında baş redaktorun 

birinci  müavini,  1991-1992-ci  illərdə 

baş redaktor, Azərbaycan-Türkiyə birgə 

müəssisəsi “Göytürk” Nəşriyyat, Poliq-

rafiya və Ticarət Şirkətinin baş direkto-

ru olmuşdur. 1993-cü ildən 2004-cü ilin 

aprelinədək  “Azərbaycan  Ensiklopedi-

yası”  Nəşriyyat-Poliqrafiya  Birliyinin 

baş  direktoru  və  baş  redaktoru  olmuş-

dur. 

1971-ci  ildən Azərbaycan  Radio  və 



Televiziyası ilə əməkdaşlıq etmiş, on ilə 

yaxın “Bulaq” folklor verilişinin daimi 

müəlliflərindən biri olmuşdur. Onun ha-

zırladığı  verilişlərin  bir  çoxu  radionun 

“Qızıl  fond”unda  saxlanılmaqdadır. 

Bundan əlavə, “Zəka” radio elmi proq-

ramının  uzun  illər  ssenari  müəllifi  və 

aparıcısı olmuşdur.

1983-cü  ildə  “Ədəbi  portret:  onun 

funksiyası  və  tipologiyası”  mövzusun-

da  namizədlik  dissertasiyası  müdafiə 

edərək filologiya elmləri namizədi alim-

lik dərəcəsi almışdır. 2001-ci ildə dok-

torluq  dissertasiyasını  uğurla  müdafiə 

etmiş  və  filologiya  elmləri  doktoru 

adına  layiq  görülmüşdür.  Həmin  ildən 

BDU-nun  “Kitabşünaslıq  və  nəşriyyat 

işi” kafedrasının professorudur.

“Dünya  susur,  tarix  susmur”,  “Sarı 

buğda”,  “İnsan  həyatda  və  sənətdə”, 

“Burulğanlar  içində”  kimi  32  kitabın, 

400-dən çox elmi, 500-dən çox elmi və 

publisistik  məqalənin,  elmi  məruzə  və 

çıxışın müəllifi, 9 kitabın tərcüməçisidir. 

İ.Vəliyevin bəzi əsərləri ingilis, alman, 

türk,  ukrayna,  rus  və  ərəb  dillərinə 

tərcümə olunmuşdur.  

1979-cu ildən Azərbaycan Jurnalistlər 

Birliyinin, 1985-ci ildən isə Azərbaycan 

Yazıçılar  Birliyinin,  həmçinin  Dövlət 

Dil  Komissiyasının,  Toponomiya  Ko-

missiyasının,  Füzuli  adına  Dövlət 

Mükafat  Komissiyasının  üzvüdür. 

Azərbaycan  Qaçqınlar  Cəmiyyətinin 

yaradıcılarından  biri  və  sədrin  birinci 

müavini olmuşdur. 



65 

illiyi

Mədəniyyət.Maarif.Təhsil

18

MART


Yüklə 6,03 Mb.

Dostları ilə paylaş:
1   ...   46   47   48   49   50   51   52   53   ...   204




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə