Kbt я25 uot (059) Baş redaktor



Yüklə 6,03 Mb.
Pdf görüntüsü
səhifə47/204
tarix24.12.2017
ölçüsü6,03 Mb.
#17748
1   ...   43   44   45   46   47   48   49   50   ...   204

100

Ə d ə b i y y a t 

Haşımbəyov Əliyar bəy Mehdi oğlu //Azərbaycan Xalq Cumhuriyyəti Ensiklopediyası: 2 cilddə.- Bakı: Lider, 2004.- C.1.- S.418.

Nəzirli, Ş. General-mayor Əliyar bəy Mehdi oğlu Haşımbəyov /Ş.Nəzirli //Nəzirli Ş. Arxivlərin sirri  açılır.- Bakı: Elm, 1999.- S. 210-211.

Nəzirli, Ş. General-mayor Əliyar bəy Mehdi oğlu Haşımbəyov /Ş.Nəzirli //Nəzirli Ş. Güllələnmiş Azərbaycan generalları.- Bakı, 2006.- 

S.74-75.

İ n t e r n e t d ə

www.anl.az

www.adam.az

www.az.wikipedia.org

www.azerbaijan.az

www.news.lent.az 

MART

8

Əliyar bəy Haşımbəyov

1856-1920  

Əliyar bəy Mehdi oğlu Haşımbəyov 

1856-cı  il  mart  ayının  8-də  Bakı 

şəhərində anadan olmuşdur. İlk təhsilini 

Ədadiyə  (realnı)  məktəbində  almış, 

1871-ci  ildə  Tiflisdəki  hərbi-piyada 

məktəbinə  daxil  olmuş,  çar  ordusuna 

xidmət etmişdir. Hərbi xidmətinin otu-

zuncu ilində - 1908-ci il dekabr ayının 

6-da general-mayor kimi yüksək rütbəyə 

layiq görülmüşdür. Əliyar bəy I Dünya 

müharibəsində III Qafqaz araba-karvan 

briqadasının  komandiri  olmuş,  artille-

riya  qoşunlarının  piyada  hissələrində 

xidmətə başlamışdır.

1917-ci  ildə  istefaya  çıxmış,  1918-

ci  ildə  Azərbaycan  Milli  Ordusunda 

könüllü  xidmətə  başlamış,  bir  müddət 

Azərbaycan Xalq Cümhuriyyətinin Da-

xili İşlər nazirinin müavini vəzifəsində 

çalışmışdır.  1919-cu  ildə  Azərbaycan 

Xalq  Cümhiriyyətinin  Hərbi  İn-

tendant  İdarəsinin  rəisi  vəzifəsində 

xidmət  göstərmiş,  1920-ci  ildə  Zaqa-

tala  qəzasının  general-qubernatoru, 

Cənub-Qərbi    Azərbaycanın  general-

qubernatoru olmuşdur. 

Azərbaycanda 1920-ci il 27-28 aprel 

işğalından  sonra  təqib  edilmiş,    Sovet 

hakimiyyətinin  əsas  cəza  orqanların-

dan biri - XI ordunun Xüsusi şöbəsinin 

rəisi,  cəllad  S.A.Pankratovun  rəhbərlik 

etdiyi  Fövqəladə  Komissiya  (FK-

ÇK)  tərəfindən  həbs  olunmuş,  istintaq 

işgəncələrinə məruz qalmışdır. 

Əliyar bəy Haşımbəyov Azərbaycan 

Xalq Cümhuriyyətinin bir qrup xadimi 

sırasında Respublika Ali İnqilabi Tribu-

nalının (sədri Teymur Əliyev idi) hökmü 

ilə 1920-ci il may ayının 29-da Nargin 

adasında güllələnmişdir.

Ordudakı  qüsursuz  xidmətinə  görə 

1889-cu ildə üçüncü dərəcəli “Müqəddəs 

Stanislav”, 1894-cü ildə üçüncü dərəcəli 

“Müqəddəs Anna”,  1895-ci  ildə  ikinci 

dərəcəli “Müqəddəs Stanislav”, 1898-ci 

ildə  ikinci  dərəcəli  “Müqəddəs Anna”, 

1904-cü  ildə  “Müqəddəs  Vladimir” 

ordenləri ilə təltif olunmuşdur.

Siyasət.Hüquq.Hərbi iş

160 

illiyi

Hərbi xadim



101

Ə d ə b i y y a t 

Beynəlxalq terrorizmin xronologiyası və kriminoloji aspekti /A.Rəfiyev, A.Abdullayev.- Bakı: İsmayıl, 2006.- 294 s.

Bir ailənin faciəsi: hekayə /A.Rəfiyev //525-ci qəzet.- 2011.- 9 iyul.- S.28

İ n t e r n e t d ə

www.anl.az 

www. az.wikipedia.org

www. elibrary.az

Hüquqşünas

Akif Rəfiyev 

 1936  

Akif  Bəşir  oğlu  Rəfiyev  1936-cı  il 

mart ayının 23-də Gəncə şəhərində ana-

dan olmuşdur. 1960-cı ildə Azərbaycan 

Dövlət  Universitetinin  (indiki  Bakı 

Dövlət  Universiteti)  hüquq  fakültəsini 

bitirmişdir.

1960-1961-ci  illərdə  Azərbaycan 

Elmi-Tədqiqat  Məhkəmə  Ekspertizası 

İnstitutunda  ekspert-kriminalist,  1961-

1964-cü  illərdə  Şəmkir  rayon  prokuro-

runun  köməkçisi,  1964-1966-cı  illərdə 

Azərbaycan SSR Prokurorluğunda şöbə 

prokuroru, 1966-1970-ci illərdə İsmayıl-

lı rayon prokuroru, 1970-1976-cı illərdə 

Mingəçevir  şəhər  prokuroru,  1976-

1979-cu illərdə Zaqatala rayon prokuro-

ru, 1979-1981-ci illərdə Sumqayıt şəhər 

prokuroru vəzifələrində çalışmışdır.

1982-ci ilin yanvarından 1989-cu ilin 

avqust ayına kimi Azərbaycan SSR Da-

xili İşlər Nazirliyinin İstintaq İdarəsinin 

rəisi,  1989-1991-ci  illərdə  Azərbaycan 

Respublikası Daxili İşlər nazirinin müa-

vini, 1991-2002-ci illərdə isə Azərbaycan 

Respublikası Ədliyyə nazirinin müavini 

vəzifələrində çalışmışdır.

Hüquq  mühafizə  sahəsində  42  il 

fasiləsiz  fəaliyyət  göstərmişdir.  1989-

cu  ildə  respublikada,  xüsusilə  Qara-

bağda  cinayətkarlığa  qarşı  mübarizədə, 

eləcə  də  sabitliyin  təmin  olunmasında 

xidmətlərinə  görə  “Əməkdar  hüquqşü-

nas” fəxri adına layiq görülmüşdür. 1998-

ci  ildə  ona  Azərbaycan  Respublikası 

Prezidentinin  Fərmanı  ilə  3-cü  dərəcəli 

Dövlət ədliyyə müşaviri (Ədliyyə gene-

ral mayoru) rütbəsi verilmişdir. İşlədiyi 

müddət  ərzində  hüquq  jurnallarında 

hüququn  ayrı-ayrı  aktual  məsələləri  və 

problemlərinə dair 100-dən artıq məqalə 

və müsahibələri çap olunmuşdur.

Akif  Rəfiyev  Azərbaycan  Respubli-

kası Prezidenti yanında Dövlət İdarəçilik 

Akademiyasında  pedaqoji  fəaliyyətlə 

məşğul olur. Eləcə də dedektiv janrında 

hekayələrin müəllifidir.

Üç  filmin  (“Dronqo”,  “Sarıköynəklə 

Valehin  nağılı”,  “O  qızı  tapın”)  baş 

məsləhətçisi olmuşdur.



80 

illiyi

Siyasət.Hüquq.Hərbi iş

23

MART


Yüklə 6,03 Mb.

Dostları ilə paylaş:
1   ...   43   44   45   46   47   48   49   50   ...   204




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə