Kbt я25 uot (059) Baş redaktor


Aktyor Teatr.Kino 120



Yüklə 6,03 Mb.
Pdf görüntüsü
səhifə44/204
tarix24.12.2017
ölçüsü6,03 Mb.
#17748
1   ...   40   41   42   43   44   45   46   47   ...   204

94

Aktyor

Teatr.Kino

120 

illiyi

21

MART

Kazım Ziya

1896-1956

Ə d ə b i y y a t

Səhnə dili haqqında 

/K.Ziya.- Bakı: AzSSR, 

1947.- 77 s.

Kazımov, T. Kazım 

Ziya.- Bakı: Azərnəşr, 

1968.- 95 s.

Böyük səhnənin unudul-

maz adı - Kazım Ziya: 

həm gözəl aktyor, həm 

tərcüməçi //Azadlıq.- 

2012.- S. 14.

Kazım Ziya                   

//Azərbaycan Sovet 

Ensiklopediyası: 10 

cilddə.- Bakı, 1981.- 

C.5.- S.209.

Rəhimli, İ. Kazım Ziya 

/İ.Rəhimli //Rəhimli 

İ. Azərbaycan teatr 

tarixi.- Bakı, 2005.- 

S.258-259.

İ n t e r n e t d ə

www.az.wikipedia.org

www.anl.az

Kazım Cəfər oğlu Kazımzadə (Kazım 

Ziya) 1896-cı il mart ayının 21-də Ordu-

bad  rayonunun  Yuxarı  Əylis  kəndində 

anadan  olmuşdur.  Yeniyetmə  yaşların-

dan  ərəb  və  fars  dillərini  mükəmməl 

öyrənmişdir.  Sonralar  rus  və  fransız 

dillərini  də  mənimsəyən  gənc  1911-ci 

ildə  əmisi  Hüseynin  ailəsi  ilə  Bakıya 

köçmüşdür. 1912-ci ilin payızında  “İtti-

had” İran gimnaziyasına daxil olmuşdur. 

Bir il sonra Kazım məktəbdə ədəbiyyat 

dərnəyi  yaratmış,  1914-cü  ildə  Hü-

seyn  Ərəblinski  başda  olmaqla  teatr 

fədailəri  “İttihad”  məktəbində  xeyriyyə 

məqsədilə Əbdürrəhim bəy Haqverdiye-

vin “Bəxtsiz cavan” faciəsinin tamaşası-

nı hazırlamış, bununla da öz taleyini teatr 

sənətinə  bağlamışdır.  Milli  Dram  Teat-

rının  tamaşalarında  fəal  iştirak  etsə  də, 

truppanın  ştatına  1922-ci  ildə  götürül-

müşdür. Bir müddət Naxçıvana getmiş, 

1925-ci  ildə  yenidən  Bakıya  qayıdaraq 

Bakı Türk İşçi və Kəndli Teatrının trup-

pasına  daxil  olmuşdur.  Bakı  Türk  İşçi 

Teatrı  1933-cü  ildə  Gəncəyə  köçərkən 

Kazım Ziya da doğma kollektivdən ay-

rılmamışdır. 1936-cı ildən 1938-ci ilədək 

Tiflisdə və İrəvandakı dövlət teatrların-

da  aktyorluq  etmiş,  1938-ci  ildə  Bakı-

ya  gələrək  Milli  Dram  Teatrının  trup-

pasına daxil olmuşdur. Həm faciə, həm 

də  məhəbbət  qəhrəmanlarını,  xeyirxah 

insan  obrazlarını  oynamış  Kazım  Ziya 

mürəkkəb  səciyyəli  xarakterik  rollarda 

əsl  sənət  qələbələri  qazanmışdır.  Səlis 

səhnə  danışığı,  aydın  və  məftunedici 

diksiyası,  yüksək  səhnə  mədəniyyəti, 

dərin  mütaliəsi,  geniş  dünyagörüşü  ilə 

işlədiyi bütün teatrlarda kollektivin bö-

yük  rəğbətini  qazanmış  Kazım  Ziyanın 

zəngin yaradıcılığı öz dəyər və mənası ilə 

milli teatr sənətimizin parlaq səhifələrini 

təşkil edir. Səhnə səmimiyyəti və yüksək 

intellektuallığı ilə seçilən aktyorun Mil-

li  Dram  Teatrında  yaratdığı  əsas  rol-

lardan:  Arif,  Dərviş  (“İblis”  və  “Şeyx 

Sənan”,  H.Cavid),  Vaqif,  Söhbət  (“Va-

qif”  və  “Xanlar”,  S.Vurğun),  Surxay, 

Usta  Segah  (“Toy”  və  “Xoşbəxtlər”, 

S.Rəhman), Piri baba (“Eşq və intiqam”, 

S.S. Axundov), Şeyx Nəsrulla (“Ölülər”, 

C.Məmmədquluzadə)    və  b.  göstərmək 

olar.


“Bismillah”,  “Səbuhi”  filmlərinə 

çəkilmiş,  L.Tolstoyun  “Canlı  me-

yit”,  H.İbsenin  “Cəmiyyət  sütunları”, 

V.Sobkonun  “İkinci  cəbhə  arxasın-

da”,  A.Dümanın  “Qanlı  qala”  (“Nel 

qülləsinin  sirri”)  pyeslərini  və  digər 

dramları dilimizə tərcümə etmişdir.

Kazım  Ziya  17  iyun  1943-cü  ildə 

birbaşa  “Azərbaycan  Respublikasının 

Xalq artisti” fəxri adına layiq görülmüş-

dür. 1948-ci ildə “Şərqin səhəri” (Ənvər 

Məmmədxanlı)  tamaşasının  bir  qrup 

yaradıcı heyəti ilə birgə Stalin mükafatı 

laureatı  və  “Lenin“  ordeni  laureatı  ol-

muşdur.

Görkəmli sənətkar Kazım Ziya 1956-



cı il noyabr ayının 20-də Bakıda vəfat et-

miş, Fəxri Xiyabanda dəfn olunmuşdur.




95

130 

illiyi

Sidqi Ruhulla

1886-1959

MART

Ruhulla Fətulla oğlu Axundov (Sid-

qi Ruhulla) 1886-cı il mart ayının 28-də 

Bakıda  anadan  olmuşdur.  İlk  təhsilini 

molla  məktəbində  alan  Sidqi  Ruhulla 

sonralar Bakıda tacir şagirdi işləmişdir. 

İlk  dəfə  Hüseyn  Ərəblinskinin  quru-

luş verdiyi Nəcəf bəy Vəzirovun “Adı 

var, özü yox” tamaşasında Telli rolunda 

çıxış  etmişdir.  Aktyor  Namiq  Kama-

lın  “Vətən”  dramındakı  Sidqi  rolunda 

böyük  uğur  qazandığına  görə  həmin 

adı  özünə  təxəllüs  götürmüşdür.  Sidqi 

Ruhulla  “Nicat”,  “Səfa”,  “Həmiyyət” 

cəmiyyətlərinin  teatr  truppalarında, 

Abbasmirzə  Şərifzadənin  rəhbərlik  et-

diyi  “Müsəlman  artistləri  ittifaqı”nda, 

“Zülfüqar bəy və Üzeyir bəy Hacıbəyli 

qardaşlarının  müdiriyyəti”ndə,  Hü-

seyn  Ərəblinskinin  müxtəlif  teatr 

dəstələrində,  özünün  yaratdığı  dəstə-

truppada    müxtəlif  rollarda  çıxış  et-

mişdir.  1913-cü  ildə  Moskva  teatrla-

rında  təcrübə  keçən  Sidqi  İranda  və 

Gəncədə  “Ərəbli”,  “Ərəblinski”  imza-

ları ilə tamaşalar hazırlamış və özü də 

baş rollarda çıxış etmişdir. Aktyor İra-

nın Rəşt, Qəzvin, Xoy şəhərlərində ilk 

teatr təşkilatçısı olmuş, Təbrizdə səhnə 

sənətinin təbliği məqsədilə “Xeyriyyə” 

cəmiyyəti  yaratmışdır.  Azərbaycanın 

qədim  paytaxtı  olan  Təbriz  şəhərində 

peşəkar  teatrın  təşəkkülü  və  inkişafı 

onun adı ilə bağlıdır. Özbəkistan Res-

publikasının  paytaxtı  Daşkənddə  Üze-

yir bəy Hacıbəylinin “Leyli və Məcnun” 

(30 dekabr, 1916) və “Əsli və Kərəm” 

(13  yanvar,  1917)  operalarını  yerli 

özbək və tatar teatr həvəskarlarının işti-

rakı ilə tamaşaya hazırlamışdır. Tiflisdə 

isə  məşhur  bəstəkar  Məşədi  Cəmil 

Əlibəyovun  “Seyfəlmülük”  operasını 

səhnəyə qoymuşdur. 

Üç  yüzdən  çox  irili-xırdalı  rol  oy-

namış, həm ayrı-ayrı truppalarda, həm 

də dövlət teatrında rejissorluq etmişdir. 

O,  Azərbaycan  klassiklərindən  demək 

olar,  əksəriyyətinin  pyeslərində  bir 

neçə quruluşda əsas rolları oynamışdır. 

Akademik  Milli  Dram  Teatrının  1948 

və  1959-cu  illərdə  Moskva  qastrolları 

zamanı  Sidqi  Ruhullanın  oyunu  dün-

ya şöhrətli rus teatrşünasları tərəfindən 

çox  yüksək  qiymətləndirilmişdir. Akt-

yor “Şərqin səhəri” tamaşasındakı Ağa-

larov roluna görə 1938-ci ildə bir qrup 

yaradıcı heyətlə birgə Stalin mükafatına 

layiq görülmüşdür. 

Milli 

teatrın 


inkişafındakı 

xidmətlərinə  görə  1931-ci  ildə  “Res-

publikanın  Əməkdar  artisti”,  1938-

ci  ildə  “Xalq  artisti”  və  1949-cu  ildə 

“SSRİ Xalq artisti” fəxri adları ilə təltif 

edilmişdir.

Azərbaycan  teatrının  ən  cəfakeş, 

fədakar,  maarifpərvər  sənətkarı  Sidqi 

Ruhulla  1959-cu  il  may  ayının  5-də 

vəfat etmiş və Bakıda Fəxri Xiyabanda 

dəfn edilmişdir.

 

Ə d ə b i y y a t



Cəfərov, M.C. Sidqi 

Ruhulla.- Bakı: Azərnəşr, 

1956.- 44 s.

Böyük sənət yolçusu - 

Sidqi Ruhulla //Azadlıq.- 

2011.- 30 iyul.- S. 14. 

Rəhimli, İ. Sidqi Ruhulla 

/İ.Rəhimli //Rəhimli, İ. 

Azərbaycan teatr tarixi.-

Bakı, 2005.- S.283-287.

Seyidzadə, T. Onun sənəti 

ölməzdir /T.Seyidzadə       

//Azad Azərbaycan.-  

2013.- 3 aprel.- S.7.

Zümrüd. Azərbaycan teatr 

sənətinin böyük ustadı      

//Səs.- 2013.- 29 mart.- 

S.12.

İ n t e r n e t d ə

www.az.wikipedia.org

www.anl.az

www.youtube.com

31

Aktyor

MART

28

Teatr.Kino


Yüklə 6,03 Mb.

Dostları ilə paylaş:
1   ...   40   41   42   43   44   45   46   47   ...   204




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə