Kbt я25 uot (059) Baş redaktor



Yüklə 6,03 Mb.
Pdf görüntüsü
səhifə43/204
tarix24.12.2017
ölçüsü6,03 Mb.
#17748
1   ...   39   40   41   42   43   44   45   46   ...   204

92

Teatr.Kino

105 

illiyi

Ağadadaş Qurbanov 

1911-1965

MART

 Ağadadaş Gülməmməd oğlu Qurba-

nov 1911-ci il mart ayının 8-də Bakının 

Saray kəndində anadan olmuşdur. Uşaq 

ikən  valideynlərini  itirmiş,  əmisinin 

himayəsində  böyümüşdür.  Hələ  uşaq 

yaşlarından  incəsənətə,  teatra  böyük 

maraq  göstərmiş,  1927-ci  il  mart  ayı-

nın  15-də  “Dənizçilər  klubu”nda  Lətif 

Kərimlinin  “Fırtına”  pyesinin  tamaşa-

sında  ilk  rolunu  oynamışdır.  Bunun-

la  da  Bakıda  Fəhlə  Uşaqlar  Teatrının 

(sonralar  Gənc  Tamaşaçılar  Teatrı) 

bünövrəsi  qoyulmuşdur.  Aktyor  Gənc 

Tamaşaçılar  Teatrında  C.Cabbarlının 

“Aydın”  (Aydın),  M.F.Axundzadənin 

“Molla  İbrahimxəlil  kimyagər”  (Mol-

la  İbrahimxəlil),  N.Vəzirovun  “Hacı 

Qəmbər”  (Hacı  Qəmbər),  F.Şillerin 

“Qaçaqlar”  (Karl  Moor),  N.Qoqolun 

“Müfəttiş” (Xlestakov), R.Taqorun “Qa-

neşin  yolu”  hekayəsi  əsasında  “Əfilər” 

(Qaneş)  pyeslərinin  tamaşalarında 

müxtəlif obrazlar yaratmışdır. 

1952-ci  ildən  ömrünün  sonunadək 

Milli Dram Teatrında çalışmışdır. O, bu 

teatrda Mirzə Səməndər, Əbu Übeyd, Öt-

gün (“Almaz”, “Od gəlini” və “Dönüş”, 

C.Cabbarlı), Şeyx Mərvan və Şeyx Sənan, 

Səyavuş  (“Şeyx  Sənan”  və  “Səyavuş”, 

H.Cavid),  Kamillo  (“Qış  nağılı”, 

V.Şekspir),  İbrahim  xan  və Vaqif  (“Va-

qif”, S.Vurğun), Şults (“Uzaq sahillərdə”, 

İ.Qasımov  və  H.Seyidbəyli),  İvanov 

(“Göz həkimi”, İ.Səfərli), Dəmirçi Musa 

(“Toy”,  S.Rəhman),  Yəhudi  (“Mariya 

Tüdor”,  V.Hüqo),  Kamal  (“Məhəbbətin 

hökmü”,  C.Məcnunbəyov),  Hacı  Qara 

(“Hacı Qara”, M.F. Axundzadə), (“Yaxşı 

adam”,  M.İbrahimov),  Professor  Mud-

rov (“Şirvan gözəli”, Ə.Məmmədxanlı), 

Akif (“Həyat”, M.İbrahimov) kimi  on-

larca parlaq və yaddaqalan rollarda çıxış 

etmişdir. 

O  dövrün  aktyorlarının  əksəriyyəti 

kimi  Ağadadaş  Qurbanov  da  dəfələrlə 

kino  çəkilişlərinə  dəvət  almış,  çox  ma-

raqlı  ekran  əsərləri  yaratmışdır.  1941-

ci  ildə  “Səbuhi”,  1956-da  “Şamdan 

bəy”,  1957-də  “Qızmar  günəş  altın-

da”,  1959-da  “Bir  qalanın  sirri”,  1960-

da  “Koroğlu”,  1961-də  “Bizim  küçə”, 

“Kölgələr sürünür”, 1965-də “Arşın mal 

alan”  və  s.  filmlərə  çəkilmişdir.  Onun 

çox  uğurlu  kino  qəhrəmanlarından  biri 

Argentina  yazıçısı  O.Draqunun  “İtə 

çevrilən adam” hekayəsi əsasında rejis-

sor  Kamil  Rüstəmovun  ekranlaşdırdığı 

“Zənçirlənmiş  adam”  filmindəki Alvar-

do obrazı olmuşdur. 

Azərbaycan  Dövlət  Gənc  Tamaşa-

çılar  Teatrının  banilərindən  biri,  həm 

faciə,  həm  dram,  həm  də  komediya 

janrlı tamaşaların ifaçısı Ağadadaş Qur-

banov  mədəniyyətimizin  inkişafındakı 

xidmətlərinə görə 17 iyun 1943-cü ildə 

“Azərbaycan  Respublikasının  Əməkdar 

artisti”,  27  fevral  1954-cü  ildə  “Xalq 

artisti”  fəxri  adlarına  layiq  görülmüş, 

“Şərəf nişanı” ordeni və medallarla təltif 

olunmuşdur.

Görkəmli  sənətkar  1965-ci  il  iyun 

ayının 25-də faciəli şəkildə həlak olmuş, 

Bakıda  Fəxri  xiyabanda  dəfn  olunmuş-

dur.

Ə d ə b i y y a t

Babayeva, Z. Ağa-

dadaş Qurbanov: 

unudulmaz sənətkarlar 

/Z.Babayeva                 

//Mədəniyyət.- 2011.-   

11 mart.- S. 12.

Qurbanov Ağadadaş 

//Azərbaycan Sovet 

Ensiklopediyası: 10 

cilddə.- Bakı, 1979.- 

C.3.- S.276-277.

Qurbanova, F. Bir 

faciənin qurbanı 

/F.Qurbanova //Mədəni 

həyat.- 2014.-  №5.- 

S.80-82.

Rəhimli, İ. Ağadadaş 

Qurbanov /İ.Rəhimli    

//Rəhimli İ. Azərbaycan 

teatr tarixi.- Bakı, 

2005.- S.347-348.

İ n t e r n e t d ə

www.adam.az

www.anl.az

www.az.wikipedia.org

www.youtube.com

Aktyor

MART

8



93

MART

15

Teatr.Kino

105

 illiyi

Əyyub Haqverdiyev 

1911-1996  

Əyyub  Məmmədəli  oğlu  Haqverdi-

yev 1911-ci il mart ayının 15-də Nax-

çıvanda  anadan  olmuşdur.  1930-cu 

ildə  Naxçıvan  Pedaqoji  Texnikumunu 

bitirmişdir.  Tələbə  vaxtlarından,  yəni 

1929-cu  ildən  Naxçıvan  teatrında  akt-

yor işləmiş və heç vaxt səhnədən ayrıl-

mamışdır.

Ömrünün  altmış  ilə  yaxın  dövrünü 

Naxçıvan teatrında keçirmişdir. Müxtəlif 

səpkili  rollarda  uğurlar  qazanmış  akt-

yorun yaradıcılıq imkanları komik per-

sonajların ifasında daha ifadəli şəkildə 

təcəssüm tapmışdır. Yaradıcılığı xarakter 

əlvanlığı və janr müxtəlifliyi ilə seçilən 

Əyyub  Haqverdiyevin  əsas  rolları: 

Dövlət bəy, İmamverdi, Əmirqulu, Aq-

şin, Mazandaranski, Şərif, Məmmədəli 

bəy (“Aydın”, “1905-ci ildə”, “Yaşar”, 

“Od gəlini”, “Oqtay Eloğlu”, “Almaz” 

və  “Sevil”,  C.Cabbarlı),  Serqo  (“Şeyx 

Sənan”,  H.Cavid),  Kürd  Musa,  Xos-

rov  (“Vaqif”  və  “Fərhad  və  Şirin”, 

S.Vurğun),  Mehdi  (“Qaçaq  Nəbi”, 

S.Rüstəm), Pardon Qurbanəli (“Həyat”, 

M.İbrahimov), Qoca Moor (“Qaçaqlar”, 

F. Şiller), Əhmədi Biqəm (“Adamın ada-

mı”, Anar), Taveriya (“Sevilya ulduzu”, 

Lope de Veqa), Məşədi Oruc (“Ölülər”, 

C.Məmmədquluzadə),  Məmiş  (“İtiril-

miş sağlıq”, H.İbrahimov) obrazlarıdır.

Aktyor  teatrın  opera  və  operet-

ta  tamaşalarında  da  səhnə  obrazları 

ifa  etmişdir.  Bunların  arasında  Üzeyir 

bəy  Hacıbəylinin  “Leyli  və  Məcnun” 

(Məcnunun  atası),  “Əsli  və  Kərəm” 

(Keşiş)  operalarında,  “Məşədi  İbad” 

(Məşədi İbad), “Arşın mal alan” (Vəli) 

operettalarında, Şıxəli Qurbanov və Sü-

leyman Ələsgərovun “Olmadı elə, oldu 

belə”  (Alanzadə),  “Özümüz  bilərik” 

(Bəbirli),  Məhərrəm  Əlizadə  və  Fikrət 

Əmirovun “Gözün aydın” (Qəhrəman), 

Süleyman Rüstəm və Səid Rüstəmovun 

“Durna”  (Dursun)  musiqili  komedi-

yalarında  yaratdığı  rollar  tamaşaçılar 

tərəfindən  böyük  maraqla  qarşılanmış-

dır.

Azərbaycan  mədəniyyətinin  inkişa-



fındakı xidmətlərinə görə 17 iyun 1943-

cü  ildə  “Azərbaycan  Respublikasının 

Əməkdar  artisti”,  14  oktyabr  1964-cü 

ildə  “Xalq  artisti”  fəxri  adlarına  layiq 

görülmüşdür.

Qocaman yaşında da səhnədən uzaq 

düşməyən  aktyor  Əyyub  Haqverdiyev 

1996-cı il iyul ayının 7-də Naxçıvanda 

vəfat etmişdir.

Ə d ə b i y y a t

Haqverdiyev Əyyub 

//Azərbaycan Sovet 

Ensiklopediyası: 10 

cilddə.- Bakı, 1987.- 

C.10.- S.125. 

Haqverdiyev Əyyub       

//Naxçıvan Ensiklope-

diyası.- Bakı, 2002.-  

S.177-178.

Rəhimli, İ. Əyyub 

Haqverdiyev /İ.Rəhimli        

//Rəhimli İ. Azərbaycan 

teatr tarixi.- Bakı, 

2005.- S.229.

 

İ n t e r n e t d ə

www.anl.az

adam.az

www.az.wikipedia.org

www.musigi-dunya.az

Aktyor



Yüklə 6,03 Mb.

Dostları ilə paylaş:
1   ...   39   40   41   42   43   44   45   46   ...   204




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə