Kbt я25 uot (059) Baş redaktor



Yüklə 6,03 Mb.
Pdf görüntüsü
səhifə51/204
tarix24.12.2017
ölçüsü6,03 Mb.
#17748
1   ...   47   48   49   50   51   52   53   54   ...   204

108

Ə d ə b i y y a t 

Türküstan üləması 

/İ.Qasprinski.- Bakı: Örnək, 

2001.- 55 s.

Kəngərli, A. İsmayıl bəy 

Qasprinski /A.Kəngərli.- 

Bakı: Nurlan, 2004.- 283 s.

Qaspralı İsmayıl bəy 

//Azərbaycan Xalq 

Cümhuriyyəti Ensiklopedi-

yası: 2 cilddə.- Bakı, 2005.- 

C.2.- S.140-142.

Tahirli, A. Bütün türklərin 

tərcümanı: İsmayıl bəy 

Qasprinski /A.Tahirli.- 

Bakı: Ozan, 2012.- 310 s.

Quliyev, V. İsmayıl bəy 

Qasprinski haqqında iki 

yazı /V.Quliyev //525-ci 

qəzet.-2013.- 2 mart.- S.24-

25.

Quliyev, V. Əməl dost-

ları: İ.Qasprinski və 

Ə.Topçubaşov /V.Quliyev    

//Kaspi.-2014.- 8 may.- 

S.22-23.

О национальной идее 

/И.Гаспринский.- 

Симферополь: ИД 

«Стилос»: Полуостров, 

2010.- 111 с.

İ n t e r n e t d ə

www.anl.az

525.az/

site/?name=xeber&news_

id=6183

Maarifçi ideoloq

İsmayıl bəy Qasprinski 

1851-1914

İsmayıl bəy Mustafa ağa oğlu Qasp-

rinski (Qaspralı) 1851-ci il mart ayının 

21-də Baxçasaray yaxınlığındakı Avçı-

köy  kəndində  anadan  olmuşdur.  Qas-

pira  onun  atasının  doğulduğu  kəndin 

adıdır.  İsmayıl  bəy  mükəmməl  təhsil 

almış,  orta  məktəbi  bitirdikdən  sonra 

Voronej  və  Moskva  ali  məktəblərində 

oxumuş, öyrəndiyi fransız dili vasitəsilə 

Qərb mədəniyyətinin müsbət və mənfi 

cəhətlərinə bələd olmuşdur. 1867-ci ildə 

geri qayıtmış və Baxçasarayda Zəncirli 

mədrəsəsində rus dili müəllimi kimi ça-

lışmışdır. 

İki il Parisdə qaldıqdan sonra 1875-

ci ildə Baxçasaraya dönmüş, üç il Krım 

yarımadasını  gəzib-dolaşaraq  xalqı-

nın həyatını öyrənmiş və 1879-cu ildə 

bələdiyyə  sədri  seçilmişdir.  İsmayıl 

bəy  türklərin,  müsəlmanların  cəhalət 

içində  olduğunu  görmüş,  xüsusi  təhsil 

layihəsi  hazırlamış,  1881-ci  ildə  onu 

təqdim  etmişdir.  1894-1905-ci  illərdə 

9  yeni  mədrəsə  açılmış,  1914-cü  ildə 

bu  məktəblərin  sayı  5  minə  çatmışdır. 

1981-ci ildə Ağməsciddə çıxan “Tavri-

da” qəzetində “Gənc molla” imzası ilə 

ilk məqaləsini çap etdirmişdir. 

Türkçülük ideyasını, bütün türklərin 

vahid  millət  olduqları  ideyasını  irəli 

sürmüş,  bütün  həyatını  türk  birliyinin 

yaradılması  yolunda  mübarizəyə  həsr 

etmişdir. 1881-ci ildə çap olunmuş “Ru-

siya müsəlmanlığı” adlı məqaləsində bu 

ideyanı nəzərə çatdırmış və türkləri bir 

dil  ətrafında  birləşdirmək  fikrini  irəli 

sürmüşdür. 

10  aprel  1983-cü  ildə  “Tərcüman” 

adlı  qəzetin  türk  dilində  nəşrinə  baş-

lamış  və  qəzet  32  il  nəşr  olunmuşdur. 

1885-ci ildə “Avropa mədəniyyətinə bir 

nəzəri-məvazinə”  adlı  ilk  kitabı  İstan-

bulda çap olunmuşdur.

Qasprinskinin  Azərbaycanla  sıx 

ictimai-siyasi,  elmi-ədəbi  və  şəxsi 

əlaqələri  olmuşdur.  Tərəqqipərvər 

Azərbaycan  ziyalıları  onun  türk-

müsəlman  xalqlarının  milli  və  mədəni 

intibahı  yolunda  fədakar  fəaliyyətini 

yüksək qiymətləndirmiş, milli mətbuat 

onu  “möhtərəm  ustad”,  “fəxri-millət”, 

“böyük  İsmayıl  bəy”  adlandırmışdır. 

Onunla sıx əməkdaşlıq edən və onun yara-

dıcılığından bəhrələnən Ə.Hüseynzadə, 

Ə.Ağaoğlu,  Ə.Topçubaşov,  M.Ə. 

Rəsulzadə,  N.Nərimanov,  S.Qənizadə 

türkçülük  ideya  və  siyasətini  müdafiə 

və inkişaf etdirmişlər.

İsmayıl  bəy  Qasprinski  Rusiya 

müsəlmanlarının  1905-1906-cı  illərdə 

keçirilən  iki  qurultayına  sədrlik  etmiş, 

III qurultayın rəyasət heyətinə seçilmiş-

dir.


Rusiya  müsəlmanları  arasında  ma-

arifçi  türkçülük  hərəkatının  görkəmli 

xadimlərindən biri, Krım türklərinin (ta-

tarlarının) ictimai-siyasi xadimi, maarif 

islahatçısı, milli nəşriyyat və mətbuatın 

banisi,  alim,  yazıçı  İsmayıl  bəy  Qasp-

rinski 1914-cü il sentyabr ayının 11-də 

İstanbulda  vəfat  etmiş  və  orada  dəfn 

edilmişdir.

165 

illiyi

Mədəniyyət.Maarif.Təhsil

21

MART



109

Ə d ə b i y y a t 

Abdulla bəy Divanbəyoğlu /İ.Bəktaşi.- Bakı: Gənclik, 1984.- 157 s.

“Azərbaycan ədəbiyyatı tarixi materialları” haqqında: F. Köçərlinin “Azərbaycan ədəbiyyatı tarixi materialları” /İnayət 

Bəktaşi; Elmi red.: X. Əlimirzəyev .-Bakı: S.M.Kirov adına ADU, 1978.-79 s.

Firidun bəy Köçərli irsi ədəbi tənqiddə I / İ. Bəktaşi // Ədəbiyyat. - 2013.-27 dekabr. - № 52. - S. 6 .

Firidun bəy Köçərli irsi ədəbi tənqiddə II / İ. Bəktaşi // Ədəbiyyat. - 2014.-17 yanvar. - № 2. - S. 4 .

Firidun bəy Köçərlinin yaradıcılıq yolu /İ.Bəktaşi.- Bakı: Yazıçı, 1986.- 182 s. 

Bəktaşi İnayət Heydər oğlu //Naxçıvan Ensiklopediyası.- Bakı: AMEA, 2002.- S.65.

İ n t e r n e t d ə

www.anl.az

www.elibrary.az

Ədəbiyyatşünas

İnayət Bəktaşi

1931-1989 

İnayət Heydər oğlu Bəktaşi 1931-ci 

il  mart  ayının  25-də  Naxçıvanda  ana-

dan  olmuşdur.  1952-1954-cü  illərdə 

Azərbaycan  Pedaqoji  İnstitutunun  (in-

diki  ADPU)  Naxçıvan  filialının  dil-

ədəbiyyat  şöbəsini,  1954-1959-cu 

illərdə  isə  Bakı  Dövlət  Universitetinin 

filologiya fakültəsini bitirmişdir. Həmin 

ildə  fakültənin  Azərbaycan  ədəbiyyatı 

tarixi  kafedrasının  aspirantı  olmuş, 

1961-ci  ildə  kafedrada  baş  müəllim 

təyin edilmişdir. 1963-cü ildə görkəmli 

yazıçı  professor  Mir  Cəlalın  elmi 

rəhbərliyi  altında  XX  əsr  romantizmi-

nin  nümayəndələrindən  biri  olan  “Ab-

dulla  bəy  Divanbəyoğlunun  həyat  və 

yaradıcılığı”  mövzusunda  namizədlik, 

1979-cu ildə isə “Firidun bəy Köçərlinin 

yaradıcılıq yolu” adlı doktorluq disser-

tasiyası  müdafiə  etmişdir.  1973-1976-

cı  illərdə  Türkiyə  Respublikasında 

müəllim-tərcüməçi  işləmiş,  1980-ci 

ildən ömrünün sonuna qədər BDU-nun 

Azərbaycan ədəbiyyatı tarixi kafedrası-

nın professoru olmuşdur.

Altı  monoqrafiyanın,  tərcümə  və 

tərtib etdiyi bir neçə kitabın, respublika 

dövri  mətbuatında,  elmi  məcmuələrdə 

çap  olunmuş  100-dən  artıq  elmi 

məqalənin müəllifidir. 

İ.Bəktaşi filologiya elmləri namizədi 

və  filologiya  elmləri  doktoru  alimlik 

dərəcəsi  verən  müxtəlif  ixtisaslaşdırıl-

mış  elmi  şuraların  üzvü  olmuşdur.  İlk 

kitabı  olan  “XX  əsr  uşaq  mətbuatında 

ədəbiyyat” 1965-ci ildə çapdan çıxmış-

dır. Müəllif 

 

kitabında 60-a yaxın qələm 



sahibinin  əsərini  tədqiqata  cəlb  etmiş-

dir. 


İnayət  Bəktaşi  ədəbiyyat  tarixçisi 

idi. Onun tədqiqat obyekti əsasən lokal 

səciyyə  daşımış,  XX  əsr  Azərbaycan 

ədəbiyyatının bir sıra tədqiq olunmamış 

problemlərinin və şəxsiyyətlərinin araş-

dırılmasında  mühüm  işlər  görmüşdür. 

O,  Respublikanın,  keçmiş  ümumitti-

faq və beynəlxalq elmi konfranslarında 

məruzələr etmişdir.

1966-cı ildə onun “Ölülər və onun ilk 

tamaşası  haqqında”  qiyabiçi  tələbələr 

üçün dərs vəsaiti kitabı çapdan çıxmış-

dır.

İnayət  Bəktaşi  1989-cu  il  sentyabr 



ayının 9-da Bakıda vəfat etmişdir.

85 

illiyi

Mədəniyyət.Maarif.Təhsil

25

MART


Yüklə 6,03 Mb.

Dostları ilə paylaş:
1   ...   47   48   49   50   51   52   53   54   ...   204




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə