Kbt я25 uot (059) Baş redaktor



Yüklə 6,03 Mb.
Pdf görüntüsü
səhifə52/204
tarix24.12.2017
ölçüsü6,03 Mb.
#17748
1   ...   48   49   50   51   52   53   54   55   ...   204

110

Ə d ə b i y y a t 

Azərbaycanın neftli-qazlı 

vilayətlərinin geologiyası: 

ali məktəblər üçün dərslik 

/F.Bağırzadə, H.Əhmədov, 

S.Salayev.- Bakı: Maarif, 

1973.- 261 s.

Neftçilərə aid ümumi neft ge-

ologiyasının bəzi məsələləri 

/F.Bağırzadə.- Bakı: 

Azərneftnəşr, 1960.- 177 s.

Neftli-qazlı vilayətlərin geo-

logiyası /F.Bağırzadə.- Bakı: 

Azərnəşr, 1962.- 275 s.

Bağırzadə Faiq Məmməd 

oğlu //Azərbaycan Sovet 

Ensiklopediyası: 10 cilddə.- 

Bakı, 1979.- C.1.- S. 532.

F.M.Bağırzadə: biblioqrafiya 

/tərt. S.O.İbrahimova.- Bakı: 

Elm, 1986.- 53 s.

Zeynalov, Ə. Görkəmli 

geoloq-alim, elm fədaisi 

/Ə.Zeynalov //Respublika.- 

2014.- 16 mart.- S. 7.

İ n t e r n e t d ə

www.anl.az

bsu.edu.az

Akademik

Faiq Bağırzadə

1926-1988

Faiq  Məmməd  oğlu  Bağırzadə 

1926-cı  il  mart  ayının  20-də  Bakı 

şəhərində anadan olmuşdur. 132 saylı 

orta  məktəbi  bitirmiş  və  Azərbaycan 

Sənaye  İnstitutunun  (indiki  ADNSU) 

geoloji-kəşfiyyat fakültəsində təhsil al-

mışdır.


Əmək  fəaliyyətinə  “Qobustanneft-

qaz  kəşfiyyatı”  trestinin  kontorunda 

mühəndis-geoloq kimi başlamış, 1951-

ci  ildə  Azneft  birliyinin  Neft  daşla-

rı  kontorunda  mühəndis  işləmişdir. 

1953-cü  ildə  “Abşeron  yarımadasının 

sahilboyu  və  bitişik  sahələrində  Qala 

dəstəsinin  kəşfiyyatı”  mövzusunda 

dissertasiya müdafiə edərək geologiya-

minerologiya  elmləri  namizədi  elmi 

dərəcəsi  almışdır.  1964-cü  ildə  isə 

“Abşeron  neft-qazlı  sahəsinin  Şərq 

hissəsində məhsuldar qatın alt şöbəsində 

neft  və  qaz  yataqlarının  yerləşmə  və 

formalaşmasının  qanunauyğunluqları” 

mövzusunda doktorluq dissertasiyasını 

müdafiə etmişdir. 1962-1970-ci illərdə 

M.Əzizbəyov  adına  Azərbaycan  Neft 

və  Kimya  İnstitutunda  assistent,  baş 

müəllim,  dosent,  geoloji-kəşfiyyat 

fakültəsinin  dekanı  vəzifəsində  çalış-

mışdır.  1964-1965-ci  illərdə  keçmiş 

SSRİ Ali  və  Orta  İxtisas  Təhsili  Na-

zirliyinin  xətti  ilə  Ranqun  Texnoloji 

İnstitutunda  (Myanma  Respublikası) 

məruzələr  oxumuş  və  ingilis  dilində 

“Neft və yeraltı geologiya” mühazirələr 

məcmuəsini  çap  etdirmişdir.  1970-ci 

ildə professor Azərbaycan Dövlət Uni-

versitetinin (indiki BDU) rektoru təyin 

edilmişdir.  Rektor  vəzifəsi  ilə  yanaşı 

ADU-nun  Elmi  Şurasının,  Sovet-İraq 

dostluğu  cəmiyyətinin  Azərbaycan 

bölməsinin,  Azərbaycan  Ali  məktəb 

rektorları  Şurasının  sədri  vəzifələrini 

icra  etmiş,  Azərbaycan  Sovet  Ensik-

lopediyasının  baş  redaksiya  heyətinin 

üzvü  kimi  fəaliyyət  göstərmişdir. 

Respublika Ali  Sovetinin VIII,  IX,  X 

və XI çağırışlarında deputat seçilmiş-

dir.  1971-1975-ci  illərdə  Azərbaycan 

Dövlət Universiteti ilə Bəsrə (İraq) və 

Sarayevo universitetləri, həmçinin Çe-

xiya ali məktəbləri (Pardulitse, Bratis-

lava, Praqa) arasında əlaqələrin yaran-

masında,  möhkəmləndirilməsində  və 

inkişafında fəal iştirak etmişdir. 

F.Bağırzadə 100-dən artıq elmi əsər, 

15-ə  qədər  monoqrafiya,  dərslik  və 

dərs vəsaiti çap etdirmişdir. Onun elmi 

rəhbərliyi ilə Azərbaycan, keçmiş SSRİ 

respublikaları və xarici ölkələrdən xey-

li aspirantlar namizədlik dissertasiyala-

rı müdafiə etmişlər.

Elmin, 

təhsilin 



inkişafındakı 

xidmətlərinə  görə  S.İ.Vavilov  adı-

na  medalla,  “Oktyabr  İnqilabı”  və 

iki  dəfə  “Qırmızı  Əmək  Bayrağı” 

ordenləri  ilə  təltif  edilmiş,  1980-ci 

ildə “Azərbaycanın Əməkdar elm xa-

dimi”  fəxri  adına  layiq  görülmüş  və 

Azərbaycan SSR Dövlət mükafatı lau-

reatı olmuşdur.

Akademik Faiq Bağırzadə 1988-ci il 

mart ayının 24-də Bakıda vəfat etmiş, 

II Fəxri Xiyabanda dəfn edilmişdir.



90 

illiyi

Coğrafiya.Geologiya

20

MART


111

Ə d ə b i y y a t 

Azərbaycan SSR-nin fiziki 

coğrafiyası /N.Kərəmov; S. 

M. Kirov ad. Azərb. Döv. 

Un-ti; red. və ön söz. Q. K. 

Gül.-Bakı: Azərbaycan Uni-

versiteti, 1959.366, [2] s.

Azərbaycana səyahət 

/N.Kərəmov.- Bakı: Azərnəşr, 

1965.- 180 s.

Qüdsinin səyahətləri: 

A.Bakıxanov coğrafiyaşünas 

Səyyah kimi /N.Kərəmov.- 

Bakı: Azərnəşr, 1983.- 99 s.

Mirzə Ələkbər Sabirin 

səyahətləri /N.Kərəmov.- 

Bakı: Kür, 2000.- 14 s.

Odlar yurdunun səyyah və 

coğrafiyaşünasları: X-XIX 

əsrlər /N.Kərəmov.- Bakı: 

Azərnəşr, 1986.- 205 s.

İ n t e r n e t d ə

www. az.wikipedia.org 

www.anl.az

Coğrafiyaşünas

Nurəddin Kərəmov

1911-1981 

Nurəddin  Kərəm  oğlu  Kərəmov 

1911-ci  il  mart  ayının  20-də  Şama-

xı  rayonunda  anadan  olmuşdur.  Orta 

məktəbi bitirdikdən sonra, 1930-1934-

cü  illərdə  Zaqatala rayonunun  Faldar, 

Qax  rayonunun  Qarabaldır,  Zəyəm, 

Marcan  kəndlərində  ibtidai  və  nata-

mam orta məktəblərdə müəllim, direk-

tor vəzifəsində çalışmışdır.

1934-cü  ildə  Lenin  adına  APİ-nin 

(indiki  ADPU)  coğrafiya  fakültəsinə 

daxil  olmuş,  1938-ci  ildə  oranı  1-ci 

dərəcəli diploma layiq görülərək bitir-

miş və institutda saxlanılmışdır. 

1943-cü  ildə  institutun  coğra-

fiya  fakültəsi  ADU-nun  (indiki 

BDU)  Geoloji-coğrafiya  fakültəsi  ilə 

birləşdirilmiş və Nurəddin müəllim də 

ADU-da işini davam etdirmişdir. 

1947-ci  ildə  “Şəki-Zaqatala  mas-

sivinin  fiziki-coğrafiyası”  mövzusun-

da  namizədlik  dissertasiyası  müdafiə 

etmişdir.  Bundan  sonra  gənc  alim 

Geoloji-coğrafiya  fakültəsinin  dekan 

müavini və Fiziki-coğrafiya kafedrası-

nın müdiri vəzifələrində çalışmışdır. 

1967-ci  ildə  “Böyük  Qafqazın 

landşaftı  və  fiziki-coğrafi  rayonları” 

mövzusunda  doktorluq  dissertasiyası 

müdafiə  etmiş,  1968-ci  ildə  isə  pro-

fessor  elmi  adına  layiq  görülmüşdür. 

Onun  Azərbaycanda  fiziki  coğrafiya-

nın,  xüsusilə  landşaftşünaslıq  elminin 

inkişafında xidmətləri böyükdür. 

Əsərləri  əsasən  Böyük  Qafqazın 

landşaftlarına,  təbii  komplekslərin 

yüksəklik  zonallığına  həsr  olunmuş-

dur. Alimin coğrafiya elminin tarixinin  

öyrənilməsində  də  böyük  xidmətləri 

olmuşdur.  Belə  ki,  xalqımızın  böyük 

səyyah  və  coğrafiyaşünasları  haq-

qında  elmi-tədqiqat  işləri  aparmış, 

onları  təkcə  ölkəmizdə  deyil  dünya-

da  da  tanıtmışdır.  A.Bakıxanov  və 

H.Z.Şirvanidən  bəhs  edən  qiymətli 

əsərlərin  müəllifi  olmuş,  respublika-

mızda və ondan kənarda keçirilən elmi 

konfranslarda dəfələrlə məruzə ilə çı-

xışlar etmişdir. 

N.Kərəmov 

SSRİ 


Coğrafiya 

Cəmiyyətinin  bütün  qurultaylarının 

rəsmi nümayəndəsi, SSRİ Maarif Na-

zirliyinin elmi-metodiki sovetinin üzvü 

olmuşdur. Professor 200-dən artıq elmi 

əsərin müəllifidir. Bunlardan 11 ədədi 

monoqrafiya  və  elmi-kütləvi  kitablar-

dır. 


1959-cu 

ildə 


çapdan 

çıx-


mış  “Azərbaycan    SSR-in    fiziki-

coğrafiyası” dərsliyinin müəlliflərindən 

biridir. 1981-ci ildə Əməkdar elm xa-

dimi adına layiq görülmüşdür.

Nurəddin  Kərəmov  1981-ci  il  av-

qust ayının 13-də vəfat etmişdir.



105 

illiyi

Coğrafiya.Geologiya

20

MART


Yüklə 6,03 Mb.

Dostları ilə paylaş:
1   ...   48   49   50   51   52   53   54   55   ...   204




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə