Kbt я25 uot (059) Baş redaktor



Yüklə 6,03 Mb.
Pdf görüntüsü
səhifə60/204
tarix24.12.2017
ölçüsü6,03 Mb.
#17748
1   ...   56   57   58   59   60   61   62   63   ...   204

127

130 

illiyi

Abdulla Tukay

1886-1913 

Abdullah (Qabdulla) Məhəmmədarif oğ-

luTukay 1886-cı il aprel ayının 26-da Kazan 

şəhəri  yaxınlığındakı  Kuşlaviç  kəndində 

anadan  olmuşdur.  Kiçik  yaşlarından 

valideynlərini itirmiş, 1895-ci ildən Uralsk 

şəhərində bibisinin yanında yaşamağa başla-

mışdır. Mədrəsədə oxuyarkən Abdulvəli adlı 

bir  nəfərlə  tanış  olmuş,  bu  gənc  vasitəsilə 

Türkiyədəki  ədəbi  cərəyanlar  və  fransız 

ədəbiyyatı  ilə  yaxından  maraqlanmış,  bir 

müddət  sonra  təhsilini  rus  məktəbində  da-

vam  etdirmişdir.  İstanbuldan  gələn  qəzet, 

jurnal  və  kitabları  əldə  etmiş,  yenilikçi 

hərəkatın  üzvləri  ilə  əlaqələr  qurmuşdur. 

Hələ  mədrəsədə  oxuyarkən  mətbəədə  işə 

düzəlmiş,  az  sonra  rus  dilində  nəşr  olunan 

“Uralets”  qəzetində  korrektor  işləməyə 

başlamışdır.  Eyni  zamanda  yaradıcılıq-

la  da  məşğul  olmuş,  cəhaləti  tənqid  edən 

şeirlərini “Fikir” qəzetində, “Yeni əsr” jur-

nalında dərc etdirmişdir. Şeirlərində tatar və 

başqırd əfsanələrindən, nağıllarından poetik 

şəkildə yararlanmışdır.  O,  hələ uşaq  yaşla-

rından  öz  yaddaşı,  məntiqi,  ağlı,  fərasəti, 

dərin müşahidə qabiliyyəti ilə seçilmiş, na-

ğılları,  atalar  sözlərini,  xalq  nəğmələrini, 

bir  sözlə,  zəngin  tatar  folklorunu  diqqətlə 

öyrənmişdir.

1907-ci  ildə  çar  hökumətinin  sərt 

tədbirləri  nəticəsində  bir  çox  qəzet  və  jur-

nallar  bağlanmış,  işsiz  qalan A.Tukay  Ka-

zana köçmüş və ömrünün sonunadək orada 

yaşamışdır.

Maddi  və  mənəvi  sıxıntılara  baxmaya-

raq şair “Əl-islah” və daha sonra da “Yeşin” 

(Q.Kamal ilə birlikdə) adlı satirik jurnal dərc 

etdirmiş,  lakin  bir  il  sonra  dərgi  hökumət 

tərəfindən  bağlanmışdır.  1910-cu  ilin  mar-

tında  “Yalt-Yult”  (“Şəfəq”)  adlı  jurnalın 

nəşrinə  icazə  almış,  burada  dərc  etdirdiyi 

məqalələrində  satirik  şeir  və  həcvlərində 

din  xadimlərini,  xurafatı  kəskin  tənqid  et-

miş,  xalqı  qəflət  yuxusundan  oyanmağa 

səsləmişdir. Onun ədəbi maraq dairəsi geniş 

olmuş, klassik Şərq poeziyasını, eləcə də in-

gilis, alman və fransız ədiblərinin əsərlərini 

mütaliə etmişdir. 

O  dövrdə  bütün  Şərqdə  məşhur  olan 

“Molla Nəsrəddin” jurnalının və M.Ə.Sabir 

satirasının ədibin yaradıcılığına güclü təsiri 

olmuş,  1911-ci  ildə  Həştərxanda  Nəriman 

Nərimanovla tanış olmuşdur.

Uşaqlar üçün “Ata ilə bala”, “Su anası” 

kimi bir sıra şeirlər yazmış, tərcümə ilə də 

məşğul  olmuş,  rus  klassiklərinin  əsərlərini 

tərcümə  etmişdir.  Əsərləri  keçmiş  SSRİ 

xalqlarının dillərinə, o cümlədən Azərbaycan 

dilinə tərcümə edilmişdir. 

Tatar  ədəbiyyatında  tənqidi  realizmin 

banisi, tatar Xalq şairi Abdulla Tukay gənc 

yaşlarından  vərəm  xəstəliyinə  tutulmuş, 

1913-cü il aprel ayının 15-də vəfat etmişdir.

2011-ci ildə şairin 125 illik yubileyi geniş 

şəkildə  qeyd  edilmiş,  yubiley  münasibətilə 

Beynəlxalq  Türk  Mədəniyyəti  Təşkilatı-

TÜRKSOY 2011-ci ili “Abdulla Tukay ili” 

elan  etmişdir.  2011-ci  il  aprelin  25-də  Ka-

zanda  şairin  anadan  olmasının  125  illiyinə 

həsr  olunmuş  “Abdulla  Tukay  irsi  milli 

mədəniyyətlər kontekstində” adlı beynəlxalq 

elmi-praktik konfrans keçirilmişdir.

Kazanda, Kırlay və Kışlavıç kəndlərində, 

Moskvada, Sankt-Peterburqda abidəsi ucal-

dılmışdır. Kazanda Ədəbiyyat muzeyi, Tatar 

Dövlət Filarmoniyası onun adını daşıyır. An-

karada Tukay küçəsində monumenti qoyul-

muşdur. 1966-cı ildə Tatarıstan MSSR-

da Tukay adına mükafat təsis edilmişdir. 

Bakıda adına küçə var. 



Ə d ə b i y y a t

Seçilmiş əsərləri /Ab-

dulla Tukay; tatarcadan 

tərc ed.Ramiz Əsgər.- 

Bakı: Nağıl evi, 2011.- 

267 s.

Millətim /Abdulla Tu-

kay.- Bakı, 2011.- 267 s. 

Saman bazarı, yaxud 

Yeni Kəsikbaş: poema 

/Q.Tukay.- Bakı: Elm və 

təhsil, 2011.- 150 s.

Qabdulla Tu-

kay Azərbaycan 

ədəbiyyatşünaslığında: 

məqalələr toplusu /topl. 

M.Həsənova.- Bakı: Elm 

və təhsil, 2012.- 286 s.

Fərəcov, S. Tatar 

poeziyasının görkəmli 

nümayəndəsi /S.Fərəcov 

//Mədəniyyət.- 2014.- 12 

dekabr.- S. 12.

Избранное: стихи и 

поэмы: [пер. с тат.] 

/Г.Тукай; составители. 

Г.Хасанова, 

С.Малышев.- Казань: 

Татарское Книжное 

Изд-во, 2006.-191 с.

Избранные 

произведения /Г.Тукай.- 

Казань, 2009.- 703 с.

İ n t e r n e t d ə

www.anl.az

26

Tatar şairi

APREL

Dünya ədəbiyyatı


128

Rəssamlıq.Heykəltəraşlıq.Memarlıq

85

illiyi

Altay Hacıyev  

1931

APREL

Altay  Əmir  oğlu  Hacıyev  1931-ci 

il  aprel  ayının  2-də  anadan  olmuşdur. 

1951-ci  ildə  Əzim  Əzimzadə  adına 

rəssamlıq  məktəbini,  1959-cu  ildə  isə 

Kiyev Dövlət Rəssamlıq İnstitutunu bi-

tirmişdir. 

1959-cu ildən beynəlxalq və respub-

lika əhəmiyyətli sərgilərin iştirakçısıdır. 

1960-cı ildə SSRİ Rəssamlar İttifaqının 

üzvlüyünə qəbul edilmiş, 1962-1967-ci 

illərdə Azərbaycan SSR Nazirlər Sove-

ti yanında Dövlət Mətbuat Komitəsinin 

baş rəssamı vəzifəsində çalışmışdır.

 Əsərləri Azərbaycan Milli İncəsənət 

Muzeyində, Azərbaycan  Dövlət  Rəsm 

Qalereyasında, xarici ölkə muzeylərində 

və nüfuzlu şəxsi kolleksiyalarda saxla-

nılır.

Altay Hacıyevin yaradıcılığı bir sıra 



özünəməxsus cəhətləri ilə diqqət çəkir. 

Ukraynada  ali  təhsil  alan  sənətkar 

klassik  Avropa  rəssamlıq  ənənələrini 

dərindən öyrənmiş, eyni zamanda yara-

dıcılığında Azərbaycan təsviri sənətinin 

zəngin  ənənələrindən  faydalanmışdır. 

Belə  ki,  əsərlərinin  mövzusu,  ideya 

bədii  məzmunu,  orijinal  üslubu,  kom-

pozisiya tərtibatı, kolorit həlli ilə yara-

dıcılığında iki istiqaməti paralel apardı-

ğı, bədii sintez etdiyi müşahidə edilir.

Altay Hacıyev yaradıcılığının böyük 

bir dövrünü kitab qrafikasının inkişafı-

na sərf etmişdir. Neçə-neçə kitaba bədii 

tərtibat vermiş, bir çox əsərlərə illüstra-

siyalar çəkmişdir. 

XX  əsrin  60-cı  illərində  Bakıda 

gedən  tikinti-quruculuq,  əsaslı  təmir-

bərpa  işləri,  Bakının  inkişaf  etmiş 

sənaye şəhərləri səviyyəsinə yüksəlməsi 

“Yeni Bakı” adlı ilk silsiləsini çəkməyə 

səbəb olmuşdur. “Xəzər”, “Dənizin ifti-

xarı” və “Xəzərin sahibi” adlı silsilələr 

rəssamın yaradıcılığının ilkin dövrünün 

məhsuludur.  “Xalqımızın  ulduzları” 

silsiləsindən  olan  “Tomris”,  “Məhsəti 

Gəncəvi”,  “Sara  Xatun”,  “Xurşud-

banu  Natəvan”,  “Tuti  Bikə”,  “Aşıq 

Pəri”, “Ağa Bəyim Ağa” və b. əsərləri 

diqqətəlayiq əsərlərdir.

Rəssamın  1987-ci  ildə  qrafika 

əsərlərinin,  1991-ci  ildə  “Natəvan-

Şuşa”, 2001-ci ildə “Xalqımızın ulduz-

ları” adlı tematik, 2006-cı ildə 75 illik 

yubiley sərgiləri, 2008-ci ildə “Şərqdən 

Şərqə“ bədii sərgisi təşkil olunmuşdur.

Altay  Hacıyev  1968-ci  ildə AzSSR 

Ali  Soveti  Rəyasət  Heyətinin  Fəxri 

Fərmanı  ilə  mükafatlandırılmış,  1982-

ci ildə “Əməkdar rəssam”, 2002-ci ildə 

isə “Xalq rəssamı” fəxri adlarına layiq 

görülmüş, 1995-ci ildə “Humay” müka-

fatı ilə təltif olunmuşdur. 2003-cü ildən 

Prezident  təqaüdçüsüdür.  2013-cü  ildə 

haqqında film çəkilmişdir.

Ə d ə b i y y a t

Behbudova, İ. Azərbaycanın 

Xalq rəssamı Altay Hacıyevin 

80 illik həyat və yaradıcı-

lığı /İ.Behbudova //Təsviri 

dekorativ-tətbiqi sənət 

məsələləri.- 2012.- № 1 (9).- 

S.100-106.

Hacızadə, E. Rəng, kompo-

zisiya və plastik dəyərlər: 

Altay Hacıyev-80 /E.Hacızadə            

//Mədəni-maarif.- 2011.- №2.- 

S. 10-11.

İ n t e r n e t d ə

www.anl.az

www.az.wikipedia.orq

www.uaa.az

2

Rəssam



Yüklə 6,03 Mb.

Dostları ilə paylaş:
1   ...   56   57   58   59   60   61   62   63   ...   204




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə