Kbt я25 uot (059) Baş redaktor


Rəssamlıq.Heykəltəraşlıq.Memarlıq 105



Yüklə 6,03 Mb.
Pdf görüntüsü
səhifə61/204
tarix24.12.2017
ölçüsü6,03 Mb.
#17748
1   ...   57   58   59   60   61   62   63   64   ...   204

129

Rəssamlıq.Heykəltəraşlıq.Memarlıq

105 

illiyi

Hüseyn Əliyev 

1911-1991

APREL

Hüseyn Əlirza oğlu Əliyev 1911-ci il 

aprel  ayının  22-də  Zəngəzur  qəzasının 

Comərdli  kəndində  anadan  olmuşdur. 

1918-ci ildə ailəsi ilə birlikdə Naxçıvana 

köçmüşdür. 1932-ci ildə Bakı Rəssamlıq 

Texnikumunu,  1935-ci  ildə  Leninqrad 

Boyakarlıq, Memarlıq və Heykəltəraşlıq 

Akademiyasının  nəzdində  3  illik  xü-

susi  kursu  müvəffəqiyyətlə  bitir-

mişdir.  1922-1931-ci  illərdə  “Molla 

Nəsrəddin”  jurnalı  ilə  əməkdaşlıq  et-

miş,  onun  bir  sıra  karikaturaları  jur-

nalın  səhifələrində  çap  olunmuşdur. 

Hələ  gənc  yaşlarında  dahi  mütəfəkkir 

M.F.Axundzadənin portretinə görə Res-

publika  müsabiqəsində  birinci  yerə  la-

yiq görülmüş və mükafat almışdır.

1935-ci  il  oktyabr  ayının  4-dən 

təqaüdə  çıxanadək  “Xalq  qəzeti”nin 

(keçmiş  “Kommunist”)  bədii  tərtibat 

şöbəsində  əvvəlcə  baş  rəssam,  son-

ra  bədii  tərtibat  şöbəsinin  müdiri 

vəzifələrində çalışmışdır.

İkinci Dünya müharibəsi başlayanda 

rəssam könüllü surətdə orduya yazılmış, 

Daxili  İşlər  Nazirliyinin  tabeliyindəki 

48 saylı təşviqat polkunda rəssam kimi 

fəaliyyət  göstərmişdir.  Musiqiçilər 

bölməsinin üzvləri ilə birlikdə dəfələrlə 

ön cəbhələrdə olmuş, neçə-neçə igid dö-

yüşçünün  portretini  çəkmiş,  müharibə 

mövzusunda  plakatlar  hazırlamışdır. 

1944-cü  ildə  ordudan  tərxis  olunaraq 

redaksiyaya qayıtmış, sevimli peşəsi ilə 

məşğul olmağa başlamışdır.

Yaradıcılığında  portret  və  mənzərələr 

mühüm yer tutmuş, Comərdli kəndində 

çəkdiyi “Yəhər Təpə” və “Mahmud bu-

lağı”  tabloları,  Hüseyn  Cavid,  Nizami 

Gəncəvinin  portretləri  özünəməxsus 

keyfiyyətləri  ilə  fərqlənmişdir.  Onun 

“Göygöl  mənzərələri”  adlı  albomunda 

17 mənzərəsi verilmişdir.

1944-cü  ildə  Göyçay  çayının 

üzərindən  salınan  körpünün  inşaatçı-

larına  həsr  etdiyi  silsilə  rəsm  əsərləri, 

Zəngəzur  mövzusuna  həsr  etdiyi  ak-

varel  seriyaları  maraqla  qarşılanmış-

dır.  Görkəmli  sənətkarın  “Zəngəzur 

dağları”,  “Urud  qalası”,  “Meşədə  qış”, 

Payız”,  “Qürub  çağı”,  “İlanlı  dağ”  və 

s  kimi  əsərləri  dərin  müşahidə  və  incə 

zövqün, fitri istedadın məhsulu idi. 

Rəssam  yaradıcılığında  mənzərələr, 

tablolar, 

portretlər, 

natürmortlar-

la  bərabər,  uzun  müddət  nəqqaşlıqla 

məşğul  olmuş,  alleqorik  əsərlərə 

müxtəlif  məzmunlu  karikaturalar, 

təsvirlər çəkmiş, kitablara illüstrasiyalar 

işləmişdir.

Birləşmiş  Ərəb  Əmirliyində  sərgisi 

təşkil  edilmiş,  sonralar  həmin  sərgi 

Rəssamlar İttifaqının “Qız qalası” qale-

reyasında nümayiş olunmuşdur. 

Görkəmli 

rəssam 

“Qafqazın 



müdafiəsinə  görə”,  “1941-1945-ci 

illərdə  arxa  cəbhədəki  şərəfli  əməyinə 

görə”,  “Böyük  Vətən  müharibəsinin 

30 illiyi” medalları və “Xalqlar dostlu-

ğu”  ordeni  ilə  təltif  olunmuş,  üç  dəfə 

Azərbaycan, bir dəfə Ukrayna Ali Sove-

tinin fəxri fərmanlarına layiq görülmüş-

dür. 1940-cı ildən Rəssamlar İttifaqının 

üzvü  olan  Hüseyn  Əliyev  1976-cı  ildə 

“Əməkdar rəssam”, 1982-ci ildə “Xalq 

rəssamı” fəxri adına layiq görülmüşdür.

Hüseyn  Əlirza  oğlu  Əliyev  25  may 

1991-ci il tarixində vəfat etmişdir.

Ə d ə b i y y a t

Hüseyn Əliyev. 1911-1991 

[İzomaterial]: [albom] /lay. 

rəhb. Ç.Fərzəliyev; mətnin 

müəl. L.Eldarova; ing.dilinə 

tərc.: İ.Peart, S.İbrahimova, 

Ə.Məlikova; fotolar Ə.Ağasiyev; 

baş dizayner İ.Eldarova.- Bakı: 

[Şərq-Qərb], 2013.-104 s.

Əliyev, Ə. Hüseyn Əliyev [İzoma-

terial] /Ə.H.Əliyev; [məsləhətçi 

Z.Salahova].-Bakı: [s. n.], 

2011.-503 s.

Əliyev, Ə. Azərbaycanın 

Xalq rəssamı Hüseyn Əliyev 

/Ə.H.Əliyev.- Bakı, 2009.- 87 s.

Əliyev Hüseyn Əlirza oğlu              

//Naxçıvan ensiklopediyası.- 

Bakı.- 2002.- S. 142-143.

Əliyev, T. Xoşbəxt taleli sənətkar: 

Hüseyn Əliyev-100 /T.Əliyev //

Xalq qəzeti.- 2011.- 22 aprel.- 

S. 5.

Xalq rəssamı Hüseyn Əliyevin 

100 illiyi qeyd olunmuşdur                    

//Azərbaycan.- 2011.- 23 aprel.- 

S.7.

Monteneqroda Xalq rəssamı Hü-

seyn Əliyevin fərdi sərgisi açılıb //

Mədəniyyət.- 2011.- 15 iyun.- S. 7.

İ n t e r n e t d ə

www.anl.az

www.az.wikipedia.orq

www.uaa.az

22

Rəssam



130

APREL

13

75 

illiyi

Oqtay Rəcəbov

1941 

APREL

Oqtay  Məmmədağa  oğlu  Rəcəbov 

1941-ci il aprel ayının 5-də anadan ol-

muşdur. 


1963-cü  ildə  Azərbaycan  Dövlət 

Pedaqoji İnstitutunun fizika fakültəsini 

bitirmiş, həmin ildə Ü.Hacıbəyli adına 

Azərbaycan  Dövlət  Konservatoriya-

sının  bəstəkarlıq  fakültəsinə  daxil  ol-

muşdur.  Görkəmli  bəstəkar,  professor 

Cövdət  Hacıyevin  sinfində  təhsil  al-

ması ona qısa zaman da böyük şöhrət 

gətirmişdir.

Yaradıcılığa başladığı ilk vaxtlardan 

irihəcmli vokal və instrumental əsərlər 

qələmə almışdır. 3 uşaq operasının, 2 

operettanın,  6  simfoniyanın,  müxtəlif 

janrlı  vokal-instrumental  əsərlərin, 

17  filmin  musiqi  müəllifidir.  “Anam 

Azərbaycanım”,  “Nəğmələr”,  “Necə 

unudum  səni?”,  “Zəfəran”,  “Daha  nə 

istəyirsən?”  və  digər  qəlb  oxşayan 

mahnıları  bəstəkarın  fitri  istedadının 

parlaq nümunəsidir. Oqtay Rəcəbovun 

müxtəlif  mövzularda  qələmə  aldı-

ğı  400-dən  çox  əsəri  (bunların  250-

si  uşaqlar  üçündür)  Azərbaycan 

bəstəkarlarının  mahnı  antologiyasını 

zənginləşdirməkdə  mühüm  rol  oyna-

mışdır.


Yaradıcılığının  mühüm  istiqamət-

lərindən biri də onun pedaqoji fəaliyyəti 

ilə bağlıdır. Eksperimental musiqi proq-

ramları müəllifi kimi tanınan bəstəkar-

pedaqoq  bu  istiqamətdə  işlərini  bu 

gün də davam etdirir. Onun bilavasitə 

rəhbərliyi  ilə  1996-2010-cu  illərdə 

ümumtəhsil və musiqi məktəbləri üçün 

nəşr olunan 16 adda “Musiqi”, “Musi-

qi  ədəbiyyatı”  dərsliyi,  “Fortepianoda 

çalmaq üçün müntəxabat”, “Elementar 

musiqi  nəzəriyyəsi”  tədris  vəsaitləri 

1,5 milyon tirajla çap olunmuşdur. 

1985-ci  ildə  pedaqoji  elmlər 

namizədi, 1992-ci ildə pedaqoji elmlər 

doktoru,  1995-ci  ildə  professor  elmi 

rütbəsini almışdır.

Professorun  təşəbbüsü  ilə  yaradı-

lan  və  1978-ci  ildən  1992-ci  ilədək 

Azərbaycan  televiziyası  ilə  yayımla-

nan “Məktəblilərin musiqi klubu” veri-

lişinin hər məşğələsi yadda qalmış, es-

tetik tərbiyə üzrə bir sıra nəzəri-təcrübi 

məsələlərin həllinə təsir göstərmişdir.

Azərbaycan  xalq  nağılı  əsasında 

1992-ci  ildə  “Göyçək  Fatma”  ciz-

gi  film-opera,  1994-cü  ildə  Nizami 

Gəncəvinin  “Xeyir  və  Şər”,  2012-ci 

ildə  “Sərçəcik”  uşaq  operalarını  yaz-

mışdır. 


2001-ci  ildə  “Əlin  cibində  olsun”, 

“Şeytanın yubileyi” musiqili tamaşala-

rı səhnəyə qoyulmuşdur. 

Böyüməkdə  olan  nəslin  musiqi-

estetik  tərbiyəsinin  inkişafı  naminə 

yorulmadan  çalışan  Oqtay  Rəcəbov 

“Qabaqcıl  maarif  xadimi”,  “Maarif 

əlaçısı”  döş  nişanlarına,  1982-ci  ildə 

Azərbaycan  Lenin  komsomolu  mü-

kafatına,  1987-ci  ildə  isə  “Əməkdar 

müəllim”  fəxri  adına  layiq  görülmüş-

dür. 2006-cı ildə Azərbaycan Respub-

likası Prezidenti cənab İlham Əliyevin 

Sərəncamı  ilə  “Tərəqqi”  medalı  ilə 

təltif  edilmişdir.  Daim  yaradıcılıq  ax-

tarışında  olan  mahir  bəstəkar,  musiqi 

pedaqoqu  O.Rəcəbov  Rusiya  Peda-

qoji və Sosial Elmlər Akademiyasının 

həqiqi üzvü kimi də səmərəli fəaliyyət 

göstərir.



Ə d ə b i y y a t

Azərbaycan xalq mahnıları 

[Notlar] /O.Rəcəbov.-Bakı: 

Çıraq, 2006.-C.2.-41, [2] s.

Pedaqoji təmayüllü orta 

ixtisas və ali məktəblərdə 

musiqi tədrisinin me-

todikası /O.Rəcəbov, 

G.Məmmədova.- Bakı: 

Şirvannəşr, 2009.- 202 s.

Ulu öndər [Notlar]: solist, 

xor və fortepiano ilə oxu-

maq üçün /O.Rəcəbov.-Bakı: 

Şirvannəşr, 2008.-62 s.

Ümumtəhsil məktəblərində 

musiqi tədrisi və tərbiyəsi 

metodikası /O.Rəcəbov, 

S.Zamanlı, R.Quliyeva.- 

Bakı: Mütərcim, 2010.- 132 

s.

İmanov, R. Oqtay Rəcəbov 

/R.İmanov.- Bakı: Şərq-

Qərb, 2014.- 32 s.

Oqtay Rəcəbovun yeni ope-

rası təqdim edildi //525-ci 

qəzet .-2015.- 15 may.- S.7.

İ n t e r n e t d ə

www.anl.az

www.az.wikipedia.orq

www.youtube.com

www.mugamradio.az

5

Bəstəkar

Musiqi.Opera.Balet


Yüklə 6,03 Mb.

Dostları ilə paylaş:
1   ...   57   58   59   60   61   62   63   64   ...   204




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə