Kbt я25 uot (059) Baş redaktor



Yüklə 6,03 Mb.
Pdf görüntüsü
səhifə62/204
tarix24.12.2017
ölçüsü6,03 Mb.
#17748
1   ...   58   59   60   61   62   63   64   65   ...   204

131

100 

illiyi

Qəmbər Hüseynli

1916-1961

APREL

Qəmbər  Muxtar  oğlu  Hüseynli 

1916-cı  il  aprel  ayının  16-da  Gəncə 

şəhərində anadan olmuşdur. Hələ gənc 

yaşlarından  xalq  musiqisinə  sonsuz 

məhəbbəti,  klassik  muğamlarımızın 

əsaslarını  dərindən  öyrənməsi  son-

ralar  onun  bəstəkarlıq  fəaliyyətində 

mühüm rol oynamışdır. Gəncə Musiqi 

Texnikumunu

 

tar sinfi üzrə fərqlənmə 



diplomu  ilə  bitirən  Qəmbər  təhsilini 

davam  etdirmək  məqsədilə  1935-ci 

ildə Bakıya gəlmiş, Bakı Musiqi Tex-

nikumunda tanınmış musiqi pedaqoqu 

A.S.Şvartsın  violonçel  sinfində  iki  il 

müddətində təhsil almışdır. Lakin mu-

siqi bəstələməyə olan hədsiz marağına 

görə orta ixtisas məktəbinin bəstəkarlıq 

şöbəsinə keçmişdir. Bu illərdə görkəmli 

dramaturq Cəfər Cabbarlının sözlərinə 

“Tellər  oynadı”  romans-mahnısını 

bəstələmişdir.  1939-cu  ildə  Qəmbər 

Hüseynli milli musiqimizin beşiyi olan 

Şuşanın  Musiqi  Texnikumuna  direk-

tor  vəzifəsinə  göndərilmişdir.  Burada 

cəmi bir il çalışmış, sonra yenidən Ba-

kıya qayıtmış, filarmoniyanın nəzdində 

fəaliyyət  göstərən  Azərbaycan  Xalq 

Çalğı  Alətləri  Orkestrində  dirijor 

köməkçisi  vəzifəsində  çalışmaq-

la  yanaşı,  Üzeyir  bəyin  tövsiyəsi  ilə 

həmin  illərdə  yaranan  Sazçı  Qızlar 

Ansamblının  həm  təşkilatçısı,  həm 

də  bədii  rəhbəri  kimi  fəaliyyətə  baş-

lamışdır.  Aşıq  Teymur  Hüseynovun 

ifasında 55 ənənəvi aşıq havasını nota 

köçürmüş,  onları  Sazçı  Qızlar  An-

samblı üçün işləmişdir. Gənc bəstəkar 

1951-ci ildə yenidən A.Zeynallı adına 

Bakı  Orta  İxtisas  Musiqi  məktəbinin 

bəstəkarlıq şöbəsinə daxil olaraq pro-

fessor B.İ.Zeydmanın sinfində təhsilini 

davam  etdirmiş,  1954-cü  ildə  həmin 

məktəbi müvəffəqiyyətlə bitirmişdir.

Q.Hüseynli Gəncə Dövlət Dram Te-

atrında  tamaşaya  qoyulmuş  6  pyesə, 

o  cümlədən  “Şeyx  Sənan”,  “Qatır 

Məmməd”, “Almaz”, “Bəxtsiz cavan”, 

“Solğun  çiçəklər”,  “Namus”  dramla-

rına musiqi yazmışdır. Üç yüzə qədər 

mahnı və romansın müəllifidir.

 Bir sıra uşaq nəğmələrinin müəllifi 

kimi  şöhrət  qazanmış,  xüsusilə  100-ə 

yaxın dildə oxunan “Cücələrim” mah-

nısı bəstəkara böyük şöhrət gətirmişdir.  

Onun  “İlk  məhəbbət”,  “Ay  işığında”, 

“Tel  nazik”,  “Tellər  oynadı”,  “Çeşmə 

başında”,  “Düşər  yadıma”,  “Gecələr 

uzanaydı”, “Dolanım başına” və digər 

mahnıları  xalq  tərəfindən  sevə-sevə 

dinlənilir. 

Bəstəkar 1961-ci ildə “Azərbaycanın 

Əməkdar incəsənət xadimi” fəxri adına 

layiq  görülmüş,  “Şərəf  nişanı”  ordeni 

ilə təltif edilmişdir.

Qəmbər Hüseynli 1961-ci il avqust 

ayının 1-də, 45 yaşında vəfat etmişdir.

Ə d ə b i y y a t

Hüseynli, B. Bəstəkar 

Qəmbər Hüseynli 

/B.Hüseynli, V.Xəlilov.- 

Bakı: Gənclik, 1997.- 99 s.

Qurbanəliyeva, S. Qəmbər 

Hüseynli yaradıcılığı 

milli ənənələr kontekstində 

/S.Qurbanəliyeva, 

L.Rəfibəyli, N.Seyfullayeva.- 

Bakı: Adiloğlu, 2006.- 203 

s.

Dünyamızda gözəl səsi 

qalan bəstəkar: unudul-

maz mahnılar müəllifi...              

//Azadlıq.- 2012.- 17 

avqust.- S. 14.

Hüseynli Qəmbər                

//Azərbaycan Sovet Ensiklo-

pediyası: 10 cilddə.- Bakı, 

1987.- C.10.- S.284. 

Zöhrabov, R. Nəğmələrdə 

yaşayan ömür /R.Zöhrabov 

//Bəstəkarlarımız haqqında 

söz.- Bakı, 1995.- Kitab 1.- 

S.44-47.

İ n t e r n e t d ə

www.anl.az

www.az.wikipedia.orq

www.youtube.com

www.mugamradio.az

16

Bəstəkar

Musiqi.Opera.Balet



132

65 

illiyi

Ədalət Vəzirov

1951-2002

APREL

Ədalət Səfərəli oğlu Vəzirov 1951-

ci il aprel ayının 27-də Bakı şəhərində 

anadan olmuşdur. 

1963-cü  ildə  Bülbül  adına  Orta 

İxtisas  Musiqi  Məktəbinə  Elman 

Bədəlovun  sinfinə  qəbul  olunmuş  və 

1969-cu  ildə  oranı  müvəffəqiyyətlə 

bitirmişdir.  Sonra  Azərbaycan  Dövlət 

Konservatoriyasına daxil olmuş, 1974-

cü ildə oranı bitirmişdir. 

Bakı  Musiqi  Akademiyasının  do-

senti kimi ixtisası sahəsində elmi me-

todiki işlə də geniş məşğul olmuşdur. 

Kamança  sənətinin  tədrisi  ilə  bağ-

lı  dəyərli  elmi  əhəmiyyətli  müxtəlif 

metodiki 

tövsiyələrin, 

rəylərin, 

işləmələrin,  köçürmələrin  müəllifidir. 

Bunlardan  Zakir  Bağırovun,  Hacı 

Xanməmmədovun  kamança  ilə  sim-

fonik  orkestr  ücün  konsertlərin  ifası-

na  dair  metodiki  tövsiyələri,  bakalavr 

dərəcəsi alanlar üçün ixtisas və muğam 

proqramını  və  başqalarını  nümunə 

göstərmək  olar.  Bundan  əlavə  uşaq 

musiqi  məktəblərində,  musiqi  texni-

kumlarında  açıq-nümunəvi  dərslərin 

keçirilməsi,  sinif  konsertlərinin,  solo 

çıxışların  təşkili  kimi  əyani  metodi-

ki işlər də Ədalət müəllimin pedaqoji 

fəaliyyətinin  əsas  qayəsini  təşkil  et-

mişdir.


1974-cü ildə Moskvada keçirilən V 

Beynəlxalq Musiqi müsabiqəsinin qa-

libi  olmuş,  1980-ci  ildən Azərbaycan 

Dövlət Konservatoriyasında və Sumqa-

yıt Musiqi Texnikumunda (2000-2002-

ci illərdə direktor) müəllim işləmiş, bir 

çox adlı-sanlı tələbələr yetişdirmişdir.

Uzun müddət Əməkdar artist Baba 

Salahovun  rəhbərlik  etdiyi  xalq  çalğı 

alətləri ansamblında, SSRİ Xalq artisti 

Zeynəb  Xanlarovanın  rəhbərlik  etdiyi 

ansamblda  çalışmışdır.  Bir  çox  xarici 

ölkələrdə - ABŞ, Kanada, İraq, Misir, 

Türkiyədə  ifaçılıq  sənətimizi  yüksək 

səviyyədə nümayiş etdirmişdir. Ədalət 

Vəzirov  kamança  ifaçılığından  əlavə 

peşəkar  fortepiano  və  qarmon  ifaçısı 

idi.


1997-ci 

ildə 


Özbəkistanın 

Səmərqənd şəhərində keçirilən muğam 

simpoziumunda  yüksək  mükafata  la-

yiq görülmüş, QRAN PRİ mukafatını 

Azərbaycana gətirmişdir. Elə həmin il 

“Əməkdar artist” fəxri adina layiq gö-

rülmüşdür.

Ədalət  Vəzirov  2002-ci  il  oktyabr 

ayının  5-də,  ömrunun  51-ci  ilində 

Turkiyənin İstanbul şəhərində vəfat et-

mişdir.

Ə d ə b i y y a t

Azəri, L. On ildir, kamanın 

gözü yoldadır... /L.Azəri       

//Mədəniyyət.- 2012.- 5 

oktyabr.- S. 15.

Dağlı, E. Tanınmış kaman 

ustası /E.Dağlı //Respubli-

ka.- 2013.- 19 may.- S.8.

Vəzirov Ədalət Səfərəli oğlu 

//Muğam Ensiklopediya-

sı.- Bakı: Musiqi dünyası, 

2008.- S.200-201.

İ n t e r n e t d ə

www.anl.az

www.az.wikipedia.orq

www.youtube.com

www.mugamradio.az

27

Kamança ifaçısı

Musiqi.Opera.Balet



Yüklə 6,03 Mb.

Dostları ilə paylaş:
1   ...   58   59   60   61   62   63   64   65   ...   204




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə