Kbt я25 uot (059) Baş redaktor



Yüklə 6,03 Mb.
Pdf görüntüsü
səhifə64/204
tarix24.12.2017
ölçüsü6,03 Mb.
#17748
1   ...   60   61   62   63   64   65   66   67   ...   204

135

Teatr.Kino

70

illiyi

Ramiz Həsənoğlu

1946

APREL

Ramiz  Həsənağa  oğlu  Mirzəyev 

(Ramiz  Həsənoğlu)  1946-cı  il  aprel 

ayının  13-də  İrəvan  şəhərində  anadan 

olmuşdur.  1948-ci  ildə  ermənilərin 

yenidən  azğınlaşması  və  bölgədə  sa-

bitliyin  pozulması  ilə  əlaqədar  2  yaşlı 

Ramiz  valideynləri  ilə  birlikdə  Gəncə 

şəhərinə köçmüş, 1956-cı ildə isə Bakı-

ya gəlmişdir. 1965-ci ildə orta məktəbi 

bitirib Azərbaycan Dövlət Teatr İnstitu-

tunun mədəni-maarif fakültəsinin qiya-

bi şöbəsinə qəbul olunmuşdur. 1966-cı 

ildən Azərbaycan Dövlət Televiziya və 

Radio  Verilişləri  Komitəsində  rejissor 

köməkçisi  işləməyə  başlamış,  Ağaəli 

Dadaşov,  Rauf  Kazımovski,  Arif  Ba-

bayev kimi görkəmli sənətkarlardan bu 

sənətin sirlərini öyrənmişdir.

Yazıçı  Anarın  pyesləri  əsasında 

“Mən, sən, o və telefon”, “Dindirir əsr 

bizi”,  “Ötən  ilin  son  gecəsi”  teletama-

şalarını ekranlaşdırmış, bu dövrdə sənət 

uğurları  ilə  yanaşı,  təhsilini  də  davam 

etdirmişdir. 1973-cü ildə müsabiqə yolu 

ilə  qəbul  olunduğu  Sankt-Peterburq 

Dövlət  Teatr  Musiqi  və  Kinematoqra-

fiya Akademiyasını 1978-ci ildə uğurla 

başa vurmuşdur.

Hamlet 


Xanızadənin, 

Həsən 


Əblucun,  Yaşar  Nurinin  rol  aldıqla-

rı  “Qatarda”  televiziya  tamaşasından 

sonra   populyarlıq qazanmışdır. Onun 

quruluş  verdiyi  teletamaşalar  sırasında 

ən  uğurlu  alınanlardan  biri  də  Hüseyn 

Cavidin  eyniadlı  əsəri  əsasında  ekran-

laşdırdığı “Topal Teymur”dur. “Günah-

sız Abdulla” və ilk Azərbaycan telemü-

zikli  “Ordan-burdan”  ona  daha  geniş 

şöhrət  gətirmişdir.  Məşhur,  bənzərsiz 

“Ac həriflər” televiziya tamaşası Ramiz 

Həsənoğlunun  yaradıcılığında  mühüm 

yer tutmuş, tamaşa “Humay” mükafatı-

na layiq görülmüşdür.

R.Həsənoğlu  Musiqili  Komediya 

Teatrında  “Məzəli  əhvalat”  və  Milli 

Akademik Dram Teatrında “Brüsseldən 

məktublar”  tamaşalarına  quruluş  ver-

miş, 200-dən artıq televiziya verilişi ha-

zırlamışdır.

Rüstəm  İbrahimbəyovun  ssenari-

si  əsasında  çəkdiyi  “Ailə”  bədii  filmi 

2000-ci ildə Moskvada keçirilən Avrasi-

ya festivalının baş mükafatına layiq gö-

rülmüşdür. 2007-ci ildə Anarın ssenarisi 

əsasında “Cavid ömrü”, 2012-ci ildə isə 

Mirzə Fətəli Axundzadənin 200 illik yu-

bileyi ilə əlaqədar “Sübhün səfiri” bədii, 

tammetrajlı  filmini  çəkmişdir.  1993-cü 

ildən bu günə kimi Azərbaycan televi-

ziyasında “Sabah” eksperimental yara-

dıcılıq  emalatxanasına  rəhbərlik  edir. 

Azərbaycan  Kinematoqrafçılar  Birliyi 

İdarə Heyətinin və Azərbaycan Kinore-

jissorlar Gildiyası Bürosunun üzvüdür.

Azərbaycan  televiziyası  və  radio-

sunun  inkişafındakı  xidmətlərinə  görə 

Mirzəyev Ramiz Həsənağa oğlu 1989-cu 

ildə “Əməkdar incəsənət xadimi”, 4 no-

yabr 2006-cı il tarixində isə Azərbaycan 

Respublikasının “Xalq artisti” fəxri ad-

larına layiq görülmüşdür.



Ə d ə b i y y a t

Bu sənət yolunda son bir döyüş 

var /R.Həsənoğlu //Ədəbiyyat 

qəzeti.- 2014.- 17 oktyabr.- 

S.8-9.

Talıbzadə, A. Ustad və Ayna: 

ruhun, çinarın, telefonun ekran 

estetikası: bədii-publisistik 

salnamə /A.Talıbzadə.- Bakı: 

Çinar-Çap, 2004.- 289 s.

Əzizbəyli, R. Yubiley ərəfəsində 

/R.Əzizbəyli //525-ci qəzet.- 

2012.- 16 fevral.- S. 6.

İ n t e r n e t d ə

www.anl.az

www.az.wikipedia.orq

www.adam.az

www.uzeyirbook.musigi-

dunya.az

13

Rejissor


136

Teatr.Kİno

100 

illiyi

Nəsibə Zeynalova

1916-2004

APREL

Nəsibə  Cahangir  qızı  Zeynalova 

1916-cı il aprel ayının 20-də Azərbaycan 

milli  realist  aktyor  məktəbinin  banisi 

Cahangir Zeynalovun ailəsində Bakıda 

anadan olmuşdur.

Bakıda orta məktəbi bitirdikdən son-

ra Bakı Teatr Texnikumuna daxil olmuş, 

burada  M.Haşımov,  A.Gəraybəyli  və 

A.Tuqanovdan dərs almışdır. 

1932-ci  ildə  Rza  Təhmasibin  dram 

dərnəyinə üzv olmuş, 1934-cü ildə möv-

sümi (aprel ayından oktyabr ayına kimi) 

fəaliyyət  göstərən  səyyar  Kolxoz  və 

Sovxoz Teatrında aktrisa işləməyə baş-

lamışdır. 1941-ci ildə Azərbaycan Mu-

siqili Komediya Teatrına işə qəbul olun-

muşdur.  Müharibə  dövründə  cəbhədə 

və hospitallarda əsgərlər qarşısında ta-

maşalarla çıxış etmişdir. S.Rüstəmovun 

“Beş manatlıq gəlin” tamaşasında Gül-

naz,  A.Məşədibəyovun  “Toy  kimin-

dir?” tamaşasında Məsmə, F.Əmirovun 

“Gözün  aydın”  tamaşasında  Nargilə, 

S.Ələsgərovun  “Ulduz”  tamaşasında 

Züleyxa, V.Dolidzenin “Keto və Kote” 

tamaşasında Kabato obrazları aktrisanı 

tamaşaçılara sevdirmişdir.

XX  əsrin  50-ci  illərində  aktrisanın 

ifaçılıq qabiliyyəti daha da püxtələşmiş, 

onun bu dövrdə yaratdığı səhnə obrazla-

rı Azərbaycan komediya teatrı tarixinə 

iri  hərflərlə  yazılmışdır.  T.Quliyevin 

“Qızılaxtaranlar” 

tamaşasında 

Rəxşəndə, S.Rüstəmovun “Rəisin arva-

dı”  tamaşasında Afərin,  Ş.Miloravanın 

“Tbilisi  nəğməsi”  tamaşasında  Gesi-

ya,  A.Rzayevin  “Hacı  Kərimin  Aya 

səyahəti”  tamaşasında  Kəblə  Fatma, 

S.Ələsgərovun  “Həmşəxanım”  tama-

şasında  Həmşəxanım,  “Sevindik  qız 

axtarır” tamaşasında Xeyransa kimi bir-

birindən maraqlı obrazlar yaratmışdır.

Rəqs,  mahnı  (yaxud  reçitativ)  və 

hərəkətlərdən  eyni  epizodda,  hətta 

eyni  məqamda  yüksək  peşəkarlıqla 

istifadə  etmiş,  xalq  yumorunun, 

“Qaravəlli”  oyun  tamaşalarının,  lətifə 

söyləmələrinin  estetik  oyun-göstərmə 

prinsiplərindən həssaslıqla bəhrələnmiş, 

tipik  xarakter  yaratmağa  üstünlük  ver-

miş və bu istiqamətdə obrazın məzmun-

forma  vəhdətini  vacib  şərt  kimi 

dəyərləndirmişdir.

Aktrisa  “Ögey  ana”  (1959),  “Bö-

yük  dayaq”  (1963),  “Ulduz”  (1964), 

“Qanun naminə” (1969), “Bizim Cəbiş 

müəllim”  (1970)  filmlərində  müxtəlif 

səpkili,  yaddaqalan  obrazlar  yaratmış-

dır. Kinoda yaratdığı ən məşhur obrazı 

1979-cu ildə “Qaynana” filmində oyna-

dığı Cənnət xala - qaynana obrazıdır.

Teatr  və  kino  sənətinin  inkişafında-

kı xidmətlərinə görə 24 may 1960-cı il 

tarixində “Azərbaycan Respublikasının 

Əməkdar artisti”, 1967-ci ildə isə “Xalq 

artisti” fəxri adlarına layiq görülmüşdür. 

“Hicran” tamaşasındakı Qızbacı roluna 

görə Azərbaycan  Dövlət  mükafatı  lau-

reatı olmuşdur. 

1974-cü  ildə  haqqında    “Aktrisanın 

təbəssümü” televiziya filmi çəkilmişdir. 

1961-1987-ci illərdə  Xalq deputatı se-

çilmişdir. 

1997-ci  ildə  “Şöhrət”  ordeni  və  bir 

sıra medallarla təltif edilmişdir. 2000-ci 

ildə Moskvada onun adına Gənclər Te-

atrı açılmışdır. 

Nəsibə xanım Zeynalova 2004-cü il 

mart  ayının  10-da  Bakıda  vəfat  etmiş, 

Fəxri Xiyabanda dəfn edilmişdir. 

2005-ci ildə “Qrand” Müstəqil Mil-

li İctimai mükafata layiq görülmüşdür. 

Adını daşıyan tanker mövcuddur.

Ə d ə b i y y a t

İsmayılova, A. Nəsibə Zey-

nalova /A.İsmayılova.- Bakı, 

1966.- 79 s.

Rəhmanzadə, F. Nəsibə Zey-

nalova /F.Rəhmanzadə.- Bakı: 

İşıq, 1978.- 34.

Əhmədov, S. Nəsibə Zeynalova 

/S.Əhmədov //Azərbaycan 

tarixindən yüz şəxsiyyət.- Bakı, 

2006.- S.256-257.

Rəhimli, İ. Nəsibə Zeynalova 

/İ.Rəhimli //Azərbaycan teatr 

tarixi.- Bakı, 2005.- S.669-

673.

Süleymanova, A. Milli kome-

diyamızın klassiki: Nəsibə 

Zeynalova         //Kaspi.- 

2014.- 18 aprel.- S. 11.

Zümrüd. Sənət məktəbini 

yaradan aktrisa /Zümrüd //

Səs.- 2012.- 10 mart.- S. 12.

İ n t e r n e t d ə

www.anl.az

www.az.wikipedia.orq

www.adam.az

20

Aktrisa



Yüklə 6,03 Mb.

Dostları ilə paylaş:
1   ...   60   61   62   63   64   65   66   67   ...   204




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə