Kbt я25 uot (059) Baş redaktor



Yüklə 6,03 Mb.
Pdf görüntüsü
səhifə67/204
tarix24.12.2017
ölçüsü6,03 Mb.
#17748
1   ...   63   64   65   66   67   68   69   70   ...   204

141

Ə d ə b i y y a t 

Heydər Əliyev Atatürk 

haqqında /topl. tərt. 

ed. S.Nəzərli.- Bakı: 

AzAtaM, 2003.- 78 s.

Mustafa Kamal 

Atatürk və türkçülük: 

29 oktyabr 2005-ci 

il: (Elmi konfran-

sın materialları)                        

/tərt. O.Musayev.- 

Bakı: AzAtaM, 2006.- 

73 s.

Nəzərli, S. Müdrik 

Atatürk: gerçək 

hekayətlər.- Bakı: Nur-

lan, 2006.-108 s.

Atalı, İ. Atatürk bütün 

türklərin sevgisinə 

layiqdir /İ.Atalı               

//Türküstan.- 2014.- 

18-24 may.- S.9.

Eyniyev, M. Ata-

türk /M.Eyniyev                   

//Respublika.-2015.- 

25 aprel.- S.6.

Владимирский, А.В. 

Великий Ататюрк: 

«Отец народа», 

«Человек Судьбы» 

/А.В.Владимирский.- 

М.: Яуза, Эксмо, 

2014.-348 с.

İ n t e r n e t d ə

www.az.wikipedia.org

www.anl.az

Dövlət xadimi

Mustafa Kamal Atatürk 

1881-1938

Mustafa  Kamal  Atatürk  1881-ci  il  ap-

rel  ayının  19-da  Osmanlı  imperiyasına 

məxsus  Səlanikdə  (indiki  Yunanıstanın  Sa-

lonika şəhəri) anadan olmuşdur. 1896-1899-

cu  illərdə  müasir  Makedoniya  ərazisində 

yerləşən Manastır Hərbi məktəbini bitirərək 

İstanbul Hərb Məktəbinə qəbul olunmuşdur. 

1902-ci  ildə  zabit  rütbəsi  ilə  məzun  olmuş, 

Hərbi  Akademiyada  təhsilini  davam  etdir-

mişdir. 1905-ci il yanvar ayının 11-də kapitan 

rütbəsi ilə akademiyanı bitirmiş, 1905-1907-

ci illər arasında Dəməşqdə 5-ci Orduda xidmət 

etmiş, 1907-ci ildə adyutant rütbəsi almışdır. 

1909-cu il aprel ayının 19-da İstanbula daxil 

olan  Hərəkat  Ordusunda  qərargah  rəisi  ola-

raq  xidmət  etmişdir.  1910-cu  ildə  Fransaya 

göndərilmiş,  Pikardi  Manevralarındə  iştirak 

etmiş, 1911-ci ildə İstanbulda Baş Qərargah 

Mərkəzində xidmətə başlamışdır.

1911-1912-ci illərdə baş vermiş Osmanlı-

İtaliya müharibəsi zamanı Tobruk və Dərnə 

bölgəsində xidmət etmiş, 31 oktyabr 1918-ci 

ildə İldırım Orduları Qrupuna komandir təyin 

olunmuş, bu ordunun ləğvindən sonra 13 no-

yabr  1918-ci  il  tarixində  İstanbula  gələrək 

Müdafiə Nazirliyində çalışmışdır.

1919-cu  ildə  Samsuna  getmiş,  23  iyul-7 

avqust tarixləri arasında Ərzurum, 4-11 sent-

yabr  tarixləri  arasında  isə  Sivas  Konqresini 

çağıraraq ölkənin işğal olunmuş ərazilərinin 

geri qaytarılması üçün görülməsi lazım olan 

işləri müəyyənləşdirmişdir. 1919-cu ilin de-

kabr ayında Ankarada böyük ruh yüksəkliyi 

ilə qarşılanmış, 1920-ci il aprel ayının 23-də 

Türkiyə Böyük Millət Məclisinin fəaliyyətə 

başlamasından  sonra  Türkiyə  Respublikası-

nın qurulması yolunda əhəmiyyətli addımlar 

atmışdır.  Məclis  və  hökumət  başqanlığına 

seçilmiş,  Türkiyə  Böyük  Millət  Məclisinin 

Qurtuluş Savaşının uğurla nəticələnməsi üçün 

lazımi qanunlar qəbul edib onların tətbiqinə 

başlanmasını təmin etmişdir.

Sakarya zəfərindən sonra 1921-ci il sent-

yabr  ayının  19-da  Türkiyə  Böyük  Millət 

Məclisi  Mustafa  Kamala  marşal  rütbəsi  və 

qazi titulu vermişdir. Qurtuluş Savaşı 24 iyul 

1923-cü ildə imzalanan Lozanna müqaviləsi 

ilə sona çatmışdır. Beləliklə, Sevr müqaviləsi 

ilə  parçalanması  nəzərdə  tutulan,  türk  xal-

qına 5-6 vilayət böyüklüyündə ərazi verilən 

Türkiyə  torpaqları  üzərində,  milli  birliyə 

əsaslanan  yeni  türk  dövlətinin  qurulması 

üçün heç bir əngəl qalmamışdır.

1  noyabr  1922-ci  il  tarixində  xilafət  və 

monarxiya  bir-birindən  ayrılmış,  monar-

xiya  ləğv  edilmiş,  Osmanlı  İmperiyasının 

mövcudluğuna  son  qoyulmuşdur.  Türkiyə 

1923-cü  il  oktyabr  ayının  29-da  respublika 

elan  edilmiş,  Atatürk  yekdilliklə  ilk  prezi-

dent  seçilmişdir.  30  oktyabr  1923-cü  ildə 

İsmət  İnönü  tərəfindən  respublikanın  ilk 

hökuməti  qurulmuşdur.  Türkiyə  Respubli-

kası  “Hakimiyyət  qeyd-şərtsiz  millətindir” 

və “Yurdda sülh, cahanda sülh” ideologiyası 

əsasları  üzərində  qurulmuşdur.  1927,  1931, 

1935-ci illərdə Türkiyə Böyük Millət Məclisi 

tərəfindən yenidən prezident seçilmişdir.

Atatürk  1938-ci  il  noyabr  ayının  10-da 

İstanbulda,  Dolmabaxça  sarayında  vəfat  et-

mişdir.  Cənazəsi  müvəqqəti  olaraq  Ankara 

Etnoqrafiya Muzeyində dəfn edilmiş, mavzo-

leyi tikildikdən sonra 10 noyabr 1953-cü ildə 

oraya köçürülmüşdür.

Ümummilli lider Heydər Əliyev Atatürkə, 

Türkiyəyə  və  türk  dünyasına  ehtiramı-

nın  əlaməti  olaraq,  9  mart  2001-ci  il  tarixli 

Sərəncamla  qardaş  Türkiyə  ilə  tarixi,  milli-

mənəvi, mədəni bağlılığımızın inkişafı üçün 

mühüm  əhəmiyyət  daşıyan  Atatürk  irsinin, 

ümumiyyətlə,  türk  tarixi  və  mədəniyyətinin 

daha  dərindən  öyrənilməsi  və  təbliğ  olun-

ması məqsədi ilə bir təsisat - Azərbaycanda 

Atatürk  Mərkəzini  yaratmışdır.  Bakıda Ata-

türkün adını daşıyan prospekt və park salın-

mış, abidəsi ucaldılmışdır. Atatürk adına lisey 

fəaliyyət göstərir.

135 

illiyi

Siyasət.Hüquq.Hərbi iş

19

APREL



Yüklə 6,03 Mb.

Dostları ilə paylaş:
1   ...   63   64   65   66   67   68   69   70   ...   204




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə