Kbt я25 uot (059) Baş redaktor


Coğrafiya.Geologiya 105



Yüklə 6,03 Mb.
Pdf görüntüsü
səhifə69/204
tarix24.12.2017
ölçüsü6,03 Mb.
#17748
1   ...   65   66   67   68   69   70   71   72   ...   204

144

Coğrafiya.Geologiya

105 

illiyi

Baba Babazadə

1911-1962  

APREL

Baba  Qurbanqulu  oğlu  Babazadə 

1911-ci  il  aprel  ayının  25-də  Bakının 

Ramana  qəsəbəsində  anadan  olmuş-

dur.  1929-cu  ildə  N.Nərimanov  adına 

Sənaye Texnikumunu, 1934-cü ildə isə 

Azərbaycan Sənaye İnstitutunu (hazırki 

Azərbaycan Dövlət Neft və Sənaye Uni-

versiteti) bitirmişdir.

B.Babazadə ölkəmizin neft tarixində 

müstəsna  rol oynamış alimlərimizdəndir. 

Buzovna-Maştağa,  Zirə,  Kürsan,  Qa-

radağ,  Neft  Daşlarının  şimal-şərq  qa-

nadında və digər ərazilərdə zəngin neft 

yataqlarının kəşfi onun adı ilə bağlıdır. 

O,  dənizdə  və  quruda  neft  hasil  edən 

yeni  bazaların  yaradılmasında  da  fəal 

iştirak etmişdir ki, bu da Azərbaycanda 

qaz sənayesinin təməlinin qoyulmasına 

əsaslı təkan vermişdir.

Neft  və  qaz  yataqlarının  axtarışı, 

kəşfiyyatı işlərində yeni metodların ya-

radıcılarındandır. Onun elmi əsərlərində 

müxtəlif torpaq süxurlarında neft və qaz 

yataqlarının  yerləşməsinin  qanunauy-

ğunluqları barədə geniş bilgilər toplan-

mışdır.  Məhz  bu  tədqiqatlar  bütün  So-

vet İttifaqının neft rayonlarında düzgün 

geoloji  kəşfiyyat  işlərinin  aparılması 

istiqamətində nəzəri baza rolunu oyna-

mışdır.

İkinci  Dünya  müharibəsi  illərində 



SSRİ-nin  tank  və  təyyarələrinin  90  fa-

izi  Bakı  yanacağı  ilə  işləyirdi.  1942-ci 

ilin qışında geoloq “Buzovna-Maştağa” 

yatağının  açılmasına  nail  olmuşdur  ki, 

bu kəşfinə görə ona 1944-cü ildə SSRİ 

və  Azərbaycan  neftçiləri  arasında  ilk 

dəfə olaraq Sosialist Əməyi Qəhrəmanı 

adı  verilmişdir.  1953-1962-ci  illərdə 

Azərneft Birliyinin baş geoloqu işləmiş, 

onu  “Allahdan  geoloq  vergisi  verilmiş 

adam” adlandırmışdılar.

Görkəmli alim pedaqoji fəaliyyətlə də 

məşğul olmuş, Azərbaycan Dövlət Neft 

Akademiyasında dərs demiş, 20-dən çox 

elmlər namizədi hazırlamış, gələcək ge-

oloqlara  öz  peşələrinə  məhəbbət  aşıla-

yaraq zəngin təcrübəsini onlarla bölüş-

müşdür. Neft və qaz yataqlarının geoloji 

tədqiqat probleminə həsr edilmiş 80-dən 

artıq elmi əsərin müəllifidir.

Azərbaycan SSR Ali Sovetinin 3 və 

5-ci çağırışında deputat seçilmişdir.

1959-cu ildə Azərbaycan SSR Elmlər 

Akademiyasının  müxbir  üzvü,  1962-ci 

ildə geologiya-mineralogiya elmləri dok-

toru elmi adını almış, 1947-ci ildə SSRİ 

Dövlət  mükafatı  laureatı  olmuş,  “Qaf-

qazın  müdafiəsinə  görə”,  “1941-1945-

ci  illərdə  Böyük  Vətən  müharibəsində 

rəşadətli əməyə görə” medalları, Lenin 

ordeni,  3  “Qırmızı  Əmək  Bayrağı”  or-

deni ilə təltif olunmuşdur.

Görkəmli 

geoloq-neftçi 

Baba 

Babazadə  1962-ci  il  avqust  ayının  18-



də Bakıda vəfat etmiş, Fəxri Xiyabanda 

dəfn edilmişdir.

Yaşadığı  binanın  qarşısına  barelye-

fi  vurulmuş,  Xəzər  dənizində  geoloji 

struktura alimin adı verilmişdir.

Ə d ə b i y y a t

Fətulla, F. Alın 

yazısı:bədii-sənədli-

publisistik roman 

/F.Fətulla.- Bakı: 

Mütərcim, 2006.- 180 s.

Baba Qurbanqulu oğlu 

Babazadə //Azərbaycan 

Sovet Ensiklopediyası: 10 

cilddə.-  Bakı, 1976.- C.1.- 

S.518.

Baba Qurbanqulu 

oğlu Babazadə //Fəxri 

Xiyaban: [soraq kitabı]             

/Heydər Əliyev Fondu.-

Bakı, 2007.- S.24.

Sadıqlı, F. Şimşəkdən 

qopan işıq /F.Sadıqlı             

//Azərbaycan.- 2013.- 27 

iyul.- S.7.

Классификация 

залежей и 

месторождений нефти 

и газа Азербайджана 

и рациональная 

методика их разведки 

/Б.Бабазаде.- М.: Недра, 

1964.-  304 с.

İ n t e r n e t d ə

www.anl.az

www.az.wikipedia.orq

www.adam.az

25

Alim



145

Coğrafiya.Geologiya

105 

illiyi

Ədhəm Şıxəlibəyli  

1911-1996

APREL

Ədhəm  Şahlarbəy  oğlu  Şıxəlibəyli 

1911-ci  il  aprel  ayının  30-da Ağsu  ra-

yonunun Bico kəndində anadan olmuş-

dur.  1937-ci  ildə  M.Əzizbəyov  adına 

Azərbaycan  Sənaye  İnstitutunu  (indiki 

Azərbaycan Dövlət Neft və Sənaye Uni-

versiteti) bitirmişdir.

1947  ildə  “Böyük  Qafqazın  cənub 

yamacının  Azərbaycan  hissəsinin  geo-

loji  quruluşu”  mövzusunda  namizədlik 

dissertasiyası müdafiə etmişdir.

1954  ildən  Azərbaycan  EA  Geolo-

giya  İnstitutunda  işləmişdir.  1965  ildə 

“Kiçik  Qafqazın  şərq  hissəsinin  geo-

loji  quruluşu  və  tektonik  inkişaf  tarixi 

(Azərbaycan)”  mövzusunda  doktorluq 

dissertasiyası müdafıə etmişdir. 

Azərbaycan  EA  Yer  haqqında  Elm 

Bölməsinin  akademik-katibinin  mü-

avini  olmuşdur.  Uzun  illər  Geologiya 

İnstitutunun  geotektonika,  stratiqrafiya 

və  litologiya  şöbəsinə  başçılıq  etmiş-

dir.  Şərqi  Qafqazın  qırışıqlıq  sistemi-

nin  əmələ  gəlməsinin  mərhələlərini 

müəyyən etmiş, onları struktur zonalara 

bölmüş  və  yaranmasında  şimali-qərbi 

kembridənqabaq  və  şimal-şərqi  rifey 

yarıqlarının rolunun elmi əsaslarını ver-

mişdir. O. şimal-şərq istiqamətdə uzanan 

Qərbi Xəzər gömülmüş qalxımını aşkar 

etmiş və bu qalxımın Qafqaz qırışıqlıq 

sisteminin müsbət strukturlarının Xəzər 

dənizinə  yaxınlaşdıqca  birləşmələrinə 

səbəb  olmasını  əsaslandırmışdır.  İlk 

dəfə olaraq Balakən-Zaqatala regionun-

da  polimetallik  filiz  yataqlarının  aşkar 

edilməsi  perspektivliyini  sübut  etmiş-

dir. 

1954-cü ildən ömrünün sonuna qədər 



Azərbaycan Respublikası EA-nın Geo-

logiya  İnstitutunda  işləmişdir.  Regio-

nal  geologiya  və  tektonika  sahəsində 

tədqiqatlar  aparmışdır.  Şimali  Qafqaz 

və ona qonşu regionların geoloji inkişaf 

tarixini,  tektonikasını,  seysmikliyini, 

neotektonikasını və geomorfologiyasını 

öyrənmişdir. 20 min kv. kilometrdən ar-

tıq sahənin dəqiq geoloji xəritəsini tərtib 

etmişdir. 

“Azərbaycanın geologiyası” adlı çox-

cildli monoqrafiyanın və Azərbaycanın 

tektonik 

xəritəsinin 

(1:500000) 

müəlliflərindəndir.  Elmi  kadrlar  hazır-

lanmasında xidmətləri olmuşdur. 

1969-1971-ci illərdə Əlcəzairdə geo-

loji kəşfiyyat işləri aparmışdır. 

ASE elmi redaksiya şurasının (1983), 

SSRİ EA Tektonika Komitəsinin və onun 

Qafqaz bölməsinin üzvü olmuşdur.

 Alim 350-dən artıq elmi məqalənin, 

o  cümlədən  15  monoqrafiyanın 

müəllifidir. 

1983-cü  ildən  isə  Azərbaycan  EA-

nın akademiki, Azərbaycanın Əməkdar 

elm xadimi olmuşdur.

Ədhəm Şıxəlibəyli 1996-cı ildə vəfat 

etmişdir.



Ə d ə b i y y a t

Геологическое 

строение и история 

тектонического 

развитие восточной 

части Малого 

Кавказа: [в 3-х т.] 

/Э.Ш.Шихалибейли.- 

Баку: Элм, 1964-1967. 

Геологическое 

строение и развитие 

южного склона 

Большого Кавказа 

/Э.Ш.Шихалибейли.- 

Баку: Элм, 1956.- 223 

с.

Некоторые 

проблемные вопросы 

геологическое 

строение и 

тектоники  

Азербайджана  

/Э.Ш.Шихалибейли.- 

Баку: Элм, 1996.- 216 

с.

   Şıxəlibəyli Ədhəm 

Şahlarbəy oğlu //

Azərbaycan Sovet 

Ensiklopediyası: 10 

cilddə.- Bakı, 1987.- 

C.10.- S.550.

Şıxəlibəyli Ədhəm 

Şahlarbəy oğlu 

“Azərbaycanın geoloq 

və geofizik alimləri”, 

Bakı, “Nafta-Press”, 

2004, s. 333-334

30

Akademik


Yüklə 6,03 Mb.

Dostları ilə paylaş:
1   ...   65   66   67   68   69   70   71   72   ...   204




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə