Kbt я25 uot (059) Baş redaktor



Yüklə 6,03 Mb.
Pdf görüntüsü
səhifə65/204
tarix24.12.2017
ölçüsü6,03 Mb.
#17748
1   ...   61   62   63   64   65   66   67   68   ...   204

137

Teatr.Kİno

75 

illiyi

Yusif Muxtarov

1941-2010

APREL

Yusif Mehdi oğlu Muxtarov 1941-ci 

il aprel ayının 23-də (bəzi mənbələrdə 

22  iyul)  Sabirabad  rayonunda  ana-

dan  olmuşdur.  Azərbaycan  Dövlət 

Mədəniyyət və İncəsənət Universitetini 

və Plexanov adına Moskva Dövlət Xalq 

Təsərrüfatı Akademiyasını bitirmişdir.

Əmək  fəaliyyətinə  1964-cü  ildən 

Azərbaycan  Dövlət  Radio  və  Televi-

ziya  Verilişləri  şirkətində  diktor  kimi 

başlamışdır.  1994-cü  ilə  kimi  orada 

diktor, ictimai-siyasi verilişlər redaksi-

yasının baş redaktoru vəzifəsində çalış-

mışdır. 1992-ci ildən 2010-cu ilə kimi 

Bakı  Bələdiyyə  Teatrının  icraçı  direk-

toru olmuşdur. Yusif Muxtarovun Bakı 

Bələdiyyə  Teatrının  yaranmasında, 

inkişafında  və  teatrın  xarici  ölkələrdə 

layiqincə  təmsil  olunmasında  əvəzsiz 

xidmətləri olmuşdur.

Bir  çox  filmlərdə,  televiziya  tama-

şalarında  yaddaqalan  rollar  yaratmış-

dır.  Onlardan  N.Hikmətin  “Qəribə 

adam”,  M.Y.Lermontovun  “İki  qar-

daş”, S.Vurğunun “Vaqif”, S.Rəhmanın 

“Xoşbəxtlər”,  N.Hikmətin  “Bayra-

mın  ilk  günü”,  Baycıyevin  “Duel”, 

Ç.Aytmatovun  “Qırmızı  yaylıqlı  qo-

vağım  mənim”,  İ.Əfəndiyevin  “On  iki 

manatlıq lüstr”, “Söyüdlü arx” kimi te-

leviziya  tamaşalarında  və  Azərbaycan 

kinostudiyasında  çəkilən  “Baladadaşın 

məhəbbəti”, “Qatarda qətl” filmlərində 

yaddaqalan  obrazları  qeyd  etmək  olar. 

Azərbaycan  radiosunun  qızıl  fondun-

da  Yusif  Muxtarovun  səsi  olan  350-

dən artıq bədii veriliş saxlanmaqdadır. 

Azərbaycan dilində onun səsi ilə  mindən 

artıq  film  səsləndirilərək, YUNESKO-

nun iki qızıl diskində qorunur. Klassik 

poeziyamızın  təbliğatçısı  kimi  səsində 

lentə  alınmış  Nizaminin,  Füzulinin, 

Nəsiminin şeirləri, radionun aparıcı dik-

torları ilə birgə yazılmış digər verilişlər 

uzun müddət diləyicilərin yaddaşlarına 

həkk edilmişdir.

1991-ci  ildə  “Əməkdar  artist”  fəxri 

adına  layiq  görülmüş,  1999-cu  ildə 

Türkiyənin  İstanbul  Hərbi  Hava  Aka-

demiyasının qızıl medalı, 2003-cü ildə 

isə Tehranda keçirilən Beynəlxalq Teatr 

festivalının qızıl medalı ilə təltif edilmiş-

dir. 2002-ci il noyabr ayının 7-də Bakı 

Bələdiyyə Teatrının 10 illiyi ilə əlaqədar 

Prezident Heydər Əliyevin Fərmanı ilə 

Yusif  Muxtarova  “Xalq  artisti”  fəxri 

adı verilmişdir. Bakı Bələdiyyə Teatrı-

nın  Azərbaycan  ordusunun  hərbiçiləri 

qarşısında müntəzəm və davamlı çıxış-

larının təşkilinə görə 2005-ci ildə Teatr 

Xadimləri İttifaqının təsis etdiyi “Qızıl 

Dərviş” mükafatına layiq görülmüşdür.

Yusif Mehdi oğlu Muxtarov 2010-cu 

il aprel ayının 26-da vəfat etmişdir.

Ə d ə b i y y a t

Kərimov, İ. Onun işıqlı xatirəsi 

yaddaşlarda yaşayır: Yusif 

Muxtarov-70 /İ.Kərimov             

//Mədəniyyət.- 2011.- 22 iyul.- 

S. 12.

Qocayeva, Ə. Unudulmaz 

sənətkar /Ə.Qocayeva //Respub-

lika.- 2011.- 27 aprel.- S. 7.

Oktay. “Nə xoşbəxt imişəm”!..          

/Oktay //Xalq cəbhəsi.- 2012.- 15 

mart.- S. 13.

Səməndər, R. Yusif Muxtarov-70 

/R.Səməndər //Ayna.- 2011.- 23 

iyul.- S. 20.

İ n t e r n e t d ə

www.anl.az

www.az.wikipedia.orq

www.adam.az 

23

Aktyor



138

Milli Qəhrəmanlar 

70 

illiyi

Yelmar Edilov

1946-1994  

APREL

Yelmar Şahmar oğlu Edilov 1946-cı 

il aprel ayının 10-da Ağdam rayonunda 

anadan olmuşdur. 1954-1964-cü illərdə 

Əlimədədli kənd orta məktəbində təhsil 

almış, sonra isə Ağdam Kənd Təsərrüfatı 

Texnikumuna  daxil  olmuşdur.  1964-

cü  ildə  Minsk  şəhərində  hərbi  xidmət 

keçmiş,  hərbi  xidmətdən  ikinci  qrup 

əlil  kimi  tərxis  olunaraq  texnikumda 

yarımçıq  qalmış  təhsilini  davam  etdir-

mişdir.  1988-ci  ildə  Qərbi Azərbaycan 

ərazisindən  soydaşlarımızın  deporta-

siya  edilməsi  zamanı  Yelmar  könüllü 

özünümüdafiə  batalyonlarının  yara-

dılmasını  təkid  etmiş  və  bu  işə  yalnız 

1990-cı ildən sonra başlanmışdır. 

1991-ci ilin əvvəllərindən başlayaraq 

Ağdamın bir çox kəndləri erməni işğal-

çıları tərəfindən gecə-gündüz atəşə tutul-

muş, Yelmar Edilovun rəhbərliyi ilə Ko-

lanı kəndində yaradılmış özünümüdafiə 

batalyonu Ağdamda dəfələrlə ermənilərə 

lazımi  cavab  vermişdilər.  Qazançı, 

Sırxavənd,  Manikli  kəndləri  uğrun-

da  gedən  döyüşlərdə  rəşadətlə  vuruş-

muş,  1993-cü  ilin  iyununda  Şahbulaq 

yüksəkliyi uğrunda döyüşə rəhbərlik et-

miş, yüksəkliyi ələ keçirmiş, lakin əlavə 

kömək gəlmədiyinə görə geri çəkilməli 

olmuşdur. 1994-cü ilin aprelində “Çərik” 

istiqamətində düşmən hücumunun qarşı-

sı alınmış, düşmənin iki tankı və onlarla 

canlı  qüvvəsi  məhv  edilmişdir.  Həmin 

döyüşdə komandir Yelmar Edilov həlak 

olmuş, lakin düşmənin irəliləməsinə im-

kan verməmişdir.

Azərbaycan  Respublikası  Preziden-

tinin 16 sentyabr 1994-cü il tarixli 203 

saylı Fərmanı ilə Edilov Yelmar Şahmar 

oğlu  ölümündən  sonra  “Azərbaycanın 

Milli Qəhrəmanı” fəxri adına layiq gö-

rülmüşdür. Bakı şəhərindəki II Şəhidlər 

Xiyabanında dəfn edilmişdir.



Ə d ə b i y y a t

Azərbaycan Respublikası Müdafiə Nazirliyinin hərbi qulluqçularına “Azərbaycanın Milli Qəhrəmanı” adı verilməsi haqqında: [Edilov 

Yelmar Şahmar oğlu - sıravi - Azərbaycan Respublikasının suverenliyinin və ərazi bütövlüyünün qorunmasında, Vətənimizin torpaq-

larının erməni işğalçılarından müdafiə edilməsində gedən döyüşlərdə qəhrəmanlıqla vuruşaraq göstərdiyi şəxsi igidlik və şücaətə, öz 

müqəddəs əsgəri və xidməti borcunun yerinə yetirilməsində göstərdiyi misilsiz xidmətlərə görə]: Azərbaycan Respublikası Prezidentinin 

Fərmanı, 16 sentyabr 1994-cü il //Azərbaycan.- 1994.- 21 sentyabr.- S.1.- (Ölümündən sonra).

Abbasoğlu, B. Yelmar Şahmar oğlu Edilov haqqında /B.Abbasoğlu //Ölərkən dünyaya gələn oğullar.- Bakı, 2004.- S.109-126.

Edilov Yelmar Şahmar oğlu //Azərbaycanın Milli Qəhrəmanları: biblioqrafiya /M.F.Axundov adına Milli Kitabxana: tərt. ed. 

H.Həmidova.- Bakı, 2008.- S.47-48.

Əsgərov, V. Edilov Yelmar Şahmar oğlu /V.Əsgərov //Azərbaycanın Milli Qəhrəmanları.- Bakı, 2010.- S.63-64.

Seyidzadə, M. Edilov Yelmar Şahmar oğlu /M.Seyidzadə //Milli qəhrəmanlar zirvəsi.- Bakı, 2010.- S.48.

İ n t e r n e t d ə

www.adam.az

www.anl.az

www.az.wikipedia.org

www.milliqahraman.az

www.e-qanun.az

10

Milli Qəhrəman


Yüklə 6,03 Mb.

Dostları ilə paylaş:
1   ...   61   62   63   64   65   66   67   68   ...   204




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə