Kbt я25 uot (059) Baş redaktor



Yüklə 6,03 Mb.
Pdf görüntüsü
səhifə63/204
tarix24.12.2017
ölçüsü6,03 Mb.
#17748
1   ...   59   60   61   62   63   64   65   66   ...   204

133

100 

illiyi

Ədilə Hüseynzadə

1916-2005

APREL

Ədilə  Hacıağa  qızı  Hüseynzadə 

1916-cı  il  aprel  ayının  29-da  Bakıda 

anadan  olmuşdur.  Uşaqlıqdan  musiqi 

ilə məşğul olmağa başlamış, yeddiillik 

musiqi  məktəbini  bitirmişdir.  Dəqiq 

elmlərə  hədsiz  marağı  nəticəsində 

öncə  N.Nərimanov  adına  Sənaye 

Texnikumuna,  sonra  isə  Sənaye  İns-

titutuna  (indiki  Azərbaycan  Dövlət 

Neft  və  Sənaye  Universiteti)  daxil 

olmuşdur.  Hər  iki  təhsil  ocağını  əla 

qiymətlərlə  başa  vuran  Ədilə  yüksək 

səviyyəli  mühəndis-texnoloq  peşəsinə 

yiyələnmişdir. XX əsrin 40-cı illərində 

Üzeyir  Hacıbəylinin  təşəbbüsü  ilə 

musiqi  aləminə  gəlmiş,  1942-1948-ci 

illərdə  Azərbaycan  Dövlət  Konserva-

toriyasının (indiki Bakı Musiqi Akade-

miyası) xalq musiqisi şöbəsində Üze-

yir bəydən dərs almışdır. 1953-cü ildə 

oranı bəstəkarlıq ixtisası üzrə bitirmiş 

ilk azərbaycanlı qadındır. 

Bir  çox  janrlarda  uğurla  çalışa-

raq  simfonik  poema,  simli  kvartet, 

kantata,  xor  miniatürləri  yaratmış, 

lakin  bəstəkarın  yaradıcılığında  ro-

mans  janrı  üstünlük  təşkil  etmişdir. 

Milli  musiqimizdə  romans  janrının 

təşəkkülündə  onun  özünəməxsus  yeri 

vardır.  Nizaminin  sözlərinə  yazıl-

mış  “Vəslin  həvəsi”  romansı,  habelə 

Nəsimi,  Füzuli,  Natəvan,  S.Vurğun, 

N.Xəzri, 

B.Vahabzadə, 

R.Rza, 


N.Rəfibəylinin  şeirlərinə  bəstələnmiş 

romansları  və  böyük  nailiyyəti  olan 

“Duyğular”  vokal  silsiləsi  musiqimi-

zin inciləri hesab edilir. Onun yaradıcı-

lığının  əsasını  vokal  əsərlərinin  üstün 

olduğu kamera musiqisi təşkil etsə də, 

bir  sıra  irihəcmli  əsərlər  də  yaratmış-

dır.


Pedaqoji  fəaliyyətlə  də  məşğul  ol-

muş,  uzun  illər  (1953-1986)  Bülbül 

adına Orta İxtisas Musiqi Məktəbində 

kompozisiyanın əsaslarını tədris etmiş, 

gənc  istedadların  aşkarlanması  işində 

əlindən  gələni  əsirgəməmişdir.  1944-

cü ildən Azərbaycan Bəstəkarlar İttifa-

qının üzvü olmuşdur.

Ədilə  Hüseynzadə  gözəl  səsə  ma-

lik  bir  vokal  ustası  kimi  də  sənət 

tariximizdə iz qoymuşdur. 1945-ci ildə 

Ü.Hacıbəylinin  ümumdünya  şöhrətli 

“Arşin  mal  alan”  operettası  əsasında 

çəkilmiş bədii filmdə Asya rolunun vo-

kal partiyasını səsləndirmişdir.

Onun  Səməd  Vurğunun  sözlərinə 

bəstələdiyi xor və simfonik orkestr üçün 

“Gözəl  vətən”,  Tofiq  Mütəllibovun 

şeirinə yazdığı “Sülhün səsi” kantata-

ları,  pambıq  ustası  Bəsti  Bağırovaya 

həsr etdiyi simfonik poeması və onlarla 

əsəri çox yüksək qiymətləndirilmişdir. 

1982-ci  ildə  “Azərbaycan  Respub-

likasının  Əməkdar  incəsənət  xadimi” 

fəxri adına layiq görülmüşdür. 

Ədilə  Hüseynzadə  2005-ci  il  iyul 

ayının 20-də vəfat etmişdir.

Ə d ə b i y y a t

Duyğular: fortepiano ilə 

oxumaq üçün romans-

lar /Ə.Hüseynzadə; tərc. 

R.Şifrin.-Bakı: İşıq, 1980.- 

41 s.

Hüseynzadə Ədilə Haca-

ğa qızı //Üzeyir Hacıbəyli 

Ensiklopediyası.- Bakı, 

2008.- S.114.

Fərəcov, S. Dahi bəstəkarın 

sevimli tələbəsi /S.Fərəcov 

//Mədəniyyət.- 2014.- 30 

aprel.- S. 15.

O, “Arşın mal alan”da 

Asyanın partiyasını oxu-

muşdu...: Azərbaycanda 

bəstəkarlıq təhsili almış ilk 

qadın //Azadlıq.- 2013.- 7 

mart.- S. 14.

Николаева, Р.Р. 

Адиля Гусейнзаде 

/Р.Р.Николаева.- Баку: 

Ишыг, 1985.- 47 с.

İ n t e r n e t d ə

www.anl.az

www.az.wikipedia.orq

www.youtube.com

www.mugamradio.az

29

Bəstəkar

Musiqi.Opera.Balet



134

Teatr.Kino

70 

illiyi

Ceyhun Mirzəyev

1946-1993

APREL

Ceyhun  Cəmil  oğlu  Mirzəyev 

1946-cı  il  aprel  ayının 9-da Ağdamın 

Abdal-Gülablı  kəndində  anadan  ol-

muşdur.  M.Əliyev  adına  Azərbaycan 

Dövlət  İncəsənət  İnstitutunun  (indi-

ki  Azərbaycan  Dövlət  Mədəniyyət 

və  İncəsənət  Universiteti)  rejissorluq 

fakültəsini  bitirmiş,  sonra  Moskvada 

təhsil  almışdır.  Tələbə  ikən  rejissor 

H.Seyidzadənin  “Yenilməz  batalyon” 

filmində Teymur və “Dəli Kür” filmində 

Osman,  rejissor  H.Seyidbəylinin 

“Cazibə 


qüvvəsi” 

novellasında 

Səməndər, rejissor M.Dadaşovun “Qa-

nun  naminə”  filmində  Absalam  və 

digər obrazları yaratmışdır.

Onun 47 illik ömrünün 35 ili kino 

ilə  bağlı  olmuşdur.  “Görüş”  (1955) 

filmində  Şıxəlinin  oğlu  obrazını 

yaradarkən  cəmi  doqquz  yaşı  var  idi. 

On  iki  yaşı  olanda  isə  “Ögey  ana” 

(1958)  filminə  dəvət  almış,  İsmayıl 

obrazını  peşəkar  aktyor  səviyyəsində 

yaratmışdır.

Kinostudiyada  müxtəlif  peşələrdə 

çalışmış  1971-ci  ildən  filmlərə 

çəkilməklə  bərabər  “Mozalan”  kino-

jurnalında  əvvəlcə  rejissor  assistenti 

olmuş, sonradan rejissor işləmiş, 100-ə 

yaxın  oyun  və  “Keyfiyyət  nişanı”, 

“Dəyirman  bildiyini  eyləyir”,  “Qlise-

rin qıtlığı”, “Daş hələ də dözür”, “Kəsə 

cavab”, “Qunduzdan söhbət açaq”, “İs-

rafçılar”, “Bəxtəvər” və s. adlı sənədli 

süjetlər yaratmışdır.

Bütün 

rolları 


orijinallı-

ğı, 


səmimiyyəti, 

temperamenti, 

özünəməxsus  xarakteri  ilə  fərqlənir. 

Bir  aktyor  kimi  müxtəlif  filmlərdə 

ərköyün,  balaca  İsmayıldan  başlamış, 

öz  əsgəri  borcunu  vicdanla  yerinə 

yetirən zabit İsmayıl, satqınlıq üstündə 

atası tərəfindən cəzalandırılan Fortuna-

to,  vətənpərvər  Manolo,  inqilabçılara 

kömək  etmək  istəyən  Teymur,  xalqın 

maariflənməsinə xidmət edən Osman, 

Böyük  Vətən  müharibəsi  başlayanda 

ön cəbhəyə yollanan əsgər, hər cür fı-

rıldaq  yolu  ilə  pul  qazanan  İbadulla, 

qaçaqlar tərəfindən malı əlindən alın-

mış  tacir  obrazlarını  məharətlə  oyna-

mışdır. 

“Bəyin  oğurlanması”  bədii  fil-

mi  onun  böyük  ekranda  ilk  işidir.  C. 

Mirzəyev bu filmə Vaqif Mustafayevlə 

birgə  1985-ci  ildə  quruluş  vermişdir. 

Janrına  görə  əyləncəli  kinokomedi-

ya olan filmdə hər şeydən əvvəl insan 

səadəti,  bu  səadət  uğrunda  aparılan 

mübarizədən söhbət açılmışdır.

Ceyhun  Mirzəyevin  son  filmi  sse-

nari  müəllifi  Vaqif  Mustafayev  olan 

“Fəryad”  olmuşdur.  1993-cü  ildə 

çəkilən  “Fəryad”  bədii  filminə  görə 

baş  rolun  ifaçısı  Ceyhun  Mirzəyev 

ölümündən sonra “Bakılı” cəmiyyətinin 

“Humay”  mükafatına,  Azərbaycan 

filmlərinin  III  festival-müsabiqəsində 

ekranda  qəhrəmanlıq  mövzusunun 

həllində fədakarlığa və yaradıcılıq ax-

tarışlarına görə, ölümündən sonra, dip-

lom və prizə layiq görülmüşdür. Təssüf 

ki, özü bu filmini görə bilməmişdi.

Studiyada  çəkiliş  vaxtı  özünü  pis 

his edən Ceyhun Mirzəyev 1993-cü il 

mart ayının 5-də vəfat etmişdir.

Ə d ə b i y y a t

Ceyhun Mirzəyev əfsanəsi //Ədalət.- 

2012.- 5 may.- S. 24.

Dadaşov, A. Ceyhun Mirzəyevin son 

“Fəryad”ı /A.Dadaşov //Mədəni 

həyat.-2014.- № 4.- S. 80-81.

Həsənova, R. Ceyhun Mirzəyev 

insanları heyrətə gətirəcək gözəl 

rollar oynayıb /R.Həsənova //Üç 

nöqtə.- 2014.- 9 aprel.- S. 13.

“Ögey ana”nın “fəryad” edən 

oğlu: Ceyhun Mirzəyev //Ekran-

efir.- 2015.-  16 yanvar.- S.9.

İ n t e r n e t d ə

www.anl.az

www.az.wikipedia.orq

www.adam.az

9

Aktyor



Yüklə 6,03 Mb.

Dostları ilə paylaş:
1   ...   59   60   61   62   63   64   65   66   ...   204




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə