Kbt я25 uot (059) Baş redaktor


Milli ədəbiyyat Ənvər Əlibəyli



Yüklə 6,03 Mb.
Pdf görüntüsü
səhifə59/204
tarix24.12.2017
ölçüsü6,03 Mb.
#17748
1   ...   55   56   57   58   59   60   61   62   ...   204

125

Milli ədəbiyyat

Ənvər Əlibəyli

1916-1968  

APREL

Ənvər  Əliverdi  oğlu  Əlibəyov 

(Ənvər Əlibəyli) 1916-cı il aprel ayının 

1-də  Bakıda  anadan  olmuşdur.  Əvvəl 

Tibb Texnikumunda (indiki Tibb Kolle-

ci), sonra Azərbaycan Dillər Universite-

tinin fəhlə fakültəsində, APİ-nin (indiki 

ADPU)  filologiya  fakültəsində  təhsil 

almışdır. 1936-cı ildə kiçikyaşlı uşaqlar 

üçün  şeirlər  yazmış,  dövri  mətbuatda 

çap  etdirmişdir.  1938-ci  ildən  İkin-

ci  Dünya  müharibəsi  başlayana  qədər 

Azərbaycan  radiosunda  çalışmışdır. 

Tiflisdə  Topçular  Hərbi  məktəbini  bi-

tirmiş,  zabit  rütbəsi  ilə  könüllü  olaraq 

ön  cəbhəyə  getmişdir.  İkinci  Dünya 

müharibəsinin  ilk  günlərindən  ordu 

sıralarında  olan  Ə.Əlibəyli  artilleriya 

komandiri  olmuş,  məşhur  416-cı  Ta-

qanroq  atıcı  diviziyasında  ağır  döyüş 

yolu  keçmiş,  Qafqaz  və  Ukraynanın 

azad olunmasında fəal iştirak etmişdir. 

1944-cü  ildə  ağır  yaralandıqdan  sonra 

yazıçı-jurnalist kimi cəbhəyə qayıtmış-

dır. XX əsrin 40-cı illərinin sonlarında 

“İnqilab  və  mədəniyyət”,  “Təbliğatçı” 

jurnallarının məsul katibi olmuş, 1948-

1952-ci illərdə Azərbaycan Yazıçılar İt-

tifaqının orqanı “Ədəbiyyat qəzeti”nin 

redaktoru,  1952-ci  ildən  ömrünün 

sonunadək  Respublika  Radio  və  Te-

leviziya  Verilişləri  Komitəsinin  sədri 

vəzifələrində çalışmışdır. 1939-cu ildən 

Sovet  Yazıçılar  İttifaqının  üzvü  olan 

Ənvər Əlibəylinin şeir və poemaları rus 

və  keçmiş  SSRİ  xalqlarının  dillərinə 

tərcümə  edilmişdir.  Onun  “Qaran-

quş” adlı ilk şeirlər kitabı 1947-ci ildə 

işıq  üzü  görmüşdür.  Sonrakı  illərdə 

“Sənin adınla”, “İlk məhəbbət”, “Dost-

luq  körpüsü”,  “Mingəçevir  şeirləri”, 

“Dalğalar  arasında”,  “Elə  xoşbəxtəm 

ki!”,  “Ədəbiyyat”,  “Nəğmələr”,  “Bir 

kitab  şeir”,  “Ürəyimdəsən”,  “Seçilmiş 

əsərləri”  və  s.  kitabları  nəşr  olunmuş-

dur.


Ənvər Əlibəyli həm də bir neçə poe-

manın müəllifidir. Samur çayının suyu-

nu quraq torpaqlara çatdıran inşaatçıla-

rın bəhrəli əməyindən bəhs edən“Samur 

dastanı” poeması, 1941-1945-ci illərin 

hadisələrindən  bəhs  edən  “Bacı”, 

“Gözlər,  ürəklər,  əməllər”  poemaları, 

dəniz  neftçilərinin  şücaətini  tərənnüm 

edən  “Dalğalar  arasında”,  “Polad”, 

“Dostluq  körpüsü”  və  başqa  poemalar 

buna nümunə ola bilər.

S.Rüstəmov, 

C.Cahangirov, 

R.Hacıyev,  T.Quliyev,  A.Rzayeva, 

Q.Hüseynli,  Z.Bağırov,  R.Mustafayev, 

İ.Topçubaşov,  V.Adıgözəlov  kimi 

dəyərli  bəstəkarlar  şairin  şeirlərinə 

“Azərbaycan”, 

“Gəlmədin”, 

“İlk 


məhəbbət”,  “Lirik  mahnı”,  “Gəl-gəl”, 

“Xəzərim”, “Qəşəng  qızlar”, “Narınc” 

və başqa mahnılar yazmışlar.

“Vətən  müharibəsi”  (II  dərəcəli), 

“Qırmızı  ulduz”  ordenləri,  “Qafqazın 

müdafiəsinə görə”, “Almaniya üzərində 

qələbəyə görə” medalları ilə təltif olun-

muşdur. Əməkdar incəsənət xadimidir.

Ənvər Əlibəyli 1968-ci il may ayı-

nın 7-də Bakıda vəfat etmiş, Fəxri Xi-

yabanda dəfn edilmişdir.

20

20

1

Ə d ə b i y y a t 

Seçilmiş əsərləri 

/Ə.Əlibəyli.- Bakı: Şərq-

Qərb, 2005.- 224 s.

Əhmədov, T. Ənvər 

Əlibəyli /T.Əhmədov                

//Azərbaycan yazıçıları 

(XX-XXI yüzillikdə): ensik-

lopedik məlumat kitabı.- 

Bakı, 2011.- S.303.

Fərəcov, S. “Səni 

tərənnüm edirəm, doğma 

Azərbaycanım” /S.Fərəcov 

//Mədəniyyət.- 2011.- 1 

aprel.- S.11.

Əhmədalılar, T. Qəlbdən 

qələmə... /T.Əhmədalılar 

//Mədəniyyət.- 2014.- 2 

aprel.- S.11.

Mirəhmədov, Ə. Ənvər 

Əlibəyli /Ə.Mirəhmədov 

//Azərbaycan jurnalist və 

naşirləri.- Bakı, 2013.- 

S.66.

Oktay. Mahnılarda ya-

şayan şair /Oktay //Xalq 

cəbhəsi.- 2012.- 28 mart.- 

S.13.

İ n t e r n e t d ə

www.anl.az

www.az.wikipedia.org

www.elibrary.azlib.net

100 

illiyi

Şair



126

Milli ədəbiyyat

Sultanməcid Qənizadə

1866-1937  

APREL

Sultanməcid  (bəzi  mənbələrdə  Sultan 

Məcid)  Hacı  Murtuzəli  oğlu  Qənizadə 

1866-cı  il  aprel  ayının  24-də  Şamaxıda 

anadan  olmuşdur.  1872-1879-cu  illərdə 

S.Ə.Şirvaninin “Məclis” məktəbində oxu-

muş, 1982-ci ildə Şamaxıda yeni açılmış 

üçüncü dərəcəli şəhər məktəbini və 1883-

cü ildə birillik pedaqoji kursu bitirmişdir. 

Rus dilini mükəmməl bildiyindən 1883-cü 

ildə Tiflisdəki Aleksandrovski Müəllimlər 

İnstitutuna daxil olmuş, 1987-ci ildə ora-

nı  müvəffəqiyyətlə  bitirmişdir.  Həmin  il 

Bakıda Həbib bəy Mahmudbəyovla “rus-

müsəlman  məktəbi”  ibtidai  təhsil  ocağı-

nın yaradılmasına nail olmuş, 1887-1891-

ci  illərdə  orada  müəllim,  1891-1898-ci 

illərdə  2-ci  rus-müsəlman  məktəbində, 

1898-1905-ci  illərdə  2-ci  dərəcəli  ali 

ibtidai  məktəbdə  müdir,  1905-1908-ci 

illərdə  Qori  müəllimlər  seminariyasının 

Azərbaycan  şöbəsində  müfəttiş,  1908-

1917-ci  illərdə  Bakı  quberniyası  və  Da-

ğıstan vilayəti xalq məktəbləri idarəsinin 

2-ci  rayonu  üzrə  müfəttiş,  1917-1918-ci 

illərdə vilayət xalq məktəblərinin direkto-

ru vəzifələrində çalışmışdır.

1905-1907-ci  illər  rus  inqilabından 

sonra  onun  dünyagörüşündə  islamçı-

lıq  və  islam  birliyi  meylləri  güclənmiş, 

1917-ci  ildə  bütün  müsəlmanların  bir-

liyini  təbliğ  edən  “İttihad”  partiyasının 

təşkilatçılarından olmuşdur.  1918-ci  ildə 

Qənizadə  ilk  milli  dövlətin  quruculuq 

işlərində  və  Parlament  iclaslarında  fəal 

iştirak  etmiş,  1919-cu  il  avqust  ayında 

ADR-də  Parlamentin  sədr  müavini  se-

çilmişdir.  Sovet  hakimiyyəti  dövründə, 

1920-1925-ci  illərdə  respublikanın  Xalq 

Maarif  Komissarlığında  şöbə  müdiri, 

1925-1929-cu  illərdə  Bakı  şəhər  Xalq 

maarifi  idarəsində  inspektor  vəzifəsində 

çalışmış,

 

hərbi məktəbdə və Sənaye İns-



titutunda dərs demişdir.

1902-ci  ildə  nəşr  edilən  “Lüğəti-rusi 

və türki”, “Samouçitel tatarskoqo yazıka” 

və  başqa  kitabların    müəllifidir.  Yaradı-

cılığında  1906-cı  ildə  “Dəbistan”  jurna-

lında çap edilmiş “Allah xofu” hekayəsi 

xüsusi  yer  tutur.  İlk  qələmə  aldığı  pyes 

“Qönçə xanım” olmuş, 1894-cü ildə Lev 

Tolstoyun  “Əvvəlinci  şərabçı”  pyesini 

tərcümə  etmiş,  həmin  ilin  may  ayında 

Bakıda tamaşaya qoymuşdur. Bu tamaşa 

Azərbaycan  səhnəsi  tarixinə  rus  drama-

turgiyasının  ilk  tamaşası  kimi  daxil  ol-

muşdur.


Yazarın  Əli  İskəndər  Cabbarov-

la  birlikdə  yazdığı  “Kəlili  ədəbiyyat” 

(müntəxabat),  “İstilahi  Azərbaycan”  və 

s. əsərləri məktəblərdəki boşluğu qismən 

doldurmağa xidmət etmişdir.  Ən orjinal 

əsəri “Məktubati Şeyda bəy Şirvani” ümu-

mi başlığı altında yazdığı “Müəllimlər if-

tixarı”  hekayəsi  və  “Gəlinlər  həmayili” 

romanıdır.  İlk  dəfə  məhz  Sultanməcid 

Qənizadənin  rejissorluğu  ilə  1898-ci 

ildə  hazırlanmış  “Vəziri  xani-Lənkəran” 

komediyasının  tamaşasında  Hüseyn 

Ərəblinski  Mehtər  Kərim  rolunu  oyna-

mışdır. 


1937-ci  il  repressiyaları  Sultanməcid 

Qənizadədən  də  yan  keçməmiş, 

xalq  düşməni  kimi  həbs  edilərək 

güllələnmişdir.



24

Ə d ə b i y y a t 

Seçilmiş əsərləri 

/S.Qənizadə.- Bakı: 

Avrasiya press, 2006.- 

200 s.

Məmmədov, X. Sultan 

Məcid Qənizadə 

/X.Məmmədov.- Bakı: 

Yazıçı, 1983.- 211 s.

Əhmədov, T. 

Sultanməcid 

Qənizadə /T.Əhmədov                  

//Azərbaycan yazıçıları 

XX-XX1 yüzillikdə: 

ensiklopedik məlumat 

kitabı.- Bakı, 2004.- 

S.867-868.

Görkəmli maarifçi 

və elm fədaisi- Sul-

tan Məcid Qənizadə            

//Azadlıq.- 2011.- 6 

iyul.- S. 14.

Qənizadə Sultanməcid 

//Azərbaycan Xalq 

Cümhuriyyəti Ensik-

lopediyası: 2 cilddə.- 

Bakı, 2005.- C.2.- 

S.149-150.

Ганиев, С. Русско-

тюркский словарь 

/С.Ганиев.- Баку, 

1922.- 500 с.

İ n t e r n e t d ə

www.anl.az

www.az.wikipedia.org

www.elibrary.azlib.net

150 

illiyi

Yazıçı


Yüklə 6,03 Mb.

Dostları ilə paylaş:
1   ...   55   56   57   58   59   60   61   62   ...   204




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə