Kbt я25 uot (059) Baş redaktor


Kimya.Biologiya.Tibb Cəmil Əliyev



Yüklə 6,03 Mb.
Pdf görüntüsü
səhifə55/204
tarix24.12.2017
ölçüsü6,03 Mb.
#17748
1   ...   51   52   53   54   55   56   57   58   ...   204

116

Kimya.Biologiya.Tibb

Cəmil Əliyev

1946 

MART

Cəmil Əziz oğlu Əliyev 1946-cı il mart 

ayının 30-da Bakı şəhərində görkəmli ic-

timai xadim, məşhur alim Əziz Əliyevin 

ailəsində  anadan  olmuşdur.  1968-ci 

ildə  N.Nərimanov  adına  Azərbaycan 

Dövlət  Tibb  İnstitutunu  bitirmiş  (indi-

ki  Azərbaycan  Tibb  Universiteti),  elə 

həmin ildən Ə.Əliyev adına Azərbaycan 

Dövlət  Həkimləri  Təkmilləşdirmə  İns-

titutunun  Onkologiya  kafedrasında  baş 

laborant  vəzifəsinə  təyin  olunmuşdur. 

1972-ci  ildən  isə  həmin  kafedrada  as-

sistent  vəzifəsində  çalışmışdır.  1973-cü 

ildə onkologiya ixtisası üzrə namizədlik, 

1978-ci ildə isə Moskvada keçmiş SSRİ 

Tibb Elmləri Akademiyasının Ümumitti-

faq Onkologiya Elmi Mərkəzində həmin 

ixtisas  üzrə  doktorluq  dissertasiyasını 

müdafiə  etmiş,  1987-ci  ildə  professor 

elmi rütbəsini almışdır. 1978-ci ilin fev-

ral  ayında  Respublika  Səhiyyə  Nazir-

liyinin  Elmi  Tədqiqat  Rentgenologiya, 

Radiologiya və Onkologiya İnstitutunda 

İkinci cərrahiyyə şöbəsinin müdiri, 1980-

ci ilin oktyabr ayından 1990-cı ilin mart 

ayınadək  elmi  işlər  üzrə  direktor  müa-

vini, 1990-cı ilin mart ayından isə Res-

publika Milli Onkologiya Mərkəzinin di-

rektoru vəzifəsində çalışır. 1994-cu ildən 

C.Ə.Əliyev Ə.Əliyev adına Azərbaycan 

Dövlət  Həkimləri  Təkmilləşdirmə  İns-

titutunun 

onkologiya 

kafedrasının 

rəhbəridir.

Akademik  Cəmil  Əliyev  respublika-

mızın hüdudlarından kənarda da tanınır. 

Bakı və Moskva şəhərlərində dərc olun-

muş  17  monoqrafiyanın  (bunlardan  biri 

ingilis dilindədir), tələbələr üçün vəsaitin, 

10  ixtiranın,  600-ə  yaxın  dərc  olunmuş 

elmi  məqalələrin  müəllifidir.1994-cü 

ildən Həkimləri Təkmilləşdirmə İnstitu-

tunun  Onkologiya  kafedrasının  müdiri 

vəzifəsində çalışır. Bütün bunlarla yanaşı, 

professor Cəmil Əliyev Azərbaycanda ən 

görkəmli səhiyyə təşkilatçılarından biri, 

Respublika  Onkoloqlar  Cəmiyyətinin 

sədri,  Səhiyyə  Nazirliyinin  baş  onkolo-

qu,  nazirliyin  onkologiya  üzrə  Attesta-

siya Komissiyasının sədri, “Azərbaycan 

tibb  jurnalı”  redaksiya  heyətinin  üzvü, 

“Azərbaycan  onkologiya  və  həmmərz 

elmlər  jurnalı”nın  baş  redaktoru,  MDB 

dövlətləri  onkoloqları  assosiasiya-

sı  idarə  heyətinin,  Avropa  onkologiya 

cəmiyyətinin, Rusiya elmi-tibbi onkolo-

giya cəmiyyəti idarə heyətinin üzvüdür. 

Azərbaycan Milli Elmlər Akademiya-

sının Y.Məmmədəliyev adına mükafatın 

laureatı,  London  Universitetinin  fəxri 

professoru,  İngiltərə  Hammersmit  Kral 

Universitetinin  fəxri  professoru, Ander-

son  xərçəng  əleyhinə  Mərkəzin  profes-

soru, Nyu-York Elmlər Akademiyasının 

üzvü, 2000-ci ildən Azərbaycan Respub-

likasının  Əməkdar  elm  xadimi,  2001-ci 

ildən  Rusiya  Federasiyası  Tibb  Elmləri 

Akademiyasının  həqiqi  üzvü,  2010-cu 

ildən  Avropa  Təbiət  Elmləri  Akademi-

yasının,  Gürcüstan  Elmlər  Akademiya-

sının akademiki, 2011-ci ildən Dağıstan 

Muxtar  Respublikasının  Əməkdar  elm 

xadimidir. Rusiya Federasiyasının Təbiət 

Elmləri  Akademiyasının  həqiqi  üzvü, 

Beynəlxalq Ekoenergetika Akademiyası-

nın üzvü, Avropa Tibb Onkologiya Elmi 

Cəmiyyətinin üzvüdür.

C.Əliyev  Azərbaycan  tibb  elminin 

inkişafındakı  xidmətlərinə  görə  2006-cı 

ildə “Şöhrət ordeni” ilə təltif edilmişdir.

2015-ci il sentyabrın 28-də Türkiyənin 

nüfuzlu elm ocağı - Türk Dünyası Araş-

dırmaları  Beynəlxalq  Elmlər  Akademi-

yasının həqiqi üzvü - akademiki seçilib 

və “Türk dünyasına xidmət “ Beynəlxalq 

Qızıl Medalına layiq görülüb.



Ə d ə b i y y a t

Bədxassəli şişlərin 

şüa müalicəsi: nəzəri 

əsasları, tətbiqi, 

nəticələri /C.Ə.Əliyev, 

İ.H.İsayev.- Bakı, 

2012.- 1227 s.

Süd vəzisi xərçənginin 

diaqnostikası və 

müalicəsi /C.Əliyev, 

C.Cəfərov, T.Nəcəfov.- 

Bakı: Elm, 1993.- 120 

s.

Tibb aləminin unu-

dulmaz şəxsiyyəti 

/C.Əliyev //

Azərbaycan.- 2014.- 5 

iyul.- S.5.

İ n t e r n e t d ə

www.anl.az

www.amu.edu.az

www.az.wikipedia.org

www.science.gov.az

www.mom.gov.az

30

Akademik

70

illiyi


117

Tarixdə bu gün

Beynəlxalq Novruz Günü

MART

BMT  Baş  Assambleyası  2010-

cu  il  fevral  ayının  21  mart  tarixini 

mədəniyyətlərarası  dialoq  və  qar-

şılıqlı  anlaşmanı  həvəsləndirməyə 

istiqamətləndirən 

bayram 

kimi 


Beynəlxalq Novruz Günü elan etmişdir. 

Beynəlxalq Novruz Günü münasibətilə 

hazırlanan  qətnamənin  preambu-

la  hissəsində  bildirilir  ki,  “yeni  gün” 

mənasını verən, martın 21-də, gecə və 

gündüzün bərabərləşdiyi gün qeyd olu-

nan  Novruz,  bütün  dünyada  300  mil-

yon nəfərdən artıq şəxs tərəfindən yeni 

ilin başlanğıcı kimi qəbul olunur.

Bu bayram artıq 3000 ildir ki, Bal-

kanlarda, Qara dəniz hövzəsi regionun-

da,  Qafqazda,  Mərkəzi  Asiya,  Yaxın 

Şərq və digər regionlarda qeyd olunur. 

Azərbaycan  xalqının  tarixin  qədim 

qatlarında  yaratdığı,  dilimizi,  zəngin 

folklorumuzu  özündə  yaşadan  Nov-

ruz bayramı azərbaycançılıq ideyasını, 

xalqımızın  milli-mənəvi  irsini  özündə 

təcəssüm  etdirir.  Novruz  yeni  günün, 

yeni arzuların, milli ruh və duyğuların 

bayramıdır. Təsadüfi  deyil  ki,  Novruz 

bayramı dünyanın qeyri-maddi mədəni 

irsi  kimi  YUNESKO-nun  siyahısına 

daxil edilmişdir.

Novruz 

ənənələrinə 



görə, 

çərşənbələrdə  tonqalın  üstündən  tul-

lanmaqla  insanlar  bütün  ağırlığını-

uğurluğunu, əziyyətlərini, eyni zaman-

da  pis  xasiyyətlərini,  mənfi  tərəflərini 

köhnə  ildə  qoyub  yeni  ilə,  yeni  günə 

qədəm  qoyar,  bayram  günü  küsülülər 

barışar,  insanlar  bir-birlərinə  qonaq 

gedər. Bu dəyərlər geniş mənada təkcə 

cəmiyyət daxilində deyil, eyni zaman-

da  ölkələr  arasında  anlaşmanı,  sülhü 

təcəssüm etdirir. Bu baxımdan Novruz 

bayramını, onun milli özəllikləri ilə ya-

naşı, sülh və barış kimi bəşəri dəyərlərin 

təcəssümü  olaraq  dünyaya  tanıtmaq, 

təbliğ etmək çox əhəmiyyətlidir.

Azərbaycan  xalqının  milli-mənəvi 

irsinin  təcəssümü  olan  Novruz  bay-

ramının  dövlət  səviyyəsində  təkcə 

ölkəmizdə  deyil,  dünyada  soydaşla-

rımız  yaşadıqları  ölkələrdə  də  qeyd 

edilməsi  çox  sevindiricidir.  Dünyada 

Novruz  təntənələrini  keçirməklə  bu 

bayramın  timsalında  xalqımızın  tarixi 

dəyərləri,  adət-ənənələri  təbliğ  edilir. 

Bu  isə  nəticə  etibarilə  Azərbaycanın 

təbliği deməkdir.

Ə d ə b i y y a t

Azərbaycanda Novruz.- Bakı: Çıraq, 2012.- 271 s.

Azərbaycanın xalq bayramı Novruz: bələdçi kitab/layih. rəhb. Ə.Qarayev; mətnin müəl. Ə.Vəliyev, V.Bəhmənli.- Bakı: Təhsil, 2011.-208 

s.

Əhmədov, Ə. Novruz süfrəsi /Ə.Əhmədov.- Bakı: Azərnəşr, 2011.- 80 s.

Навруз как явление мировой культуры: [исследование] /ред.-сост. А.Раджабов, М.Карим-заде; отв. ред. А.Раджабов АН Респ. 

Таджикистан, Ин-т истории, археологии и этнографии им. Ахмада Дониша, Гос. учреждение “Нац. б-ка Таджикистана”, 

Междунар. науч. центр муз. культуры народов Востока (Борбад) ; [предисл. М. Илолов].-Душанбе: [Контраст] 2012.- 335 с.  

Cenevrədə “Beynəlxalq Novruz Günü” //Mədəniyyət.-2014.- 28 mart.- S. 4.

21



Yüklə 6,03 Mb.

Dostları ilə paylaş:
1   ...   51   52   53   54   55   56   57   58   ...   204




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə