Kbt я25 uot (059) Baş redaktor


Tarixdə bu gün Milli Təhlükəsizlik Orqanları



Yüklə 6,03 Mb.
Pdf görüntüsü
səhifə56/204
tarix24.12.2017
ölçüsü6,03 Mb.
#17748
1   ...   52   53   54   55   56   57   58   59   ...   204

118

Tarixdə bu gün

Milli Təhlükəsizlik Orqanları 

İşçilərinin Peşə Bayramı Günü 

1997 

MART

1918-ci ildə yaradılmış  Azərbaycan 

Demokratik Respublikasında 1919-cu 

il martın 28-də müdafiə naziri Səməd 

bəy Mehmandarovun 157 saylı əmrinə 

əsasən  kəşfiyyat  və  əks-kəşfiyyat 

xidməti təşkil olunmuşdu. Bu təşkilatın 

vəzifəsi 

terrorizmə, 

casusluğa, 

təxribatlara  qarşı  mübarizə  aparmaq 

idi. Lakin cümhuriyyətinin süqutu və 

1920-ci  ildə  sovet  ordusu  tərəfindən 

Azərbaycanın 

işğalı 

nəticəsində 



təşkilatın üzvləri repressiyalara məruz 

qalmış, M.Şeyxzamanlı başda olmaqla 

əksər rəhbər heyət güllələnmişdi. 

Sovet  dövründə  qurum  əvvəlcə 

Fövqəladə  Komissiya  (“ÇK”)  adlan-

mış, bir müddət Daxili İşlər Xalq Ko-

missarlığının  (“NKVD”)  tərkibində 

fəaliyyət  göstərmiş,  sonra  Dövlət 

Təhlükəsizlik  Komitəsi  təşkil  olun-

muşdur. 


50-ci  illərin  sonlarından  etibarən 

respublika  təhlükəsizlik  orqanların-

da milliləşmə və tarixi ədalətin bərpa 

edilməsi,  repressiyaya  məruz  qalmış 

bir  çox  insanların  hüquqi  və  mənəvi 

bəraət alması istiqamətində xeyli işlər 

görüldü.  Bu  proses  bilavasitə  ömrü-

nün  böyük  bir  hissəsini  təhlükəsizlik 

orqanlarına  həsr  etmiş  görkəmli 

dövlət  xadimi  Heydər  Əliyevin  adı 

ilə bağlıdır. Onun Azərbaycan Dövlət 

Təhlükəsizlik 

Komitəsində 

əks-


kəşfiyyata rəhbərlik etdiyi illər ərzində, 

xüsusilə  də  komitə  rəhbərliyinə  irəli 

çəkildiyi 1964-ci ildən sonrakı dövrdə 

orqana  milli  kadrların  cəlb  olunma-

sı,  onların  yetişdirilib,  həlledici  iş 

sahələrində  rəhbər  vəzifələrə  təyin 

olunması nəzərəçarpacaq şəkildə geniş 

vüsət  almağa  başladı.  1967-ci  ilədək 

respublikanın  təhlükəsizlik  orqanla-

rına  qeyri-azərbaycanlılar  rəhbərlik 

ediblər.  Həmin  il  general  Heydər 

Əliyev  Azərbaycan  DTK-nın  sədri 

təyin olunmuşdur.

Azərbaycan  müstəqilliyini  bərpa 

etdikdən  sonra,  1991-ci  il  noyabrın 

1-də Milli Təhlükəsizlik Nazirliyi ya-

ranıb. Milli Təhlükəsizlik Nazirliyinin 

qarşısında duran vəzifələr Azərbaycan 

Respublikasının  suverenliyinə,  kons-

titusiya quruluşuna, iqtisadi, müdafiə, 

elmi-texniki potensialına, digər həyati 

əhəmiyyətli  maraqlarına  qarşı  xarici 

dövlətlərin  xüsusi  xidmətlərinin  və 

təşkilatlarının, cinayətkar qrupların və 

ayrı-ayrı  şəxslərin  kəşfiyyat  və  digər 

təxribat-pozuculuq fəaliyyətinin qarşı-

sını almaqdan ibarətdir. 

“Azərbaycan  Respublikası  Milli 

təhlükəsizlik orqanları əməkdaşlarının 

peşə  bayramı  gününün  təsis  edilməsi 

haqqında”  Azərbaycan  Respublikası-

nın Prezidenti Heydər Əliyevin 1997-

ci  il  23  mart  tarixli  Fərmanı  ilə  28 

mart  -  Milli  Təhlükəsizlik  Orqanları 

İşçilərinin  Peşə  Bayramı  Günü  elan 

olunmuşdur.



28

28

Ə d ə b i y y a t 

Qasımov, C.Milli 

təhlükəsizliyin əsasları : 

dərslik /C. Qasımov, N. 

Nağıyev; Azərb. Resp. Milli 

Təhlükəsizlik Nazirliyinin 

Heydər Əliyev ad. Akad-sı.

Bakı: [MTN-nin H. Əliyev 

ad. Akad.], 2015.-407 s.

 Fəaliyyətimiz informasiya 

əsrinin tələblərinə uyğun 

qurulub: Milli Təhlükəsizlik 

Orqanları-96 /S. Fərzəliyev//

Xalq qəzeti .-2015.- 19 mart.- 

S.9. 

Xalqın və dövlətin ehtimadını 

doğrultmaq vəzifəsi  Milli 

Təhlükəsizlik orqanları - 96 

/F.Abasoğlu//Kaspi.-2015.- 

17 mart.- S.10.

Xüsusi tarix Milli 

təhlükəsizlik orqanları-

96 /H. Ağammədov//Azad 

Azərbaycan .-2015.- 11 

mart.- S. 3.

Milli təhlükəsizlik orqanları-

96 /C. Qasımov//Səs .-2015.- 

11 mart.- S. 7.

Təhlükəsizlik orqanlarının 

tarixi milli yaddaşın mühüm 

hissəsidir: Milli təhlükəsizlik 

orqanları-96 /R. Bağırov //İki 

sahil .-2015.- 10 fevral.- S.8.

İ n t e r n e t d ə 

www.anl.az

wwwmtn.gov.az 

www. ebooks.preslib.az

MART


119

MART

Azərbaycanlıların Sоyqırımı Günü

 1918 

MART

31

Azərbaycan  xalqına  qarşı  dəfələrlə  törədilmiş 

və uzun illərdən bəri öz siyasi-hüquqi qiymətini al-

mamış soyqırımı tarixin açılmamış səhifələrindən 

biridir.

1813-cü və 1828-ci illərdə imzalanmış Gülüs-

tan  və  Türkmənçay  müqavilələri  Azərbaycan 

xalqının  parçalanmasının,  tarixi  torpaqlarımızın 

bölünməsinin əsasını qoymuşdu. Azərbaycan xalqı-

nın bu milli faciəsinin davamı kimi onun torpaqla-

rının zəbti başlandı. Qısa bir müddətdə bu siyasət 

gerçəkləşdirilərək  ermənilərin  kütləvi  surətdə 

Azərbaycan torpaqlarına köçürülməsi həyata keçi-

rildi. Soyqırımı Azərbaycan torpaqlarının işğalının 

ayrılmaz bir hissəsinə çevrildi.

İrəvan, Naxçıvan və Qarabağ xanlıqlarının əra-

zilərində  məskunlaşdırılan  ermənilər  orada  yaşa-

yan  azərbaycanlılarla  müqayisədə  azlıq  təşkil  et-

mələrinə baxmayaraq öz havadarlarının himayəsi 

altında “Erməni vilayəti” adlandırılan inzibati böl-

günün yaradılmasına nail oldular. Belə süni ərazi 

bölgüsü  ilə,  əslində,  azərbaycanlıların  öz  torpaq-

larından qovulması və məhv edilməsi siyasətinin 

bünövrəsi qoyulmuş, “Böyük Ermənistan” ideyaları 

təbliğ olunmağa başlanmışdı. “Böyük Ermənistan” 

yaratmaq xülyasından ruhlanan erməni qəsbkarları 

1905-1907-ci  illərdə  azərbaycanlılara  qarşı  açıq 

şəkildə  genişmiqyaslı  qanlı  aksiyalar  həyata 

keçirmişdilər.  Ermənilərin  Bakıdan  başlanan 

vəhşilikləri  Azərbaycanı  və  indiki  Ermənistan 

ərazisindəki  Azərbaycan  kəndlərini  əhatə  etmiş-

di.  Yüzlərlə  yaşayış  məntəqəsi  dağıdılmış,  yerlə 

yeksan edilmiş, minlərlə azərbaycanlı vəhşicəsinə 

qətlə yetirilmişdi. 

Birinci Dünya müharibəsi, eləcə də Rusiyada baş 

vermiş 1917-ci il fevral və oktyabr çevrilişlərindən 

məharətlə  istifadə  edən  ermənilər  öz  iddialarını 

bolşevik  bayrağı  altında  reallaşdırmağa  nail  ol-

muşdular. 1918-ci ilin mart ayından etibarən əks-

inqilabçı  ünsürlərlə  mübarizə  şüarı  altında  Bakı 

Kommunası tərəfindən ümumən Bakı quberniyası-

nı azərbaycanlılardan təmizləmək məqsədi güdən 

mənfur planın həyata keçirilməsinə başlanılmışdı. 

Həmin günlərdə ermənilərin törətdikləri cinayətlər 

Azərbaycan xalqının yaddaşına əbədi həkk olun-

muşdur. Minlərlə dinc azərbaycanlı əhali yalnız mil-

li mənsubiyyətinə görə məhv edilmişdi. Ermənilər 

evlərə od vurmuş, insanları diri-diri yandırmışlar. 

Milli memarlıq incilərini, məktəbləri, xəstəxanaları, 

məscid və digər abidələri dağıtmış, Bakının böyük 

bir hissəsini xarabalığa çevirmişlər.

Azərbaycanlıların  soyqırımı  Bakı,  Şamaxı, 

Quba  qəzalarında,  Qarabağda,  Zəngəzurda,  Nax-

çıvanda, Lənkəranda və Azərbaycanın başqa böl-

gələrində xüsusi qəddarlıqlarla həyata keçirilmiş-

dir. Bu ərazilərdə dinc əhali kütləvi surətdə qətlə 

yetirilmiş,  kəndlər  yandırılmış,  milli  mədəniyyət 

abidələri dağıdılıb məhv edilmişdir.

Zaqafqaziyanın  sovetləşməsindən  öz  çirkin 

məqsədləri üçün istifadə edən ermənilər 1920-ci ildə 

Zəngəzuru və Azərbaycanın bir sıra digər torpaqla-

rını Ermənistan SSR-in ərazisi elan etmişdilər. Son-

rakı dövrdə bu ərazilərdəki azərbaycanlıların depor-

Tarixdə bu gün



Yüklə 6,03 Mb.

Dostları ilə paylaş:
1   ...   52   53   54   55   56   57   58   59   ...   204




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə