Kbt я25 uot (059) Baş redaktor


Kimya.Biologiya.Tibb Tofiq Nağıyev



Yüklə 6,03 Mb.
Pdf görüntüsü
səhifə54/204
tarix24.12.2017
ölçüsü6,03 Mb.
#17748
1   ...   50   51   52   53   54   55   56   57   ...   204

114

Kimya.Biologiya.Tibb

Tofiq Nağıyev 

1941

MART

Tofiq Murtuza oğlu Nağıyev 1941-ci 

il mart ayının 4-də Bakı şəhərində ana-

dan olmuşdur. Atası, akademik Murtuza 

Fətulla oğlu Nağıyev zəmanəsinin tanın-

mış kimyaçı-alimi və mühəndislərindən 

sayılırdı. 

1964-cü  ildə  Bakı  Dövlət  Universi-

tetinin kimya fakültəsini bitirmiş, əmək 

fəaliyyətinə Azərbaycan Elmlər Akade-

miyasının  M.F.Nağıyev  adına  Kimya 

Texnologiyasının  Nəzəri  Problemləri 

İnstitutunda başlamışdır.

1967-ci  ildə  “Etilbenzolun  stiro-

la  əlaqəli  dehidrogenləşməsi  reak-

siyasının  öyrənilməsi”  mövzusunda 

namizədlik,  1973-cü  ildə  isə  “Praktiki 

cəhətdən  mühüm  karbohidrogenlər  sı-

rasının və onların törəmələrinin əlaqəli 

dehidrogenləşməsi və hidrogenolizi re-

aksiyalarının kinetikasının və mexaniz-

minin  tədqiqi”  mövzusunda  doktorluq 

dissertasiyasını  uğurla  müdafiə  etmiş, 

1976-cı  ildən  professor  elmi  rütbəsini 

almış, 1989-cu ildə Azərbaycan Elmlər 

Akademiyasının  müxbir  üzvü,  2001-ci 

ildə isə həqiqi üzvü seçilmişdir.

2002-ci  ildən  Azərbaycan  Milli 

Elmlər  Akademiyasının  laboratoriya 

müdiri,  2004-cü  ildən  “Azərbaycan 

Milli Ensiklopediyası” Elmi Mərkəzinin 

direktoru,  2013-cü  ilin  aprelindən  isə 

AMEA-nın vitse-prezidentidir.

T.M.Nağıyev neft, neft kimyası, kata-

liz üzrə nüfuzlu beynəlxalq konqreslərdə, 

simpoziumlarda,  beynəlxalq  konfrans-

larda milli elmimizi ən yüksək səviyyədə 

təmsil etmişdir. 

400-dən  artıq  məqalə  və  konfrans 

materiallarının,  keçmiş  SSRİ-nin  32 

müəlliflik  şəhadətnaməsinin,  Rusiya 

Federasiyasının  bir,  Azərbaycan  Res-

publikasının dörd patentinin müəllifidir. 

Kimya  elmi  üzrə  20-dən  çox  fəlsəfə 

doktoru hazırlamışdır. Akademikin elmi 

monoqrafiyası  2007-ci  ildə  dünyanın 

ən  nüfuzlu  elmi  nəşriyyatı  olan  “Else-

vier”  nəşriyyatında  (Niderland)  ingilis 

dilində çapdan çıxmışdır. “Böyük Rusi-

ya ensiklopediyası”nın 2013-cü ildə işıq 

üzü görmüş 21-ci cildində də akademik 

Tofiq Nağıyev haqqında geniş məlumat 

verilmişdir.

“Azərbaycan Milli Elmlər Akademi-

yasının Məruzələri” jurnalının redaksiya 

heyətinin, həmçinin “Simurq” jurnalının 

redaksiya şurasının üzvüdür. AMEA-nın 

Rəyasət  Heyəti  yanında  Terminologi-

ya Komissiyasının və AMEA mətbuat-

redaksiya  şurasının  büro  tərkibində 

çalışır.  “Azərbaycan  Nefti  və  Qazı” 

Ensiklopediyasının  tərtibatının  kurato-

rudur. 1970-ci ildə “Şərəfli əməyə görə” 

medalı,  2004-cü  ildə  isə  Azərbaycan 

Respublikasının  “Şöhrət”  ordeni  ilə 

təltif olunmuşdur. 

2014-cü ildə elm üzrə Dövlət müka-

fatı laureatı olmuşdur.



Ə d ə b i y y a t

Взаимодействие 

синхронных реакций 

в химии и биологии 

/Т.Нагиев.- Баку: Элм, 

2001.- 404 с. 

Химическое 

сопряжение /Т.Нагиев.- 

Москва: Наука, 1989.- 

216 с.

Tofiq Murtuza oğlu 

Nağıyev: biblioqrafiya             

/tərt. Z.Zaytseva.- Bakı: 

Elm, 2009.- 228 s.

Məhərrəmov, A. Dünya 

şöhrətli alim, böyük ziya-

lı: Dövlət mükafatı lau-

reatları /A.Məhərrəmov; 

A.Əzizov //Azərbaycan.-

2014.- 22 iyun.- S.4.

Tofiq Nağıyev hidrogen-

peroksidin kimyəvi reak-

siyaları induksiya etmək 

qabiliyyətini üzə çıxarıb 

//Üç nöqtə.- 2014.- 23 

dekabr.- S. 9.

İ n t e r n e t d ə

www.anl.az

www.az.wikipedia.org

www.science.gov.az

www.irp.science.az

4

Akademik

75

illiyi


115

Kimya.Biologiya.Tibb

Yunis Qəmbərov

1926-1991

MART

Yunis Heydər oğlu Qəmbərov 1926-

cı il mart ayının 5-də Füzuli rayonunun 

Kürdlər  kəndində  anadan  olmuşdur. 

1933-1943-cü  illərdə  orta  məktəbdə 

təhsil  almış,  1944-cü  ildə  Azərbaycan 

Dövlət  Universitetinin  (indiki  BDU) 

kimya fakültəsinə qəbul olunmuş, 1949-

cu ildə oranı fərqlənmə diplomu ilə bitir-

mişdir. 1950-1952-ci illərdə Azərbaycan 

EA-nın  (indiki  AMEA)  Neft  İnstitu-

tunun  aspiranturasında  oxumuşdur. 

1952-1956-cı illərdə Azxəzərneft Birli-

yinin  Antikorroziya  xidməti  kontorun-

da istehsalat şöbəsinin rəisi vəzifəsində 

işləmişdir.

1959-1962-ci  illərdə  Dövlət  Kim-

ya  Komitəsinin  Bakı Təcrübə  Zavodu-

nun  mərkəzi  laboratoriyasının  müdi-

ri    işləmış,  1962-ci  ildə  həmin  zavod 

əsasında  Ümumittifaq  Elmi-Tədqiqat 

Olefinlər  İnstitutu  (VNİİOlefin)  yaran-

dıqdan  sonra  Piroliz  laboratoriyasına 

müdir  təyin  edilmişdir.  1973-cü  ildə 

Olefinlər  İnstitutunda  Karbohidrogen 

monomerləri şöbəsinin müdiri, 1976-cı 

ildə isə elmi işlər üzrə direktor müavini 

təyin edilmişdir. 1990-cı ildə həmin ins-

titutun direktoru olmuşdur.

1960-cı ildə “Neft fraksiyalarının və 

bəzi  fərdi  karbohidrogenlərin  termiki 

parçalanmasının  tədqiqi”  mövzusun-

da  namizədlik  dissertasiyası  müdafiə 

edərək  kimya  elmləri  namizədi,  1968-

ci  ildə  isə  “Pirolizin  səmərələşdirilmiş 

şəraitində aşağı molekullu doymamış və 

aromatik  karbohidrogenlərin  alınması” 

mövzusunda  doktorluq  dissertasiyası 

müdafiə etmiş, texnika elmləri doktoru 

elmi dərəcəsi almışdır. 1971-ci ildə pro-

fessor elmi rütbəsinə layiq görülmüşdür. 

1980-ci ildə Azərbaycan EA-nın müxbir 

üzvü seçilmiş, 1991-ci ildə ölümündən 

sonra Başkurdistan EA-nın həqiqi üzvü 

seçilmişdir.

Alimin  tədqiqatlarının  nəticələri 

6  monoqrafiyada,  220  məqalədə,  o 

cümlədən 40 ixtirada öz əksini tapmış-

dır.  Onun  rəhbərliyi  altında  bir  elmlər 

doktoru,  25  elmlər  namizədi  hazırlan-

mışdır. 

“Azərbaycan Neft Təsərrüfatı” jurna-

lının redaksiya heyətinin üzvü olmuşdur. 

Sistematik  olaraq  neft-kimya  sintezinə 

dair  keçirilən  Beynəlxalq  simpozium, 

qurultay  və  konfranslarda  (Leypsiq, 

Alma-Ata,  Moskva,  Leninqrad,  Bakı) 

respublika elmini ləyaqətlə təmsil etmiş 

və  dərin  məzmunlu  məruzələrlə  çıxış 

etmişdir. Keçmiş Sovet İttifaqının Neft-

Kimya  Sənayesi  Nazirliyinin  Elmi-

Texniki Şurasının və sosialist ölkələrinin 

Qarşılıqlı İqtisadi Yardım Şurasının neft-

kimya  üzrə  daimi  işçi  qrupunun  üzvü 

kimi 1972-ci ildə Çexoslovakiya, 1973-

cü ildə Polşa, ADR, Macarıstan, 1976-cı 

ildə  Bolqariya,  1981-ci  ildə  Rumıniya, 

1983-cü ildə Fransada olmuşdur.

Böyük elmi və elmi-ictimai fəaliyyə-

tinə  görə  hökumət  tərəfindən  yüksək 

qiymətləndirilmiş “Qırmızı Əmək Bay-

rağı”,  “Xalqlar  Dostluğu”  ordenləri  və 

bir sıra medallarla təltif edilmişdir.

Professor  Y.Qəmbərov  1991-ci  il 

sentyabr ayının 7-də vəfat etmişdir.

Ə d ə b i y y a t

Operator köməkçisi: 

dərs vəsaiti 

/Y.Qəmbərov.- Bakı: 

Azərtədrisnəşr, 1963.- 

134 s.

Qəmbərov Yunis Heydər 

oğlu //Azərbaycan Sovet 

Ensiklopediyası: 10 

cilddə.- Bakı, 1987.- 

C.10.- S.593.

Олефиновые 

углеводороды и 

их примененые в 

нефтехимической 

промышленности 

/С.Мехтиев, 

Ю.Камбаров.- Баку: 

Азернешр, 1962.- 183 с.

Полиолефины 

/Ю.Камбаров, 

Н.Сеидов, 

А.Буниятзаде.- Баку 

Азернешр, 1966.- 185 с.

İ n t e r n e t d ə

www.anl.az

www.az.wikipedia.org

www.science.gov.az

www.irp.science.az

5

Kimyaçı

90

illiyi



Yüklə 6,03 Mb.

Dostları ilə paylaş:
1   ...   50   51   52   53   54   55   56   57   ...   204




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə