Kbt я25 uot (059) Baş redaktor



Yüklə 6,03 Mb.
Pdf görüntüsü
səhifə53/204
tarix24.12.2017
ölçüsü6,03 Mb.
#17748
1   ...   49   50   51   52   53   54   55   56   ...   204

112

Ə d ə b i y y a t 

Bayramlı, Z. Azərbaycan 

Evliya Çələbinin 1654-cü il 

“Səyahətnamə”sində: dərslik  

/Z.Bayramlı, Z.V.Əzizli.- 

Bakı: Azərbaycan, 2000.- 

160 s.

Evliya Çələbi 

səyahətnaməsində 

Azərbaycan /nəşrə hazırl. 

M.Rıhtım.- Bakı: Qafqaz 

Universiteti: Nurlar, 2012.- 

291 s.

Vələdoğlu, E. Övliya Çələbi: 

“Səyyahi-aləm, xanədana 

dost allah bəndəsiyəm” 

/E.Vələdoğlu //Respublika.- 

2013.- 25 aprel.- S. 14.

İ n t e r n e t d ə

www. az.wikipedia.org 

www.anl.az

Səyyah

Evliya Çələbi

1611-1679

Evliya 


Çələbi 

ibn 


Dərviş 

Məhəmməd Zilli 1611-ci il mart ayı-

nın  25-də  İstanbulda,  saray  zərgəri 

Dərviş Mehmet Zillinin ailəsində dün-

yaya göz açmışdır. Onun əslən abxaz 

olan anası Böyük vəzir Məlik Əhməd-

paşanın  doğma  bacısı  idi.  Övliya 

mükəmməl  təhsil  almış,  gəncliyində 

sufi təriqətinə qoşulmuşdur. 

1640-cı ildə onun ömrünün sonuna 

qədər  davam  edən  səyahətləri  başla-

mışdır. İlkin olaraq Osmanlı imperiya-

sının ərazilərini gəzmiş, sonra Qafqa-

za gəlmişdir. XVII əsr Azərbaycanına 

dair ən qiymətli tarixi mənbələrindən 

biri  məşhur  türk  səyyahı  Övliya 

Çələbinin “Səyahətnamə” əsəridir. Bu 

10  cildlik  əsər  70  illik  ömrünün  40 

ilini  səyahətlərdə  keçirmiş  müəllifin 

dərin  və  çoxsaylı  müşahidələrinin 

məhsuludur. “Səyahətnamə”də Çələbi 

1640-1650-ci  illərin  İrəvan,  Gəncə, 

Ərəş, Şəki, Niyazabad, Şamaxı, Bakı, 

Şabran,  Dərbənd  şəhərləri  haqqında 

ətraflı və bu gün də diqqətlə öyrənilən 

məlumatları ümumiləşdirmişdir.

Növbəti səfərlərini Avstriya və Ma-

carıstana etmişdir. 1665-ci ildə Çələbi 

artıq  Volqaboyunda,  sonra  isə  Krım-

da  olmuşdır.  Krımda  o,  yerli  xan  IV 

Mehmet Gireylə dostlaşmış, buradan  

Frakiyaya,  Makedoniyaya  və  Krit 

adasına yollanmışdır. Məkkəyə həccə 

gedəndən sonra artıq ömrünün sonla-

rında Misirdə məskunlaşmışdır. 

Yarım  əsrə  yaxın  müddətdə 

səyahətləri  sayəsində  dərin  biliyə  və 

təcrübəyə  malik  olan  Evliya  Çələbi 

ədib,  şair,  eyni  zamanda  xəttat, 

nəqqaş  və  musiqişünas  idi.  Onun 

incə ruhlu, zərif bir insan, öz ifadəsilə 

“evliyayı-biriya”  olduğu  məlumdur. 

Təvazökarlığı,  səmimiliyi,  hər  kəslə 

xoş  keçinməsi  dostlarının  sayını  ar-

tırmışdır. Səyahətlərində məiyyətində 

qonağı  olduğu  vali  və  sərdarlarla  da 

isti,  daimi  münasibətlər  saxlamış, 

etibarı-etimadı  qoruyub  mühafizə  et-

mişdir. Evliya Çələbi  bir mədəniyyət 

tarixçisi  və  folklor  tədqiqatçısı  kimi 

gördüyü  yerlərin  mədəni  vəziyyəti, 

adət-ənənələri,  zövqləri,  qidaları, 

dilləri, ləhcələri və s. ilə əlaqəli dəyərli 

məlumatlar  vermiş,  dini  inanclar, 

məzhəblər, təriqətlər, ibadətlər haqqın-

da  müşahidə  və  dəyərləndirmələrini 

nəql  etmiş,  şəhərlərin,  qəsəbələrin, 

qalaların, kəndlərin adlarından, fiziki-

memari strukturlarından, çarşı bazar-

larından bəhs etmişdir. 

YUNESKO  2011-ci  ili  “Evliya 

Çələbinin anım ili” elan etmişdir.

Ölüm  tarixi  dəqiq  məlum  deyil. 

Böyük  səyyahın  1679-ci  ildə,  (bəzi 

mənbələrdə  1679,  1682  və  ya  1685) 

İstanbulda vəfat etdiyi güman olunur.



405 

illiyi

Coğrafiya.Geologiya

25

MART


113

Kimya.Biologiya.Tibb

75 

illiyi

Yaqub Məmmədov

1941    

MART

Yaqub  Cavad  oğlu  Məmmədov 

1941-ci  il  mart  ayının  3-də  Gədəbəy 

rayonunun  Əli-İsmayıllı  kəndində  ana-

dan olmuşdur. Orta məktəbi bitirdikdən 

sonra, 1960-cı ildə N.Nərimanov adına 

Azərbaycan Dövlət Tibb İnstitutuna (in-

diki ATU) qəbul olunmuşdur.

1966-cı ildən Azərbaycan Tibb İnsti-

tutunun Patoloji fiziologiya kafedrasında 

Azərbaycan  və  rus  bölmələrində  prak-

tik  məşğələlər  aparmış  və  mühazirələr 

oxumuşdur.  1969-cu  ildə  namizədlik, 

1982-ci  ildə  doktorluq  dissertasiyası 

müdafiə  etmişdir.  1983-1992-ci  illərdə 

Azərbaycan Tibb Universitetinin rekto-

ru vəzifəsində çalışmışdır.

Y.Məmmədov  370-dən  artıq  elmi 

əsərin  müəllifidir.  Onlardan  205-i 

xaricdə  çap  olunmuşdur.  Müəlliflik 

şəhadətnamələrinin və patentlərinin sayı 

38-dir. Onun rəhbərliyi altında 24 elmlər 

namizədi, 8 elmlər doktoru yetişmişdir.

Elmi-tədqiqat  işləri  əsasən  praktik 

limfologiyanın  fundamental  problem-

lərindən birinə - limfa mayesinin laxta-

lanması  və  onların  müxtəlif  xəstəliklər 

zamanı  korreksiyası  məsələlərinə  həsr 

olunmuşdur.  Aparılan  elmi-tədqiqatlar 

nəticəsində,  nəzəri  və  praktik  təbabət 

üçün böyük əhəmiyyəti olan laxtalanma, 

əks-laxtalanma  və  fibrinoliz  sistemlər 

haqqında yeni elmi konsepsiya irəli sü-

rülmüşdür.  Bu  istiqamətdə  4  doktorluq 

və 20-dən çox namizədlik dissertasiyası 

müdafiə  olunmuş  və Azərbaycanda  ilk 

dəfə  bütöv  bir  limfoloqlar  məktəbi  ya-

ranmışdır.

Onun təşəbbüsü ilə keçmiş SSRİ-də 

ilk dəfə limfatrop dərman preparatlarının 

hazırlanması və limfa sisteminin ümumi 

patologiyada  rolunun  öyrənilməsi  ilə 

məşğul  olan  “Eksperimental  limfolo-

giya”  elmi-tədqiqat  laboratoriyası  ya-

radılmış  və  burada  Azərbaycanın  təbii 

bitki və mineral ehtiyatlarından alınmış 

limfotrop təsir xüsusiyyətinə malik 40-a 

qədər bioloji fəal maddə aşkar edilmişdir. 

Bunlardan ikisi - nikomorfolin və qlisi-

ram  klinikalarda  müxtəlif  xəstəliklərin 

müalicəsində  müvəffəqiyyətlə  istifadə 

edilir. 


1989-cu  ildən  AMEA-nın  müx-

bir  üzvü,  1993-cü  ildən  Azərbaycan 

Milli 

Yaradıcılıq  Akademiyasının 



həqiqi  üzvü  seçilmişdir.  Y.Məmmədov 

“Ürəyin  öyrənilməsi”  üzrə  Beynəlxalq 

Cəmiyyətin, Beynəlxalq Patofizioloqlar 

və Limfoloqlar cəmiyyətinin, həmçinin 

“Ekstremal  və  terminal  vəziyyətlər” 

beynəlxalq  elmi  komissiyasının  üzvü-

dür.  

1992-ci il fevral ayının 28-dən, 1992-



ci il may ayının 15-dək Azərbaycan Res-

publikası Ali Sovetinin sədri kimi Prezi-

dentin səlahiyyətlərini icra etmişdir.

1976-cı ildə “Səhiyyə əlaçısı”, 1981-

ci  ildə  “Əməkdar  həkim”,  1991-ci  ildə 

“Əməkdar  elm  xadimi”  fəxri  adlarına 

layiq  görülmüş,  “Qırmızı  Əmək  Bay-

rağı  (1981),  “Xalqlar  dostluğu”  (1986) 

ordenləri, Vavilov adına mükafat (1990), 

ABŞ  Bioqrafiya  Mərkəzini  medalı 

(2003) ilə təltif edilmişdir.

Ə d ə b i y y a t

Patoloji fiziologiya: 

dərslik /Y.Məmmədov, 

C.Təqdisi, F.İslamzadə.- 

Bakı: Müəllim, 2004.- 

668 s.

Zaman və həyatla üzbəüz 

/Y.Məmmədov.- Bakı: 

Nurlan, 2009.- 762 s.

Məmmədov Yaqub 

Cavad oğlu: biblioqra-

fiya /tərt.: B.Aşurov və 

b.- Bakı: Təbib, 1993.- 

100 s.

Xələfli, Ə. Siyasi 

gündəlikdən səhifələr: 

Yaqub Məmmədov-70 

/Ə.Xələfli //Kredo.- 

2011.- 28 may.- S. 6.

Süleymanoğlu, M. Yaqub 

Cavad oğlu Məmmədov   

//Azərbaycan Tibb Uni-

versitetinin rektorları.- 

Bakı, 2010.- S.220-259.

Практическая 

лимфология 

/Я.Мамедов.- Баку: 

Маариф, 1982.-  302 с.

Свёртываемость 

крови и лимфы, 

её коррекция при 

тромбозе /Я.Мамедов.- 

Баку: Азернешр, 1985.-  

231 с.

İ n t e r n e t d ə

www.adam.az

www.anl.az

3

Həkim



Yüklə 6,03 Mb.

Dostları ilə paylaş:
1   ...   49   50   51   52   53   54   55   56   ...   204




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə