Kbt я25 uot (059) Baş redaktor



Yüklə 6,03 Mb.
Pdf görüntüsü
səhifə68/204
tarix24.12.2017
ölçüsü6,03 Mb.
#17748
1   ...   64   65   66   67   68   69   70   71   ...   204

142

85 

illiyi

İnqilab Kərimov 

1931-2011

APREL

4

Mədəniyyət.Maarif.Təhsil

Ə d ə b i y y a t

Azərbaycan peşəkar 

teatrının tarixi və inkişaf 

mərhələləri /İ.Kərimov; 

elmi red. M.Seyidov.- Bakı: 

Maarif, 2002.- 576 s.

Heydər Əliyev: sənət, 

sənətkarlar və sənətkarlıq 

haqqında /İ.Kərimov.- Bakı: 

ULU İKF, 2005.- 228 s.

Şuşa-Ağdam teatrı 

/İ.Kərimov.- Bakı: Elm, 

2001.- 140 s.

Teatr: taleyin ömrümə 

yazdığı qismət /İ.Kərimov.- 

Bakı: Elm, 2009.- 465 s.

Əliyeva, K. İnqilab 

Kərimovun xatirəsinə ehti-

ramla /K.Əliyeva //Kaspi.-

2012.- 28-30 iyul.- S.23.

İnqilab Kərimov                  

//Ədəbiyyat qəzeti.- 2011.- 

29 iyul.- S.6.

Nərimanoğlu, M. Ömrün 

və sənətin zirvəsində: 

mədəniyyət xadimləri           

//Azərbaycan.- 2011.- 8 

aprel.- S. 10.

İ n t e r n e t d ə

www.anl.az

www.az.wikipedia.org

Teatrşünas

İnqilab Saleh oğlu Kərimov 1931-

ci il aprel ayının 4-də Göyçay rayo-

nunda anadan olmuşdur. Orta məktəbi 

bitirdikdən  sonra  1948-1953-cü 

illərdə Azərbaycan Dövlət Teatr İns-

titutunun  teatrşünaslıq  fakültəsində 

təhsil almışdır. 1957-ci il noyabr ayı-

nın 25-dən taleyini Azərbaycan Milli 

Elmlər  Akademiyasının  Memarlıq 

və  İncəsənət  İnstitutu  ilə  bağlamış, 

1966-1985-ci illərdə kiçik elmi işçi, 

sonra baş elmi işçi kimi çalışmışdır. 

Alim-tədqiqatçı  İnqilab  Kərimov 

1968-ci  ildən  Azərbaycan  Dövlət 

İncəsənət  İnstitutunda  teatr  tarixi, 

teatr  tənqidi  və  dram  nəzəriyyəsi 

fənlərini  tədris  etmiş,  universite-

tin  professoru  olmuşdur.  1963-cü 

ildə  “Sovet  Azərbaycanının  gənclər 

teatrı”  adlı  namizədlik  dissertasi-

yasını,  1988-ci  ildə  “Azərbaycan 

teatrının yaranması, təşəkkülü və in-

kişafı  problemləri  (XIX  əsrin  sonu, 

XX  əsrin  əvvəlləri)”  adlı  doktorluq 

dissertasiyasını  Moskvada  müdafiə 

edərək sənətşünaslıq doktoru alimlik 

dərəcəsi almışdır. 

Görkəmli 

alim, 


yorulmaz 

tədqiqatçı    200-ə  yaxın  elmi  əsərin, 

o cümlədən 25 monoqrafiya və kita-

bın müəllifidir. Elmi əsərlərindən bir 

neçəsi  rus  dilində  çap  olunmuşdur. 

“Abdulla  Şaiq  və  teatr”,  “Ağadadaş 

Qurbanov”,  “Azərbaycan  və  gürcü 

səhnə  ustalarının  dostluğu”,  “Xalq 

istedadları”,  “Sovet  Azərbaycanının 

gənclər  teatrı”,  “Azərbaycan  Dövlət 

Dram  Teatrı”,  “Əbdürrəhim  bəy 

Haqverdiyev  və  teatr”,  “Cəfər  Cab-

barlı  adına  Kirovabad  Dövlət  Dram 

Teatrı”,  “Gənclik  və  gözəllik  te-

atrı”,  “Sənət  yolu,  dostluq  yolu”, 

“Nəriman  Nərimanov  və  teatr”, 

“Azərbaycan  teatrının  təşəkkülü  və 

inkişafı”, “Türkiyə və Azərbaycan te-

atr  əlaqələri”,  “Şuşa-Ağdam  teatrı”, 

“Azərbaycan  teatrı  125”  adlı  kitab-

ları  çap  edilmişdir. Alim  mətbuatda 

“İnqilab” imzası ilə çıxış etmişdir.

Milli  teatrşünaslıq  elmimizdə 

mühüm  yer  tutan  bu  tədqiqat 

əsərləri  Azərbaycan  teatr  tarixinin 

öyrənilməsində böyük əhəmiyyət kəsb 

edir.  Teatrşünaslıq  elminin  yüksək 

obyektivlik və elmi dəqiqliklə seçilən 

sözügedən  tədqiqat  əsərlərində  və 

monoqrafiyalarda milli teatr tarixinin 

böyük  bir  mərhələsinin  əhəmiyyətli 

hadisələri  əhatə  olunmuşdur.  Milli 

teatr tariximizin tədqiqinə həsr olun-

muş bu əsərlər çox böyük elmi dəyərə 

malik  olmaqla  yanaşı,  geniş  təcrübi 

və nəzəri əhəmiyyət daşıyır. 

2001-ci  ildə  Azərbaycan  Milli 

Elmlər Akademiyasının müxbir üzvü 

seçilmişdir.

İnqilab  Kərimov  2011-ci  il  iyul 

ayının 22-də vəfat etmişdir.



143

Coğrafiya.Geologiya

105 

illiyi

Əli Əşrəf Əlizadə

1911-1985

APREL

Əli Əşrəf (Ələşrəf) Əbdülhüseyn oğlu 

Əlizadə 1911-ci il aprel ayının 24-də Şa-

maxıda anadan olmuşdur. 1930-1935-ci 

illərdə  M.Əzizbəyov  adına Azərbaycan 

Neft  İnstitutunda  (indiki  Azərbaycan 

Dövlət  Neft  və  Sənaye  Universiteti) 

geoloji-kəşfiyyat  fakültəsində  təhsil  al-

mışdır. 1942-ci ildə Azərbaycan KP MK 

katibi, 1944-cü ildə Azərbaycan KP MK-

nın ikinci katibi seçilmişdir. 1938-1946 və 

1954-1959-cu illərdə M.Əzizbəyov adı-

na Azərbaycan Sənaye İnstitutunda dərs 

demişdir.  Akademiyanın  yaradıcıların-

dan biri olmuş, 1945-ci ildə Azərbaycan 

SSR Elmlər Akademiyasının həqiqi üzvü 

seçilmişdir.  1946-1948-ci  illərdə  “Az-

neft”  və  “Azneftkəşfiyyat”  birliklərinin 

rəisi, 1949-1954-cü illərdə M.Qorki adı-

na Türkmənistan Dövlət Universitetində 

kafedra  müdiri  və  Türkmənistan  SSR 

EA faydalı qazıntılar bölməsinin müdiri 

vəzifələrində  çalışmışdır.  1977-1985-ci 

illərdə Azərbaycan SSR EA İ.M.Qubkin 

adına  Geologiya  İnstitutunda  (indiki 

AMEA Geologiya və Geofizika İnstitu-

tu)  “Regional  geologiya  və  tektonika” 

şöbəsinin müdiri olmuşdur.

1938-1948-ci  illərdə  Azərbaycan 

SSR  EA  Geologiya  İnstitutunun  Elmi 

Şurasının  üzvü  olmuşdur.  1944-cü  ildə 

geologiya-mineralogiya elmləri doktoru 

elmi dərəcəsi almaq üçün “Azərbaycanın 

maykop  lay  dəstəsi  və  onun  neftliliyi” 

mövzusunda dissertasiya müdafiə etmiş-

dir. 1945-ci ildə professor elmi rütbəsini 

almışdır. 1946-cı ildə SSRİ Ali Sovetinin 

2-ci çağırış deputatı seçilmişdir.

Azərbaycanın  əsas  neft  rayonlarında 

geoloji  tədqiqat  işləri  aparmış,  bir  sıra 

mühüm neft və qaz-kondensat (Siyəzən, 

Zəyli-Zeyvə, Buzovna-Maştağa, Şaban-

dağ,  Gürgan,  Qaradağ,  Qarabağlı,  San-

qaçal,  Duvannı,  Qazanbulaq,  Kürsəngi, 

Muradxanlı  və  s.)  yataqlarının  aşkar 

edilməsində  bilavasitə  iştirak  etmişdir. 

Mezozoy  çöküntülərinin  neftlilik  prob-

lemi  ilə  məşğul  olmuş,  Türkmənistan 

SSR-də apardığı tədqiqatlar nəticəsində 

Pliosen  çöküntülərinin  stratiqrafik  sxe-

mini  tərtib  etmiş,  Akçaqılın  faunasını 

öyrənmişdir. Elmi kadrların hazırlanma-

sında böyük xidmətləri olmuşdur.

Akademik  Ə.Əlizadə  regional  geo-

logiyanın,  tektonikanın  və  neft  geolo-

giyasının  müxtəlif  problemlərinə  aid 

Azərbaycan  və  rus  dillərində  500-dən 

artıq  elmi  əsərin  müəllifidir.  “Yer  və 

zəlzələlər”,  “Türkmənistanın Akçaqılı”, 

“Azərbaycanın Sarmatı”, “Azərbaycanın 

paleogen  yataqları”  və  s.  əsərlərin 

müəllifidir.

Alim  1976-cı  ildə  Ümumittifaq  pa-

leontologiya  cəmiyyətinin  fəxri  üzvü, 

1973-cü ildə Qubkin adına mükafatın lau-

reatı olmuşdur. 1943-cü ildə yeni neft ya-

taqlarının kəşfinə və mənimsənilməsinə 

görə,  1946-cı  ildə  isə  kiçik  həcmli-

elektroperforator  cihazını  işləyib  ha-

zırladığına  görə  SSRİ  Dövlət  mükafa-

tına layiq görülmüşdür. İki dəfə “Lenin 

ordeni”  (1942,  1946),  “Qırmızı  Əmək 

Bayrağı”  ordeni  (1966)  və  medallarla 

təltif edilmişdir. 1971-ci ildə “SSRİ-nin 

fəxri neftçisi” və “Türkmənistan SSR-in 

Əməkdar  elm  və  texnika  xadimi”  fəxri 

adlarına layiq görülmüşdür.

Akademik Əli Əşrəf Əlizadə 1985-ci 

il mart ayının 23-də Bakıda vəfat etmiş-

dir.


Ə d ə b i y y a t

Ümumi geologiya: ali 

texniki məktəblər üçün 

dərslik /Ə.Əlizadə, 

M.Babayev; elmi red. 

A.Vəzirzadə.-Bakı: Maa-

rif, 1973.- 371 s.

Səmədli, Ə. Roma-

na bənzər həyat: 

bədii sənədli povest 

/Ə.Səmədli.- Bakı: 

Azərnəşr, 2001.- 168 s.

Ələşrəf Əbdülhüseyn 

oğlu Əlizadə: biblioqra-

fiya  /AMEA Geologiya 

İn-tu; red. A.Əli-zadə.- 

Bakı: “Nafta-press”, 

2011.

Əlizadə Əliəşrəf 

Əbdülhüseyn oğlu              

//Azərbaycanın geoloq 

və geofizik alimləri /tərt. 

S.B.Axundova.- Bakı, 

2004.- S.124-126.

Məmmədli, İ. Görkəmli 

akademikin yubileyinə 

həsr olunmuş elmi 

konfrans keçirildi 

/İ.Məmmədli //İki sahil.- 

2011.- 3 may.- S. 13.

İ n t e r n e t d ə

 www.anl.az

www.az.wikipedia.orq

dspace.khazar.org

www.science.gov.az

24

Akademik


Yüklə 6,03 Mb.

Dostları ilə paylaş:
1   ...   64   65   66   67   68   69   70   71   ...   204




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə