Kbt я25 uot (059) Baş redaktor


Siyasət.Hüquq.Hərbi iş 140



Yüklə 6,03 Mb.
Pdf görüntüsü
səhifə48/204
tarix24.12.2017
ölçüsü6,03 Mb.
#17748
1   ...   44   45   46   47   48   49   50   51   ...   204

102

Siyasət.Hüquq.Hərbi iş

140 

illiyi

Ziya Göyalp

1876-1924     

MART

Mehmet  Ziya  (Ziya  Göyalp)  1876-cı 

il  mart  ayının  23-də  Diyarbəkirdə  doğul-

muşdur.  Təhsilinə  Diyarbəkirdə  başlamış, 

eyni  şəhərdə  1890-1894-cü  illərdə  hərbi 

xidmətdə  olmuşdur.  Tibb  məktəblilərinin 

despotizmə son vermək üçün qurduqları Qi-

yam  Komitəsinə  daxil  olmuş,  məktəbdəki 

fəaliyyətləri və oxuduğu fransızca kitabların 

zərərli  sayılması  səbəbilə  həbs  edilmişdir. 

İstanbula  döndükdən  sonra  isə  məktəbdən 

uzaqlaşdırılmışdır. “Zəbtiyə nəzarəti altında 

saxlanılmaq  şərtilə”  Diyarbəkirə  göndəril-

mişdir. 


Rüştiyə  məktəbində  oxuyarkən  atası 

vəfat  etmiş,  onun  yerini  islam  fəlsəfəsini 

yaxşı  bilən,  ziyalı  əmisi  Hasib  əfəndi  tut-

muşdu.  Bir il əmisi Hacı Nəsib Əfəndinin 

himayədarlığı və təşəbbüsü ilə dərs keçmiş, 

islamı,  ərəb  və  fars  dillərini  öyrənmişdir. 

1891-ci ildə Diyarbəkirdəki mülki liseyə da-

xil olur. Bu zaman o, artıq fransız dilini də 

öyrənmişdi. Artıq dünyanın fəlsəfi irsini yeni 

bir  səviyyədə  öyrənməyə  başlayır,  ancaq 

həyatında baş verən dəyişikliklər onu ciddi 

düşünməyə,  tərəddüddən  qurtulub  qəti  ola-

raq millətçilik yolunu seçməyə sövq edir.

  O,  İbn  Sina,  İbn  Rüşd,  İmam  Qəzzali 

kimi böyük islam filosoflarını Ziyaya tanıt-

dırmış,  ərəb,  fars  və  digər  vacib  araşdırma 

metodlarını öyrətmişdir. Daha sonra vəfat et-

miş əmisinin vəsiyyətinə əməl edərək, onun 

qızı ilə evlənmişdir. 

İlk əsəri “Şaki İbrahim” dastanı olmuşdur. 

II Hökumətin elanından sonra, onun qurdu-

ğu gizli cəmiyyətin yerini Osmanlı İttihat və 

Tərəqqi  Cəmiyyəti  Diyarbəkir  şöbəsi  əvəz 

etmişdi. 1909-cu ildə partiyanın Selanikdəki 

konqresinə el nümayəndəsi kimi qatılmışdı. 

Burada “Gənc qələmlər”, “Yeni fəlsəfə”, 

“Rumeli”  kimi  jurnal  və  qəzetlərdəki  ya-

zılarıyla  Türkçülük  və  dildə  sadələşmə 

hərəkatlarının  qabaqcılları  arasında  iştirak 

edən Göyalp, milli duyğuları, tarix şüurunu, 

elmə və texnikaya dəyər verən düşüncələrini 

şeirləriylə təbliğ etmişdir. 1912-ci ildə İttihat 

və  Tərəqqi  Ümumi  Mərkəzi  İstanbula  kö-

çürülmüş, Z.Göyalp da İstanbula gəlmişdir. 

Həmin  il  Ergani  mədənindən  millət  vəkili 

seçilmişdir. 

1919-1921-ci  illərdə  İstanbulun  işğa-

lı  nəticəsində  həbs  olunaraq  iki  il  Maltada 

sürgündə  olmuşdur.  Sürgündən  qayıtdıqdan 

sonra  1923-cü  ildə  Diyarbəkirdən  millət 

vəkili  seçilmişdir.  “Hakimiyyəti  Milliyə”, 

“Yeni  Gün”,  “Respublika”  qəzetlərində 

müntəzəm olaraq məqalələr çap etdirmişdir. 

  II  Hökumətdən  başlayaraq  Türkçülük 

axınının  ən  böyük  nümayəndəsi  kimi  Türk 

düşüncə və siyasət həyatına güclü təsir etmiş, 

milli ədəbiyyat axını içində yazdığı əsərlərlə 

Türk  ədəbiyyatının  forma  və  dil  cəhətdən 

yeniləşməsini təmin etmişdir.

1923-cü  ildə  “Qızıl  işıq”,  “Türkçülüyün 

əsasları”, “Türk adəti” kimi kitablarını nəşr 

etdirmişdir.  Respublika  Xalq  Partiyasının 

proqramını  araşdıran  və  şərh  edən  “Doğru 

Yol”  (1923)  adlı  araşdırmasını  da  yenə  bu 

dövrdə  qələmə  almışdır.  O  dövrdə  yazdı-

ğı  “Türk  mədəniyyət  tarixi”  adlı  kitabı  isə 

1926-cı ildə ölümündən sonra çap olunmuş-

du.  Yenə  ölümündən  sonra  müxtəlif  qəzet 

və jurnallarda çıxmış yazılarıyla məktubları 

müxtəlif kitablarda yığılmışdır. 1939-cu ildə 

“Çinaraltı”,  1947-ci  ildə  “Təriqət  nədir?”, 

1950-ci ildə “Ziya Göyalp deyir ki” adlı ki-

tabları  işıq  üzü  görmüşdür.  Ziya  Göyalpın 

nəşr edilməmiş yeddi əsəri və ailə məktubları  

olmuşdur.  

Görkəmli  ictimai  xadim  və  yazıçı  25    

oktyabr 1924-cü ildə vəfat etmişdir. 

Ə d ə b i y y a t

Türkçülüyün əsasları 

/Z.Göyalp; Azərb. 

türkcəsində hazır., 

ön söz, açıqlamala-

rın müəl. E.Mustafa; 

red. Z.Bayramlı; rəyçi 

Ə.Elçibəy.-Bakı: “Xəzər 

Un-ti”, 2010.- 208 s.

Aydın, A.A. Ziya Göyalp: 

Anadan olmasının 

130 illiyi münasibətilə               

/Aydın Abi Aydın; red. 

R.Təhməzoğlu.-Bakı: 

[s.n.], 2006.- 64 s.

Aydın, A.A. Türkçü 

ideoloq Ziya Göyalp: 

Onun fəaliyyətinə Əlibəy 

Hüseynzadənin də təsiri 

olub /A.A.Aydın //Xalq 

cəbhəsi.-2013.- 29 no-

yabr.- S.14.

Nərimanoğlu, H. Ziya 

Göyalp  /H.Nərimanoğlu              

//Turan aşiqləri.- Bakı, 

2011.- S.47-75.

Ziya Göyalpın müəllimi 

Əli bəy Hüseynzadə        

//Azadlıq.-2011.- 22 

yanvar.- S.14.

İ n t e r n e t d ə

www.az.wikipedia.org

www.adam.az

23

İctimai xadim



103

Ə d ə b i y y a t 

Azərbaycan Səfəvilər 

dövləti /O.Əfəndiyev.- 

Bakı: Şərq-Qərb, 2007.- 

344 s.

Əliyeva, E. Qəlblərdə iz 

qoyub getdi: Azərbaycan 

dövlətçiliyi tarixinin 

görkəmli tədqiqatçısı 

Oqtay Əfəndiyevi 

xatırlayarkən /E.Əliyeva 

//Kaspi.- 2013.- 15 mart.- 

S.12.

Oqtay Əbdülkərim oğlu 

Əfəndiyev //Azərbaycan.- 

2013.- 28 fevral.- S.3.

İ n t e r n e t d ə

www.science.gov.az

www.archaeology.org.az

www.anl.az

Tarixçi

Oqtay Əfəndiyev

 1926-2013  

Oqtay  Əbdülkərim  oğlu  Əfəndiyev 

1926-cı  il  mart  ayının  26-da  Bakı 

şəhərində  anadan  olmuşdur.  1945-ci 

ildə Azərbaycan Dövlət Universitetinin 

(indiki  BDU)  şərqşünaslıq  fakültəsinə 

daxil  olmuş,  bir  il  sonra  ali  təhsilini 

Moskvada  davam  etdirmiş  və  1946-

1950-ci illərdə orada Şərqşünaslıq İns-

titutunun  İran  bölməsində  oxumuşdur. 

1951-ci  ildə  Azərbaycan  Elmlər  Aka-

demiyası (indiki AMEA) Tarix İnstitu-

tunun  aspiranturasına  qəbul  olunmuş, 

elə  həmin  il  Moskvaya  ezam  edilərək 

1955-ci ilədək SSRİ Elmlər Akademi-

yasının Şərqşünaslıq İnstitutunun aspi-

rantı kimi təhsil almışdır.

Əmək  fəaliyyətinə  1955-ci  ildən 

Tarix İnstitutunda başlamış, kiçik elmi 

işçi,  sonra  baş  elmi  işçi  olmuş,  1975-

ci  ildən  isə  “Azərbaycanın  orta  əsrlər 

tarixi” şöbəsinin müdiri kimi fəaliyyət 

göstərmişdir.

Oqtay Əfəndiyev 1955-ci ildə Mosk-

vada namizədlik, 1969-cu ildə doktor-

luq  dissertasiyalarını  müvəffəqiyyətlə 

müdafiə  etmiş,  1993-cü  ildə  professor 

elmi  rütbəsini  almışdır.  2001-ci  ildə 

Azərbaycan Milli Elmlər Akademiyası-

nın müxbir üzvü seçilmişdir.

Azərbaycanın  tarix  elminə  layiq-

li töhfələr verərək, onun nailiyyətlərlə 

zənginləşməsi  və  yeni  mərhələyə 

yüksəlməsində rolu olan görkəmli alim 

respublikada  sanballı  elmi,  ensiklope-

dik və elmi-kütləvi nəşrlərdə tariximizə 

dair  çoxsaylı  məqalələrin,  orta  əsrlər 

tarixinə dair xəritələrin müəllifi olaraq 

tanınmışdır. Səfəvilər dövlətinin sosial-

iqtisadi, siyasi və mədəni tarixinə dair 

araşdırmaları alimə geniş şöhrət qazan-

dırmışdır.

Gözəl 

tarixçi-şərqşünas 



və 

mənbəşünas kimi o, həm də fars dilindən 

tərcümələri ilə fərqlənmişdir. Səmərəli 

elmi  yaradıcılığı  pedaqoji  fəaliyyətlə 

uğurlu  şəkildə  əlaqələndirərək  ixtisas-

lı  kadrların  hazırlanmasına  və  elmin 

təşkilinə böyük qüvvə sərf etmişdir. Ali-

min Azərbaycan tarixinə, xüsusən Qa-

rabağ probleminin tarixi aspektinə həsr 

olunmuş  mühazirələri  ölkəmizdə  və 

onun  hüdudlarından  kənarda,  mötəbər 

beynəlxalq  konfrans  və  simpozium-

larda  maraqla  qarşılanmış,  bu  çıxışlar 

tarixi mənbələrə professional yanaşma 

tərzini nümayiş etdirmişdir.

Azərbaycan  elminin  inkişafındakı 

xidmətlərinə görə 1982-ci ildə “Şərəfli 

əməyə  görə”  medalı  ilə,  1986-cı  ildə 

“Şərəf nişanı” ordeni, 2004-cü ildə isə 

“Şöhrət” ordeni ilə təltif edilmişdir.

Görkəmli  alim  Oqtay  Əfəndiyev 

2013-cü il fevral ayının 26-da vəfat et-

miş, II Fəxri Xiyabanda dəfn edilmiş-

dir.


90 

illiyi

Tarix

26

MART


Yüklə 6,03 Mb.

Dostları ilə paylaş:
1   ...   44   45   46   47   48   49   50   51   ...   204




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə