118
Tarixdə bu gün
Milli Təhlükəsizlik Orqanları
İşçilərinin Peşə Bayramı Günü
1997
MART
1918-ci ildə yaradılmış Azərbaycan
Demokratik Respublikasında 1919-cu
il martın 28-də müdafiə naziri Səməd
bəy Mehmandarovun 157 saylı əmrinə
əsasən kəşfiyyat və əks-kəşfiyyat
xidməti təşkil olunmuşdu. Bu təşkilatın
vəzifəsi
terrorizmə,
casusluğa,
təxribatlara qarşı mübarizə aparmaq
idi. Lakin cümhuriyyətinin süqutu və
1920-ci ildə sovet ordusu tərəfindən
Azərbaycanın
işğalı
nəticəsində
təşkilatın üzvləri repressiyalara məruz
qalmış, M.Şeyxzamanlı başda olmaqla
əksər rəhbər heyət güllələnmişdi.
Sovet dövründə qurum əvvəlcə
Fövqəladə Komissiya (“ÇK”) adlan-
mış, bir müddət Daxili İşlər Xalq Ko-
missarlığının (“NKVD”) tərkibində
fəaliyyət göstərmiş, sonra Dövlət
Təhlükəsizlik Komitəsi təşkil olun-
muşdur.
50-ci illərin sonlarından etibarən
respublika təhlükəsizlik orqanların-
da milliləşmə və tarixi ədalətin bərpa
edilməsi, repressiyaya məruz qalmış
bir çox insanların hüquqi və mənəvi
bəraət alması istiqamətində xeyli işlər
görüldü. Bu proses bilavasitə ömrü-
nün böyük bir hissəsini təhlükəsizlik
orqanlarına həsr etmiş görkəmli
dövlət xadimi Heydər Əliyevin adı
ilə bağlıdır. Onun Azərbaycan Dövlət
Təhlükəsizlik
Komitəsində
əks-
kəşfiyyata rəhbərlik etdiyi illər ərzində,
xüsusilə də komitə rəhbərliyinə irəli
çəkildiyi 1964-ci ildən sonrakı dövrdə
orqana milli kadrların cəlb olunma-
sı, onların yetişdirilib, həlledici iş
sahələrində rəhbər vəzifələrə təyin
olunması nəzərəçarpacaq şəkildə geniş
vüsət almağa başladı. 1967-ci ilədək
respublikanın təhlükəsizlik orqanla-
rına qeyri-azərbaycanlılar rəhbərlik
ediblər. Həmin il general Heydər
Əliyev Azərbaycan DTK-nın sədri
təyin olunmuşdur.
Azərbaycan müstəqilliyini bərpa
etdikdən sonra, 1991-ci il noyabrın
1-də Milli Təhlükəsizlik Nazirliyi ya-
ranıb. Milli Təhlükəsizlik Nazirliyinin
qarşısında duran vəzifələr Azərbaycan
Respublikasının suverenliyinə, kons-
titusiya quruluşuna, iqtisadi, müdafiə,
elmi-texniki potensialına, digər həyati
əhəmiyyətli maraqlarına qarşı xarici
dövlətlərin xüsusi xidmətlərinin və
təşkilatlarının, cinayətkar qrupların və
ayrı-ayrı şəxslərin kəşfiyyat və digər
təxribat-pozuculuq fəaliyyətinin qarşı-
sını almaqdan ibarətdir.
“Azərbaycan Respublikası Milli
təhlükəsizlik orqanları əməkdaşlarının
peşə bayramı gününün təsis edilməsi
haqqında” Azərbaycan Respublikası-
nın Prezidenti Heydər Əliyevin 1997-
ci il 23 mart tarixli Fərmanı ilə 28
mart - Milli Təhlükəsizlik Orqanları
İşçilərinin Peşə Bayramı Günü elan
olunmuşdur.
28
28
Ə d ə b i y y a t
Qasımov, C.Milli
təhlükəsizliyin əsasları :
dərslik /C. Qasımov, N.
Nağıyev; Azərb. Resp. Milli
Təhlükəsizlik Nazirliyinin
Heydər Əliyev ad. Akad-sı.
Bakı: [MTN-nin H. Əliyev
ad. Akad.], 2015.-407 s.
Fəaliyyətimiz informasiya
əsrinin tələblərinə uyğun
qurulub: Milli Təhlükəsizlik
Orqanları-96 /S. Fərzəliyev//
Xalq qəzeti .-2015.- 19 mart.-
S.9.
Xalqın və dövlətin ehtimadını
doğrultmaq vəzifəsi Milli
Təhlükəsizlik orqanları - 96
/F.Abasoğlu//Kaspi.-2015.-
17 mart.- S.10.
Xüsusi tarix Milli
təhlükəsizlik orqanları-
96 /H. Ağammədov//Azad
Azərbaycan .-2015.- 11
mart.- S. 3.
Milli təhlükəsizlik orqanları-
96 /C. Qasımov//Səs .-2015.-
11 mart.- S. 7.
Təhlükəsizlik orqanlarının
tarixi milli yaddaşın mühüm
hissəsidir: Milli təhlükəsizlik
orqanları-96 /R. Bağırov //İki
sahil .-2015.- 10 fevral.- S.8.
İ n t e r n e t d ə
www.anl.az
wwwmtn.gov.az
www. ebooks.preslib.az
MART
119
MART
Azərbaycanlıların Sоyqırımı Günü
1918
MART
31
Azərbaycan xalqına qarşı dəfələrlə törədilmiş
və uzun illərdən bəri öz siyasi-hüquqi qiymətini al-
mamış soyqırımı tarixin açılmamış səhifələrindən
biridir.
1813-cü və 1828-ci illərdə imzalanmış Gülüs-
tan və Türkmənçay müqavilələri Azərbaycan
xalqının parçalanmasının, tarixi torpaqlarımızın
bölünməsinin əsasını qoymuşdu. Azərbaycan xalqı-
nın bu milli faciəsinin davamı kimi onun torpaqla-
rının zəbti başlandı. Qısa bir müddətdə bu siyasət
gerçəkləşdirilərək ermənilərin kütləvi surətdə
Azərbaycan torpaqlarına köçürülməsi həyata keçi-
rildi. Soyqırımı Azərbaycan torpaqlarının işğalının
ayrılmaz bir hissəsinə çevrildi.
İrəvan, Naxçıvan və Qarabağ xanlıqlarının əra-
zilərində məskunlaşdırılan ermənilər orada yaşa-
yan azərbaycanlılarla müqayisədə azlıq təşkil et-
mələrinə baxmayaraq öz havadarlarının himayəsi
altında “Erməni vilayəti” adlandırılan inzibati böl-
günün yaradılmasına nail oldular. Belə süni ərazi
bölgüsü ilə, əslində, azərbaycanlıların öz torpaq-
larından qovulması və məhv edilməsi siyasətinin
bünövrəsi qoyulmuş, “Böyük Ermənistan” ideyaları
təbliğ olunmağa başlanmışdı. “Böyük Ermənistan”
yaratmaq xülyasından ruhlanan erməni qəsbkarları
1905-1907-ci illərdə azərbaycanlılara qarşı açıq
şəkildə genişmiqyaslı qanlı aksiyalar həyata
keçirmişdilər. Ermənilərin Bakıdan başlanan
vəhşilikləri Azərbaycanı və indiki Ermənistan
ərazisindəki Azərbaycan kəndlərini əhatə etmiş-
di. Yüzlərlə yaşayış məntəqəsi dağıdılmış, yerlə
yeksan edilmiş, minlərlə azərbaycanlı vəhşicəsinə
qətlə yetirilmişdi.
Birinci Dünya müharibəsi, eləcə də Rusiyada baş
vermiş 1917-ci il fevral və oktyabr çevrilişlərindən
məharətlə istifadə edən ermənilər öz iddialarını
bolşevik bayrağı altında reallaşdırmağa nail ol-
muşdular. 1918-ci ilin mart ayından etibarən əks-
inqilabçı ünsürlərlə mübarizə şüarı altında Bakı
Kommunası tərəfindən ümumən Bakı quberniyası-
nı azərbaycanlılardan təmizləmək məqsədi güdən
mənfur planın həyata keçirilməsinə başlanılmışdı.
Həmin günlərdə ermənilərin törətdikləri cinayətlər
Azərbaycan xalqının yaddaşına əbədi həkk olun-
muşdur. Minlərlə dinc azərbaycanlı əhali yalnız mil-
li mənsubiyyətinə görə məhv edilmişdi. Ermənilər
evlərə od vurmuş, insanları diri-diri yandırmışlar.
Milli memarlıq incilərini, məktəbləri, xəstəxanaları,
məscid və digər abidələri dağıtmış, Bakının böyük
bir hissəsini xarabalığa çevirmişlər.
Azərbaycanlıların soyqırımı Bakı, Şamaxı,
Quba qəzalarında, Qarabağda, Zəngəzurda, Nax-
çıvanda, Lənkəranda və Azərbaycanın başqa böl-
gələrində xüsusi qəddarlıqlarla həyata keçirilmiş-
dir. Bu ərazilərdə dinc əhali kütləvi surətdə qətlə
yetirilmiş, kəndlər yandırılmış, milli mədəniyyət
abidələri dağıdılıb məhv edilmişdir.
Zaqafqaziyanın sovetləşməsindən öz çirkin
məqsədləri üçün istifadə edən ermənilər 1920-ci ildə
Zəngəzuru və Azərbaycanın bir sıra digər torpaqla-
rını Ermənistan SSR-in ərazisi elan etmişdilər. Son-
rakı dövrdə bu ərazilərdəki azərbaycanlıların depor-
Tarixdə bu gün