Kbt я25 uot (059) Baş redaktor



Yüklə 6,03 Mb.
Pdf görüntüsü
səhifə57/204
tarix24.12.2017
ölçüsü6,03 Mb.
#17748
1   ...   53   54   55   56   57   58   59   60   ...   204

120

tasiya edilməsi siyasətini daha da genişləndirmək 

məqsədilə  yeni  vasitələrə  əl  atmışdılar.  Bunun 

üçün  onlar  SSRİ  Nazirlər  Sovetinin  23  dekabr 

1947-ci il “Ermənistan SSR-dən kolxozçuların və 

başqa  azərbaycanlı  əhalinin  Azərbaycan  SSR-in 

Kür-Araz ovalığına köçürülməsi haqqında” xüsusi 

qərarına və 1948-1953-cü illərdə azərbaycanlıların 

öz tarixi torpaqlarından kütləvi surətdə deportasi-

yasına dövlət səviyyəsində nail olmuşdular.

Erməni  millətçiləri  öz  havadarlarının  köməyi 

ilə  50-ci  illərdən  etibarən  Azərbaycan  xalqına 

qarşı  kəskin  mənəvi  təcavüz  kampaniyasına  baş-

lamışdılar.  Keçmiş  sovet  məkanında  müntəzəm 

şəkildə  yayılan  kitab,  jurnal  və  qəzetlərdə  milli 

mədəniyyətimizin,  klassik  irsimizin,  memarlıq 

abidələrimizin ən nəfis nümunələrinin erməni xal-

qına  mənsub  olduğunu  sübut  etməyə  çalışırdılar. 

Eyni  zamanda,  onlar  tərəfindən  bütün  dünyada 

azərbaycanlıların  mənfi  obrazını  formalaşdırmaq 

cəhdləri də güclənmişdi. “Yazıq, məzlum erməni 

xalqı”nın surətini yaradaraq əsrin əvvəlində regi-

onda baş verən hadisələr şüurlu surətdə təhrif olun-

muş,  azərbaycanlılara  qarşı  soyqırım  törədənlər 

soyqırım qurbanları kimi qələmə verilmişdi.

Əsrin əvvəlində əksər əhalisi azərbaycanlı olan 

İrəvan  şəhərindən  və  Ermənistan  SSR-in  digər 

bölgələrindən soydaşlarımız təqiblərə məruz qala-

raq kütləvi surətdə qovulmuşlar. Azərbaycanlıların 

hüquqları ermənilər tərəfindən kobudcasına pozu-

lur,  ana  dilində  təhsil  almasına  əngəllər  törədilir, 

onlara  qarşı  repressiyalar  həyata  keçirilirdi. 

Azərbaycan kəndlərinin tarixi adları dəyişdirilmiş, 

toponimika  tarixində  misli  görünməyən  qədim 

toponimlərin  müasir  adlarla  əvəzolunma  prosesi 

baş vermişdir.

1918-ci il martın 30-u gecə saatlarında Bakıda 

başlanan kütləvi qırğınlar 20 minə yaxın günahsız 

insanın,  o  cümlədən  çoxlu  sayda  qoca,  qadın  və 

uşaqların öldürülməsi ilə nəticələnmişdir.

Martın  30-dan  aprelin  2-dək  davam  edən 

kütləvi  qırğınlarda  Stepan  Şaumyanın  rəhbərlik 

etdiyi  erməni  bolşevik  dəstələri  Bakıda  minlərlə 

insanı  qətlə  yetirmiş,  müsəlman  ziyarətgahlarını 

yandırmış,  Bakı  əhalisinin  400  milyon  manatlıq 

əmlakını müsadirə etmişdir. Kütləvi qırğınlar za-

manı şəhərin ən möhtəşəm məscidi sayılan Təzəpir 

məscidi aramsız top atəşinə tutulmuş, Bakının ən 

möhtəşəm memarlıq incilərindən olan “İsmailiyyə” 

binası yandırılmışdır.

Azərbaycanlılara  qarşı  həyata  keçirilən          

soyqırımı  siyasəti,  təkcə  Bakı  şəhəri  ilə 

məhdudlaşmamışdır.  Martın  31-də  erməni  daş-

nakları  Şamaxı  qəzasının  53  kəndində  8027 

azərbaycanlını,  o  cümlədən  2560  qadın  və  1277 

uşağı  qətlə  yetirmişlər.  Qubanın  162  kəndində 

öldürülən  günahsız  azərbaycanlıların  sayı  isə 

16  mindən  artıq  olmuşdur.  Erməni  daşnakları 

Lənkəran,  Muğan  bölgəsi  və  Dağlıq  Qarabağ-

da  minlərlə  kəndi  yandırmış,  on  minlərlə  insanı 

vəhşicəsinə qətlə yetirmişlər. 1918-ci il iyulun 15-

də Azərbaycan Demokratik Respublikasının yarat-

dığı Fövqəladə Təhqiqat Komissiyası bu qırğınlar-

la  bağlı  çoxsaylı  sənədləri  toplayaraq  hökumətə 

təqdim etmiş, 1919-cu ildə Azərbaycan Parlamen-

ti  31  mart  tarixinin  -  azərbaycanlıların  soyqırımı 

günü  kimi  qeyd  olunması  barədə  qərar  qəbul  et-

mişdir.  Sovet  hakimiyyəti  illərində  bu  tarix  yad-

daşlardan  silinsə  də,  müstəqillik  dövründə  tarixi 

sənədlər əsasında 31 mart 1918-ci ildə Azərbaycan 

xalqının  başına  gətirilən  faciəvi  hadisələrlə  bağlı 

çoxsaylı araşdırmalar aparılmış, kitablar dərc olun-

muşdur. 1998-ci il martın 26-da Prezident Heydər 

Əliyev  “Azərbaycanlıların  soyqırımı  haqqında” 

Fərman  imzalamışdır.  Həmin  gündən  başlayaraq 

31 mart tarixi Azərbaycanlıların Soyqırımı Günü 

kimi qeyd olunur.

Ə d ə b i y y a t 

Azərbaycanlıların soyqırımı: tarixin qanlı salnaməsi /[müəl. 

İ.Hüseynli və b.]; ideya rəhbəri R.Mehdiyev; red. Ə.Həsənov; bu-

rax. məs. B.Sadıqov.- Bakı: [s.n.], 2012.- C.I.- 444 s.; C.II- 422 s.

İsgəndərov, A. Azərbaycanda türk-müsəlman soyqırımı probleminin 

tarixşünaslığı: 1918-1920 /A.İsgəndərov; elmi red.: Y.Mahmudov, 

F.İbrahimli; xüsusi red. Ş.Yaqubov.- Bakı: Adiloğlu, 2006.- 396 s.

Həmidov, H.Azərbaycanlıların soyqırımı erməni terrorizminin 

tərkib hissəsi kimi /H. Həmidov ; elmi red. R. Mirzəzadə ; red. T. 

Quliyev..-Bakı: Qartal, 2015.-58 s.

31 Mart Azərbaycanlıların soyqırımı günüdür  : məqalələr toplusu 

: [elmi - praktik seminar] /Azərb. Resp. Nazirlər Kabineti yan. 

“İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi Elmi-Mədəni 

Mərkəz ; elmi red. V. Quliyeva .-Bakı: Elm və təhsil, 2015.-231 s.

Мархулия, Г. Геноцид Азербайджанцев  /Г. Мархулия.-Тбилиси: 

[Меридиани], 2015.-625 с.



121

APREL

 

C. 



Ş. 

B. 

B.E. 


Ç.A. 

Ç. 


C.A. 

C. 


Ş. 

B. 

B.E. 


Ç.A. 

Ç. 


C.A. 

C. 


Ş. 

B. 

B.E. 


Ç.A. 

Ç. 


C.A. 

C. 


Ş. 

B. 

B.E. 


Ç.A. 

C. 


C. 

Ş. 


B. 







8



 

10 



11 

12 


13 

14 

15 


16 

17 


18 

19 


20 

21 

22 


23 

24 


25 

26 


27 

28 

29

30



®

Ümumdünya Gülüş Günü (01.04.1564)

• 

Kəlbəcər rayonunun işğalı günü  (02.04.1993)

• 

Beynəlxalq Mədəniyyət Günü (15.04.1935)

• 

Tarixi Abidələrin Mühafizəsi Günü (18.04.1983)

• 

Beynəlxalq Kitab və Müəllif Hüquqları Günü 

• 

(23.04.1996)

Ulu Nizaminin qəbrinin üstündə tarixi keçmişdən xəbər verən memarlıq quruluşunda 

tikilmiş, xarici görkəmi səliqəli olan abidə olmamışdır. 1940-cı ildə milli memarlıq üslubun-

da, əvvəlcədən işlənib hazırlanmış layihə əsasında Məqbərənin əsaslı inşasına başlanmışdır. 

Böyük Vətən müharibəsi bu işi bir qədər ləngitmiş, müharibədən sonra Məqbərənin tikintisi 

tamamlanmış və 1947-ci ildə Nizaminin anadan olmasının 800 illiyi münasibətilə hündürlü-

yü 15,2 metr olan abidənin təntənəli açılışı olmuşdur. 

1979-cu  ildə  ulu  öndər  Heydər  Əliyev  respublikaya  rəhbərlik  edərkən  “Azərbaycanın 

böyük şair və mütəfəkkiri Nizami Gəncəvinin ədəbi irsinin öyrənilməsini, nəşrini və təbliğini 

yaxşılaşdırmaq tədbirləri haqqında” Azərbaycan KP MK-nın qəbul etdiyi 6 yanvar tarixli 

qərarında bu məsələ də öz əksini tapmışdır.

 Məqbərəni milli üslubda yenidən qurmaq və onun ətrafındakı ərazini abadlaşdırmaq 

haqqında konkret qərar 1981-ci ildə şairin 840 illik yubileyinin Azərbaycan Respublikasının 

rəhbəri Heydər Əliyevin diqqəti və cəsarətli mövqeyi sayəsində sovetlər birliyi məkanında 

böyük təntənə ilə qeyd olunduğu ərəfədə verilmişdir.

  1991-ci ildə YUNESKO-nun təşəbbüsü ilə Nizami Gəncəvinin anadan olmasının 850 il-

lik yubileyinin dünya miqyasında qeyd olunması ərəfəsində Heydər Əliyevin bilavasitə qərarı 

və təşəbbüsü ilə Nizami Məqbərəsinin yenidən qurulmasına xüsusi diqqət yetirilmişdir. 

Nizami dünyasının böyüklüyü ilə həmahəng olan möhtəşəm Məqbərə kompleksi 1991-

ci ilin sonunadək tikilib qurtarmışdır. Məqbərə Azərbaycanın XII əsr memarlıq üslubunda 

tikilmiş və milli bədii cizgiləri özündə cəmləşdirmişdir.

Abidənin  silueti  Gəncə  şəhərinin  embleması  kimi  qəbul  edilmişdir.  Gəncənin  şərq 

istiqamətindəki  girişində  quraşdırılmış,  şəhərin  adını  və  simvolik  rəmzlərini  əks  etdirən 

konstruksiyanın  ümumi  görünüşündə  də  Nizami  Məqbərəsinin  silueti  təsvir  edilmişdir. 

Məqbərənin ətrafı başdan-başa yenidən qurulmuş, abadlaşdırıla

raq 6 hektar sahədə ya-

şıllıqlar yaradılmış və ağaclar əkilmiş, “Xatirə” parkı salınmışdır.

1 aprel 


Gün çıxır 07:26  

Gün batır 20:21

30 aprel 

Gün çıxır 06:42 

Gün batır 20:52

21 mart- 

20 aprel

Qoç bürcünün 

nişanəsi 

oddur. Marsın 

himayəsindədir. 

Günəşin Qoç 

bürcündən 

keçdiyi dövrdə 

doğulanlar 

qüvvətli və çevik 

olurlar.

875 il

1141-1209

Nizami Gəncəvi



Yüklə 6,03 Mb.

Dostları ilə paylaş:
1   ...   53   54   55   56   57   58   59   60   ...   204




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə