114
Kimya.Biologiya.Tibb
Tofiq Nağıyev
1941
MART
Tofiq Murtuza oğlu Nağıyev 1941-ci
il mart ayının 4-də Bakı şəhərində ana-
dan olmuşdur. Atası, akademik Murtuza
Fətulla oğlu Nağıyev zəmanəsinin tanın-
mış kimyaçı-alimi və mühəndislərindən
sayılırdı.
1964-cü ildə Bakı Dövlət Universi-
tetinin kimya fakültəsini bitirmiş, əmək
fəaliyyətinə Azərbaycan Elmlər Akade-
miyasının M.F.Nağıyev adına Kimya
Texnologiyasının Nəzəri Problemləri
İnstitutunda başlamışdır.
1967-ci ildə “Etilbenzolun stiro-
la əlaqəli dehidrogenləşməsi reak-
siyasının öyrənilməsi” mövzusunda
namizədlik, 1973-cü ildə isə “Praktiki
cəhətdən mühüm karbohidrogenlər sı-
rasının və onların törəmələrinin əlaqəli
dehidrogenləşməsi və hidrogenolizi re-
aksiyalarının kinetikasının və mexaniz-
minin tədqiqi” mövzusunda doktorluq
dissertasiyasını uğurla müdafiə etmiş,
1976-cı ildən professor elmi rütbəsini
almış, 1989-cu ildə Azərbaycan Elmlər
Akademiyasının müxbir üzvü, 2001-ci
ildə isə həqiqi üzvü seçilmişdir.
2002-ci ildən Azərbaycan Milli
Elmlər Akademiyasının laboratoriya
müdiri, 2004-cü ildən “Azərbaycan
Milli Ensiklopediyası” Elmi Mərkəzinin
direktoru, 2013-cü ilin aprelindən isə
AMEA-nın vitse-prezidentidir.
T.M.Nağıyev neft, neft kimyası, kata-
liz üzrə nüfuzlu beynəlxalq konqreslərdə,
simpoziumlarda, beynəlxalq konfrans-
larda milli elmimizi ən yüksək səviyyədə
təmsil etmişdir.
400-dən artıq məqalə və konfrans
materiallarının, keçmiş SSRİ-nin 32
müəlliflik şəhadətnaməsinin, Rusiya
Federasiyasının bir, Azərbaycan Res-
publikasının dörd patentinin müəllifidir.
Kimya elmi üzrə 20-dən çox fəlsəfə
doktoru hazırlamışdır. Akademikin elmi
monoqrafiyası 2007-ci ildə dünyanın
ən nüfuzlu elmi nəşriyyatı olan “Else-
vier” nəşriyyatında (Niderland) ingilis
dilində çapdan çıxmışdır. “Böyük Rusi-
ya ensiklopediyası”nın 2013-cü ildə işıq
üzü görmüş 21-ci cildində də akademik
Tofiq Nağıyev haqqında geniş məlumat
verilmişdir.
“Azərbaycan Milli Elmlər Akademi-
yasının Məruzələri” jurnalının redaksiya
heyətinin, həmçinin “Simurq” jurnalının
redaksiya şurasının üzvüdür. AMEA-nın
Rəyasət Heyəti yanında Terminologi-
ya Komissiyasının və AMEA mətbuat-
redaksiya şurasının büro tərkibində
çalışır. “Azərbaycan Nefti və Qazı”
Ensiklopediyasının tərtibatının kurato-
rudur. 1970-ci ildə “Şərəfli əməyə görə”
medalı, 2004-cü ildə isə Azərbaycan
Respublikasının “Şöhrət” ordeni ilə
təltif olunmuşdur.
2014-cü ildə elm üzrə Dövlət müka-
fatı laureatı olmuşdur.
Ə d ə b i y y a t
Взаимодействие
синхронных реакций
в химии и биологии
/Т.Нагиев.- Баку: Элм,
2001.- 404 с.
Химическое
сопряжение /Т.Нагиев.-
Москва: Наука, 1989.-
216 с.
Tofiq Murtuza oğlu
Nağıyev: biblioqrafiya
/tərt. Z.Zaytseva.- Bakı:
Elm, 2009.- 228 s.
Məhərrəmov, A. Dünya
şöhrətli alim, böyük ziya-
lı: Dövlət mükafatı lau-
reatları /A.Məhərrəmov;
A.Əzizov //Azərbaycan.-
2014.- 22 iyun.- S.4.
Tofiq Nağıyev hidrogen-
peroksidin kimyəvi reak-
siyaları induksiya etmək
qabiliyyətini üzə çıxarıb
//Üç nöqtə.- 2014.- 23
dekabr.- S. 9.
İ n t e r n e t d ə
www.anl.az
www.az.wikipedia.org
www.science.gov.az
www.irp.science.az
4
Akademik
75
illiyi
115
Kimya.Biologiya.Tibb
Yunis Qəmbərov
1926-1991
MART
Yunis Heydər oğlu Qəmbərov 1926-
cı il mart ayının 5-də Füzuli rayonunun
Kürdlər kəndində anadan olmuşdur.
1933-1943-cü illərdə orta məktəbdə
təhsil almış, 1944-cü ildə Azərbaycan
Dövlət Universitetinin (indiki BDU)
kimya fakültəsinə qəbul olunmuş, 1949-
cu ildə oranı fərqlənmə diplomu ilə bitir-
mişdir. 1950-1952-ci illərdə Azərbaycan
EA-nın (indiki AMEA) Neft İnstitu-
tunun aspiranturasında oxumuşdur.
1952-1956-cı illərdə Azxəzərneft Birli-
yinin Antikorroziya xidməti kontorun-
da istehsalat şöbəsinin rəisi vəzifəsində
işləmişdir.
1959-1962-ci illərdə Dövlət Kim-
ya Komitəsinin Bakı Təcrübə Zavodu-
nun mərkəzi laboratoriyasının müdi-
ri işləmış, 1962-ci ildə həmin zavod
əsasında Ümumittifaq Elmi-Tədqiqat
Olefinlər İnstitutu (VNİİOlefin) yaran-
dıqdan sonra Piroliz laboratoriyasına
müdir təyin edilmişdir. 1973-cü ildə
Olefinlər İnstitutunda Karbohidrogen
monomerləri şöbəsinin müdiri, 1976-cı
ildə isə elmi işlər üzrə direktor müavini
təyin edilmişdir. 1990-cı ildə həmin ins-
titutun direktoru olmuşdur.
1960-cı ildə “Neft fraksiyalarının və
bəzi fərdi karbohidrogenlərin termiki
parçalanmasının tədqiqi” mövzusun-
da namizədlik dissertasiyası müdafiə
edərək kimya elmləri namizədi, 1968-
ci ildə isə “Pirolizin səmərələşdirilmiş
şəraitində aşağı molekullu doymamış və
aromatik karbohidrogenlərin alınması”
mövzusunda doktorluq dissertasiyası
müdafiə etmiş, texnika elmləri doktoru
elmi dərəcəsi almışdır. 1971-ci ildə pro-
fessor elmi rütbəsinə layiq görülmüşdür.
1980-ci ildə Azərbaycan EA-nın müxbir
üzvü seçilmiş, 1991-ci ildə ölümündən
sonra Başkurdistan EA-nın həqiqi üzvü
seçilmişdir.
Alimin tədqiqatlarının nəticələri
6 monoqrafiyada, 220 məqalədə, o
cümlədən 40 ixtirada öz əksini tapmış-
dır. Onun rəhbərliyi altında bir elmlər
doktoru, 25 elmlər namizədi hazırlan-
mışdır.
“Azərbaycan Neft Təsərrüfatı” jurna-
lının redaksiya heyətinin üzvü olmuşdur.
Sistematik olaraq neft-kimya sintezinə
dair keçirilən Beynəlxalq simpozium,
qurultay və konfranslarda (Leypsiq,
Alma-Ata, Moskva, Leninqrad, Bakı)
respublika elmini ləyaqətlə təmsil etmiş
və dərin məzmunlu məruzələrlə çıxış
etmişdir. Keçmiş Sovet İttifaqının Neft-
Kimya Sənayesi Nazirliyinin Elmi-
Texniki Şurasının və sosialist ölkələrinin
Qarşılıqlı İqtisadi Yardım Şurasının neft-
kimya üzrə daimi işçi qrupunun üzvü
kimi 1972-ci ildə Çexoslovakiya, 1973-
cü ildə Polşa, ADR, Macarıstan, 1976-cı
ildə Bolqariya, 1981-ci ildə Rumıniya,
1983-cü ildə Fransada olmuşdur.
Böyük elmi və elmi-ictimai fəaliyyə-
tinə görə hökumət tərəfindən yüksək
qiymətləndirilmiş “Qırmızı Əmək Bay-
rağı”, “Xalqlar Dostluğu” ordenləri və
bir sıra medallarla təltif edilmişdir.
Professor Y.Qəmbərov 1991-ci il
sentyabr ayının 7-də vəfat etmişdir.
Ə d ə b i y y a t
Operator köməkçisi:
dərs vəsaiti
/Y.Qəmbərov.- Bakı:
Azərtədrisnəşr, 1963.-
134 s.
Qəmbərov Yunis Heydər
oğlu //Azərbaycan Sovet
Ensiklopediyası: 10
cilddə.- Bakı, 1987.-
C.10.- S.593.
Олефиновые
углеводороды и
их примененые в
нефтехимической
промышленности
/С.Мехтиев,
Ю.Камбаров.- Баку:
Азернешр, 1962.- 183 с.
Полиолефины
/Ю.Камбаров,
Н.Сеидов,
А.Буниятзаде.- Баку
Азернешр, 1966.- 185 с.
İ n t e r n e t d ə
www.anl.az
www.az.wikipedia.org
www.science.gov.az
www.irp.science.az
5
Kimyaçı
90
illiyi