108
Ə d ə b i y y a t
Türküstan üləması
/İ.Qasprinski.- Bakı: Örnək,
2001.- 55 s.
Kəngərli, A. İsmayıl bəy
Qasprinski /A.Kəngərli.-
Bakı: Nurlan, 2004.- 283 s.
Qaspralı İsmayıl bəy
//Azərbaycan Xalq
Cümhuriyyəti Ensiklopedi-
yası: 2 cilddə.- Bakı, 2005.-
C.2.- S.140-142.
Tahirli, A. Bütün türklərin
tərcümanı: İsmayıl bəy
Qasprinski /A.Tahirli.-
Bakı: Ozan, 2012.- 310 s.
Quliyev, V. İsmayıl bəy
Qasprinski haqqında iki
yazı /V.Quliyev //525-ci
qəzet.-2013.- 2 mart.- S.24-
25.
Quliyev, V. Əməl dost-
ları: İ.Qasprinski və
Ə.Topçubaşov /V.Quliyev
//Kaspi.-2014.- 8 may.-
S.22-23.
О национальной идее
/И.Гаспринский.-
Симферополь: ИД
«Стилос»: Полуостров,
2010.- 111 с.
İ n t e r n e t d ə
www.anl.az
525.az/
site/?name=xeber&news_
id=6183
Maarifçi ideoloq
İsmayıl bəy Qasprinski
1851-1914
İsmayıl bəy Mustafa ağa oğlu Qasp-
rinski (Qaspralı) 1851-ci il mart ayının
21-də Baxçasaray yaxınlığındakı Avçı-
köy kəndində anadan olmuşdur. Qas-
pira onun atasının doğulduğu kəndin
adıdır. İsmayıl bəy mükəmməl təhsil
almış, orta məktəbi bitirdikdən sonra
Voronej və Moskva ali məktəblərində
oxumuş, öyrəndiyi fransız dili vasitəsilə
Qərb mədəniyyətinin müsbət və mənfi
cəhətlərinə bələd olmuşdur. 1867-ci ildə
geri qayıtmış və Baxçasarayda Zəncirli
mədrəsəsində rus dili müəllimi kimi ça-
lışmışdır.
İki il Parisdə qaldıqdan sonra 1875-
ci ildə Baxçasaraya dönmüş, üç il Krım
yarımadasını gəzib-dolaşaraq xalqı-
nın həyatını öyrənmiş və 1879-cu ildə
bələdiyyə sədri seçilmişdir. İsmayıl
bəy türklərin, müsəlmanların cəhalət
içində olduğunu görmüş, xüsusi təhsil
layihəsi hazırlamış, 1881-ci ildə onu
təqdim etmişdir. 1894-1905-ci illərdə
9 yeni mədrəsə açılmış, 1914-cü ildə
bu məktəblərin sayı 5 minə çatmışdır.
1981-ci ildə Ağməsciddə çıxan “Tavri-
da” qəzetində “Gənc molla” imzası ilə
ilk məqaləsini çap etdirmişdir.
Türkçülük ideyasını, bütün türklərin
vahid millət olduqları ideyasını irəli
sürmüş, bütün həyatını türk birliyinin
yaradılması yolunda mübarizəyə həsr
etmişdir. 1881-ci ildə çap olunmuş “Ru-
siya müsəlmanlığı” adlı məqaləsində bu
ideyanı nəzərə çatdırmış və türkləri bir
dil ətrafında birləşdirmək fikrini irəli
sürmüşdür.
10 aprel 1983-cü ildə “Tərcüman”
adlı qəzetin türk dilində nəşrinə baş-
lamış və qəzet 32 il nəşr olunmuşdur.
1885-ci ildə “Avropa mədəniyyətinə bir
nəzəri-məvazinə” adlı ilk kitabı İstan-
bulda çap olunmuşdur.
Qasprinskinin Azərbaycanla sıx
ictimai-siyasi, elmi-ədəbi və şəxsi
əlaqələri olmuşdur. Tərəqqipərvər
Azərbaycan ziyalıları onun türk-
müsəlman xalqlarının milli və mədəni
intibahı yolunda fədakar fəaliyyətini
yüksək qiymətləndirmiş, milli mətbuat
onu “möhtərəm ustad”, “fəxri-millət”,
“böyük İsmayıl bəy” adlandırmışdır.
Onunla sıx əməkdaşlıq edən və onun yara-
dıcılığından bəhrələnən Ə.Hüseynzadə,
Ə.Ağaoğlu, Ə.Topçubaşov, M.Ə.
Rəsulzadə, N.Nərimanov, S.Qənizadə
türkçülük ideya və siyasətini müdafiə
və inkişaf etdirmişlər.
İsmayıl bəy Qasprinski Rusiya
müsəlmanlarının 1905-1906-cı illərdə
keçirilən iki qurultayına sədrlik etmiş,
III qurultayın rəyasət heyətinə seçilmiş-
dir.
Rusiya müsəlmanları arasında ma-
arifçi türkçülük hərəkatının görkəmli
xadimlərindən biri, Krım türklərinin (ta-
tarlarının) ictimai-siyasi xadimi, maarif
islahatçısı, milli nəşriyyat və mətbuatın
banisi, alim, yazıçı İsmayıl bəy Qasp-
rinski 1914-cü il sentyabr ayının 11-də
İstanbulda vəfat etmiş və orada dəfn
edilmişdir.
165
illiyi
Mədəniyyət.Maarif.Təhsil
21
MART
109
Ə d ə b i y y a t
Abdulla bəy Divanbəyoğlu /İ.Bəktaşi.- Bakı: Gənclik, 1984.- 157 s.
“Azərbaycan ədəbiyyatı tarixi materialları” haqqında: F. Köçərlinin “Azərbaycan ədəbiyyatı tarixi materialları” /İnayət
Bəktaşi; Elmi red.: X. Əlimirzəyev .-Bakı: S.M.Kirov adına ADU, 1978.-79 s.
Firidun bəy Köçərli irsi ədəbi tənqiddə I / İ. Bəktaşi // Ədəbiyyat. - 2013.-27 dekabr. - № 52. - S. 6 .
Firidun bəy Köçərli irsi ədəbi tənqiddə II / İ. Bəktaşi // Ədəbiyyat. - 2014.-17 yanvar. - № 2. - S. 4 .
Firidun bəy Köçərlinin yaradıcılıq yolu /İ.Bəktaşi.- Bakı: Yazıçı, 1986.- 182 s.
Bəktaşi İnayət Heydər oğlu //Naxçıvan Ensiklopediyası.- Bakı: AMEA, 2002.- S.65.
İ n t e r n e t d ə
www.anl.az
www.elibrary.az
Ədəbiyyatşünas
İnayət Bəktaşi
1931-1989
İnayət Heydər oğlu Bəktaşi 1931-ci
il mart ayının 25-də Naxçıvanda ana-
dan olmuşdur. 1952-1954-cü illərdə
Azərbaycan Pedaqoji İnstitutunun (in-
diki ADPU) Naxçıvan filialının dil-
ədəbiyyat şöbəsini, 1954-1959-cu
illərdə isə Bakı Dövlət Universitetinin
filologiya fakültəsini bitirmişdir. Həmin
ildə fakültənin Azərbaycan ədəbiyyatı
tarixi kafedrasının aspirantı olmuş,
1961-ci ildə kafedrada baş müəllim
təyin edilmişdir. 1963-cü ildə görkəmli
yazıçı professor Mir Cəlalın elmi
rəhbərliyi altında XX əsr romantizmi-
nin nümayəndələrindən biri olan “Ab-
dulla bəy Divanbəyoğlunun həyat və
yaradıcılığı” mövzusunda namizədlik,
1979-cu ildə isə “Firidun bəy Köçərlinin
yaradıcılıq yolu” adlı doktorluq disser-
tasiyası müdafiə etmişdir. 1973-1976-
cı illərdə Türkiyə Respublikasında
müəllim-tərcüməçi işləmiş, 1980-ci
ildən ömrünün sonuna qədər BDU-nun
Azərbaycan ədəbiyyatı tarixi kafedrası-
nın professoru olmuşdur.
Altı monoqrafiyanın, tərcümə və
tərtib etdiyi bir neçə kitabın, respublika
dövri mətbuatında, elmi məcmuələrdə
çap olunmuş 100-dən artıq elmi
məqalənin müəllifidir.
İ.Bəktaşi filologiya elmləri namizədi
və filologiya elmləri doktoru alimlik
dərəcəsi verən müxtəlif ixtisaslaşdırıl-
mış elmi şuraların üzvü olmuşdur. İlk
kitabı olan “XX əsr uşaq mətbuatında
ədəbiyyat” 1965-ci ildə çapdan çıxmış-
dır. Müəllif
kitabında 60-a yaxın qələm
sahibinin əsərini tədqiqata cəlb etmiş-
dir.
İnayət Bəktaşi ədəbiyyat tarixçisi
idi. Onun tədqiqat obyekti əsasən lokal
səciyyə daşımış, XX əsr Azərbaycan
ədəbiyyatının bir sıra tədqiq olunmamış
problemlərinin və şəxsiyyətlərinin araş-
dırılmasında mühüm işlər görmüşdür.
O, Respublikanın, keçmiş ümumitti-
faq və beynəlxalq elmi konfranslarında
məruzələr etmişdir.
1966-cı ildə onun “Ölülər və onun ilk
tamaşası haqqında” qiyabiçi tələbələr
üçün dərs vəsaiti kitabı çapdan çıxmış-
dır.
İnayət Bəktaşi 1989-cu il sentyabr
ayının 9-da Bakıda vəfat etmişdir.
85
illiyi
Mədəniyyət.Maarif.Təhsil
25
MART