116
Kimya.Biologiya.Tibb
Cəmil Əliyev
1946
MART
Cəmil Əziz oğlu Əliyev 1946-cı il mart
ayının 30-da Bakı şəhərində görkəmli ic-
timai xadim, məşhur alim Əziz Əliyevin
ailəsində anadan olmuşdur. 1968-ci
ildə N.Nərimanov adına Azərbaycan
Dövlət Tibb İnstitutunu bitirmiş (indi-
ki Azərbaycan Tibb Universiteti), elə
həmin ildən Ə.Əliyev adına Azərbaycan
Dövlət Həkimləri Təkmilləşdirmə İns-
titutunun Onkologiya kafedrasında baş
laborant vəzifəsinə təyin olunmuşdur.
1972-ci ildən isə həmin kafedrada as-
sistent vəzifəsində çalışmışdır. 1973-cü
ildə onkologiya ixtisası üzrə namizədlik,
1978-ci ildə isə Moskvada keçmiş SSRİ
Tibb Elmləri Akademiyasının Ümumitti-
faq Onkologiya Elmi Mərkəzində həmin
ixtisas üzrə doktorluq dissertasiyasını
müdafiə etmiş, 1987-ci ildə professor
elmi rütbəsini almışdır. 1978-ci ilin fev-
ral ayında Respublika Səhiyyə Nazir-
liyinin Elmi Tədqiqat Rentgenologiya,
Radiologiya və Onkologiya İnstitutunda
İkinci cərrahiyyə şöbəsinin müdiri, 1980-
ci ilin oktyabr ayından 1990-cı ilin mart
ayınadək elmi işlər üzrə direktor müa-
vini, 1990-cı ilin mart ayından isə Res-
publika Milli Onkologiya Mərkəzinin di-
rektoru vəzifəsində çalışır. 1994-cu ildən
C.Ə.Əliyev Ə.Əliyev adına Azərbaycan
Dövlət Həkimləri Təkmilləşdirmə İns-
titutunun
onkologiya
kafedrasının
rəhbəridir.
Akademik Cəmil Əliyev respublika-
mızın hüdudlarından kənarda da tanınır.
Bakı və Moskva şəhərlərində dərc olun-
muş 17 monoqrafiyanın (bunlardan biri
ingilis dilindədir), tələbələr üçün vəsaitin,
10 ixtiranın, 600-ə yaxın dərc olunmuş
elmi məqalələrin müəllifidir.1994-cü
ildən Həkimləri Təkmilləşdirmə İnstitu-
tunun Onkologiya kafedrasının müdiri
vəzifəsində çalışır. Bütün bunlarla yanaşı,
professor Cəmil Əliyev Azərbaycanda ən
görkəmli səhiyyə təşkilatçılarından biri,
Respublika Onkoloqlar Cəmiyyətinin
sədri, Səhiyyə Nazirliyinin baş onkolo-
qu, nazirliyin onkologiya üzrə Attesta-
siya Komissiyasının sədri, “Azərbaycan
tibb jurnalı” redaksiya heyətinin üzvü,
“Azərbaycan onkologiya və həmmərz
elmlər jurnalı”nın baş redaktoru, MDB
dövlətləri onkoloqları assosiasiya-
sı idarə heyətinin, Avropa onkologiya
cəmiyyətinin, Rusiya elmi-tibbi onkolo-
giya cəmiyyəti idarə heyətinin üzvüdür.
Azərbaycan Milli Elmlər Akademiya-
sının Y.Məmmədəliyev adına mükafatın
laureatı, London Universitetinin fəxri
professoru, İngiltərə Hammersmit Kral
Universitetinin fəxri professoru, Ander-
son xərçəng əleyhinə Mərkəzin profes-
soru, Nyu-York Elmlər Akademiyasının
üzvü, 2000-ci ildən Azərbaycan Respub-
likasının Əməkdar elm xadimi, 2001-ci
ildən Rusiya Federasiyası Tibb Elmləri
Akademiyasının həqiqi üzvü, 2010-cu
ildən Avropa Təbiət Elmləri Akademi-
yasının, Gürcüstan Elmlər Akademiya-
sının akademiki, 2011-ci ildən Dağıstan
Muxtar Respublikasının Əməkdar elm
xadimidir. Rusiya Federasiyasının Təbiət
Elmləri Akademiyasının həqiqi üzvü,
Beynəlxalq Ekoenergetika Akademiyası-
nın üzvü, Avropa Tibb Onkologiya Elmi
Cəmiyyətinin üzvüdür.
C.Əliyev Azərbaycan tibb elminin
inkişafındakı xidmətlərinə görə 2006-cı
ildə “Şöhrət ordeni” ilə təltif edilmişdir.
2015-ci il sentyabrın 28-də Türkiyənin
nüfuzlu elm ocağı - Türk Dünyası Araş-
dırmaları Beynəlxalq Elmlər Akademi-
yasının həqiqi üzvü - akademiki seçilib
və “Türk dünyasına xidmət “ Beynəlxalq
Qızıl Medalına layiq görülüb.
Ə d ə b i y y a t
Bədxassəli şişlərin
şüa müalicəsi: nəzəri
əsasları, tətbiqi,
nəticələri /C.Ə.Əliyev,
İ.H.İsayev.- Bakı,
2012.- 1227 s.
Süd vəzisi xərçənginin
diaqnostikası və
müalicəsi /C.Əliyev,
C.Cəfərov, T.Nəcəfov.-
Bakı: Elm, 1993.- 120
s.
Tibb aləminin unu-
dulmaz şəxsiyyəti
/C.Əliyev //
Azərbaycan.- 2014.- 5
iyul.- S.5.
İ n t e r n e t d ə
www.anl.az
www.amu.edu.az
www.az.wikipedia.org
www.science.gov.az
www.mom.gov.az
30
Akademik
70
illiyi
117
Tarixdə bu gün
Beynəlxalq Novruz Günü
MART
BMT Baş Assambleyası 2010-
cu il fevral ayının 21 mart tarixini
mədəniyyətlərarası dialoq və qar-
şılıqlı anlaşmanı həvəsləndirməyə
istiqamətləndirən
bayram
kimi
Beynəlxalq Novruz Günü elan etmişdir.
Beynəlxalq Novruz Günü münasibətilə
hazırlanan qətnamənin preambu-
la hissəsində bildirilir ki, “yeni gün”
mənasını verən, martın 21-də, gecə və
gündüzün bərabərləşdiyi gün qeyd olu-
nan Novruz, bütün dünyada 300 mil-
yon nəfərdən artıq şəxs tərəfindən yeni
ilin başlanğıcı kimi qəbul olunur.
Bu bayram artıq 3000 ildir ki, Bal-
kanlarda, Qara dəniz hövzəsi regionun-
da, Qafqazda, Mərkəzi Asiya, Yaxın
Şərq və digər regionlarda qeyd olunur.
Azərbaycan xalqının tarixin qədim
qatlarında yaratdığı, dilimizi, zəngin
folklorumuzu özündə yaşadan Nov-
ruz bayramı azərbaycançılıq ideyasını,
xalqımızın milli-mənəvi irsini özündə
təcəssüm etdirir. Novruz yeni günün,
yeni arzuların, milli ruh və duyğuların
bayramıdır. Təsadüfi deyil ki, Novruz
bayramı dünyanın qeyri-maddi mədəni
irsi kimi YUNESKO-nun siyahısına
daxil edilmişdir.
Novruz
ənənələrinə
görə,
çərşənbələrdə tonqalın üstündən tul-
lanmaqla insanlar bütün ağırlığını-
uğurluğunu, əziyyətlərini, eyni zaman-
da pis xasiyyətlərini, mənfi tərəflərini
köhnə ildə qoyub yeni ilə, yeni günə
qədəm qoyar, bayram günü küsülülər
barışar, insanlar bir-birlərinə qonaq
gedər. Bu dəyərlər geniş mənada təkcə
cəmiyyət daxilində deyil, eyni zaman-
da ölkələr arasında anlaşmanı, sülhü
təcəssüm etdirir. Bu baxımdan Novruz
bayramını, onun milli özəllikləri ilə ya-
naşı, sülh və barış kimi bəşəri dəyərlərin
təcəssümü olaraq dünyaya tanıtmaq,
təbliğ etmək çox əhəmiyyətlidir.
Azərbaycan xalqının milli-mənəvi
irsinin təcəssümü olan Novruz bay-
ramının dövlət səviyyəsində təkcə
ölkəmizdə deyil, dünyada soydaşla-
rımız yaşadıqları ölkələrdə də qeyd
edilməsi çox sevindiricidir. Dünyada
Novruz təntənələrini keçirməklə bu
bayramın timsalında xalqımızın tarixi
dəyərləri, adət-ənənələri təbliğ edilir.
Bu isə nəticə etibarilə Azərbaycanın
təbliği deməkdir.
Ə d ə b i y y a t
Azərbaycanda Novruz.- Bakı: Çıraq, 2012.- 271 s.
Azərbaycanın xalq bayramı Novruz: bələdçi kitab/layih. rəhb. Ə.Qarayev; mətnin müəl. Ə.Vəliyev, V.Bəhmənli.- Bakı: Təhsil, 2011.-208
s.
Əhmədov, Ə. Novruz süfrəsi /Ə.Əhmədov.- Bakı: Azərnəşr, 2011.- 80 s.
Навруз как явление мировой культуры: [исследование] /ред.-сост. А.Раджабов, М.Карим-заде; отв. ред. А.Раджабов АН Респ.
Таджикистан, Ин-т истории, археологии и этнографии им. Ахмада Дониша, Гос. учреждение “Нац. б-ка Таджикистана”,
Междунар. науч. центр муз. культуры народов Востока (Борбад) ; [предисл. М. Илолов].-Душанбе: [Контраст] 2012.- 335 с.
Cenevrədə “Beynəlxalq Novruz Günü” //Mədəniyyət.-2014.- 28 mart.- S. 4.
21