131
100
illiyi
Qəmbər Hüseynli
1916-1961
APREL
Qəmbər Muxtar oğlu Hüseynli
1916-cı il aprel ayının 16-da Gəncə
şəhərində anadan olmuşdur. Hələ gənc
yaşlarından xalq musiqisinə sonsuz
məhəbbəti, klassik muğamlarımızın
əsaslarını dərindən öyrənməsi son-
ralar onun bəstəkarlıq fəaliyyətində
mühüm rol oynamışdır. Gəncə Musiqi
Texnikumunu
tar sinfi üzrə fərqlənmə
diplomu ilə bitirən Qəmbər təhsilini
davam etdirmək məqsədilə 1935-ci
ildə Bakıya gəlmiş, Bakı Musiqi Tex-
nikumunda tanınmış musiqi pedaqoqu
A.S.Şvartsın violonçel sinfində iki il
müddətində təhsil almışdır. Lakin mu-
siqi bəstələməyə olan hədsiz marağına
görə orta ixtisas məktəbinin bəstəkarlıq
şöbəsinə keçmişdir. Bu illərdə görkəmli
dramaturq Cəfər Cabbarlının sözlərinə
“Tellər oynadı” romans-mahnısını
bəstələmişdir. 1939-cu ildə Qəmbər
Hüseynli milli musiqimizin beşiyi olan
Şuşanın Musiqi Texnikumuna direk-
tor vəzifəsinə göndərilmişdir. Burada
cəmi bir il çalışmış, sonra yenidən Ba-
kıya qayıtmış, filarmoniyanın nəzdində
fəaliyyət göstərən Azərbaycan Xalq
Çalğı Alətləri Orkestrində dirijor
köməkçisi vəzifəsində çalışmaq-
la yanaşı, Üzeyir bəyin tövsiyəsi ilə
həmin illərdə yaranan Sazçı Qızlar
Ansamblının həm təşkilatçısı, həm
də bədii rəhbəri kimi fəaliyyətə baş-
lamışdır. Aşıq Teymur Hüseynovun
ifasında 55 ənənəvi aşıq havasını nota
köçürmüş, onları Sazçı Qızlar An-
samblı üçün işləmişdir. Gənc bəstəkar
1951-ci ildə yenidən A.Zeynallı adına
Bakı Orta İxtisas Musiqi məktəbinin
bəstəkarlıq şöbəsinə daxil olaraq pro-
fessor B.İ.Zeydmanın sinfində təhsilini
davam etdirmiş, 1954-cü ildə həmin
məktəbi müvəffəqiyyətlə bitirmişdir.
Q.Hüseynli Gəncə Dövlət Dram Te-
atrında tamaşaya qoyulmuş 6 pyesə,
o cümlədən “Şeyx Sənan”, “Qatır
Məmməd”, “Almaz”, “Bəxtsiz cavan”,
“Solğun çiçəklər”, “Namus” dramla-
rına musiqi yazmışdır. Üç yüzə qədər
mahnı və romansın müəllifidir.
Bir sıra uşaq nəğmələrinin müəllifi
kimi şöhrət qazanmış, xüsusilə 100-ə
yaxın dildə oxunan “Cücələrim” mah-
nısı bəstəkara böyük şöhrət gətirmişdir.
Onun “İlk məhəbbət”, “Ay işığında”,
“Tel nazik”, “Tellər oynadı”, “Çeşmə
başında”, “Düşər yadıma”, “Gecələr
uzanaydı”, “Dolanım başına” və digər
mahnıları xalq tərəfindən sevə-sevə
dinlənilir.
Bəstəkar 1961-ci ildə “Azərbaycanın
Əməkdar incəsənət xadimi” fəxri adına
layiq görülmüş, “Şərəf nişanı” ordeni
ilə təltif edilmişdir.
Qəmbər Hüseynli 1961-ci il avqust
ayının 1-də, 45 yaşında vəfat etmişdir.
Ə d ə b i y y a t
Hüseynli, B. Bəstəkar
Qəmbər Hüseynli
/B.Hüseynli, V.Xəlilov.-
Bakı: Gənclik, 1997.- 99 s.
Qurbanəliyeva, S. Qəmbər
Hüseynli yaradıcılığı
milli ənənələr kontekstində
/S.Qurbanəliyeva,
L.Rəfibəyli, N.Seyfullayeva.-
Bakı: Adiloğlu, 2006.- 203
s.
Dünyamızda gözəl səsi
qalan bəstəkar: unudul-
maz mahnılar müəllifi...
//Azadlıq.- 2012.- 17
avqust.- S. 14.
Hüseynli Qəmbər
//Azərbaycan Sovet Ensiklo-
pediyası: 10 cilddə.- Bakı,
1987.- C.10.- S.284.
Zöhrabov, R. Nəğmələrdə
yaşayan ömür /R.Zöhrabov
//Bəstəkarlarımız haqqında
söz.- Bakı, 1995.- Kitab 1.-
S.44-47.
İ n t e r n e t d ə
www.anl.az
www.az.wikipedia.orq
www.youtube.com
www.mugamradio.az
16
Bəstəkar
Musiqi.Opera.Balet
132
65
illiyi
Ədalət Vəzirov
1951-2002
APREL
Ədalət Səfərəli oğlu Vəzirov 1951-
ci il aprel ayının 27-də Bakı şəhərində
anadan olmuşdur.
1963-cü ildə Bülbül adına Orta
İxtisas Musiqi Məktəbinə Elman
Bədəlovun sinfinə qəbul olunmuş və
1969-cu ildə oranı müvəffəqiyyətlə
bitirmişdir. Sonra Azərbaycan Dövlət
Konservatoriyasına daxil olmuş, 1974-
cü ildə oranı bitirmişdir.
Bakı Musiqi Akademiyasının do-
senti kimi ixtisası sahəsində elmi me-
todiki işlə də geniş məşğul olmuşdur.
Kamança sənətinin tədrisi ilə bağ-
lı dəyərli elmi əhəmiyyətli müxtəlif
metodiki
tövsiyələrin,
rəylərin,
işləmələrin, köçürmələrin müəllifidir.
Bunlardan Zakir Bağırovun, Hacı
Xanməmmədovun kamança ilə sim-
fonik orkestr ücün konsertlərin ifası-
na dair metodiki tövsiyələri, bakalavr
dərəcəsi alanlar üçün ixtisas və muğam
proqramını və başqalarını nümunə
göstərmək olar. Bundan əlavə uşaq
musiqi məktəblərində, musiqi texni-
kumlarında açıq-nümunəvi dərslərin
keçirilməsi, sinif konsertlərinin, solo
çıxışların təşkili kimi əyani metodi-
ki işlər də Ədalət müəllimin pedaqoji
fəaliyyətinin əsas qayəsini təşkil et-
mişdir.
1974-cü ildə Moskvada keçirilən V
Beynəlxalq Musiqi müsabiqəsinin qa-
libi olmuş, 1980-ci ildən Azərbaycan
Dövlət Konservatoriyasında və Sumqa-
yıt Musiqi Texnikumunda (2000-2002-
ci illərdə direktor) müəllim işləmiş, bir
çox adlı-sanlı tələbələr yetişdirmişdir.
Uzun müddət Əməkdar artist Baba
Salahovun rəhbərlik etdiyi xalq çalğı
alətləri ansamblında, SSRİ Xalq artisti
Zeynəb Xanlarovanın rəhbərlik etdiyi
ansamblda çalışmışdır. Bir çox xarici
ölkələrdə - ABŞ, Kanada, İraq, Misir,
Türkiyədə ifaçılıq sənətimizi yüksək
səviyyədə nümayiş etdirmişdir. Ədalət
Vəzirov kamança ifaçılığından əlavə
peşəkar fortepiano və qarmon ifaçısı
idi.
1997-ci
ildə
Özbəkistanın
Səmərqənd şəhərində keçirilən muğam
simpoziumunda yüksək mükafata la-
yiq görülmüş, QRAN PRİ mukafatını
Azərbaycana gətirmişdir. Elə həmin il
“Əməkdar artist” fəxri adina layiq gö-
rülmüşdür.
Ədalət Vəzirov 2002-ci il oktyabr
ayının 5-də, ömrunun 51-ci ilində
Turkiyənin İstanbul şəhərində vəfat et-
mişdir.
Ə d ə b i y y a t
Azəri, L. On ildir, kamanın
gözü yoldadır... /L.Azəri
//Mədəniyyət.- 2012.- 5
oktyabr.- S. 15.
Dağlı, E. Tanınmış kaman
ustası /E.Dağlı //Respubli-
ka.- 2013.- 19 may.- S.8.
Vəzirov Ədalət Səfərəli oğlu
//Muğam Ensiklopediya-
sı.- Bakı: Musiqi dünyası,
2008.- S.200-201.
İ n t e r n e t d ə
www.anl.az
www.az.wikipedia.orq
www.youtube.com
www.mugamradio.az
27
Kamança ifaçısı
Musiqi.Opera.Balet