127
130
illiyi
Abdulla Tukay
1886-1913
Abdullah (Qabdulla) Məhəmmədarif oğ-
luTukay 1886-cı il aprel ayının 26-da Kazan
şəhəri yaxınlığındakı Kuşlaviç kəndində
anadan olmuşdur. Kiçik yaşlarından
valideynlərini itirmiş, 1895-ci ildən Uralsk
şəhərində bibisinin yanında yaşamağa başla-
mışdır. Mədrəsədə oxuyarkən Abdulvəli adlı
bir nəfərlə tanış olmuş, bu gənc vasitəsilə
Türkiyədəki ədəbi cərəyanlar və fransız
ədəbiyyatı ilə yaxından maraqlanmış, bir
müddət sonra təhsilini rus məktəbində da-
vam etdirmişdir. İstanbuldan gələn qəzet,
jurnal və kitabları əldə etmiş, yenilikçi
hərəkatın üzvləri ilə əlaqələr qurmuşdur.
Hələ mədrəsədə oxuyarkən mətbəədə işə
düzəlmiş, az sonra rus dilində nəşr olunan
“Uralets” qəzetində korrektor işləməyə
başlamışdır. Eyni zamanda yaradıcılıq-
la da məşğul olmuş, cəhaləti tənqid edən
şeirlərini “Fikir” qəzetində, “Yeni əsr” jur-
nalında dərc etdirmişdir. Şeirlərində tatar və
başqırd əfsanələrindən, nağıllarından poetik
şəkildə yararlanmışdır. O, hələ uşaq yaşla-
rından öz yaddaşı, məntiqi, ağlı, fərasəti,
dərin müşahidə qabiliyyəti ilə seçilmiş, na-
ğılları, atalar sözlərini, xalq nəğmələrini,
bir sözlə, zəngin tatar folklorunu diqqətlə
öyrənmişdir.
1907-ci ildə çar hökumətinin sərt
tədbirləri nəticəsində bir çox qəzet və jur-
nallar bağlanmış, işsiz qalan A.Tukay Ka-
zana köçmüş və ömrünün sonunadək orada
yaşamışdır.
Maddi və mənəvi sıxıntılara baxmaya-
raq şair “Əl-islah” və daha sonra da “Yeşin”
(Q.Kamal ilə birlikdə) adlı satirik jurnal dərc
etdirmiş, lakin bir il sonra dərgi hökumət
tərəfindən bağlanmışdır. 1910-cu ilin mar-
tında “Yalt-Yult” (“Şəfəq”) adlı jurnalın
nəşrinə icazə almış, burada dərc etdirdiyi
məqalələrində satirik şeir və həcvlərində
din xadimlərini, xurafatı kəskin tənqid et-
miş, xalqı qəflət yuxusundan oyanmağa
səsləmişdir. Onun ədəbi maraq dairəsi geniş
olmuş, klassik Şərq poeziyasını, eləcə də in-
gilis, alman və fransız ədiblərinin əsərlərini
mütaliə etmişdir.
O dövrdə bütün Şərqdə məşhur olan
“Molla Nəsrəddin” jurnalının və M.Ə.Sabir
satirasının ədibin yaradıcılığına güclü təsiri
olmuş, 1911-ci ildə Həştərxanda Nəriman
Nərimanovla tanış olmuşdur.
Uşaqlar üçün “Ata ilə bala”, “Su anası”
kimi bir sıra şeirlər yazmış, tərcümə ilə də
məşğul olmuş, rus klassiklərinin əsərlərini
tərcümə etmişdir. Əsərləri keçmiş SSRİ
xalqlarının dillərinə, o cümlədən Azərbaycan
dilinə tərcümə edilmişdir.
Tatar ədəbiyyatında tənqidi realizmin
banisi, tatar Xalq şairi Abdulla Tukay gənc
yaşlarından vərəm xəstəliyinə tutulmuş,
1913-cü il aprel ayının 15-də vəfat etmişdir.
2011-ci ildə şairin 125 illik yubileyi geniş
şəkildə qeyd edilmiş, yubiley münasibətilə
Beynəlxalq Türk Mədəniyyəti Təşkilatı-
TÜRKSOY 2011-ci ili “Abdulla Tukay ili”
elan etmişdir. 2011-ci il aprelin 25-də Ka-
zanda şairin anadan olmasının 125 illiyinə
həsr olunmuş “Abdulla Tukay irsi milli
mədəniyyətlər kontekstində” adlı beynəlxalq
elmi-praktik konfrans keçirilmişdir.
Kazanda, Kırlay və Kışlavıç kəndlərində,
Moskvada, Sankt-Peterburqda abidəsi ucal-
dılmışdır. Kazanda Ədəbiyyat muzeyi, Tatar
Dövlət Filarmoniyası onun adını daşıyır. An-
karada Tukay küçəsində monumenti qoyul-
muşdur. 1966-cı ildə Tatarıstan MSSR-
da Tukay adına mükafat təsis edilmişdir.
Bakıda adına küçə var.
Ə d ə b i y y a t
Seçilmiş əsərləri /Ab-
dulla Tukay; tatarcadan
tərc ed.Ramiz Əsgər.-
Bakı: Nağıl evi, 2011.-
267 s.
Millətim /Abdulla Tu-
kay.- Bakı, 2011.- 267 s.
Saman bazarı, yaxud
Yeni Kəsikbaş: poema
/Q.Tukay.- Bakı: Elm və
təhsil, 2011.- 150 s.
Qabdulla Tu-
kay Azərbaycan
ədəbiyyatşünaslığında:
məqalələr toplusu /topl.
M.Həsənova.- Bakı: Elm
və təhsil, 2012.- 286 s.
Fərəcov, S. Tatar
poeziyasının görkəmli
nümayəndəsi /S.Fərəcov
//Mədəniyyət.- 2014.- 12
dekabr.- S. 12.
Избранное: стихи и
поэмы: [пер. с тат.]
/Г.Тукай; составители.
Г.Хасанова,
С.Малышев.- Казань:
Татарское Книжное
Изд-во, 2006.-191 с.
Избранные
произведения /Г.Тукай.-
Казань, 2009.- 703 с.
İ n t e r n e t d ə
www.anl.az
26
Tatar şairi
APREL
Dünya ədəbiyyatı
128
Rəssamlıq.Heykəltəraşlıq.Memarlıq
85
illiyi
Altay Hacıyev
1931
APREL
Altay Əmir oğlu Hacıyev 1931-ci
il aprel ayının 2-də anadan olmuşdur.
1951-ci ildə Əzim Əzimzadə adına
rəssamlıq məktəbini, 1959-cu ildə isə
Kiyev Dövlət Rəssamlıq İnstitutunu bi-
tirmişdir.
1959-cu ildən beynəlxalq və respub-
lika əhəmiyyətli sərgilərin iştirakçısıdır.
1960-cı ildə SSRİ Rəssamlar İttifaqının
üzvlüyünə qəbul edilmiş, 1962-1967-ci
illərdə Azərbaycan SSR Nazirlər Sove-
ti yanında Dövlət Mətbuat Komitəsinin
baş rəssamı vəzifəsində çalışmışdır.
Əsərləri Azərbaycan Milli İncəsənət
Muzeyində, Azərbaycan Dövlət Rəsm
Qalereyasında, xarici ölkə muzeylərində
və nüfuzlu şəxsi kolleksiyalarda saxla-
nılır.
Altay Hacıyevin yaradıcılığı bir sıra
özünəməxsus cəhətləri ilə diqqət çəkir.
Ukraynada ali təhsil alan sənətkar
klassik Avropa rəssamlıq ənənələrini
dərindən öyrənmiş, eyni zamanda yara-
dıcılığında Azərbaycan təsviri sənətinin
zəngin ənənələrindən faydalanmışdır.
Belə ki, əsərlərinin mövzusu, ideya
bədii məzmunu, orijinal üslubu, kom-
pozisiya tərtibatı, kolorit həlli ilə yara-
dıcılığında iki istiqaməti paralel apardı-
ğı, bədii sintez etdiyi müşahidə edilir.
Altay Hacıyev yaradıcılığının böyük
bir dövrünü kitab qrafikasının inkişafı-
na sərf etmişdir. Neçə-neçə kitaba bədii
tərtibat vermiş, bir çox əsərlərə illüstra-
siyalar çəkmişdir.
XX əsrin 60-cı illərində Bakıda
gedən tikinti-quruculuq, əsaslı təmir-
bərpa işləri, Bakının inkişaf etmiş
sənaye şəhərləri səviyyəsinə yüksəlməsi
“Yeni Bakı” adlı ilk silsiləsini çəkməyə
səbəb olmuşdur. “Xəzər”, “Dənizin ifti-
xarı” və “Xəzərin sahibi” adlı silsilələr
rəssamın yaradıcılığının ilkin dövrünün
məhsuludur. “Xalqımızın ulduzları”
silsiləsindən olan “Tomris”, “Məhsəti
Gəncəvi”, “Sara Xatun”, “Xurşud-
banu Natəvan”, “Tuti Bikə”, “Aşıq
Pəri”, “Ağa Bəyim Ağa” və b. əsərləri
diqqətəlayiq əsərlərdir.
Rəssamın 1987-ci ildə qrafika
əsərlərinin, 1991-ci ildə “Natəvan-
Şuşa”, 2001-ci ildə “Xalqımızın ulduz-
ları” adlı tematik, 2006-cı ildə 75 illik
yubiley sərgiləri, 2008-ci ildə “Şərqdən
Şərqə“ bədii sərgisi təşkil olunmuşdur.
Altay Hacıyev 1968-ci ildə AzSSR
Ali Soveti Rəyasət Heyətinin Fəxri
Fərmanı ilə mükafatlandırılmış, 1982-
ci ildə “Əməkdar rəssam”, 2002-ci ildə
isə “Xalq rəssamı” fəxri adlarına layiq
görülmüş, 1995-ci ildə “Humay” müka-
fatı ilə təltif olunmuşdur. 2003-cü ildən
Prezident təqaüdçüsüdür. 2013-cü ildə
haqqında film çəkilmişdir.
Ə d ə b i y y a t
Behbudova, İ. Azərbaycanın
Xalq rəssamı Altay Hacıyevin
80 illik həyat və yaradıcı-
lığı /İ.Behbudova //Təsviri
və dekorativ-tətbiqi sənət
məsələləri.- 2012.- № 1 (9).-
S.100-106.
Hacızadə, E. Rəng, kompo-
zisiya və plastik dəyərlər:
Altay Hacıyev-80 /E.Hacızadə
//Mədəni-maarif.- 2011.- №2.-
S. 10-11.
İ n t e r n e t d ə
www.anl.az
www.az.wikipedia.orq
www.uaa.az
2
Rəssam