129
Rəssamlıq.Heykəltəraşlıq.Memarlıq
105
illiyi
Hüseyn Əliyev
1911-1991
APREL
Hüseyn Əlirza oğlu Əliyev 1911-ci il
aprel ayının 22-də Zəngəzur qəzasının
Comərdli kəndində anadan olmuşdur.
1918-ci ildə ailəsi ilə birlikdə Naxçıvana
köçmüşdür. 1932-ci ildə Bakı Rəssamlıq
Texnikumunu, 1935-ci ildə Leninqrad
Boyakarlıq, Memarlıq və Heykəltəraşlıq
Akademiyasının nəzdində 3 illik xü-
susi kursu müvəffəqiyyətlə bitir-
mişdir. 1922-1931-ci illərdə “Molla
Nəsrəddin” jurnalı ilə əməkdaşlıq et-
miş, onun bir sıra karikaturaları jur-
nalın səhifələrində çap olunmuşdur.
Hələ gənc yaşlarında dahi mütəfəkkir
M.F.Axundzadənin portretinə görə Res-
publika müsabiqəsində birinci yerə la-
yiq görülmüş və mükafat almışdır.
1935-ci il oktyabr ayının 4-dən
təqaüdə çıxanadək “Xalq qəzeti”nin
(keçmiş “Kommunist”) bədii tərtibat
şöbəsində əvvəlcə baş rəssam, son-
ra bədii tərtibat şöbəsinin müdiri
vəzifələrində çalışmışdır.
İkinci Dünya müharibəsi başlayanda
rəssam könüllü surətdə orduya yazılmış,
Daxili İşlər Nazirliyinin tabeliyindəki
48 saylı təşviqat polkunda rəssam kimi
fəaliyyət göstərmişdir. Musiqiçilər
bölməsinin üzvləri ilə birlikdə dəfələrlə
ön cəbhələrdə olmuş, neçə-neçə igid dö-
yüşçünün portretini çəkmiş, müharibə
mövzusunda plakatlar hazırlamışdır.
1944-cü ildə ordudan tərxis olunaraq
redaksiyaya qayıtmış, sevimli peşəsi ilə
məşğul olmağa başlamışdır.
Yaradıcılığında portret və mənzərələr
mühüm yer tutmuş, Comərdli kəndində
çəkdiyi “Yəhər Təpə” və “Mahmud bu-
lağı” tabloları, Hüseyn Cavid, Nizami
Gəncəvinin portretləri özünəməxsus
keyfiyyətləri ilə fərqlənmişdir. Onun
“Göygöl mənzərələri” adlı albomunda
17 mənzərəsi verilmişdir.
1944-cü ildə Göyçay çayının
üzərindən salınan körpünün inşaatçı-
larına həsr etdiyi silsilə rəsm əsərləri,
Zəngəzur mövzusuna həsr etdiyi ak-
varel seriyaları maraqla qarşılanmış-
dır. Görkəmli sənətkarın “Zəngəzur
dağları”, “Urud qalası”, “Meşədə qış”,
Payız”, “Qürub çağı”, “İlanlı dağ” və
s kimi əsərləri dərin müşahidə və incə
zövqün, fitri istedadın məhsulu idi.
Rəssam yaradıcılığında mənzərələr,
tablolar,
portretlər,
natürmortlar-
la bərabər, uzun müddət nəqqaşlıqla
məşğul olmuş, alleqorik əsərlərə
müxtəlif məzmunlu karikaturalar,
təsvirlər çəkmiş, kitablara illüstrasiyalar
işləmişdir.
Birləşmiş Ərəb Əmirliyində sərgisi
təşkil edilmiş, sonralar həmin sərgi
Rəssamlar İttifaqının “Qız qalası” qale-
reyasında nümayiş olunmuşdur.
Görkəmli
rəssam
“Qafqazın
müdafiəsinə görə”, “1941-1945-ci
illərdə arxa cəbhədəki şərəfli əməyinə
görə”, “Böyük Vətən müharibəsinin
30 illiyi” medalları və “Xalqlar dostlu-
ğu” ordeni ilə təltif olunmuş, üç dəfə
Azərbaycan, bir dəfə Ukrayna Ali Sove-
tinin fəxri fərmanlarına layiq görülmüş-
dür. 1940-cı ildən Rəssamlar İttifaqının
üzvü olan Hüseyn Əliyev 1976-cı ildə
“Əməkdar rəssam”, 1982-ci ildə “Xalq
rəssamı” fəxri adına layiq görülmüşdür.
Hüseyn Əlirza oğlu Əliyev 25 may
1991-ci il tarixində vəfat etmişdir.
Ə d ə b i y y a t
Hüseyn Əliyev. 1911-1991
[İzomaterial]: [albom] /lay.
rəhb. Ç.Fərzəliyev; mətnin
müəl. L.Eldarova; ing.dilinə
tərc.: İ.Peart, S.İbrahimova,
Ə.Məlikova; fotolar Ə.Ağasiyev;
baş dizayner İ.Eldarova.- Bakı:
[Şərq-Qərb], 2013.-104 s.
Əliyev, Ə. Hüseyn Əliyev [İzoma-
terial] /Ə.H.Əliyev; [məsləhətçi
Z.Salahova].-Bakı: [s. n.],
2011.-503 s.
Əliyev, Ə. Azərbaycanın
Xalq rəssamı Hüseyn Əliyev
/Ə.H.Əliyev.- Bakı, 2009.- 87 s.
Əliyev Hüseyn Əlirza oğlu
//Naxçıvan ensiklopediyası.-
Bakı.- 2002.- S. 142-143.
Əliyev, T. Xoşbəxt taleli sənətkar:
Hüseyn Əliyev-100 /T.Əliyev //
Xalq qəzeti.- 2011.- 22 aprel.-
S. 5.
Xalq rəssamı Hüseyn Əliyevin
100 illiyi qeyd olunmuşdur
//Azərbaycan.- 2011.- 23 aprel.-
S.7.
Monteneqroda Xalq rəssamı Hü-
seyn Əliyevin fərdi sərgisi açılıb //
Mədəniyyət.- 2011.- 15 iyun.- S. 7.
İ n t e r n e t d ə
www.anl.az
www.az.wikipedia.orq
www.uaa.az
22
Rəssam
130
APREL
13
75
illiyi
Oqtay Rəcəbov
1941
APREL
Oqtay Məmmədağa oğlu Rəcəbov
1941-ci il aprel ayının 5-də anadan ol-
muşdur.
1963-cü ildə Azərbaycan Dövlət
Pedaqoji İnstitutunun fizika fakültəsini
bitirmiş, həmin ildə Ü.Hacıbəyli adına
Azərbaycan Dövlət Konservatoriya-
sının bəstəkarlıq fakültəsinə daxil ol-
muşdur. Görkəmli bəstəkar, professor
Cövdət Hacıyevin sinfində təhsil al-
ması ona qısa zaman da böyük şöhrət
gətirmişdir.
Yaradıcılığa başladığı ilk vaxtlardan
irihəcmli vokal və instrumental əsərlər
qələmə almışdır. 3 uşaq operasının, 2
operettanın, 6 simfoniyanın, müxtəlif
janrlı vokal-instrumental əsərlərin,
17 filmin musiqi müəllifidir. “Anam
Azərbaycanım”, “Nəğmələr”, “Necə
unudum səni?”, “Zəfəran”, “Daha nə
istəyirsən?” və digər qəlb oxşayan
mahnıları bəstəkarın fitri istedadının
parlaq nümunəsidir. Oqtay Rəcəbovun
müxtəlif mövzularda qələmə aldı-
ğı 400-dən çox əsəri (bunların 250-
si uşaqlar üçündür) Azərbaycan
bəstəkarlarının mahnı antologiyasını
zənginləşdirməkdə mühüm rol oyna-
mışdır.
Yaradıcılığının mühüm istiqamət-
lərindən biri də onun pedaqoji fəaliyyəti
ilə bağlıdır. Eksperimental musiqi proq-
ramları müəllifi kimi tanınan bəstəkar-
pedaqoq bu istiqamətdə işlərini bu
gün də davam etdirir. Onun bilavasitə
rəhbərliyi ilə 1996-2010-cu illərdə
ümumtəhsil və musiqi məktəbləri üçün
nəşr olunan 16 adda “Musiqi”, “Musi-
qi ədəbiyyatı” dərsliyi, “Fortepianoda
çalmaq üçün müntəxabat”, “Elementar
musiqi nəzəriyyəsi” tədris vəsaitləri
1,5 milyon tirajla çap olunmuşdur.
1985-ci ildə pedaqoji elmlər
namizədi, 1992-ci ildə pedaqoji elmlər
doktoru, 1995-ci ildə professor elmi
rütbəsini almışdır.
Professorun təşəbbüsü ilə yaradı-
lan və 1978-ci ildən 1992-ci ilədək
Azərbaycan televiziyası ilə yayımla-
nan “Məktəblilərin musiqi klubu” veri-
lişinin hər məşğələsi yadda qalmış, es-
tetik tərbiyə üzrə bir sıra nəzəri-təcrübi
məsələlərin həllinə təsir göstərmişdir.
Azərbaycan xalq nağılı əsasında
1992-ci ildə “Göyçək Fatma” ciz-
gi film-opera, 1994-cü ildə Nizami
Gəncəvinin “Xeyir və Şər”, 2012-ci
ildə “Sərçəcik” uşaq operalarını yaz-
mışdır.
2001-ci ildə “Əlin cibində olsun”,
“Şeytanın yubileyi” musiqili tamaşala-
rı səhnəyə qoyulmuşdur.
Böyüməkdə olan nəslin musiqi-
estetik tərbiyəsinin inkişafı naminə
yorulmadan çalışan Oqtay Rəcəbov
“Qabaqcıl maarif xadimi”, “Maarif
əlaçısı” döş nişanlarına, 1982-ci ildə
Azərbaycan Lenin komsomolu mü-
kafatına, 1987-ci ildə isə “Əməkdar
müəllim” fəxri adına layiq görülmüş-
dür. 2006-cı ildə Azərbaycan Respub-
likası Prezidenti cənab İlham Əliyevin
Sərəncamı ilə “Tərəqqi” medalı ilə
təltif edilmişdir. Daim yaradıcılıq ax-
tarışında olan mahir bəstəkar, musiqi
pedaqoqu O.Rəcəbov Rusiya Peda-
qoji və Sosial Elmlər Akademiyasının
həqiqi üzvü kimi də səmərəli fəaliyyət
göstərir.
Ə d ə b i y y a t
Azərbaycan xalq mahnıları
[Notlar] /O.Rəcəbov.-Bakı:
Çıraq, 2006.-C.2.-41, [2] s.
Pedaqoji təmayüllü orta
ixtisas və ali məktəblərdə
musiqi tədrisinin me-
todikası /O.Rəcəbov,
G.Məmmədova.- Bakı:
Şirvannəşr, 2009.- 202 s.
Ulu öndər [Notlar]: solist,
xor və fortepiano ilə oxu-
maq üçün /O.Rəcəbov.-Bakı:
Şirvannəşr, 2008.-62 s.
Ümumtəhsil məktəblərində
musiqi tədrisi və tərbiyəsi
metodikası /O.Rəcəbov,
S.Zamanlı, R.Quliyeva.-
Bakı: Mütərcim, 2010.- 132
s.
İmanov, R. Oqtay Rəcəbov
/R.İmanov.- Bakı: Şərq-
Qərb, 2014.- 32 s.
Oqtay Rəcəbovun yeni ope-
rası təqdim edildi //525-ci
qəzet .-2015.- 15 may.- S.7.
İ n t e r n e t d ə
www.anl.az
www.az.wikipedia.orq
www.youtube.com
www.mugamradio.az
5
Bəstəkar
Musiqi.Opera.Balet