137
Teatr.Kİno
75
illiyi
Yusif Muxtarov
1941-2010
APREL
Yusif Mehdi oğlu Muxtarov 1941-ci
il aprel ayının 23-də (bəzi mənbələrdə
22 iyul) Sabirabad rayonunda ana-
dan olmuşdur. Azərbaycan Dövlət
Mədəniyyət və İncəsənət Universitetini
və Plexanov adına Moskva Dövlət Xalq
Təsərrüfatı Akademiyasını bitirmişdir.
Əmək fəaliyyətinə 1964-cü ildən
Azərbaycan Dövlət Radio və Televi-
ziya Verilişləri şirkətində diktor kimi
başlamışdır. 1994-cü ilə kimi orada
diktor, ictimai-siyasi verilişlər redaksi-
yasının baş redaktoru vəzifəsində çalış-
mışdır. 1992-ci ildən 2010-cu ilə kimi
Bakı Bələdiyyə Teatrının icraçı direk-
toru olmuşdur. Yusif Muxtarovun Bakı
Bələdiyyə Teatrının yaranmasında,
inkişafında və teatrın xarici ölkələrdə
layiqincə təmsil olunmasında əvəzsiz
xidmətləri olmuşdur.
Bir çox filmlərdə, televiziya tama-
şalarında yaddaqalan rollar yaratmış-
dır. Onlardan N.Hikmətin “Qəribə
adam”, M.Y.Lermontovun “İki qar-
daş”, S.Vurğunun “Vaqif”, S.Rəhmanın
“Xoşbəxtlər”, N.Hikmətin “Bayra-
mın ilk günü”, Baycıyevin “Duel”,
Ç.Aytmatovun “Qırmızı yaylıqlı qo-
vağım mənim”, İ.Əfəndiyevin “On iki
manatlıq lüstr”, “Söyüdlü arx” kimi te-
leviziya tamaşalarında və Azərbaycan
kinostudiyasında çəkilən “Baladadaşın
məhəbbəti”, “Qatarda qətl” filmlərində
yaddaqalan obrazları qeyd etmək olar.
Azərbaycan radiosunun qızıl fondun-
da Yusif Muxtarovun səsi olan 350-
dən artıq bədii veriliş saxlanmaqdadır.
Azərbaycan dilində onun səsi ilə mindən
artıq film səsləndirilərək, YUNESKO-
nun iki qızıl diskində qorunur. Klassik
poeziyamızın təbliğatçısı kimi səsində
lentə alınmış Nizaminin, Füzulinin,
Nəsiminin şeirləri, radionun aparıcı dik-
torları ilə birgə yazılmış digər verilişlər
uzun müddət diləyicilərin yaddaşlarına
həkk edilmişdir.
1991-ci ildə “Əməkdar artist” fəxri
adına layiq görülmüş, 1999-cu ildə
Türkiyənin İstanbul Hərbi Hava Aka-
demiyasının qızıl medalı, 2003-cü ildə
isə Tehranda keçirilən Beynəlxalq Teatr
festivalının qızıl medalı ilə təltif edilmiş-
dir. 2002-ci il noyabr ayının 7-də Bakı
Bələdiyyə Teatrının 10 illiyi ilə əlaqədar
Prezident Heydər Əliyevin Fərmanı ilə
Yusif Muxtarova “Xalq artisti” fəxri
adı verilmişdir. Bakı Bələdiyyə Teatrı-
nın Azərbaycan ordusunun hərbiçiləri
qarşısında müntəzəm və davamlı çıxış-
larının təşkilinə görə 2005-ci ildə Teatr
Xadimləri İttifaqının təsis etdiyi “Qızıl
Dərviş” mükafatına layiq görülmüşdür.
Yusif Mehdi oğlu Muxtarov 2010-cu
il aprel ayının 26-da vəfat etmişdir.
Ə d ə b i y y a t
Kərimov, İ. Onun işıqlı xatirəsi
yaddaşlarda yaşayır: Yusif
Muxtarov-70 /İ.Kərimov
//Mədəniyyət.- 2011.- 22 iyul.-
S. 12.
Qocayeva, Ə. Unudulmaz
sənətkar /Ə.Qocayeva //Respub-
lika.- 2011.- 27 aprel.- S. 7.
Oktay. “Nə xoşbəxt imişəm”!..
/Oktay //Xalq cəbhəsi.- 2012.- 15
mart.- S. 13.
Səməndər, R. Yusif Muxtarov-70
/R.Səməndər //Ayna.- 2011.- 23
iyul.- S. 20.
İ n t e r n e t d ə
www.anl.az
www.az.wikipedia.orq
www.adam.az
23
Aktyor
138
Milli Qəhrəmanlar
70
illiyi
Yelmar Edilov
1946-1994
APREL
Yelmar Şahmar oğlu Edilov 1946-cı
il aprel ayının 10-da Ağdam rayonunda
anadan olmuşdur. 1954-1964-cü illərdə
Əlimədədli kənd orta məktəbində təhsil
almış, sonra isə Ağdam Kənd Təsərrüfatı
Texnikumuna daxil olmuşdur. 1964-
cü ildə Minsk şəhərində hərbi xidmət
keçmiş, hərbi xidmətdən ikinci qrup
əlil kimi tərxis olunaraq texnikumda
yarımçıq qalmış təhsilini davam etdir-
mişdir. 1988-ci ildə Qərbi Azərbaycan
ərazisindən soydaşlarımızın deporta-
siya edilməsi zamanı Yelmar könüllü
özünümüdafiə batalyonlarının yara-
dılmasını təkid etmiş və bu işə yalnız
1990-cı ildən sonra başlanmışdır.
1991-ci ilin əvvəllərindən başlayaraq
Ağdamın bir çox kəndləri erməni işğal-
çıları tərəfindən gecə-gündüz atəşə tutul-
muş, Yelmar Edilovun rəhbərliyi ilə Ko-
lanı kəndində yaradılmış özünümüdafiə
batalyonu Ağdamda dəfələrlə ermənilərə
lazımi cavab vermişdilər. Qazançı,
Sırxavənd, Manikli kəndləri uğrun-
da gedən döyüşlərdə rəşadətlə vuruş-
muş, 1993-cü ilin iyununda Şahbulaq
yüksəkliyi uğrunda döyüşə rəhbərlik et-
miş, yüksəkliyi ələ keçirmiş, lakin əlavə
kömək gəlmədiyinə görə geri çəkilməli
olmuşdur. 1994-cü ilin aprelində “Çərik”
istiqamətində düşmən hücumunun qarşı-
sı alınmış, düşmənin iki tankı və onlarla
canlı qüvvəsi məhv edilmişdir. Həmin
döyüşdə komandir Yelmar Edilov həlak
olmuş, lakin düşmənin irəliləməsinə im-
kan verməmişdir.
Azərbaycan Respublikası Preziden-
tinin 16 sentyabr 1994-cü il tarixli 203
saylı Fərmanı ilə Edilov Yelmar Şahmar
oğlu ölümündən sonra “Azərbaycanın
Milli Qəhrəmanı” fəxri adına layiq gö-
rülmüşdür. Bakı şəhərindəki II Şəhidlər
Xiyabanında dəfn edilmişdir.
Ə d ə b i y y a t
Azərbaycan Respublikası Müdafiə Nazirliyinin hərbi qulluqçularına “Azərbaycanın Milli Qəhrəmanı” adı verilməsi haqqında: [Edilov
Yelmar Şahmar oğlu - sıravi - Azərbaycan Respublikasının suverenliyinin və ərazi bütövlüyünün qorunmasında, Vətənimizin torpaq-
larının erməni işğalçılarından müdafiə edilməsində gedən döyüşlərdə qəhrəmanlıqla vuruşaraq göstərdiyi şəxsi igidlik və şücaətə, öz
müqəddəs əsgəri və xidməti borcunun yerinə yetirilməsində göstərdiyi misilsiz xidmətlərə görə]: Azərbaycan Respublikası Prezidentinin
Fərmanı, 16 sentyabr 1994-cü il //Azərbaycan.- 1994.- 21 sentyabr.- S.1.- (Ölümündən sonra).
Abbasoğlu, B. Yelmar Şahmar oğlu Edilov haqqında /B.Abbasoğlu //Ölərkən dünyaya gələn oğullar.- Bakı, 2004.- S.109-126.
Edilov Yelmar Şahmar oğlu //Azərbaycanın Milli Qəhrəmanları: biblioqrafiya /M.F.Axundov adına Milli Kitabxana: tərt. ed.
H.Həmidova.- Bakı, 2008.- S.47-48.
Əsgərov, V. Edilov Yelmar Şahmar oğlu /V.Əsgərov //Azərbaycanın Milli Qəhrəmanları.- Bakı, 2010.- S.63-64.
Seyidzadə, M. Edilov Yelmar Şahmar oğlu /M.Seyidzadə //Milli qəhrəmanlar zirvəsi.- Bakı, 2010.- S.48.
İ n t e r n e t d ə
www.adam.az
www.anl.az
www.az.wikipedia.org
www.milliqahraman.az
www.e-qanun.az
10
Milli Qəhrəman