141
Ə d ə b i y y a t
Heydər Əliyev Atatürk
haqqında /topl. tərt.
ed. S.Nəzərli.- Bakı:
AzAtaM, 2003.- 78 s.
Mustafa Kamal
Atatürk və türkçülük:
29 oktyabr 2005-ci
il: (Elmi konfran-
sın materialları)
/tərt. O.Musayev.-
Bakı: AzAtaM, 2006.-
73 s.
Nəzərli, S. Müdrik
Atatürk: gerçək
hekayətlər.- Bakı: Nur-
lan, 2006.-108 s.
Atalı, İ. Atatürk bütün
türklərin sevgisinə
layiqdir /İ.Atalı
//Türküstan.- 2014.-
18-24 may.- S.9.
Eyniyev, M. Ata-
türk /M.Eyniyev
//Respublika.-2015.-
25 aprel.- S.6.
Владимирский, А.В.
Великий Ататюрк:
«Отец народа»,
«Человек Судьбы»
/А.В.Владимирский.-
М.: Яуза, Эксмо,
2014.-348 с.
İ n t e r n e t d ə
www.az.wikipedia.org
www.anl.az
Dövlət xadimi
Mustafa Kamal Atatürk
1881-1938
Mustafa Kamal Atatürk 1881-ci il ap-
rel ayının 19-da Osmanlı imperiyasına
məxsus Səlanikdə (indiki Yunanıstanın Sa-
lonika şəhəri) anadan olmuşdur. 1896-1899-
cu illərdə müasir Makedoniya ərazisində
yerləşən Manastır Hərbi məktəbini bitirərək
İstanbul Hərb Məktəbinə qəbul olunmuşdur.
1902-ci ildə zabit rütbəsi ilə məzun olmuş,
Hərbi Akademiyada təhsilini davam etdir-
mişdir. 1905-ci il yanvar ayının 11-də kapitan
rütbəsi ilə akademiyanı bitirmiş, 1905-1907-
ci illər arasında Dəməşqdə 5-ci Orduda xidmət
etmiş, 1907-ci ildə adyutant rütbəsi almışdır.
1909-cu il aprel ayının 19-da İstanbula daxil
olan Hərəkat Ordusunda qərargah rəisi ola-
raq xidmət etmişdir. 1910-cu ildə Fransaya
göndərilmiş, Pikardi Manevralarındə iştirak
etmiş, 1911-ci ildə İstanbulda Baş Qərargah
Mərkəzində xidmətə başlamışdır.
1911-1912-ci illərdə baş vermiş Osmanlı-
İtaliya müharibəsi zamanı Tobruk və Dərnə
bölgəsində xidmət etmiş, 31 oktyabr 1918-ci
ildə İldırım Orduları Qrupuna komandir təyin
olunmuş, bu ordunun ləğvindən sonra 13 no-
yabr 1918-ci il tarixində İstanbula gələrək
Müdafiə Nazirliyində çalışmışdır.
1919-cu ildə Samsuna getmiş, 23 iyul-7
avqust tarixləri arasında Ərzurum, 4-11 sent-
yabr tarixləri arasında isə Sivas Konqresini
çağıraraq ölkənin işğal olunmuş ərazilərinin
geri qaytarılması üçün görülməsi lazım olan
işləri müəyyənləşdirmişdir. 1919-cu ilin de-
kabr ayında Ankarada böyük ruh yüksəkliyi
ilə qarşılanmış, 1920-ci il aprel ayının 23-də
Türkiyə Böyük Millət Məclisinin fəaliyyətə
başlamasından sonra Türkiyə Respublikası-
nın qurulması yolunda əhəmiyyətli addımlar
atmışdır. Məclis və hökumət başqanlığına
seçilmiş, Türkiyə Böyük Millət Məclisinin
Qurtuluş Savaşının uğurla nəticələnməsi üçün
lazımi qanunlar qəbul edib onların tətbiqinə
başlanmasını təmin etmişdir.
Sakarya zəfərindən sonra 1921-ci il sent-
yabr ayının 19-da Türkiyə Böyük Millət
Məclisi Mustafa Kamala marşal rütbəsi və
qazi titulu vermişdir. Qurtuluş Savaşı 24 iyul
1923-cü ildə imzalanan Lozanna müqaviləsi
ilə sona çatmışdır. Beləliklə, Sevr müqaviləsi
ilə parçalanması nəzərdə tutulan, türk xal-
qına 5-6 vilayət böyüklüyündə ərazi verilən
Türkiyə torpaqları üzərində, milli birliyə
əsaslanan yeni türk dövlətinin qurulması
üçün heç bir əngəl qalmamışdır.
1 noyabr 1922-ci il tarixində xilafət və
monarxiya bir-birindən ayrılmış, monar-
xiya ləğv edilmiş, Osmanlı İmperiyasının
mövcudluğuna son qoyulmuşdur. Türkiyə
1923-cü il oktyabr ayının 29-da respublika
elan edilmiş, Atatürk yekdilliklə ilk prezi-
dent seçilmişdir. 30 oktyabr 1923-cü ildə
İsmət İnönü tərəfindən respublikanın ilk
hökuməti qurulmuşdur. Türkiyə Respubli-
kası “Hakimiyyət qeyd-şərtsiz millətindir”
və “Yurdda sülh, cahanda sülh” ideologiyası
əsasları üzərində qurulmuşdur. 1927, 1931,
1935-ci illərdə Türkiyə Böyük Millət Məclisi
tərəfindən yenidən prezident seçilmişdir.
Atatürk 1938-ci il noyabr ayının 10-da
İstanbulda, Dolmabaxça sarayında vəfat et-
mişdir. Cənazəsi müvəqqəti olaraq Ankara
Etnoqrafiya Muzeyində dəfn edilmiş, mavzo-
leyi tikildikdən sonra 10 noyabr 1953-cü ildə
oraya köçürülmüşdür.
Ümummilli lider Heydər Əliyev Atatürkə,
Türkiyəyə və türk dünyasına ehtiramı-
nın əlaməti olaraq, 9 mart 2001-ci il tarixli
Sərəncamla qardaş Türkiyə ilə tarixi, milli-
mənəvi, mədəni bağlılığımızın inkişafı üçün
mühüm əhəmiyyət daşıyan Atatürk irsinin,
ümumiyyətlə, türk tarixi və mədəniyyətinin
daha dərindən öyrənilməsi və təbliğ olun-
ması məqsədi ilə bir təsisat - Azərbaycanda
Atatürk Mərkəzini yaratmışdır. Bakıda Ata-
türkün adını daşıyan prospekt və park salın-
mış, abidəsi ucaldılmışdır. Atatürk adına lisey
fəaliyyət göstərir.
135
illiyi
Siyasət.Hüquq.Hərbi iş
19
APREL