94
Aktyor
Teatr.Kino
120
illiyi
21
MART
Kazım Ziya
1896-1956
Ə d ə b i y y a t
Səhnə dili haqqında
/K.Ziya.- Bakı: AzSSR,
1947.- 77 s.
Kazımov, T. Kazım
Ziya.- Bakı: Azərnəşr,
1968.- 95 s.
Böyük səhnənin unudul-
maz adı - Kazım Ziya:
həm gözəl aktyor, həm
tərcüməçi //Azadlıq.-
2012.- S. 14.
Kazım Ziya
//Azərbaycan Sovet
Ensiklopediyası: 10
cilddə.- Bakı, 1981.-
C.5.- S.209.
Rəhimli, İ. Kazım Ziya
/İ.Rəhimli //Rəhimli
İ. Azərbaycan teatr
tarixi.- Bakı, 2005.-
S.258-259.
İ n t e r n e t d ə
www.az.wikipedia.org
www.anl.az
Kazım Cəfər oğlu Kazımzadə (Kazım
Ziya) 1896-cı il mart ayının 21-də Ordu-
bad rayonunun Yuxarı Əylis kəndində
anadan olmuşdur. Yeniyetmə yaşların-
dan ərəb və fars dillərini mükəmməl
öyrənmişdir. Sonralar rus və fransız
dillərini də mənimsəyən gənc 1911-ci
ildə əmisi Hüseynin ailəsi ilə Bakıya
köçmüşdür. 1912-ci ilin payızında “İtti-
had” İran gimnaziyasına daxil olmuşdur.
Bir il sonra Kazım məktəbdə ədəbiyyat
dərnəyi yaratmış, 1914-cü ildə Hü-
seyn Ərəblinski başda olmaqla teatr
fədailəri “İttihad” məktəbində xeyriyyə
məqsədilə Əbdürrəhim bəy Haqverdiye-
vin “Bəxtsiz cavan” faciəsinin tamaşası-
nı hazırlamış, bununla da öz taleyini teatr
sənətinə bağlamışdır. Milli Dram Teat-
rının tamaşalarında fəal iştirak etsə də,
truppanın ştatına 1922-ci ildə götürül-
müşdür. Bir müddət Naxçıvana getmiş,
1925-ci ildə yenidən Bakıya qayıdaraq
Bakı Türk İşçi və Kəndli Teatrının trup-
pasına daxil olmuşdur. Bakı Türk İşçi
Teatrı 1933-cü ildə Gəncəyə köçərkən
Kazım Ziya da doğma kollektivdən ay-
rılmamışdır. 1936-cı ildən 1938-ci ilədək
Tiflisdə və İrəvandakı dövlət teatrların-
da aktyorluq etmiş, 1938-ci ildə Bakı-
ya gələrək Milli Dram Teatrının trup-
pasına daxil olmuşdur. Həm faciə, həm
də məhəbbət qəhrəmanlarını, xeyirxah
insan obrazlarını oynamış Kazım Ziya
mürəkkəb səciyyəli xarakterik rollarda
əsl sənət qələbələri qazanmışdır. Səlis
səhnə danışığı, aydın və məftunedici
diksiyası, yüksək səhnə mədəniyyəti,
dərin mütaliəsi, geniş dünyagörüşü ilə
işlədiyi bütün teatrlarda kollektivin bö-
yük rəğbətini qazanmış Kazım Ziyanın
zəngin yaradıcılığı öz dəyər və mənası ilə
milli teatr sənətimizin parlaq səhifələrini
təşkil edir. Səhnə səmimiyyəti və yüksək
intellektuallığı ilə seçilən aktyorun Mil-
li Dram Teatrında yaratdığı əsas rol-
lardan: Arif, Dərviş (“İblis” və “Şeyx
Sənan”, H.Cavid), Vaqif, Söhbət (“Va-
qif” və “Xanlar”, S.Vurğun), Surxay,
Usta Segah (“Toy” və “Xoşbəxtlər”,
S.Rəhman), Piri baba (“Eşq və intiqam”,
S.S. Axundov), Şeyx Nəsrulla (“Ölülər”,
C.Məmmədquluzadə) və b. göstərmək
olar.
“Bismillah”, “Səbuhi” filmlərinə
çəkilmiş, L.Tolstoyun “Canlı me-
yit”, H.İbsenin “Cəmiyyət sütunları”,
V.Sobkonun “İkinci cəbhə arxasın-
da”, A.Dümanın “Qanlı qala” (“Nel
qülləsinin sirri”) pyeslərini və digər
dramları dilimizə tərcümə etmişdir.
Kazım Ziya 17 iyun 1943-cü ildə
birbaşa “Azərbaycan Respublikasının
Xalq artisti” fəxri adına layiq görülmüş-
dür. 1948-ci ildə “Şərqin səhəri” (Ənvər
Məmmədxanlı) tamaşasının bir qrup
yaradıcı heyəti ilə birgə Stalin mükafatı
laureatı və “Lenin“ ordeni laureatı ol-
muşdur.
Görkəmli sənətkar Kazım Ziya 1956-
cı il noyabr ayının 20-də Bakıda vəfat et-
miş, Fəxri Xiyabanda dəfn olunmuşdur.
95
130
illiyi
Sidqi Ruhulla
1886-1959
MART
Ruhulla Fətulla oğlu Axundov (Sid-
qi Ruhulla) 1886-cı il mart ayının 28-də
Bakıda anadan olmuşdur. İlk təhsilini
molla məktəbində alan Sidqi Ruhulla
sonralar Bakıda tacir şagirdi işləmişdir.
İlk dəfə Hüseyn Ərəblinskinin quru-
luş verdiyi Nəcəf bəy Vəzirovun “Adı
var, özü yox” tamaşasında Telli rolunda
çıxış etmişdir. Aktyor Namiq Kama-
lın “Vətən” dramındakı Sidqi rolunda
böyük uğur qazandığına görə həmin
adı özünə təxəllüs götürmüşdür. Sidqi
Ruhulla “Nicat”, “Səfa”, “Həmiyyət”
cəmiyyətlərinin teatr truppalarında,
Abbasmirzə Şərifzadənin rəhbərlik et-
diyi “Müsəlman artistləri ittifaqı”nda,
“Zülfüqar bəy və Üzeyir bəy Hacıbəyli
qardaşlarının müdiriyyəti”ndə, Hü-
seyn Ərəblinskinin müxtəlif teatr
dəstələrində, özünün yaratdığı dəstə-
truppada müxtəlif rollarda çıxış et-
mişdir. 1913-cü ildə Moskva teatrla-
rında təcrübə keçən Sidqi İranda və
Gəncədə “Ərəbli”, “Ərəblinski” imza-
ları ilə tamaşalar hazırlamış və özü də
baş rollarda çıxış etmişdir. Aktyor İra-
nın Rəşt, Qəzvin, Xoy şəhərlərində ilk
teatr təşkilatçısı olmuş, Təbrizdə səhnə
sənətinin təbliği məqsədilə “Xeyriyyə”
cəmiyyəti yaratmışdır. Azərbaycanın
qədim paytaxtı olan Təbriz şəhərində
peşəkar teatrın təşəkkülü və inkişafı
onun adı ilə bağlıdır. Özbəkistan Res-
publikasının paytaxtı Daşkənddə Üze-
yir bəy Hacıbəylinin “Leyli və Məcnun”
(30 dekabr, 1916) və “Əsli və Kərəm”
(13 yanvar, 1917) operalarını yerli
özbək və tatar teatr həvəskarlarının işti-
rakı ilə tamaşaya hazırlamışdır. Tiflisdə
isə məşhur bəstəkar Məşədi Cəmil
Əlibəyovun “Seyfəlmülük” operasını
səhnəyə qoymuşdur.
Üç yüzdən çox irili-xırdalı rol oy-
namış, həm ayrı-ayrı truppalarda, həm
də dövlət teatrında rejissorluq etmişdir.
O, Azərbaycan klassiklərindən demək
olar, əksəriyyətinin pyeslərində bir
neçə quruluşda əsas rolları oynamışdır.
Akademik Milli Dram Teatrının 1948
və 1959-cu illərdə Moskva qastrolları
zamanı Sidqi Ruhullanın oyunu dün-
ya şöhrətli rus teatrşünasları tərəfindən
çox yüksək qiymətləndirilmişdir. Akt-
yor “Şərqin səhəri” tamaşasındakı Ağa-
larov roluna görə 1938-ci ildə bir qrup
yaradıcı heyətlə birgə Stalin mükafatına
layiq görülmüşdür.
Milli
teatrın
inkişafındakı
xidmətlərinə görə 1931-ci ildə “Res-
publikanın Əməkdar artisti”, 1938-
ci ildə “Xalq artisti” və 1949-cu ildə
“SSRİ Xalq artisti” fəxri adları ilə təltif
edilmişdir.
Azərbaycan teatrının ən cəfakeş,
fədakar, maarifpərvər sənətkarı Sidqi
Ruhulla 1959-cu il may ayının 5-də
vəfat etmiş və Bakıda Fəxri Xiyabanda
dəfn edilmişdir.
Ə d ə b i y y a t
Cəfərov, M.C. Sidqi
Ruhulla.- Bakı: Azərnəşr,
1956.- 44 s.
Böyük sənət yolçusu -
Sidqi Ruhulla //Azadlıq.-
2011.- 30 iyul.- S. 14.
Rəhimli, İ. Sidqi Ruhulla
/İ.Rəhimli //Rəhimli, İ.
Azərbaycan teatr tarixi.-
Bakı, 2005.- S.283-287.
Seyidzadə, T. Onun sənəti
ölməzdir /T.Seyidzadə
//Azad Azərbaycan.-
2013.- 3 aprel.- S.7.
Zümrüd. Azərbaycan teatr
sənətinin böyük ustadı
//Səs.- 2013.- 29 mart.-
S.12.
İ n t e r n e t d ə
www.az.wikipedia.org
www.anl.az
www.youtube.com
31
Aktyor
MART
28
Teatr.Kino