92
Teatr.Kino
105
illiyi
Ağadadaş Qurbanov
1911-1965
MART
Ağadadaş Gülməmməd oğlu Qurba-
nov 1911-ci il mart ayının 8-də Bakının
Saray kəndində anadan olmuşdur. Uşaq
ikən valideynlərini itirmiş, əmisinin
himayəsində böyümüşdür. Hələ uşaq
yaşlarından incəsənətə, teatra böyük
maraq göstərmiş, 1927-ci il mart ayı-
nın 15-də “Dənizçilər klubu”nda Lətif
Kərimlinin “Fırtına” pyesinin tamaşa-
sında ilk rolunu oynamışdır. Bunun-
la da Bakıda Fəhlə Uşaqlar Teatrının
(sonralar Gənc Tamaşaçılar Teatrı)
bünövrəsi qoyulmuşdur. Aktyor Gənc
Tamaşaçılar Teatrında C.Cabbarlının
“Aydın” (Aydın), M.F.Axundzadənin
“Molla İbrahimxəlil kimyagər” (Mol-
la İbrahimxəlil), N.Vəzirovun “Hacı
Qəmbər” (Hacı Qəmbər), F.Şillerin
“Qaçaqlar” (Karl Moor), N.Qoqolun
“Müfəttiş” (Xlestakov), R.Taqorun “Qa-
neşin yolu” hekayəsi əsasında “Əfilər”
(Qaneş) pyeslərinin tamaşalarında
müxtəlif obrazlar yaratmışdır.
1952-ci ildən ömrünün sonunadək
Milli Dram Teatrında çalışmışdır. O, bu
teatrda Mirzə Səməndər, Əbu Übeyd, Öt-
gün (“Almaz”, “Od gəlini” və “Dönüş”,
C.Cabbarlı), Şeyx Mərvan və Şeyx Sənan,
Səyavuş (“Şeyx Sənan” və “Səyavuş”,
H.Cavid), Kamillo (“Qış nağılı”,
V.Şekspir), İbrahim xan və Vaqif (“Va-
qif”, S.Vurğun), Şults (“Uzaq sahillərdə”,
İ.Qasımov və H.Seyidbəyli), İvanov
(“Göz həkimi”, İ.Səfərli), Dəmirçi Musa
(“Toy”, S.Rəhman), Yəhudi (“Mariya
Tüdor”, V.Hüqo), Kamal (“Məhəbbətin
hökmü”, C.Məcnunbəyov), Hacı Qara
(“Hacı Qara”, M.F. Axundzadə), (“Yaxşı
adam”, M.İbrahimov), Professor Mud-
rov (“Şirvan gözəli”, Ə.Məmmədxanlı),
Akif (“Həyat”, M.İbrahimov) kimi on-
larca parlaq və yaddaqalan rollarda çıxış
etmişdir.
O dövrün aktyorlarının əksəriyyəti
kimi Ağadadaş Qurbanov da dəfələrlə
kino çəkilişlərinə dəvət almış, çox ma-
raqlı ekran əsərləri yaratmışdır. 1941-
ci ildə “Səbuhi”, 1956-da “Şamdan
bəy”, 1957-də “Qızmar günəş altın-
da”, 1959-da “Bir qalanın sirri”, 1960-
da “Koroğlu”, 1961-də “Bizim küçə”,
“Kölgələr sürünür”, 1965-də “Arşın mal
alan” və s. filmlərə çəkilmişdir. Onun
çox uğurlu kino qəhrəmanlarından biri
Argentina yazıçısı O.Draqunun “İtə
çevrilən adam” hekayəsi əsasında rejis-
sor Kamil Rüstəmovun ekranlaşdırdığı
“Zənçirlənmiş adam” filmindəki Alvar-
do obrazı olmuşdur.
Azərbaycan Dövlət Gənc Tamaşa-
çılar Teatrının banilərindən biri, həm
faciə, həm dram, həm də komediya
janrlı tamaşaların ifaçısı Ağadadaş Qur-
banov mədəniyyətimizin inkişafındakı
xidmətlərinə görə 17 iyun 1943-cü ildə
“Azərbaycan Respublikasının Əməkdar
artisti”, 27 fevral 1954-cü ildə “Xalq
artisti” fəxri adlarına layiq görülmüş,
“Şərəf nişanı” ordeni və medallarla təltif
olunmuşdur.
Görkəmli sənətkar 1965-ci il iyun
ayının 25-də faciəli şəkildə həlak olmuş,
Bakıda Fəxri xiyabanda dəfn olunmuş-
dur.
Ə d ə b i y y a t
Babayeva, Z. Ağa-
dadaş Qurbanov:
unudulmaz sənətkarlar
/Z.Babayeva
//Mədəniyyət.- 2011.-
11 mart.- S. 12.
Qurbanov Ağadadaş
//Azərbaycan Sovet
Ensiklopediyası: 10
cilddə.- Bakı, 1979.-
C.3.- S.276-277.
Qurbanova, F. Bir
faciənin qurbanı
/F.Qurbanova //Mədəni
həyat.- 2014.- №5.-
S.80-82.
Rəhimli, İ. Ağadadaş
Qurbanov /İ.Rəhimli
//Rəhimli İ. Azərbaycan
teatr tarixi.- Bakı,
2005.- S.347-348.
İ n t e r n e t d ə
www.adam.az
www.anl.az
www.az.wikipedia.org
www.youtube.com
Aktyor
MART
8
93
MART
15
Teatr.Kino
105
illiyi
Əyyub Haqverdiyev
1911-1996
Əyyub Məmmədəli oğlu Haqverdi-
yev 1911-ci il mart ayının 15-də Nax-
çıvanda anadan olmuşdur. 1930-cu
ildə Naxçıvan Pedaqoji Texnikumunu
bitirmişdir. Tələbə vaxtlarından, yəni
1929-cu ildən Naxçıvan teatrında akt-
yor işləmiş və heç vaxt səhnədən ayrıl-
mamışdır.
Ömrünün altmış ilə yaxın dövrünü
Naxçıvan teatrında keçirmişdir. Müxtəlif
səpkili rollarda uğurlar qazanmış akt-
yorun yaradıcılıq imkanları komik per-
sonajların ifasında daha ifadəli şəkildə
təcəssüm tapmışdır. Yaradıcılığı xarakter
əlvanlığı və janr müxtəlifliyi ilə seçilən
Əyyub Haqverdiyevin əsas rolları:
Dövlət bəy, İmamverdi, Əmirqulu, Aq-
şin, Mazandaranski, Şərif, Məmmədəli
bəy (“Aydın”, “1905-ci ildə”, “Yaşar”,
“Od gəlini”, “Oqtay Eloğlu”, “Almaz”
və “Sevil”, C.Cabbarlı), Serqo (“Şeyx
Sənan”, H.Cavid), Kürd Musa, Xos-
rov (“Vaqif” və “Fərhad və Şirin”,
S.Vurğun), Mehdi (“Qaçaq Nəbi”,
S.Rüstəm), Pardon Qurbanəli (“Həyat”,
M.İbrahimov), Qoca Moor (“Qaçaqlar”,
F. Şiller), Əhmədi Biqəm (“Adamın ada-
mı”, Anar), Taveriya (“Sevilya ulduzu”,
Lope de Veqa), Məşədi Oruc (“Ölülər”,
C.Məmmədquluzadə), Məmiş (“İtiril-
miş sağlıq”, H.İbrahimov) obrazlarıdır.
Aktyor teatrın opera və operet-
ta tamaşalarında da səhnə obrazları
ifa etmişdir. Bunların arasında Üzeyir
bəy Hacıbəylinin “Leyli və Məcnun”
(Məcnunun atası), “Əsli və Kərəm”
(Keşiş) operalarında, “Məşədi İbad”
(Məşədi İbad), “Arşın mal alan” (Vəli)
operettalarında, Şıxəli Qurbanov və Sü-
leyman Ələsgərovun “Olmadı elə, oldu
belə” (Alanzadə), “Özümüz bilərik”
(Bəbirli), Məhərrəm Əlizadə və Fikrət
Əmirovun “Gözün aydın” (Qəhrəman),
Süleyman Rüstəm və Səid Rüstəmovun
“Durna” (Dursun) musiqili komedi-
yalarında yaratdığı rollar tamaşaçılar
tərəfindən böyük maraqla qarşılanmış-
dır.
Azərbaycan mədəniyyətinin inkişa-
fındakı xidmətlərinə görə 17 iyun 1943-
cü ildə “Azərbaycan Respublikasının
Əməkdar artisti”, 14 oktyabr 1964-cü
ildə “Xalq artisti” fəxri adlarına layiq
görülmüşdür.
Qocaman yaşında da səhnədən uzaq
düşməyən aktyor Əyyub Haqverdiyev
1996-cı il iyul ayının 7-də Naxçıvanda
vəfat etmişdir.
Ə d ə b i y y a t
Haqverdiyev Əyyub
//Azərbaycan Sovet
Ensiklopediyası: 10
cilddə.- Bakı, 1987.-
C.10.- S.125.
Haqverdiyev Əyyub
//Naxçıvan Ensiklope-
diyası.- Bakı, 2002.-
S.177-178.
Rəhimli, İ. Əyyub
Haqverdiyev /İ.Rəhimli
//Rəhimli İ. Azərbaycan
teatr tarixi.- Bakı,
2005.- S.229.
İ n t e r n e t d ə
www.anl.az
adam.az
www.az.wikipedia.org
www.musigi-dunya.az
Aktyor