Kbt я25 uot (059) Baş redaktor


Musiqi.Opera.Balet 155



Yüklə 6,03 Mb.
Pdf görüntüsü
səhifə42/204
tarix24.12.2017
ölçüsü6,03 Mb.
#17748
1   ...   38   39   40   41   42   43   44   45   ...   204

90

Musiqi.Opera.Balet

155 

illiyi

MART

8

Cabbar Məşədi İsmayıl oğlu (Cabbar 

Qaryağdı  oğlu)  1861-ci  il  mart  ayının 

31-də Şuşada anadan olmuşdur. O, uşaq 

yaşlarından  xanəndəlik  sənətinə  həvəs 

göstərmiş və ilk təhsilini Şuşada Xarrat 

Qulunun məktəbində almışdır.

Muğam, dəsgah, təsnif, el mahnıları-

nı xalq şənliklərində məharətlə oxumuş 

və  tezliklə  Qarabağda  şöhrət  qazan-

mışdır.  Azərbaycanda  opera  sənətinin 

meydana  gəlməsində  onun  rolu  böyük 

olmuş,  opera  səhnəmizin  ilk  aktyoru 

kimi  Əbdürrəhim  bəy  Haqverdiyevin 

1887-ci ildə hazırladığı “Məcnun Leyli-

nin məzarı üstündə” musiqili səhnəsində 

Məcnun rolunu ifa etmişdir. Bir müddət 

tarzən  Sadıq  Əsəd  oğlunun  (Sadıqcan) 

sazandalar dəstəsi ilə çıxış etmiş, məşhur 

xanəndə  kimi  Bakı,  Gəncə  şəhərlərinə, 

Şamaxı, Ağdaş rayonlarına dəvət olun-

muşdur.


1900-1905-ci 

illərdə 


tarzən 

M.F.Rzayev və kamança ifaçısı Məşədi 

Qulu  ilə  Bakıda  müvəffəqiyyətlə  çıxış 

etmişdir.

1905-ci ildə xanəndə tarzən Q.Pirimov 

və  kamançaçalan  S.Oqanezaşvilidən 

ibarət trio yaratmışdır. Onun səsi 1906-

1912-ci illərdə Kiyevdə “Qrammafon”, 

Moskvada  “Sportrekord”  və  Varşava-

da  “Ekstrafon”  aksioner  cəmiyyətləri 

tərəfindən  qrammafon  valına  yazılmış-

dır. 1912-ci ildə Varşavadan qayıdarkən 

C.Qaryağdı  oğlu  Moskvada  “Şərq” 

konsertləri  vermiş,  “Kürd-şahnaz”, 

“Mahur”,  “Bayatı-Qacar”,  “Heyra-

tı”,  xüsusilə  “Mənsuriyyə”  muğam-

larını  müstəsna  ustalıqla  ifa  etmişdir. 

C.Qaryağdı  oğlu  Azərbaycan  Dövlət 

Konservatoriyasının  yaradıcılarından 

olmuş,  klassik  xalq  musiqisindən  dərs 

demiş, gənc kadrların yetişdirilməsində 

böyük  işlər  görmüşdür.  Azərbaycan 

Dövlət  Konservatoriyasının  nəzdində 

Bülbülün  rəhbərlik  etdiyi  xalq  musiqi-

sini  öyrənən  elmi-tədqiqat  kabinetində 

300-ə yaxın mahnı və təsnif, təqribən 70 

xalq musiqi parçası onun ifasında lentə 

yazılmış, S.Rüstəmov isə 50 xalq mah-

nısını nota köçürmüşdür.

Azərbaycan  Dövlət  Filarmoniya-

sının  və  Azərbaycan  Radiosunun  so-

listi  olmuş  xanəndə  30-dan  artıq  mah-

nı  bəstələmişdir.  Onu  məşhur  italyan 

müğənnisi  E.Karuzo  ilə  müqayisə 

etmişlər.

F.Şalyapin  və  S.Yeseninlə  tanış  ol-

muşdur.  Yesenin  onu  “Şərq  musiqisi-

nin  peyğəmbəri”  adlandırmışdır.  Onun 

“Azərbaycan  musiqisinin  keçmişi  haq-

qında xatirələr” əlyazmasında XIX əsrin 

xanəndə və musiqiçilərindən, muğamla-

rın  tarixindən,  təsnif  və  mahnılarından 

bəhs edilir. 

1935-ci ildə “Azərbaycanın Xalq ar-

tisti” fəxri adına layiq görülmüş və bir 

qədər  sonra  “Şərəf  nişanı”  ordeni  ilə 

təltif edilmişdir. 

Məşhur  xanəndə  Cabbar  Qaryağdı 

oğlu  1944-cü  il  aprel  ayının  20-də,  83 

yaşında vəfat etmişdir.

Bakının  Lökbatan  qəsəbəsindəki  9 

saylı  uşaq  musiqi  məktəbi  xanəndənin 

adını daşıyır.

Ə d ə b i y y a t

Cabbar Qaryağdı-

oğlu[Səsyazma]: Disk 

6//Azərbaycan muğamı 

interaktiv audiovizual 

sistem:8 diskdə /Heydər 

Əliyev Fondu ; [tərtibat 

Çaşıoğlu Multimedia Re-

gionların İnkişafı İctimai 

Birliyi].-Bakı: Heydər 

Əliyev Fondu, [2009].

Yusif qızı, Z. Şərq mu-

siqisinin peyğəmbəri: 

C.Qaryağdı oğlunun 

həyat və yaradıcılığı 

/Z.Yusif qızı.- Bakı: Şərq-

Qərb, 2008.- 159 s. 

Пророк восточной 

музыки: жизнь и 

творчество Джаббара 

Гарягдыоглу: 

посвящается 150-

летию со дня рождения 

Джаббара Гарягдыоглу; 

/Земфира Сафарова; 

ред. С. М. Ибрагимова /

Фонд Гейдара Алиева; 

Фонд Култьуры 

Азербайджана.-Баку: 

Şərq-Qərb, 2011.-215 с.

İ n t e r n e t d ə

www.anl.az

www.adam.az

www.az.wikipedia.org

www.musigi-dunya.az

 

Xanəndə

Cabbar Qaryağdı oğlu

1861-1944

31



91

Musiqi.Opera.Balet

80 

illiyi

Rafiq Babayev  

1936-1994

Rafiq Fərzi oğlu Babayev 1936-cı il 

mart ayının 31-də Bakı şəhərində ana-

dan olmuşdur.

1943-cü  ildə  musiqi

 

məktəbinə  da-



xil  olan  Rafiq  ilk  caz  kvartetini  məhz 

bu  məktəbdə  yaratmışdır.  1950-ci  ildə 

həmin məktəbi bitirərək, A.Zeynallı adı-

na Musiqi məktəbinin fortepiano sinfinə 

daxil  olmuş,  R.S.Levinanın  sinfində 

təhsil  almışdır.  Bu  məktəbdə  təhsil  al-

maqla  yanaşı,  Xalq  Çalğı Alətləri An-

samblının  musiqi  rəhbəri  vəzifəsində 

çalışmışdır. O, caz musiqisi ilə də ma-

raqlanmış  və  improvizasiya  ustalığını 

təkmilləşdirmişdir.

1954-cü  ildə  buraxılış  imtahanın-

da  onun  ifa  etdiyi  proqrama  klassik 

əsərlərlə yanaşı, amerikalı caz pianoçu-

su Bill Evensin kompozisiyası da daxil 

edilmişdi.  Sonradan  özünü  bütünlüklə 

caz  musiqisinə  həsr  etmişdir.  1959-cu 

ildə  Rafiq  Babayev  konservatoriyanı 

bitirib rəhbərlik etdiyi caz-instrumental 

ansamblı  ilə  keçmiş  Sovet  İttifaqı 

ölkələrinə uzunmüddətli qastrol səfərinə 

çıxmışdır.

Görkəmli müğənni Rəşid Behbudov-

la tanışlıq onun həyatında böyük rol oy-

namışdır. 1967-ci ildə Rəşid Behbudov 

Mahnı  Teatrını  yaradanda  R.Babayev 

bu  teatrın  musiqi  rəhbəri  vəzifəsinə 

dəvət  edilmişdir.  R.Behbudovla  birgə 

teatrlaşdırılmış böyük konsert proqramı 

hazırlamağa başlamışlar. 

1967-ci  ildə  Tallin  şəhərində 

keçirilən  Beynəlxalq  Caz  Festivalında 

onun ansamblı laureat olmuş, “Bayatı-

kürd”  ladında  ifa  edilmiş  kompozisi-

yası  xüsusi  qeyd  edilmişdir.  Müxtəlif 

illərdə bu kollektivin heyətində Genna-

di Stepanişşev (fleyta, saksofon), Rauf 

Sultanov  (bas-gitara),  Ələsgər  Abba-

sov  (gitara),  Səyavuş  Kərimi  (ud,  kla-

vişli  alətlər),  Cəmil  Əmirov  (klavişli 

alətlər), Tofiq Cabbarov (zərb alətləri), 

Firuz  İsmayılov  (sintezator),  Ramin 

Sultanov (zərb alətləri), Emil Həsənov 

(bas-gitara), Vaqif Əliyev (zərb alətləri) 

və  başqa  peşəkar  musiqiçilər  fəaliyyət 

göstərmişlər.

1991-ci ildə Rafiq Babayev “Cəngi” 

folklor-caz kollektivini yaratmış və mu-

siqi  layihələrinin  həyata  keçirilməsinə 

kömək edən Səsyazma Studiyası təşkil 

etmişdir.  Folklor  çalğı  alətlərindən 

istifadə  etməklə,  onları  qeyri-adi  har-

moniya  ilə  zənginləşdirərək,  dünyanın 

ilk baxışda bir-birinə zidd cəhətlərini - 

Qərbə və Şərqə xas olan musiqini melo-

dik tərzdə birləşdirərək gözəl kompozi-

siyalar yaratmışdır.

1993-cü  ildə  görkəmli  musiqiçi, 

bəstəkar,  oranjimançı  Rafiq  Babayevə 

“Azərbaycanın  Xalq  artisti”  fəxri  adı 

verilmişdir.

1994-cü il mart ayınının 19-da erməni 

ekstremistlərinin  metro  stansiyasında 

törətdikləri partlayış nəticəsində onlarla 

günahsız həmyerlimiz kimi Rafiq Baba-

yev də faciəli şəkildə vəfat etmişdir. 

25  saylı  uşaq  musiqi  məktəbi  onun 

adını  daşıyır.  Haqqında  “Kədərimiz... 

Vüqarımız...  (1998),  “Günorta  qatarı” 

(2003) filmləri çəkilmişdir.



Pianoçu

Ə d ə b i y y a t 

Fərhadov, R. Rafiq Baba-

yev: mövzu və improvizə 

/R.Fərhadov, F.Babayeva.- 

Bakı, 2012.- 245 s.

Rafiq Babayev [Elektron 

resurslar] /Heydər Əliyev 

Fondu; mətn R.Fərhadov; 

layih. koord. P.İsmayılova; 

prod. F.Babayeva; musiqi 

red. C.Əmirov.- Bakı: 

[mega basın], 2008.-8 

elektron opt. disk. (CD 

ROM, DVD): musiqili, 

rəngli, 12 sm.+ [1] qoşma 

sənəd (96 s., şəkilli; 27 x 

16 sm.)

Mehparə. Rafiq Baba-

yev fenomeni /Mehparə          

//Mədəniyyət.- 2011.- 13 

may.- 12.

Oktay. Böyük virtuoz 

sənətçi /Oktay //Xalq 

cəbhəsi.- 2012.- 18 yan-

var.- S. 13.

İ n t e r n e t d ə

www.anl.az

www.az.wikipedia.org

www.heydar-aliyev-

foundation.org

www.kepeztv.az

www.mugamradio.az

MART

31


Yüklə 6,03 Mb.

Dostları ilə paylaş:
1   ...   38   39   40   41   42   43   44   45   ...   204




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə