Кәрбәлада чахан бир шимшәк


CƏmiyyƏtin başqalarının ƏmƏllƏrinƏ nƏzarƏtinin hƏddi



Yüklə 3,48 Mb.
səhifə14/14
tarix14.04.2018
ölçüsü3,48 Mb.
#38388
1   ...   6   7   8   9   10   11   12   13   14

CƏmiyyƏtin başqalarının ƏmƏllƏrinƏ nƏzarƏtinin hƏddi


Qərb ölkərində bu nəzarət o həddədir ki, kimsə cəmiyyətə zərər yetirmək istədikdə, hamı onun əməllərinə nəzarət etməyə başlayır. Daha doğrusu, bu işi görməyə məcburdurlar. Çünki, əks təqdirdə zərər onların özünə də toxunacaq. Bu səbəbdən də cəmiyyət bu hallarda başqasının işinə dəxalət edir. Əgər bu işin onlarla heç bir bağlılığı olmasa, onların maddi mənafeyinə təhlükə törətməsə, məsələyə qarışmırlar. Bu adamların etiqadına görə pis əməllə məşğul olan insan sonda özü zərər çəkəcəkdir və belə yerdə cəmiyyət həmin işə biganə qalıb deyir: “Mənə nə, sənə nə!”. Bu təbirlər həmin fərdyönlü cəmiyyətin sözləridir. Amma bu zərər başqalarına da yönəldikdə, əks-reaksiya göstərirlər.

MƏnƏvi işlƏrƏ nƏzarƏtdƏ qƏrbin baxışı


Bura qədər söylənilənlər ictimayönlü və fərdyönlü məktəblərin insanın maddi işlərinə qarşı olan baxışları idi. Amma görəsən onlar mənəvi məsələlərə necə baxırlar? Əgər bir rəftar cəmiyyətin mənəviyyatına zərər vursa, burada da başqalarının işinə nəzarət olunmalıdır, ya yox?

İndiyə qədər söhbət maddi məsələlərdən gedirdi. Fərdyönlü cəmiyyətin iqtisadi görüşləri bu idi ki, bir kəsin gördüyü işin xeyrinin və ya zərərinin bizə aidiyyəti yoxdursa, həmin adama mane olmaq lazım deyil. Bu məsələ az-çox qərb cəmiyyətinə hakim baxışlardır. Elmi dildə buna individualizm deyilir. Qərb ictimaiyyətçiləri başqalarının işinə nəzarəti ancaq maddi məsələlərdə düzgün bilirlər; mənəvi məsələlərdə, yəni iman, küfr, haqq, batil kimi işlərdə bu dəstə deyir: “Sənə nə! Bu artıq başqasının işinə dəxalət etməkdir!”

Qərbdə ayrı-ayrı fərdlərin işi dini, əxlaqi və digərlərinin mənəviyyatına aid olduqda, bunu tamamilə onların toxunulmaz haqqı bilirlər. Və heç kəsin həmin məsələyə dəxalət etməyə haqqı yoxdur.

MƏnƏvi işlƏrƏ nƏzarƏtdƏ İslamın gÖrüşlƏri


İslam yuxarıda deyilən hər iki baxışla müxalifdir. İslam dini insanları elə tərbiyə edir ki, fərdlər təkcə özlərinin deyil, başqalarının da fikrində olsunlar. Hətta namazda fərdlə Allahın arasında olan rabitədə belə müsəlmana “biz” demək buyurulur. “Mən” deməməlidir. Maddi işlərdə olduğu kimi, insanlar bir-birlərinin mənəvi işlərinə diqqət yetirməlidirlər.

Bir kəs cəmiyyətdə mənəvi pozğunluğa səbəb olacaq bir iş görərsə, onu həmin işdən çəkindirmək lazımdır. Bəlkə də mənəvi məsələlərdə nəhy əz münkər etmək daha vacibdir. Çünki, insan ruhunun maddiyyatdan daha üstün dərəcəsi var. Maddiyyat fanidir, amma mənəviyyat əbədidir və heç zaman itmir. Günaha batıb əbədi əzaba məhkum olmuş şəxsi, maddi atəşdə yanan birisi ilə müqayisə etmək olmaz. Bir nəfərin özünü yandırmaq və ya suda boğmaq istədiyini gördükdə, vicdanımız bu işə razı olurmu? Deyəcəksiniz ki, ürəyi belə istəyir, özü bilər?! Deməli, özünü odun içərisinə atmaq istəyən şəxsi zorla tutub saxlamalısınız. Bu ki, dünyəvi atəşdir və yaxıb-yandırmağı da bir neçə saatlıqdır. Bir neçə saatlıq əzab-əziyyətdən sonra yanıb məhv olursan və ağrılar da ölümlə qurtarır. Amma əbədi olaraq yanmağa səbəb olan bir işin qarşısını almaq daha vacib və zəruridir.

Quran bu barədə buyurur: “Onların dəriləri yanıb qurtardıqca, əzabı dadsınlar deyə, yeni dərilərlə əvəz edərik.”

Allah-taala buyurur ki, kafirləri cəhənnəmdə yandıranda dəriləri yanar və külə dönər. Yenidən əzab təkrarlansın deyə, onların bədənində yeni dəri bitirilər. Bu halın sonu olmaz; yandıqca yanarlar. Görəsən, bu insanların günahı nə imiş? Rəbbimiz buyurur: Onlar mənim buyurduğumdan boyun qaçıranlardır, günahkarlardır. Siz görəndə ki, bir nəfər belə əzaba səbəb olacaq günah iş tutur, vicdanınız onun əlindən tutub saxlamağa, günahdan çəkindirməyə vadar etməyəcəkmi? İslamda əmr be məruf, nəhy əz münkər ancaq maddi zərərlərə aid edilmir. İslam günahın da qarşısının alınmağını tələb edir. Çünki, günahkar şəxs əbədi axirət əzabına düçar olur.


Quranın Əmr be mƏruf vƏ nƏhy Əz münkƏr haqqında baxışları


Əmr be məruf və nəhy əz münkər haqqında Quranda olan ayələr arasında Tövbə surəsində olan 67 və 71-ci ayələr xüsusi yer tutur.

Allah-taala bu ayələrdə buyurur: Mömin kişilər və möminə qadınların bir-birinə vilayət haqları var. Üzərilərində olan bu haqqa görədir ki, əmr be məruf və nəhy əz münkər edirlər. “Vilayət” kəlməsini hansı mənada götürsək, istər məhəbbət, dost, istərsə də, qanuni qüdrət və üstünlük, rəhbər mənasında və ya hər hansı digər mənada, bu, başqalarını pis əməllərdən çəkindirmək üçündür. İnsan hər hansı bir şəxsi günahdan çəkindirmək istəsə, gərək həmin adam üzərində bir növ qanuni haqqı olsun.

Qərb mədəniyyətində bu haqqı heç kimə vermirlər. Heç kim qalxıb günaha mane olmur və ya başqalarının maddi və mənəvi işlərinə dəxalət etməyə haqqı yoxdur. Əgər bir nəfər bu işi görmək istəsə, deyirlər: “Sənə nə!” Lakin İslam hamının bir olması iddiasındadır. Bir nəfər özünü günahdan, zərərdən qoruduğu kimi, başqalarını da qoruyub, çəkindirməlidir. İslam özünü yandırmaq istəyənin əlindən tutub saxlamağı insanların ilahi vəzifəsi bilir. Bu iş bəlkə də vaciblərin vacibidir: “Həqiqətən əmr be məruf və nəhy əz münkər böyük vaciblərdən biridir ki, onun vasitəsilə digər vaciblər də həyata keçirilir.” Bundan əlavə, insanlıq hissləri də bu kimi işlərə laqeyid yanaşmamağı tələb edir.

Allah-taalanın öz bəndələrinə buyurduğu ən vacib vəzifələrdən biri, əmr be məruf nəhy əz münkərdir. Əgər əmr be məruf və nəhy əz münkər vəzifəsinə əməl edilməzsə, insan digər vəzifələrini də tərk edər. Deməli, bu vəzifəsini icra etmək istəyən şəxsin bir növ qanuni haqqı olmalıdır ki, pis əməlin qarşısını ala bilsin. Əmr edənin qarşı tərəfə vilayət haqqı çatır. Allahın buyurduğu “vəl muminunə vəl muminatu bəzuhum əvliyau bəzin” ayəsindən əsas məqsəd, bəlkə də müsəlmanların bir-birinə əmr be məruf və nəhy əz münkər edə bilmələri üçün verdiyi vilayət haqqıdır.

Vilayət üçün nəzərdə tuta bilmədiyimiz mənalardan biri də, tez-tez zikr edilən “dost” mənasıdır. Yəni, möminlər bir-birinin dostudur, bir-birinə məhəbətləri olduğu, ürəkləri yandığı üçün kimsənin günaha düşməsini istəmirlər. Dostlarının sonu əbədi əzabla qurtaran bir işə qol qoymasına razı olmurlar.

Amma Allah-taala möminlərin qarşısında münafiqlərdən söhbət edəndə buyurur: “Əl munafiqunə vəl munafiqatu bəzuhum min bəzin.” Diqqət yetirsəniz görərsiniz ki, “bəzuhum əvliyau bəzin” sözlərini demir. Eləcə də “vəyəmurunə və bil mərufi” kəlməsinin yerinə “yəmurunə bil munkəri və yənhəvnə ənil mərufi” sözlərini deyir. Burada qarşıya çıxan bir neçə sual var ki, imkan daxilində onları təhlil edəcəyik.


Quran nƏ üçün mÖminlƏr qarşısında münafiq tƏbirini işlƏtmişdir?


Sual yaranır ki, Quran nə üçün möminlər qarşısında “kafir kişilər və kafir qadınlar” demir? Yəni, “Mömin kişilər və möminə qadınlar hər zaman yaxşılığa dəvət edib, pisliklərdən çəkindirirlər” ayəsinin qarşısında “kafir kişilər və kafir qadınlar isə pisliyə əmr edib, yaxşı işlərdən çəkindirərlər” təbirini işlətməmişdir? Kafir sözünün yerinə münafiq sözündən istifadə etmişdir.

Məlum məsələdir; münafiqlər müsəlman cəmiyyətində yaşayıb, fəaliyyət göstərir və zahirdə müsəlmançılığın bütün şərtlərini qəbul edirlər. Üzdə bütün İslami dəyərləri qəbul edir, amma qəlblərində həmin dini inancların heç birinə etiqad bəsləmirlər. Zahirdə müsəlmanlarla həmrəydirlər, lakin gizlində düşmənçilik edirlər. Münasib zamanda əllərinə fürsət düşəndə, müsəlmanlara zərbə endirirlər.

Amma kafirlər İslam cəmiyyətinə qarışmırlar. Əgər müsəlmanlar arasında yaşamalı olsalar, İslam əleyhinə öz mövqelərini açıq şəkildə elan edirlər. Ona görə də müsəlmanlar onları tanıyır, onlarla olan münasibətlərinin həddi-hüdudunu müəyyənləşdirə bilirlər. Kafir cəmiyyətdə əksəriyyət kafir olur və açıqca İslami dəyərləri qəbul etmədiklərini bildirirlər. Buna görə də yalandan özlərini müsəlman göstərməyə ehtiyacları da olmur. Münafiqlər isə İslam cəmiyyətinə nüfuz etmək üçün zahirdə bütün İslami dəyərləri etiraf edirlər, amma əslində hədəfləri dinə qarşı mübarizə aparıb, ona arxadan zərbə vurmaqdır. Ona görə də Quran buyurur: “Möminlər öz dinlərindən muğayat olsunlar, münafiqlərin əsas işi pisliyə dəvət edib, yaxşılıqlardan çəkindirməkdir.”

MÖminlƏrin bir-birinƏ olan vilayƏti


Yuxarıdakı bəhslərdən aydın oldu ki, möminlərin bir-birlərinin üzərində vilayət haqqı var. Allah onlar üçün bu qanuni haqqı qərar vermişdir ki, bir-birlərinin əməllərinə nəzarət edib, məsuliyyət hissi daşısınlar.

Amma münafiqlər “pisliyə çağırış” (əmr be münkər) və “yaxşılıqdan çəkindirmə” (nəhy əz məruf) vasitəsi ilə xalqın dini əsaslarına həmlə etdikləri üçün Allah onlara vilayət haqqı verməmişdir. Münafiqlərin vilayətə ehtiyacları da yoxdur. Çünki, vilayət qanuni bir haqdır və qanun heç bir cəmiyyətdə “münkərin əmrinə” icazə vermir. Münafiqlər möminlər kimi bir-birinə məhəbbət bəsləməzlər. Onlardan hər biri öz mənfəətini düşünür. Qurani-Kərimdə bu barədə buyurulmuşdur:

“Təhsəbuhum cəmiən və qulubuhum şətta”

Qurani-Kərim bu ayədə münafiqlər barəsində buyurur ki, siz onları müştərək bir cəbhədə yığışmış görərsiniz. Zahirdə onların arasında birlik, həmrəylik müşahidə olunur. Amma qəlbləri bir-birindən ayrıdır. Onlar ürəklərində bir-birinə yanmaz, məhəbbət bəsləməzlər. Hətta şəxsi mənafeləri təmin olmayanda bir-birini məhv etməkdən belə, çəkinməzlər. Çünki, hər kəs ancaq öz xeyrini düşünər. Bir yerə yığışıb təşkilat yaratmaq istəsələr və ya bəzi işlərdə birlikdə fəaliyyət göstərsələr də, həqiqətdə bunu öz mənafelərinə çatmaq xatirinə tələ olaraq qururlar. Bunların təşkilatında, birliyində hər hansı birinin şəxsi mənafeyinə qarşı problem meydana çıxarsa, hər şeyi alt-üst edib kənara çəkilərlər. Deməli, münafiqlərin bir-birinə məhəbbəti olmaz, əmr və nəhy etmək üçün də onlara qanuni qüdrət verilməmişdir.

Münafiqlər ancaq batil işlərdə birləşib, batil əməllərdə iş birliyinə girərlər.

İslam cƏmiyyƏtindƏ yaramaz işlƏrƏ Əmr etmƏk vƏ bƏyƏnilƏn işlƏrin qarşısını almaq mümkündürmü?


Qarşıya çıxan müəmmalı suallardan biri də budur: Necə olur ki, hər hansı bir cəmiyyətdə bəzi adamlar münkər və pis işlərə əmr edirlər? Halbuki, hər bir cəmiyyətdə münkər pis və alçaq iş mənasındadır. Hər bir cəmiyyətdə, xüsusilə də İslam ölkələrində müsəlmanlar müqəddəs dəyərlərə, insani keyfiyyətlərə etiqadlı olduqlarını etiraf edirlər.

Necə olur ki, İslam cəmiyyətində kimlərsə cürət tapıb, xalqa pis əməllərlə məşğul olmaq göstərişi verirlər. Yəqin ki, belə adamların öz hədəfləri olur və inanırlar ki, bu sözü deyəndə onların sözünə dəstək verəcək adamlar da tapılacaq. Çünki bilsələr ki, onların sözünün ardınca gedənlərə - oğurluq edin, fəsad törədin - deyilsə, qulaq asan olmayacaq, bütün bu zəhmətlərə qatlaşmazlar. Labüd gördükləri işin cəmiyyətdə təsir qoyacağına ümidvardırlar. Müəmmalı sual da budur ki, cəmiyyətdə alçaq işlərə zəmin yaradan belələri necə müvəffəqiyyət qazanırlar? Niyə bu işləri görürlər? Və xalq niyə bu üzdəniraq təklifləri qəbul edir?

Burada aydınlaşdırmaq lazımdır ki, əmr be məruf və nəhy əz münkər dedikdə nə nəzərdə tutulur? Yəni, bir adamın xalq arasında - gəlin pis işlər görün, yaxşı işlərdən çəkinin - deməsi ilə aydındır ki, şüur sahibilərinin belə işi görməsi və camaatın da onun sözünü qəbul etməsi ehtimalı sıfra bərabərdir. Çünki, xalq bütün müqəddəs dəyərlərə inanır və bir kəsin gəlib açıqcasına belə sözləri deməsinə icazə vermir. Quranda münafiqlərdən bəhs edib - onlar münkər işlərə əmr edərlər - dedikdə, nəzəri münkər sözünün ilkin məfhumu deyil. Məqsəd budur ki, münafiqlər münkərin aldadıcı nümunələrinə əmr edərlər. Yəni, münkərin məfhumuna yox, onun aid olduğu həyati bir işə əmr edərlər. Onlar xalqı üzü yaxşı işlə pərdələnmiş, batini isə həqiqətdə münkər olan işlərə əmr edərlər.

Münafiqlər xalqı aldadıcı təbliğat işlərindən, gözqamaşdırıcı variantlardan istifadə etmək və məfhumların yerini dəyişməklə münkər işlərə sövq etdirərlər. Əvvəl zəmin yaradıb xalqa bəzi işləri “yaxşı” göstərərlər, daha sonra onları həmin işi görməyə təşviq edərlər. Başqa bir tərəfdən, bəzi yaxşı əməlləri xalq arasında pis cilvələndirər, davamlı təbliğ etməklə, xalqı həmin işlərdən çəkinməyə dəvət edərlər. Heç vaxt birbaşa cəmiyyət arasında, pis işlər görün, yaxşı işlərdən çəkinin, deməzlər. Məlumdur ki, hər bir ağıllı insan nə belə işlər görər, nə də belə sözü qəbul edər.

Məsələyə aydınlıq gətirmək üçün bir neçə kiçik misal çəkəcəyəm. Əvvəllər bizim cəmiyyətdə qadınlar arasında “həya” deyilən bir dəyər məfhumu var idi. Hamımız yaxşı bilirik ki, qadın üçün xüsusi imtiyaz və üstünlük sayılan sifətlərdən biri də həyadır. Əlbəttə həyalı olmaq kişi üçün də yaxşı sifət sayılır, amma qadınlar üçün xüsusi əhəmiyyət kəsb edir. Quranda da bu kəlmə yeri gəldikcə işlədilmiş və yüksək qiymətləndirilmişdir. Hətta Şüeyb peyğəmbərin qızlarının əhvalatında qızların ataları tərəfindən Həzrəti Musanı evlərinə dəvət etmələri məsəlində Quran belə buyurur:

“Fəcahəthu ihdahuma təmşi əla istihyain...”

Qızlardan biri utancaq və həyalı halda Musanın (ə) yanına gəldi. Başı aşağı yavaşca dedi: “Atam sizi çağırır, çəkdiyiniz zəhmətin haqqını ödəmək istəyir. Allah-taala bu yerdə qızın həyasını xüsusi bir tərzdə bəyan edir. Buyurur: “Həzrəti Musanın (ə) yanına utancaq və həyalı halda gəldi.”

Həyanın bizim mədəni adət-ənənələrimizdə öz yeri var. Münafiqlər həya barəsində belə deyirlər: ”Sizin dediyiniz bu utancaqlıq və həya həmin xəcalət hissidir.” Onlara görə, bir qadının həyalı olması, onun xəcalət çəkib geri çəkilməsi, cəsarətsizliyi deməkdir. Deyirlər: “Utancaq adamın dünyada əlindən heç bir iş gəlməz. Ona görə də utancaq adamlar fərsiz olurlar. Və psixologiya elmi də utancaqlığın insan üçün mənfi və pis xüsusiyyət olduğunu bildirir. Hər hansı bir qızın yad bir oğlan qarşısında utanıb çəkinməsini normal hal hesab etmirlər. Çünki, o, ürəyindən keçənləri ona söyləməyi bacarmır, öz haqqını ondan ala bilmir. Beləliklə, qız oğlandan utanıb, çəkinməməlidir. O ki, camaat arasında deyirlər, insanda gərək həya, abır olsun, qız yad kişilərin yanında gərək özünü həyalı aparsın, bütün bunlar cəfəngiyatdır; səhv fikirdir. Qız üzlü olmalıdır ki, başqalarının qabağında da sözünü deyə, öz haqqını müdafiə edə bilsin. Qız və oğlanlara qaynayıb-qarışmaları üçün şərait yaradılmalıdır.” Hətta öz axmaq fikirlərini əsaslandırmaq üçün tarixdən, həzrəti Zeynəbin (ə) mübarizə hərəkətini nümunə də gətirirlər. Deyirlər: “Həzrəti Zeynəb (ə) Şamda düşmən qarşısında necə mətanət göstərib, öz haqqını müdafiə etmək üçün çıxışlar edirdisə, bizim qızlarımız da eynilə öz şəri vəzifələrini bilib, haqqlarını qorumağı bacarmalıdırlar”.

Dediklərim, münafiqlərin nəzərində müsbət cəhətlər sayılır. Ailə həyatı qurmamış qız, yad kişi qarşısında həyalı davranmalıdır. Bu özü bir dəyərdir. Münafiqlər bu ikisini qatıb-qarışdırırlar. Həyalı olmağı utancaqlıq, yəni fərsizlik adlandırırlar. Deməli, münafiqlər əvvəl qız və oğlan arasında olan əlaqələri mədəniyyət kimi cilvələndirir, həyanın xəcalətlilik və fərsizliyə gətirib çıxardığını ictimaiyyət arasında yaymağa çalışırlar. Hətta əgər münafiqlər hökumət dairələrinə nüfuz edə bilsələr, həmin dairələr tərəfindən bu kimi işlərin yayılması üçün sifariş edərlər. Məsələn deyirlər, filan tarixi mərasim hətta küfr olsa belə, mədəni keçmişimizin qorunub-saxlanması üçün lazımdır. Münafiqlər heç vaxt gəlib birbaşa “pis iş tutun” deməzlər. Əvvəlcə zəmin hazırlayaraq mənfi halları xalqın gözündə müsbət kimi qələmə verərlər. Sonra xalqı həmin işə dəvət edərlər.

Deməli, cəmiyyətdə mədəni zəmin yaranmayınca, münkərə əmr də məna kəsb etmir. Başqa bir tərəfdən, cəmiyyətdə elə dəyərlərə, mədəniyyətlərə rəvac verirlər ki, artıq əmr be mərufa da yer qalmır. Yəni qəzetlərdə, çıxışlarda və digər informasiya vasitələrində xalqın beyninə yeridirlər ki, başqasının etiqadı, ictimai, əxlaqi işlərinə qarışmaq düzgün iş deyil. Bu sözdən sonra xalq da pis əməllərə qurşanmaqda cəsarət tapır. Kimsə onlarda nöqsan tutmağa cəhd göstərsə, onlardan ictimaiyyətdə etika qaydalarına riayət etməyi tələb etsə, üzlərinə bozararaq, deyəcəklər: “Məgər, azadlıq, demokratiya deyil, sən kimsənki mənim şəxsi işlərimə dəxalət edib, haqqımı tapdalayasan. Mən azad insanam, istədiyim kimi geyinib gəzə bilərəm. Sərbəst olmaq, istədiyim kimi hərəkət etmək mənim haqqımdır. Sən kimsən ki, mənim insanlıq haqqımı əlimdən alasan!”

Əvvəl cəmiyyətdə belə mədəniyyət normalarının vüsət tapması üçün şərait yaradır, daha sonra xalqı məruf işlərdən nəhy edirlər. İş o yerə çatır ki, bütün insani dəyərlər öz yerini, insana zidd olan dəyərlərə verir. Vay o kəslərin halına ki, cəmiyyətdə belə şəraitə zəmin yarardırlar.

MÜNDƏRİCAT




ÖN SÖZ YERİNƏ 6

Aşura mƏsƏlƏsi Ətrafında yaranmış şübhƏlƏr (1) 12

GÖrƏsƏn nƏyƏ gÖrƏ MƏhƏrrƏmliyi Əziz tutmalıyıq? 14

NƏ üçün Aşura hadisƏsini elmi seminarlar, yubiley vƏ konfranslar keçirib yad etmƏklƏ kifayƏtlƏnmirik? 16

Aşura hadisƏsi üçün nƏ üçün Əzadarlıq etmƏliyik? 22

İmam Hüseyn ƏleyhissƏlamın düşmƏnlƏrini niyƏ lƏnƏtlƏmƏliyik? 23

Aşura mƏsƏlƏsi Ətrafında yaranmış şübhƏlƏr (2) 31

Aşuranın İslamın qorunub-saxlanılmasında rolu 32

İmam Hüseyn (Ə) üçün keçirilƏn mƏrasimlƏrin tƏsir vƏ ƏhƏmiyyƏti barƏsindƏ 33

Aşura qiyamının tƏhrifedilmƏzliyi vƏ müqƏddƏsliyi 39

Aşura qiyamının şƏraiti (1) 50

Aşura hadisƏsinin TARİXÇƏSİ 52

CƏmiyyƏtin yolunu azmasında ictimai mühitin tƏsiri 56

CƏmiyyƏtin Öz yolundan azmasına tƏsir gÖstƏrƏn amillƏr 57

Bizim dÖvrümüzlƏ imam Hüseyn ƏleyhissƏlamın dÖvrünün oxşarlığı 63

Şeytani siyasƏtlƏrlƏ mübarizƏ yolları 68

Aşura qiyamının şƏraiti (2) 70

İlahi hÖkmlƏrin icrasında Əli ƏleyhissƏlamın diqqƏti 71

Aşura qiyamının şƏraiti (3) 85

MüaviyƏnin Öz siyasƏtindƏ istifadƏ etdiyi taktiki üsullar 87

Üçüncü dÖvr: HƏzrƏt Əli ƏleyhissƏlamın şƏhadƏtindƏn sonrakı illƏr; 88

MüaviyƏ zamanında İmam Hüseynin (Ə) gizli fƏaliyyƏti 95

Aşura qiyamının şƏraiti (4) 103

MüaviyƏnin cƏmiyyƏtƏ tƏsir edƏ bilmƏsinin sƏbƏblƏri 104

Dinİ FƏALİYYƏTLƏRƏ qarşı diqqƏtsizlik 106

TAYFAbazlıq vƏ qohumbazlığın gÖstƏrdiyi tƏsirlƏr 107

CƏmiyyƏti azğınlığa sürüklƏyƏn amillƏrlƏ mübarizƏ yolları 114

Xalqın düzgün vƏ yüksƏk sƏviyyƏdƏ mƏlumatlandırılması 114

İmanın vƏ mƏnƏviyyatın güclƏndirilmƏsi 117

Aşura qiyamının hƏdƏflƏri (1) 120

İmam Hüseyn (Ə) qiyamının Əsas hƏdƏfi - CƏmiyyƏti bürümüş ictimai qanunsuzluqların islahı 122

İslahın mƏnası 122

İslahın tƏrifindƏ dƏyƏr sisteminin tƏsiri 126

MünafiqlƏrin islahat haqqındakı nƏzƏrlƏri 130

MüsbƏt islahat 133

Aşura qiyamının hƏdƏflƏri (2) 140

Yaxşılığa Əmr etmƏk vƏ pisliklƏrdƏn çƏkindirmƏk 141

Əmr be mƏruf vƏ nƏhy Əz münkƏrin ƏhƏmiyyƏti 143

Azğınlıq qarşısında müsƏlmanların vƏzifƏsi 149

ƏMR BE MƏRUF VƏ NƏHY ƏZ MÜNKƏRİ TƏRK ETMƏYİN AQİBƏTİ 155

Əmr be mƏruf vƏ nƏhy Əz münkƏr (1) 159

Əmr be mƏrufu tƏrk etmƏyin aqibƏtinƏ aid başqa nümunƏlƏr 164

Əmr be mƏruf vƏ nƏhy Əz münkƏrin mƏna genişliyi 166

Cihad kƏlmƏsinin mƏna genişliyi 169

Əmr be mƏruf vƏ nƏhy Əz münkƏr (2) 179

Ümumi mƏna kƏsb edƏn Əmr be mƏrufun aid edildiyi ünvanlar 180

Cahilin tƏlim vƏ tƏrbiyƏsi 181

TƏzƏkkür vƏ nƏsihƏt 185

DüşmƏnin mƏkirli planlarına qarşı ictimai mübarizƏ 189

CƏmiyyƏtin oyanış vƏ dirçƏlişi üçün edilƏn cihad 195

Qunanda Əmr be mƏruf vƏ nƏhy Əz münkƏr 201

Əmr be mƏruf vƏ nƏhy Əz münkƏrin istilahi mƏnası 202

ƏMR BE MƏRUF VƏ NƏHY ƏZ MÜNKƏRİN MƏRHƏLƏLƏRİ 203

Hansı hallarda xalq fiziki gücdƏn istifadƏ eDƏ BİLƏR? 205

Başqalarına qarşı mƏsuliyyƏt hiss etmƏk 206

FƏrdyÖnlü vƏ ictimayÖnlü dƏyƏr sistemi 206

İslam dininin insana baxışı 207

QƏRBİN İNSANA BAXIŞI 208

Başqalarının ƏmƏllƏrinƏ ictimai nƏzarƏtin zƏruriliyi 208

CƏmiyyƏtin başqalarının ƏmƏllƏrinƏ nƏzarƏtinin hƏddi 210

MƏnƏvi işlƏrƏ nƏzarƏtdƏ qƏrbin baxışı 210

MƏnƏvi işlƏrƏ nƏzarƏtdƏ İslamın gÖrüşlƏri 211

Quranın Əmr be mƏruf vƏ nƏhy Əz münkƏr haqqında baxışları 212

Quran nƏ üçün mÖminlƏr qarşısında münafiq tƏbirini işlƏtmişdir? 213

MÖminlƏrin bir-birinƏ olan vilayƏti 214

İslam cƏmiyyƏtindƏ yaramaz işlƏrƏ Əmr etmƏk vƏ bƏyƏnilƏn işlƏrin qarşısını almaq mümkündürmü? 215









Yüklə 3,48 Mb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   14




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə