250
Ġstər DĠN-də, onun mərkəzi və yerli aparatlarında və istərsədə, qə-
zalarda polis əməkdaĢları azərbaycanlılarla yanaĢı ruslar, yəhudilər,
gürcülər, ermənilər, polyaklar, ukraynalılar, ləzgilər, talıĢlar, ose-
tinlər və s. xalqların, millətlərin nümayəndələri xidmət göstərirdilər.
Daxili ĠĢlər Nazirliyi sistemində iĢləyən əməkdaĢların bu cür bey-
nəlmiləl kontingentdə olması Azərbaycan Xalq Cümhuriyyəti Par-
lamentinin və Hökumətinin ölkə ərazisində yaĢayan bütün millətlərə
və xalqlara eyni gözlə, bərabərhüquqlu vətəndaĢlar kimi, baĢqa
sözlə, demokratiya prinsipindən yanaĢmasının nəticəsi idi.
Qeyd etmək lazımdır ki, Azərbaycan Xalq Cümhuriyyəti döv-
ründə Azərbaycan hökumətinin 6 mart 1920-ci il tarixli qərarı və
daxili iĢlər naziri M. Vəkilovun əmri ilə həmin vaxtadək DĠN-in
tərkibində olan Əks-KəĢfiyyat Ġdarəsi (sovet tarixi ədəbiyyatında
“Müsavat Əks-KəĢfiyyatı” kimi yazılır. Əslində, Əks Ġnqilabla Mü-
barizə TəĢkilatıdır ...) Nazirliyin strukturundan çıxarılmıĢdı.
... V.Ġ. Leninin baĢçılıq etdiyi sovet Rusiyası hələ 1920-ci ilin
əvvəllərindən Azərbaycandakı bolĢeviklərin köməyi ilə milli müstə-
qil dövlətimizin varlığına son qoymaq üçün əlveriĢli Ģərait və bəha-
nə gözləyirdi. Bunu V. Leninin Ġ.T. Smilqaya və S. Orconikidzeyə
1920-ci il martın 17-də göndərdiyi telaqram da sübut edir. Teleq-
ramda deyilirdi: ”Bakını almaq bizə olduqca və olduqca zəruridir.
Bütün qüvvələri buna yönəldin. Qüvvələrin ora yeridilməsi haqında
BaĢ komandınlıqla ĢərtləĢin”.
1920-ci ilin aprelində ġimali Qafqazda ağqvardiyaçı general
Denikini məğlub edən 11-ci ordu hissələri V.Leninin həmin
niyyətini əməli olaraq həyata keçirmək üçün M. Levandovskinin
komandanlığı altında Dərbənd rayonunun Azərbaycanla sərhədboyu
ərazilərində cəmləĢməyə baĢlamıĢdı.Yeri gəlmiĢkən,burada Azər-
baycan Xalq Cümhuriyyəti ilə Denikin (Anton Ġvanoviç Denikin.
Görkəmli rus hərbi xadimi, çar ordusunun general-leytenantı,
”ağlar” hərəkatının rəhbəri (1872, PolĢa-1947, ABġ) hökuməti və
ordusu arasındakı münasibətlər üzərində dayanaq. Belə ki, Denikin
hökuməti və ordusu Azərbaycandakı milli müstəqil demokratik
hökumətin fəaliyyətini bu və ya digər dərəcədə müdafiə etmiĢdir.
Bunu bəzi tarixi faktlar da sübut edir. Məsələn, Denikin höku-
məti Bakı XKS-in Azərbaycan neftini sovet Rusiyasına göndər-
251
məsinə mane olmaqla əslində, bir növ Azərbaycan Cümhuriyyətinə
kömək edirdi. Ġngilislərə də yaxın olan Denikin Azərbaycan höku-
mətinin Britaniya komandanlığı ilə normal münasibətlərdə olduğu-
nu bilərək, hətta 11-ci ordu ilə döyüĢlərdə məğlub olduqdan sonra
belə, Azərbaycan Respublikasına qarĢı sovet Rusiyası daĢnak Ermə-
nistanı tərəfindən günü-gündən güclənən təcavüzkarlığı görərək,
Azərbaycan hökumətinə öz istiqlaliyyətini qorumaq üçün silahla
kömək göstərmiĢdi...
Tarixi ədəbiyyatda Denikin ordusunun 1920-ci ilin aprelində
gəmilərlə Lənkərana hər cür silah-sursat, hətta aeroplanda göndər-
məsi barədə məlumat vardır. Həmin silah və döyüĢ sursatlarını,
hərbi ləvazımatların Gəncəyə çatdırılmasını Azərbaycan hökuməti
daxili iĢlər naziri M.Vəkilovun baĢçılıq etdiyi Daxili ĠĢlər
Nazirliyinə həvalə etmiĢdi. Nazir M. Vəkilovun müvafiq gizli
əmrilə Saloğlu (indiki Poylu-Ağstafa) dəmiryol polisinin pristavı
Ġsrafil Ġbrahimov həmin silahların Gəncəyə aparılmasını təmin
etmiĢdi. Bu silahlardan Azərbaycan Ordusunun əsgər və zabitləri,
sovet hakimiyyətini qəbul etməyən milli qüvvələrimiz Gəncədə
üsyana qalxarkən, 1920-ci il mayın 24-dən iyunun 4 - dək 11-ci
orduya qarĢı döyüĢlərdə istifadə etmiĢdilər.
Qeyd: 20-30-cu illərdəki repressiyalar dövründə Bakıda həbs
olunaraq güllələnməyə məhkum edilmişlərin demək olar ki, əksəriy-
yəti Xəzər dənizindəki Nargin adasından başqa daha müdhiş bir
yerə - “ölüm adası”na aparılırdılar. Barəsində mərhum akademik
Ziya Bünyadovunda bəhs etdiyi həmin “qorxunc” ada “Xarə Zirə”
(indiki Bulla) adasıdır...(“Zirə” “çökəklik yer” deməkdir
Beləliklə, Denikin hökuməti ilə Azərbaycan Cümhuriyyəti
arasında müəyyən müsbət mənafe əməkdaĢlığı aparıldığı aĢkar olur.
Hətta Gəncədə Denikin ordusu zabitlərinin gizlənib bolĢeviklərə
qarĢı döyüĢlərdə milli qüvvələrimizə kömək göstərmələri faktı da
məlumdur. Odur ki, Rusiyanın xalq xarici iĢlər komissarı G. Çiçerin
(1872-1936) hələ 1920-ci ilin yanvarında Azərbaycan Cümhuriyyə-
tinin xarici iĢlər naziri F.Xoyskiyə yazanda ki: ”Biz hökumətinizi o
vaxt tanıyarıq ki, siz Denikinə qarĢı çıxasınız”. F.Xoyski cavabında
yazmıĢdı: ”Biz müstəqil dövlətik, baĢqa dövlətin iĢinə qarıĢmırıq”.
252
Yuxarıda bəhs etdiyimiz faktlara əsaslanaraq deyə bilərik ki,
Denikin hökumətinin və ordusunun müstəqil Azərbaycan Cümhu-
riyyətinin ərazisinini açıq qəsb etmək niyyəti olmayıb...Açıq qəsb-
karlıq planını bolĢevik Rusiyası, onun təcavüzkar 11-ci ordusu ha-
zırlamıĢdı və həyata keçirmək üçün fürsət gözləyirdi. Sənədlər
sübut edir ki, hələ Dərbənddə ikən 1920-ci il aprelin 25-də 11-ci
ordu komandanlığı “Bakı üzərinə hücum və “Azərbaycanın azad
edilməsi haqqında” xüsusi əmr hazırlamıĢdı.Əmrdə deyilirdi:
”Müxtəlif mənbələrdən alınmıĢ məlumatlara görə, Azərbaycan
Cümhuriyyətinin ordusu 12 minlik bir piyada diviziyadan (bunlar
Bakı, Göyçay, Zaqatala, Gəncə və Qazax polklarıdır), 2 min nəfər-
lik polisdən, 300 nəfərlik Parlamenti mühafizə dəstəsindən və 400-
500 nəfərlik yunker məktəbinin Ģəxsi heyətindən ibarətdir. Ordunun
ümumi sayı 30 min nəfərə çatır.Azərbaycan Cümhuriyyətinin
qüvvələri 1920-ci il aprelin birinci yarısında aĢağıdakı kimi
yerləĢmiĢdir: Dağıstan vlayəti və Azərbaycanın Qusar-Quba-Xudat
rayonlarının sərhədində 5 min nəfər; bilavasitə sərhəddə “jandarm”
(əslində, sərhədi mühafizə polisi) divizonu dayanır. Bakı Ģəhərində
Bakı piyada polku, 2 min nəfərlik polisin ehtiyat batalyonu və 300
nəfərlik Parlamenti Mühafizə Dəstəsi yerləĢir”.
Ermənilər də Bakının və bütövlükdə Azərbaycanın 11-ci “qı-
zıl ordu” tərəfindən tutulmasının sürətləndirilməsi üçün dəridən qa-
bıqdan çıxırdılar. Belə ki, hələ 1920-ci ilin əvvəllərində erməni nü-
mayəndələri Zaxaryan və Pirumov Moskvaya gedib, ərazi güzəĢtləri
müqabilində Azərbaycan Cümhuriyyətini devirmək iĢində “öz tək-
liflərini” və “xidmət”lərini bildirmiĢdilər. Qarabağda ermənilərin qi-
yamı və daĢnak Ermənistanıyla Azərbaycan Cümhuriyyəti arasın-
da müharibə də planlaĢdırılmıĢdı. 72 minlik 11-ci ordu hissələrinin
Ģimal sərhəddimizə - Samur çayı sahilinə cəmləĢdiyi Novruz Bayra-
mı günlərində, 1920-ci il martın 21-22-də Dağlıq Qarabağ erməni-
lərinin təxribat xarakterli qiyamı baĢlanmıĢdı. Antanta dövlətlərinin
(Ġngiltərə, Fransa, ABġ) etirazına baxmayaraq, 11-ci ordu hissələri
Azərbaycan sərhəddinə yeridilmiĢdi (40 minlik Azərbaycan ordusu-
nun demək olar, hamısı bu zaman Azərbaycanın qərbinə - Ermənis-
tanla sərhədə - Zəngəzura və Qarabağa yerləĢdirilmiĢdi).
Dostları ilə paylaş: |