Kərimov Tofiq Mirzə oglu



Yüklə 3,76 Mb.
Pdf görüntüsü
səhifə84/156
tarix15.03.2018
ölçüsü3,76 Mb.
#32530
1   ...   80   81   82   83   84   85   86   87   ...   156

 

253 


Lakin  Azərbaycan  Cümhuriyyətini  ciddi  təhlükə  daĢnak  Er-

mənistanından  deyil,  daha  ciddi  təhlükə  Ģimaldan  təhdid  edirdi. 

1920-ci il aprel ayının 18-də Quba qəzasının rəisi  Səlim bəy Ağaki-

Ģibəyov  (o,  bu  vəzifəyə  daxili  iĢlər  naziri  M.Vəkilovun  14  mardt 

1920-ci  il  tarixli  əmri  ilə  təyin  olunmuĢdu.  S.  AğakiĢibəyov  buna-

dək ġamaxı qəzasının rəisi vəzifəsində çalıĢırdı) Daxili ĠĢlər Nazir-

liyinə,  nazir  M.Vəkilova  gönfərdiyi  məxvi  teleqramda  Azərbay-

canın  sərhədlərinə  toplaĢmıĢ  11-ci  ordu  hissələrinin  hazırlığı    və  

hərəkətləri  barədə  məlumat  vermiĢdi... 

1920-ci il aprel ayının 21-də Qafqaz cəbhəsi komandanlığının 

rəhbərliyinə və Volqa-Xəzər donanmasının komandanı F. Raskolni-

kova  (Fyodr  Raskolnikov.  28  yanvar  1892,  Peterburq-12  sentyabr 

1939,  Nitsa,  Fransa;  Trotskiçi  siyasi  mühacir),  RSFSR  Hərbi  Ġnqi-

lab ġurasının üzvləri marĢal  M.N.Tuxaçevski (1893-1937. Otuzun-

cu  illərdə  repressiyaya  məruz  qalmıĢ  və  1937-ci  ildə  güllələn-

miĢdir...),  S.Orconikidze  və  Zaxarovun  imzası  ilə  göndərilən 

direktivdə bildirilirdi ki, Azərbaycanın əsas qüvvələri öz dövlətinin 

qərb cəbhəsində məĢğuldur. Direktivdə əmr olunurdu ki, aprelin 27-

də  Azərbaycanın  sərhəddini  keçib,  5  gün  ərzində  “Yalama-Bakı 

əməliyyatı”nı  yerinə  yetirsinlər. Lakin aprelin 23-də bu direkdivdə 

dəyiĢiklik  edildi  və  əmr  olundu  ki,  11-ci  ordunun  vəzifəsi  təkcə 

Bakını tutmaq deyil, bütün Azərbaycanı ələ keçirməkdir... 

21  aprel  1920-ci  il.  Azərbaycan  Cümhuriyyəti  DMK-nın  və 

DĠN-in birgə qərarı ilə Ģimaldan yaxınlaĢan 11-ci ordu ilə mübarizə 

məqsədilə Quba qəzasında 200 nəfərlik daimi “xalq milisi “ yaradıl-

mıĢ və onun dərhal təĢkili üçün 2 milyon rubl avans pul ayrılmıĢdı. 

Qərara  əsasən  düĢmənə  qarĢı  əməliyyatların  baĢlanacağı  təqdirdə 

xalq  milisinin  bütün  Ģəxsi  heyəti  Hərbi  Nazirliyin  müvafiq  hərbi  

hissə komandanlığının sərəncamına keçməli idi. 

1920-ci il aprelin 26-da Azərbaycanla müharibə  vəziyyətində 

olan  Ermənistan  daĢnak  hökuməti  Azərbaycan  Cümhuriyyəti  ilə 

güya  “barıĢıq”  imzalamaq xahiĢi ilə ona müraciət etdi. Lakin bu, 

növbəti    riyakar  fənd  idi  və  hadisələrin  gələcək  “məcrası”na  təsir 

edə  bilməzdi.Azərbaycan  Cümhuriyyətinin  müqədəratı  əslində, 

Moskvada  həll  olunmuĢdu.  Bakıda  milli  mənafeyimiz  əleyhinə 

canfəĢənlıqla  fəaliyyət  göstərən  Anastas  Mikoyanın  (1895-1978) 




 

254 


baĢçılıq  etdiyi  bolĢeviklərin  nümayəndə  heyəti  Dağıstanın  Port-

Petrovsk  (Mahaç  Qala,  dağıstanlılar  onu  məĢhur  ġeyx  ġamilin 

Ģərəfinə “ġamil-Qala” da adlandırırlar) Ģəhərində yerləĢən 11-ci or-

du komandanlığının qərargahına gələrək, Azərbaycan xalqı adından 

(?) sovet-rus ordusunu məmləkətimizə dəvət etmiĢdi. S. Orconikid-

ze,  S.M.  Kirov  və  baĢqalarının  yaxından  köməyi  və  11-ci  ordunun 

Hərbi  Ġnqilab  ġurası  ilə  qabaqcadan  razılaĢdırılmıĢ  plana  əsa-

sən,”qızıl ordu” Bakıda onun gəliĢini səbirsizliklə gözləyən və müs-

təqil Azərbaycan Cümhuriyyətini devirməyə hazırlaĢmıĢ    Ə.H. Qa-

rayev, H. Sultanov, H. Cəbiyev, L. Mirzoyan və digərlərinin səyi ilə 

aprelin sonunda Azərbaycana soxulmalı idi. Bununla da beynəlxalq 

aləmdə  belə  bir  “fikir”  yaradılmalıydı  ki,  Azərbaycan  hökuməti 

xarici  hərbi  müdaxilə  vasitəsilə  deyil,  məhz  daxili  müxalif  qüv-

vələrin  “inqilab”  etməsi yolu ilə devrilmiĢdir. 

Ancaq buna bir növ ehtiyac qalmadı. Aprel ayının 27-də Mi-

xail Levandovskinin  (1890-1938)  komandanlıq etdiyi  11-ci qırmızı 

ordu  artıq  Azərbaycan  sərhəddini  keçmiĢdi.  Azsaylı  Azərbaycan 

Ordusunun  qüvvələri  sovet  ordusunun  avanqardı,  Mixail  Yefremo-

vun  (1897-1942)  komandirlik  etdiyi  “Üçüncü  Beynəlmiləl”  zirehli 

qatarın  müĢayiəti  ilə  Bakıya  doğru  hərəkət  edən  dəstələrinə  qarĢı 

uzun müddət müqavimət göstərə bilməsədə, Yalama stansiyası uğ-

runda 2 saatlıq davam edən qanlı döyüĢdə düĢmənə qarĢı 4 topu və 

10  pulemyotu  olan  Quba  piyada  alayının  iki  taboru  və  200  nəfərə 

yaxın polisin mühafizə dəstələri vuruĢmuĢdu. 

Həmin  hadisələrin  iĢtirakçısı  olmuĢ  bolĢevik  E.Y.  Blyumin 

sonralar xatirələrində 11-ci ordunun 1920-ci il aprelin 27-də Ģimal-

dan  irəlilədiyi  vaxt  səhər  saat    4-də  Xaçmaz-Quba  sərhəddində 

keĢik  çəkən  və  atların  üstündə  mürgüləyən,  tez-tez  oyanıb  ətarafa 

diqqət  kəsilən  200  nəfərlik  “jandarmeriya”  dəstəsi  ilə  rastlaĢdığın-

dan yazırdı. Həmin rastlaĢma zamanı Azərbaycan ordu hissələri  və 

“Jandarmeriya”-  gözətçi  dəstələri  ilə  döyüĢdə  “qırmızı”  rus 

əsgərlərindən 6 nəfər öldürülmüĢ, 2 nəfəri isə yaralanmıĢdı... 

Onbirinci  “qırmızı”  ordunun  hücumu  ərəfəsində  və  zamanı 

Azərbaycan  Cümhuriyyətinin  xarici  və  daxili  vəziyyətində  mürək-

kəb  durum,  o  cümlədən  Parlamentdə  hökumətin  tərkibində  böhran 

hokm sürürdü... Sovet Rusiyasına qarĢı sərt və barıĢmaz xəttin tərəf-




 

255 


darı olan xarici iĢlər naziri F. Xoyski qrupu və güzəĢt siyasətinə tə-

rəfdar  olan,  sabiq  daxili  iĢlər  naziri  M.H.  Hacınski  qrupu  arasında 

ixtilaflar dərinləĢmiĢdi.  Yeni  hökumət  təĢkil etmək Parlament tərə-

findən M.H. Hacınskiyə  tapĢırılsada, o, bu vəzifəni həll edə bilmə-

miĢdi. M.H. Hacınski kommunistlərin də daxil olması Ģərtilə koalis-

yon  hökumət  yaradlmasını  təklif  etsədə,  bolĢeviklər  ondan  imtina 

etdilər. Bundan dərhal, özüdə olduqca saymazyana istifadə edən 11-

ci ordu hissələri sürətlə irəliləyərək, Bakıya  çatmaqdaydı. 

Belə  tarixi  Ģəraitdə  Azərbaycan  Parlamentində  kəskin  müba-

hisələr gedirdi. 1920-ci il aprelin 27-də, gündüz saat 12-də H. Sulta-

novun baĢçılığı  ilə AK(b)P MK və  RK(b)  P-nin  Qafqaz Ölkə  Ko-

mitəsinin  Bakı  Bürosu  adından  hakimiyyəti  təhvil  vermək  haqında 

ultimatum təqdim edilmiĢdi. Ultimatumda bildirilirdi ki, hakimiyyət 

heç  də  ruslara  deyil,  azərbaycanlı  kommunistlərin  ixtiyarına  keçə-

cək. Burada Rusiya ordusunun güya Anadoluya (Türkiyə) gedib xa-

rici  düĢmənləri  qovacağı  və  bununla  əlaqədar  Xəlil  paĢanın  da 

(1881-1957)  (Ənvər  paĢanın  əmisi  idi...)  səlahiyyətli  nümayəndə 

kimi  onunla  getməsinə  icazə  verilməsinin  zəruriliyi  də  müzakirə 

olunmuĢdu.  (Haşiyə:  General  Xəlil  paĢa-Xəlil  KUT.  ”KUT”  əsgi 

türklərdə,  qədim  uyğurlarda  hökmdar  ləqəbi–“Ġdi-KUT,  ”Ġduk-

KUT”,  yəni  “Tanrı  tərəfindən  göndərilmiĢ”  deməkdir.  Xəlil  KUT 

1881-ci ildə anadan olmuĢ və 1957-ci ildə 76 yaĢında vəfat etmiĢdir. 

Türkiyənin tanınmıĢ hərbi xadimlərindən biri, tüm general (general-

leytenant)  olan  Xəlil  KUT  Qafqaz  Ġslam  Ordusunun  təminat-

təchizat və təsərrüfat iĢlərinə (intendant) rəhbərlik etmiĢdi... 

Parlamentin son iclasında kəskin çıxıĢ edən M.Ə. Rəsulzadə-

nin və ġ. Rüstəmbəylinin Rusiya ordusunun Azərbaycanı iĢğala gəl-

diyini demələrinə baxmayaraq, Parlament səs çoxluğu ilə  yaranmıĢ 

hazırkı böhranlı vəziyyətdə qan tökülməsinə  yol  verilməməsi üçün 

1920-ci  il  aprelin  27-də,  axĢam  saat  11-də  hakimiyyətin  kommu-

nistlərə  verilməsi  haqqında  qərar  çıxardı.  Beləliklə,  Bakıda  haki-

miyyət  siyasi  yolla  bolĢeviklərin  əlinə  keçdi,  ki  ilə  yaxın  (23  ay) 

mövcud olan Azərbacan Xalq Cümhuriyyəti süqut etdi. Azərbayca-

nın  11-ci  ordu  tərəfindən  1920-ci  il  aprelin  27-dən  zorla  baĢlanan 

iĢğalı  bir  gün  sonra  -  aprelin  28-də  Bakıda  sovet  hakimiyyətinin 



Yüklə 3,76 Mb.

Dostları ilə paylaş:
1   ...   80   81   82   83   84   85   86   87   ...   156




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə