126
Partiyası” birləĢsin. 1917-ci ilin may ayının 1-11-i arasında Mos-
kvada keçirilən Ümumrusiya müsəlmanlarının qurultayında iĢtirak
edən hər iki görkəmli milli istiqlal mücahidi partiyaların vahid bir
təĢkilatda birləĢməsini əməli həyata keçirdilər...Bu birləĢmə qurul-
taydan sonra, rəsmən 1917-ci ilin iyunun 20-də (təzə stillə iyulun
3-də) baĢ vermiĢ, hər iki partiya “Müsavat” adı altında birləĢmiĢdi.
Nəsib bəy partiyanın Gəncə ġöbəsinin rəhbəri təsdiqlənmiĢdi.
N.Yusifbəyli “Müsavat” partiyasının 500 nəfərin iĢtirakl ilə 1917-ci
il oktyabrın 26-dan 31-dək Bakıda keçirilən I qurultayında yaxından
iĢtirak etmiĢdi. Bu qurultaydan sonra “Azərbaycana muxtariyyət!”
Ģüarı altında hərəkat xüsusilə qızğın xarakter almıĢdı.
N. Yusifbəyli Müvəqqəti hökumətin Zaqafqaziya Xüsusi Ko-
mitəsindən sonra (Zaqafqaziya Xüsusi Komitəsi fevral-burjua-de-
mokratik inqilabından sonra Rusiyada yaranan knyaz Q.E. Lvovun
(2 noyabr 1861, Drezden Ģəhəri, Almaniya - 8 mart 1921, Paris)
baĢçılıq etdiyi Müvəqqəti hökumətin Zaqafqaziyadakı səlahiyyətli
icraiyyə orqanı kimi Qafqaz CaniĢinliyinin (1844-1917) ləğvindən
sonra onun əvəzinə 9 mart 1917-ci ildə Tiflisdə yaradılmıĢdı. Sədri
kadet partiyasının üzvü A.Xarlamov idi).1918-ci ilin fevralından
Zaqafqaziya Seyminin, 1918-ci il aprelin 26-da müstəqil Zaqaf-
qaziya Federativ Respublikası yarananda isə bu hökumətin maarif
naziri təyin olunmuĢ və səmərəli fəaliyyət göstərmiĢdi...1918-ci il
mayın 26-da gürcü, azərbaycanlı və erməni deputatların daxil
olduğu fraksiyalararası çəkiĢmələrin nəticəsində Zaqafqaziya Seymi
süqut etdi. Mayın 27-də Tiflisdə M.Ə.Rəsulzadənin sədrliyi altında
xalqımızın müstəqilliyinə nail olmaq üçün Seymin müsəlman frak-
siyalarındakı partiyaların üzvlərindən ibarət Azərbaycan Milli ġu-
rası yarandı. N.Yusifbəyli Milli ġura sədrinin iki müavinindən biri
(digəri Həsən bəy Ağayev idi) seçilmiĢdi. 1918-ci il Mayın 28-də
Azərbaycan Xalq Cümhuriyyəti (Azərbaycan Demokratik Respub-
likası) yarandı. F.Xoyskinin birinci hökumət kabineti zamanı) (28
may-17 iyun 1918-ci il) “Müsavat”ı təmsil edən N.Yusifbəyli xalq
maarif və maliyyə naziri təyin olundu.F. Xoyskinin sonrakı iki Na-
zirlər Kabinetində (17 iyun – 7 dekabr 1918-ci il və 26 dekabr
1918-ci il - 14 mart 1919-cu il) o, maarif və dini etiqad naziri kimi
fəaliyyət göstərmiĢdi.
127
Həmin vəzifələrdə çalıĢarkən Nəsib bəy ümumi icbari təhsil,
ibtidai və orta məktəblərin milliləĢdirilməsini, milli azlıqların da öz
dillərində oxumaları üçün qanun layihələrinin hazırlanması, mətbu-
at, söz, vicdan, ittifaqlar və tətillər azadlığına zəmanət verilməsi
təkliflərini irəli sürmüĢdü. Nəsib bəy Azərbaycan Parlamentindəki
çıxıĢında demiĢdi: ”Cənab Parlament üzvləri,əsas azadlıqlar: söz,
mətbuat, yığıncaq, ittifaq və tətillər azadlıqları hər bir mədəni de-
mokratik ölkənin özülünü təĢkil edir. Hər Ģeydən yazmaq və danıĢ-
maq olar, harada istəsən yığıĢmaq olar, lakin bunlara yol yalnız bir-
cə müqəddəs hüquqa – Azərbaycan xalqının müstəqillik hüququna
toxunmamaq Ģərtilə verilir”. Nəsib bəy bütün azadlıqlar içərisində
vicdan və yaĢamaq azadlığını ən müqəddəs azadlıqlar hesab edirdi.
N.Yusifbəyli Azərbaycanda yaĢayan milli azlıqların hüquq-
larının qorunması, onların dini azadlığının, mədəni-milli xüsusiy-
yətlərinin mühafizə olunub saxlanmasını, milli ədavətlərin aradan
götürülməsi üzərində ayrıca dayanaraq deyirdi: ”Hökumətimiz
bütün səylərini ona yönəldib ki, Azərbaycan onun ərazisində yaĢa-
yan bütün xalqlar və millətlər üçün sevimli Vətənə çevrilsin. Höku-
mət bütün gücü ilə milli düĢmənçiliyin alovlanmasına yol vermə-
yəcək və bu cür halların qarĢısını alacaqdır”.
N.Yusifbəyli Parlament yığıncağında azad əməyi təmin edə
biləcək fəhlə qanunvericiliyinin, habelə kəndlilərə ödəniĢsiz torpaq
verməyi nəzərdə tutan torpaq qanunvericiliyinin hazırlanması, de-
mokratik əsasda yerli özünüidarə orqanlarının qurulmasını irəli
sürürdü.
1918-ci il oktyabrın 26-da Gəncədə gizir məktəbi məzunları-
nın ilk buraxılıĢ mərasimi olmuĢdu. Bu məktəb 1918-ci ilin iyunun-
da açılmıĢdı. Onun açılımasında general-leytenant Əli ağa ġıxlınski
və polkovnik Süleyman bəy Əfəndiyev mühüm rol oynamıĢdı-
lar...Təntənəli buraxılıĢ mərasimində Qafqaz Ġslam Ordusunun BaĢ
komandanı Faruq Nuru paĢanın atası Hacı Əhməd PaĢa, Əlahiddə
Azərbaycan Korpusunun komandiri, general-leytenant Əli ağa ġıx-
linski, 14-cü Çanaqqala diviziyasının komandiri albay Nazim bəy,
Gəncə qubernatoru, polkovnik Ġbrahim ağa Vəkilov, Ģəhər baĢçısı
Ələkbər bəy Xasməmmədov, həmçinin Bakıdan Azərbaycan höku-
mətinin rəsmi nümayəndələri - maarif naziri Nəsib bəy Yusifbəyli,
128
maliyyə naziri Musa bəy Rəfiyev (1888-1938), daxili iĢlər nazirinin
müavini Mehdi bəy Hacınski (1879-1941) və digər yüksək səviy-
yəli qonaqlar iĢtirak edirdilər.
Gizir məktəbinin buraxılıĢ mərasimində xalq maarif naziri
N. Yusifbəylinin çıxıĢı çox təsirli olmuĢdu. O, demiĢdi: ”Balalarım,
Azərbaycanın və millətin gələcəyi sizin əlinizdədir. Əgər güclü ordu
yarada bilsəniz, deməli, millətin gələcəyi təmin olunacaq. Bu gün
gördüklərim məni əmin etdi və bura ezam edən hökumətimizə onu
çatdırmaq hüququ verdi ki, ölkənin istiqbalına görə sakit ola bilər.
Qısa vaxt ərzində əldə etdiyiniz uğurlara çətin ki, ən mədəni və ba-
carıqlı xalqların oğulları nail ola bilsin”. Nəsib bəy sonra Əhməd
PaĢaya xitabən söyləmiĢdi:
- ”Əlahəzrət! Sizin Ģanlı oğullarınız Ənvər paĢa və Nuru paĢa
təkcə Azərbaycanın deyil, bütün türk xalqlarının yaddaĢında həmi-
Ģəlik qalacaqlar. Belə qəhrəmanların atası baĢını uca tuta, xoĢbəxt
ola bilər. Allah Sizi və Sizin övladlarınızı qorusun”. Nəsib bəy axır-
da hökumət adından bildirmiĢdi: ”Bu gün bütün qonĢu millətlərin
nümayəndələri Azərbaycan oğullarının bacarığına və istedadına
əmin oldular. Belə qüvvəyə malik ölkənin gələcəyi qorxulu deyil”.
Mərasimdə DĠN-in adından rəsmi Ģəxs kimi iĢtirak edən
Azərbaycan Cümhuriyyəti daxili iĢlər nazirinin (o zaman daxili iĢlər
naziri Behbud xan CavanĢir idi) müavini Mehdi bəy Hacınski öz
çıxıĢında bildirmiĢdi ki, bu günlərdə Bakıda da 1200 nəfərlik belə
bir məktəb açılacaq. Əmin olmaq lazımdır ki, onun müdavimləri də
bu cür parlaq nailiyyətlər əldə edəcəklər.
Haşiyə: Azərbaycanda ilk gizir məktəbi 1918-ci ilin iyununda
Gəncədə yaradılıb, ilk dövrlərdə Qafqaz Müsəlman Ordusuna
tabeydi. Gizir məktəbində 250-dən çox gənc təhsil alırdı. Onlar
kursu gizir kimi baĢa vurduqdan sonra 6 ay ərzində zabit rütbəsi
alırdılar. Məktəbin rəisi zabit-pedaqoq Atif bəy idi. 1918-ci il
oktyabrın 26-da məktəbin ilk buraxılıĢı zamanı 200 nəfər gənc
məktəbi bitirmiĢdi.
N. Yusifbəyli 1918-ci ilin noyabrında müttəfiq qoĢunların Ba-
kıya gəlməyə hazırlaĢan komandanı general Vilyam Tomsonla danı-
Ģıqlar aparmaq üçün üç nəfərdən ibarət nümayəndə heyətinin baĢçısı
kimi Ġranın Ənzəli Ģəhərinə gedib onunla görüĢmüĢdü.
Dostları ilə paylaş: |