129
1919-cu il martın 14-də N. Yusifbəyli Azərbaycan Cümhuriy-
yəti Nazirlər ġurasının sədri, bir qədər sonra - aprel ayından isə həm
də daxili iĢlər naziri kimi fəaliyyətə baĢlamıĢdı. Aprel ayının 14-də
o, yeni yaratdığı kabinetin üzvlərini Azərbaycan Cümhuriyyəti Par-
lamentinə təqdim etmiĢdi. N. Yusifbəyli hökumətdə Nazirlər ġura-
sının sədri və daxili iĢlər naziri vəzifələrini tutduğunu bəyan etmiĢ-
di. Təxminən bir aydan sonra, 1919-cu il aprelin 16-da Nəsib bəyin
Parlamentin iclasında hökumətin Bəyannaməsi haqqında çıxıĢı çox
təsirli olmuĢ və dəfələrlə alqıĢlanmıĢdı. Bakıdakı ingilis koman-
danlığı nümayəndəliyinin də iĢtirak etdiyi həmin iclasda N. Yusif-
bəyli çoxmillətli Parlament üzvlərini və qonaqları Azərbaycanın
mövcudluğunun əsas prinsipi olan Ġstiqlal prinsipindən dönməyəcə-
yinə əmin edən dəlillər gətirmiĢ, ərazi bütövlüyümüzün dəyiĢilməz-
liyini və müqəddəsliyini diqqətə çatdırmıĢdı.
N. Yusifbəyli Azərbaycan Parlamentini beynəlxalq miqyasda
xalqımızı layiqincə təmsil edən və həqiqi demokratik zəmində qu-
rulmuĢ bir siyasi forum kimi yüksək qiymətləndirir və vaxtaĢırı
onun tribunasından öz fikirlərini səsləndirirdi. Azərbaycan Parla-
mentinin iclaslarında çox partiya, fraksiya və qrupların qızğın siyasi
diskussiyalar Ģəraitinin, fikir plüralizminin formalaĢdırılması və təmin
edilməsində Nəsib bəyin rolu az olmamıĢdı...
Azərbaycan Xalq Cümhuriyyətinin 4-cü hökumətinin sədri,
eyni zamanda daxili iĢlər naziri vəzifəsini öz üzərinə götürən N. Yu-
sifbəyli (o dövrün mətbuatında və tarixi ədəbiyyatda Usubbəyov so-
yadı kimi də əksini tapıb) Parlamentdə çıxıĢ etdiyi gün, 1919-cu il
aprelin 16-da bəyan etdiyi 63 nömrəli əmrdə bildirirdi:
“Bu gündən etibarən Daxili ĠĢlər Nazirliyinə rəhbərliyə baĢladı-
ğımı bütün təĢkilata elan edirəm. Ölkədə qanunçuluğun və qaydanın
daha da möhkəmləndirilməsini Daxili ĠĢlər Nazirliyinin ən ümdə
vəzifəsi kimi qarĢıya qoyuram. Hansı milliyyət, partiya, əhali, qrup
və ya ayrı-ayrı Ģəxslər tərəfindən törədilməsinə baxmayaraq, istənilən
anarxist çıxıĢların qarĢısı mənim tərəfimdən qəti tədbirlə alınacaq.
VətəndaĢların Ģəxsi və əmlak təhlükəsizliyinin qorunması
üçün ən təsirli tədbirləri görəcəyəm.
Azərbaycanda yaĢayan bütün millətlər mənim Ģəxsimdə özləri-
nə və qanuni hüquqlarının qorunmasına eyni münasibət görəcəklər.
130
Mən milli ədavətin heç bir təzahürünə yol verməyəcəyəm və
bu zəmində hər cür iğtiĢaĢlar sərəncamımda olan bütün vasitələrlə
yatırılacaq. Mən, habelə yerli inzibati rəhbərlik, xüsusilə onun aĢağı
agentləri arasında, çox təəssüf ki, kök salmıĢ rüĢvətxorluq və alver-
çilik halları ilə mübarizəni öz qarĢımda vəzifə kimi qoyuram; mən
bu cür təzahürlərə qarĢı amansız olacağam və vəzifə cinayətlərinin
vaxtında və surətlə təhqiq edilməsi, bunlarda təqsirli olanların ifĢa
edilməsi və məhkəməyə verilməsi üçün tədbirlər görəcəyəm.
Bu xüsusda mən qəza rəisləri vəzifələrinə namizəd seçməkdə
cənab qubernatorlara sərbəstlik verirəm və həmin rəisləri onların
təqdimatına görə təsdiq edəcəyəm. Qəza inzibati orqanı agentlərinin
aĢağı çinləri üçün sərbəst namizəd seçmək xüsusunda eyni ilə bu
cür hüquq qəza rəislərinə də verilmiĢdir. Bu zaman xəbərdarlıq
etməyi zəruri sayıram ki, təqdimatlar ilə təyin olunmuĢ Ģəxslərin hə-
rəkətləri üçün bütün məsuliyyəti mən cənab qubernatorların üzərinə
qoyacağam.
Mən Daxili ĠĢlər Nazirliyinin bütün çinlərindən göstərdiyim
məqsədlərə nail olmaq üçün var qüvvə ilə iĢləyəcəklərini, xidməti
borcu vicdanla yerinə yetirəcəklərini gözlətirəm.
Daxili iĢlər naziri Nəsib bəy Usubbəyov”.
Məzmunundan göründüyü kimi, bu əmrdə daxili iĢlər naziri
tərəfindən qarĢıya qoyulan vəzifələr olduqca aydın və konkret gös-
tərilmiĢdir.
Azərbaycan Xalq Cümhuriyyəti, onun hökuməti, Daxili ĠĢlər
Nazirliyi xalqın demokratik azadlıqlarını təmin etmək üçün çox iĢ
görür və buna əks yönəlmiĢ hər hansı qəsdin qarĢısını qətiyyətlə
alırdılar. Bu baxımdan Azərbaycan hökumətinin 1919-cu il 6 may
tarixli qərarı çox xarakterikdir. Beləki, 1919-cu il mayın 5-də Bakı-
da konkret siyasi məqsədlər güdən iqtisadi tətil baĢlanmıĢdı. Höku-
mət elə səhərisi gün daxili iĢlər naziri N. Yusifbəylinin Mərkəzi
Fəhlə Tətil Komitəsinin tətil etməsinə dair məruzəsini dinləmiĢ və
bunun əsasında aĢağıdakı kimi qərar qəbul etmiĢdi:
1.
Fəhlə Konfransının elan etdiyi tətil siyasi tətil sayılsın;
2.
Daxili iĢlər nazirinə fəaliyyəti Azərbaycan Cümhuriyyəti
dövlətçiliyinin əsasına qarĢı yönəlmiĢ olduğu hesab etdiyi adamla-
rın həbsi, hətta Azərbaycan hüdudlarından çıxarılması tədbirləri də
131
daxil olmaqla tətilin ləğv edilməsi üzrə tam sərbəst hərəkət etmək
hüququ verilsin;
3.
Tətil günlərində fəhlələrə məvacib verilməsin;
4.
Əmək nazirinə fəhlələrin iqtisadi tələblərinin ədalətli his-
sələrinin, iĢ adamları və fəhlələrlə birgə müzakirə etmək və sonra
hökumətə məlumat vermək tapĢırılsın;
5.
Nazir-sədrə fəhlələrə müvafiq müraciət etmək tapĢırılsın”.
Lakin siyasi məqsədlər güdən, 3 gün tətil edən buna məhəl
qoymadıqları, əksinə, hökumət qarĢısında ultimatum irəli sürməyə
cəhd göstərdikləri üçün Bakı polismeysteri Rüstəm bəy Mirzəyev
mayın 9-da tətilin təĢkillatçıları olan, Rusiyadan idarə olunan bolĢe-
viklərin liderləri - Əli Heydər Qarayevi (1896, Bakı quberniyası,
ġamaxı Ģəhəri-1938;otuzuncu illərdə repressiya olunmuĢ və 1938-ci
ildə güllələnmiĢdir), Anastas Mikoyanı (Anastas Ġvanoviç Mikoyan,
1895, Tiflis quberniyasının Sanain kəndi; indiki Ermənistanın Ala-
verdi rayonu - 1978, Moskva), Levon Mirzoyanı (1897,Gəncə qu-
berniyasının ġuĢa qəzası, AĢan kəndi - 1938; otuzuncu illərdə rep-
ressiya olunmuĢ və 1938-ci ildə güllələnmiĢdir), Ġvan AnaĢkini
(1880, Tambov-1938; otuzuncu illərdə repressiya olunmuĢ və gül-
lələnmiĢdir), A.E. Çurayevi, Kovalı, V.V. Lominadzeni (1897, Gür-
cüstan-1935; otuzuncu illərdə repressiyaya məruz qalmıĢ, 1935-ci
ildə özünü öldürmüĢdür), B. ġaboldayevi (sonralar, 1920-ci il mar-
tın 30-da Dağıstanda sovet qoĢunlarının komandanı təyin edilmiĢdi)
və ümumiyyətlə, 43 nəfəri həbs edib, ciddi polis mühafizəsinin mü-
Ģayiətilə Bakı Polismeysterliyinə gətirmiĢdi. Toxunulmazlıq hüququ
olan Parlamentin üzvü Ə.H. Qarayevə qanunsuz və icazə verilmə-
miĢ mitinq fəaliyyətində bulunduğu ona izah olunmuĢ və azad
edildiyi bildirilmiĢdi. Sonra digərləri də buraxılmıĢdı...
Azərbaycan Xalq Cümhuriyyəti DĠN-in orqanları torpaqları-
mızı qoruyacaq sərhəd qüvvələrinin yaradılmasında, torpaqların bö-
lünüb kəndlilərə verilməsində, bu zaman onlara qarĢı qanunsuz ver-
gilərin tətbiqinə və sıxıĢdırılması əleyhinə, Azərbaycan Ordusu sı-
ralarına yeni çağırıĢçıların toplanmasının təĢkilində də fəal iĢtirak
edirdilər. Azərbaycan Cümhuriyyətinin demokratik mahiyyətini öz
fəaliyyəti ilə təmsil edən Daxili ĠĢlər Nazirliyi olkədə demokratik
prinsiplərin gözlənilməsini nizamlayırdı.Məsələn, Azərbaycan DĠN-
Dostları ilə paylaş: |