138
meysterliyinin əldə etdyi məlumat əsasında 1919-cu il iyunun 11-də
Suraxanı küçəsi, 279 nömrəli evdə aparılan axtarıĢ zamanı oradakı
anbardan 1 ədəd teleqraf, 3 ədəd səhra telefon aparatı, 5 qutu (75
ədəd) tüfəng patronu və səhra telefon aparatı üçün ləvazimat aĢkar
edib götürmüĢdü. AxtarıĢda Bakı polismeysteri, rotmistr Puda Qu-
diyev (1880-1920) (əslində Quda Qudiyevdir...),onun böyük kö-
məkçisi Zalsman və DĠN-in Əks-KəĢfiyyat Ġdarəsinin (əslində Ək-
sinqilabla Mübarizə TəĢkilatının) agenti iĢtirak edirdilər.
Haşiyə: Azərbaycan müstəqillik qazandıqdan sonra onu daxili
və xarici təhlükədən qoruya biləcək xüsusi xidmət orqanlarının
yaranması zərurəti meydana çıxmıĢdı. Hərbi nazir S. Mehmanda-
rovun 29 mart 1919-cu il tarixli 156 nömrəli əmrindən bəlli olur
ki,Azərbaycan Nazirlər ġurasının sədri F.Xoyskinin hələ 28
avqust 1918-ci il 7 nömrəli sərəncamı ilə yenicə yaranmıĢ Əks-
KəĢfiyyat Hissəsinin rəisi vəzifəsi müvəqqəti olaraq poruçik
Ağalarova tapĢırılmıĢdı. O zaman,1918-ci il noyabrın 15-də
Azərbaycan Ordusunun Ümumi Qərargahı təsis olunanda 8 Ģöbə-
dən biri General-Kvartismeysterlik idi. General-Kvartimeyster
ġöbəsi qoĢun hissələrində yerləĢmə, əməliyyat və səfərbərlik,
kəĢfiyyat və əks-kəĢfiyyat, həmçinin rabitə xidmətinin təĢkili
iĢlərini həyata keçirirdi.1919-cu il martın birinci yarsınadək
General-Kvartimeysterlik ġöbəsinin rəisi vəzifəsini müvəqqəti
Vasili Nikolayeviç Sokolov yerinə yetirmiĢdi. 1919-cu il martın
19-da Azərbaycan Ordusunun BaĢ Qərargahında BaĢ Ġdarə
yarandıqda bu vəzifəyə Ġstehkamçılar Hərbi Məktəbinin rəisi,
polkovnik Vasili Dmitriyeviç Karqalateli təyin edilmiĢdi.V. Kar-
qalateli sonralar, müvəqqəti hərbi nazir olmuĢ tam artilleriya
generalı Əli ağa ġıxlinski ilə yaxın münasibətlərdə idi və onun
167 nömrəli əmri ilə 1920-ci il martın 20-də general-mayor rüt-
bəsinə layiq görülmüĢdü. KəĢfiyyat və əks-kəĢfiyyat sektoru da
məhz General-Kvarstimeysterlik ġöbəsinin tərkibində əsas stuk-
tur hissələri kimi fəaliyyət göstərməkdə idi. Əks-kəĢfiyyat hissəsi
28 avqust 1918-ci ildə General-Kvartismeyerlik ġöbəsi ilə birlik-
də yaranmıĢdı. Beləliklə, görünür ki, ilk xüsisi xidmət orqan-
larımız artıq 1919-cu ilədək mövcud olmuĢdur. Lakin onların
yaranmasını rəsmən, yuridik cəhətdən 1919-cu ilə aid etmək
139
lazımdır. Belə ki, 1919-cu il yanvarın 10-da Hərbi Nazirliyin ya-
nında Müvəqqəti Hərbi ġura yaradılmıĢdı. Bu ġuranın tərkibinə
General-Kvartismeyster ġöbəsinin rəisi də daxil idi.
1919-cu il martın 26-da Hərbi Nazirliyin BaĢ Qərargah (Ərka-
ni-Hərb) təsis edilmiĢdi.Hərbi nazir S.Mehmandarovun dəvətilə BaĢ
Qərgahın rəisi vəzifəsinə Krımdan milliyyətcə tatar olan general-
leytenant Məmməd bəy Sulkeviç təyin edilmiĢdi. Ġki gün sonra,
1919-cu il martın 28-də BaĢ Qərargahın BaĢ Ġdarəsi yaradılmıĢdı.
Bu Ġdarənin tərkibinə General-Kvartismeyster ġöbəsi daxil edilmiĢ-
di. ġöbə 4 xidmətdən ibarət idi. Üçüncü ġöbə KəĢfiyyat və Əks-
KəĢfiyyat Xidməti adlanırdı. Onun baĢlıca vəzifəsi düĢmənlər haq-
qında informasiya toplamaq, sərhəddən xaricdə hərbi agentura ya-
ratmaq, ölkənin daxilində cəsusluqla mübarizə aparmaq idi. Lakin
ilk dövrdə kadrlar çatıĢmırdı. ġöbənin cəmi 28 əməkdaĢı vardı. Be-
ləliklə, 1919-cu il martın 26-28-də Azərbaycanın ilk xüsusi xidmət
orqanları təĢəkkül tapmıĢdı. Həmin günlərdən biri - ilk milli təhlü-
kəsizlik orqanının yarandığı martın 28-i günü hazırda Azərbaycan
Respublikasının Milli Təhlükəsizlik Nazirliyi (MTN) (1 noyabr
1991-ci ildə yaradılmıĢdır) iĢçilərinin peĢə bayramı kimi hər il qeyd
olunur. Həmin gün ümummilli liderimiz, Azərbaycan Respublikası-
nın Prezidenti Heydər Əliyevin təĢəbbüsü və 23 mart 1997-ci il
tarixli fərmanı ilə təsis olunmuĢdur.
Təyinat. Daxili iĢlər naziri N. Yusifbəylinin 29 aprel 1919-cu
il tarixli 67 nömrəli əmri ilə milliyyətcə inquĢ olan rotmistr Quda
Əliyeviç Qudiyev Bakı Ģəhərinin polismeysteri vəzifəsinə təyin
edilmiĢdi.
1919-cu ilin mayında Ģimaldan Azərbaycan üçün təhlükə və
təhdidlər artmıĢdı. Azərbaycan Cümhuriyyətinin baĢ naziri və daxili
iĢlər naziri N.Yusifbəylinin bununla əlaqədar 1919-cu il mayın 28-
də Azərbaycan vətəndaĢlarına müraciətində deyilirdi: ” Təhlükə və
hədələr hələ keçməmiĢdir. Qara buludlar bizim üzərimizə hərəkət
edir. Əgər ölkənin daxilində qayda yaradılarsa, bizim sakitliyimiz
təmin olunacaq, biz bizim istiqlaliyyətimizi təhlükə altına alan qüv-
vələrə qarĢı cavab verməyə çalıĢacağıq, onda sakit və azad yaĢaya
bilərik”.
140
Nəsib bəyin bu müraciəti əhalini sayıqlığa səsləmiĢ, düĢmən
qüvvələrlə mübarizədə səfərbəredici amil rolunu oynamıĢdı. Doğru-
dan da, 1919-cu ilin yazı-yayında Bakıda xüsusilə Denikin zabit-
lərinin rus əhalisi arasındakı Azərbaycan Ordusu əleyhinə təbliğatı
xüsusilə güclənmiĢdi. Denikin ordusunun cəsuslar Ģəbəkəsi Bakını
bürümüĢdü. Hətta gizli silah bazası yaratmıĢdılar.Azərbaycanın
gənc xüsusi xidmət orqanları həmin bazanı Krasnovodsk (Ġndiki
S.Vurğun küçəsi) və Balaxanı (indiki Füzuli) küçələrinin kəsiĢdiyi
yerdəki evlərdən birinin zirzəmisində aĢkar edib müsadirə etmiĢdi-
lər... Onlar Denikin ordusunun BaĢ Qərargahının Bakıda gizli
fəaliyyət göstərən kəĢfiyyat Ģöbəsinin rəisi ÇernıĢovu da həbs
etmiĢdilər...Qeyd etmək lazımdır ki, hərbi nazir S. Mehmandarov
baĢ nazir N. Yusifbəyliyə yazdığı məruzədə bolĢevizimlə, denikinç-
ilərlə, erməni cildində bulunan biçeraxovçulara və s. düĢmən qüv-
vələrə qarĢı mübarizə iĢində hələ təcrübəli kadrlar sarıdan korluq
çəkən xüsusi xidmət orqanlarımıza yerli Ģəraitin xüsusiyyətlərini
yaxĢı bilən Bakı AxtarıĢ Polisi əməkdaĢlarının da cəlb olunmasını
məqsədəuyğun hesab etmiĢdi.
Belə Ģəraitdə sədri N.Yusifbəylinin olduğu fövqəladə ali səla-
hiyyətlərə malik orqanın - Azərbaycan Dövlət Müdafiə Komitəsi-
nin (DMK) 11 iyun 1919-cu il tarixli qərarı ilə Əks Ġnqilabla Mü-
barizə TəĢkilatı yaranmıĢdı. Onun təsis olunması məhz Azərbaycanı
hədələyən xarici və daxili əks qüvvələrə qarĢı mübarizə zərurətin-
dən irəli gəlmiĢdi. Əksinqilabla Mübarizə TəĢkilatının sədri əslən
Gəncədən olan, müsavatçı Məmmədbağır Saleh bəy oğlu ġeyxza-
manlı (ġeyxzamanov) (1880, Gəncə - 1920, Bakı) , müavini isə
“Hümmət” müsəlman bolĢevik təĢkilatının üzvü Mirfəttah Musəvi
(1891-1919) təyin edilmiĢdi. Əks-Ġnqilabla Mübarizə TəĢkilatı ya-
randığı ay onun cəmi 17 əməkdaĢı (3 baĢ agent, 14 agent) çalıĢırdı.
Ümumiyyətlə, mövcudluğu dövründə (11 iyun 1919 - 6 mart 1920-
ci il) bu təĢkilatda 100-dən artıq agent çalıĢmıĢdı. 1919-cu il avqus-
tun 20-də Məmmədbağır ġeyxzamanlı öz xahiĢi ilə istefa vermiĢ və
əvəzinə qardaĢı Nağı bəy ġeyxzamanlı (ġeyxzamanov) (1883-1967)
təyin edilmiĢdi.
1919-cu il sentyabrın 13-də Bakı MöhkəmləndirilmiĢ Hərbi
Müdafiə Rayonu ilə Bakı General-Qubernatorluğu birləĢmiĢdi. Hə-
Dostları ilə paylaş: |