141
min il oktyabrın 26-da Əks Ġnqilabla Mübarizə TəĢkilatı Bakı Möh-
kəmləndirilmiĢ Hərbi Müdafiə Rayonu və Bakı General-Quber-
natorluğunun tabeçiliyinə verilmiĢdi. O vaxt Bakının general-quber-
natoru milliyyətcə çərkəz olan general-mayor Murad Gəray bəy
Tlexas (1874-1920) idi. Məhz M. Tlexas həmin qurumun baĢçısı tə-
yin edilmiĢdi. Bu qurum və general M. Tlexas birbaĢa Azərbaycan
Respublikasının Daxili ĠĢlər Nazirliyinə tabe idi. 1920-ci il martın 6-
da Azərbaycan Cümhuriyyəti Nazirlər ġurasının qərarı ilə “istənilən
səmərəni” vermədiyindən DĠN-in Əks Ġnqilabla Mübarizə TəĢkilatı
(Tarixi ədəbiyyatda DĠN-in Əks-KəĢfiyyat Ġdarəsi adlandırılır) ləğv
edilmiĢdi. Bu haqda Nazirlər ġurasının həmin tarixli iclasında daxili
iĢlər naziri Mustafa bəy Vəkilov informasiya vermiĢdi (Qeyd: hadi-
sələrin sonrakı gedişi göstərmişdi ki, Əks-İnqilabla Mübarizə Təşki-
latının ləğv edilməsi ozamankı şəritdə bir qədər tələsik qərar idi və
mənfi nəticələrə səbəb olmuşdu...Onun mövcudluğu hələ zəruri idi...).
... Artıq yuxarıda qeyd olunduğu kimi Azərbaycan Xalq Cüm-
huriyyətinin ilk xüsusi orqanının rəhbəri Məmmədbağır ġeyxzamanlı
sovet hakimiyyəti elan olunduqdan sonra bolĢeviklər tərəfindən həbs
olunaraq, 1920-ci il mayın 29-da güllələnmiĢdi... M.F. Fəttah Musəvi
vəzifədə ikən hələ 5 sentyabr 1919-cu ildə öldürülmüĢ... və yerinə
Mahmud bəy Səfikürdski (1898-1977) təyin olunmuĢdu.
...7-ci sahə polis pristavı Volski axtarıĢ aparılan evin sahibi
A. Qriqoryantsı dindirərkən o bildirmiĢdi ki, həmin Ģeylər 1 ay bun-
dan qabaq burada yerləĢmiĢ Ermənistan Diplomatik Missiyasına
məxsusdur... AxtarıĢla bağlı protokol tərtib olunmuĢdu. Ermənistan
Diplomatik Missiyasının nümayəndəsi Efiancians bunu təkzib edə-
rək protest vermiĢdi. Lakin baĢqa real bir fakt onun protestini faĢ
etmiĢdi.
Belə ki, 1919-cu il iyunun 13-də Bakı Polismeysterliyi tərə-
findən Parapet bağındakı (keçmiĢdə bu bağa “Quru bağ” deyirdilər.
Sovet dövründə K. Marks adına bağ adlanırdı. Ġndi Fəvvarələr
bağıdır) müqəddəs Qriqori erməni kilsəsinin zirzəmisindəki anbardan
xeyli silah, o cümlədən pulemyot, patronlar, hərbi ləvazımat,
xəstəxana avadanlığı və əsgər paltarları gizlədildiyi aĢkar edilmiĢ və
protokollaĢdırılmıĢdı. Həmin Ģeylərdən bir qismi arabalarda “baĢqa
yerə” aparılarkən polis tərəfindən yaxalanmıĢdı... O zaman rəsmi
142
dövlət qəzeti “Azərbaycan” bu haqda ertəsi günü çıxan 213-cü
sayında yazmıĢdı. Ermənistan Respublikasının Bakıdakı Diplomatik
Nümayəndəliyi iyunun 16-da Azərbaycan Xalq Cümhuriyyətinin
Xarici ĠĢlər Nazirliyinə etiraz məktubu ilə müraciə etmiĢdi. Məktubda
bildirilirdi ki, güya nümayəndəliyin bundan xəbəri yoxdur. Lakin bu,
özünü sığortalamaqdan baĢqa bir Ģey deyildi. Məsələ burasında idi ki,
erməni kilsəsinin altındakı zirzəmidən (“qızıllı kilsə”, yaxud Alek-
sandr Nevski kilsəsi (Ġndiki Fəvvarələr meydanı ilə üzbəüzdə yer-
ləĢir...) axtarıĢ vaxtı həm də ermənilərin Azərbaycana qarĢı fəaliyyət
göstərən ağqvardiyaçı zabit, ”Xəzəryanı hökumət”in baĢçısı, general
Lazar Biçeraxovla yazıĢmalarını təsdiq edən sənəd (vərəqə) də tapıl-
mıĢdı. Vaxtı ilə general V. Tomsonun baĢçılığı ilə ingilislər Bakıya
gələndə “biçeraxovçular” - ruslar və ermənilər sevinmiĢdilər...
Qeyd: L. Biçeraxov Birinci Dünya müharibəsi zamanı İranda
rus qoşunlarının komandanı olmuş və türklərə qarşı da vuruş-
muşdu. L.Biçeraxov Azərbaycanı “bölünməz Rusiyanın” tərkib his-
səsi kimi bəyan etmişdi. O, hələ 1919-cu ilin yanvarında Azərbay-
canda qanuni hakimiyyəti devirmək və forpost üçün “Qafqaz-Xəzər
hökuməti” deyilən üzdəniraq, oyuncaq qurum yaratmışdı. ”Biçera-
xovçular” şəhərdə azğınlıq edirdilər... L.Biçeraxovun Bakıda çevri-
liş etmək istədiyini Azərbaycan hökuməti 1919-cu il fevralın 28-də
müttəfiq qoşunların komandanı V. Tomsona bildirmişdi. V. Tomson
L. Biçeraxova 48 saat ərzində Bakını tərk etməyi əmr etmiş və bu
əmr yerinə yetirilmişdi...
Azərbaycan hökumətinin baĢçısı və daxili iĢlər naziri N. Yu-
sifbəyli iyunun 16-da Parlament qarĢısındakı çıxıĢında ermənilərin
gizli fəaliyyəti barədə məlumat vermiĢ və izahat tələb etmiĢdi. Er-
mənistan Respublikasının Azərbaycandakı Diplomatik Nümayəndə-
liyi isə Azərbaycan hökumətinin sorğusuna cavab olaraq bildirmiĢdi
ki, kilsədən tapılan “Ģeylər” general Denikinin ağqvardiyaçı ordusu
ilə əlaqəsi olan poruçik ArĢak Sarkisovun “iĢi”dir. O, bu əlaqəni
Denikinin ordusunda xidmət edən “dostu” S. Balayansla birgə edib.
Odur ki, Ermənistan Diplomatik Missiyası onların hər ikisinin
cəzalandırılmasını Azərbaycan Cümhuriyyətinin hərbi naziri S.
Mehmandarovdan xahiĢ edir və bunu “ədalətli” sayır...
143
Azərbaycan DĠN-in saxta pul kəsilməsinə qarĢı mübarizəsi ilə
əlaqədar daha bir fakt üzərində dayanaq. Bakıda Ġlizar adında bir
nəfər Ģübhəli Ģəxs qismində polis tərəfindən həbs edilmiĢdi. Onun
mənzilindəki çarpayının altından 100.000 min manat pul, möhtəkirlik
məqsədilə gizlədilmiĢ çoxlu brilyant üzük tapılmıĢdı. Ġlizarın “dost-
ları” da daxil olmaqla 5 nəfərdən ibarət pul möhtəkirliyi ilə məĢğul
olan qrupdan üst-üstə 22 milyon köhnə Nikolay pulu da aĢkar
edilərək götürülmüĢdü. Bununla yanaĢı, Armiyanski (sovet dövründə
Qorki) və Kamenistı (sovet dövründə ġors) küçələrinin tinindəki bi-
nada qəlp pul hazırlayanlar da yaxalanmıĢdı. Merkuri (sovet döv-
ründə “ġaumyan” adlanırdı. Sonra Azərbaycan prospekti olub. Ġndi
Zərifə Əliyeva prospektidir) və Budaqov (indiki Bülbül prospekti)
küçələrinin tinində 400.000 manat hökumət pulunu aparan inkasatora
əli silahlı cinayətkarlar hücum edərkən polisin yaxınlaĢdığını görüb
aradan çıxmıĢdılar. Naberejnı küçəsində (indiki Neftçilər prospekti)
gəmi tərsanəsi ilə üzbəüz binada 8 nəfər naməlum Ģəxs cinayət-
axtarıĢ polisi məmurunun libasında və saxta vəsiqə ilə axtarıĢ keçirib,
buradan xeyli cavahirat və qızılı qarət edib aparmıĢdılar. Polis onların
izinə düĢə bilmiĢ və bu hadisənin üstünü açmıĢdı...
Cinayətkarlıqla mübarizədə polis əməkdaĢları və məmurları
xidmət baĢında həlak da olurdular. Belə hallarda Azərbaycan höku-
məti DĠN-in təqdimatı üzrə onların ailələrinə yardım kəsirdi. Məsə-
lən, N.Yusifbəylinin nazir olduğu dövrdə Daxili ĠĢlər Nazirliyinin
1919-cu ildə Gəncə, Nuxa və digər qəza rəisləri və Ģəhər polismeys-
terlikləri ilə yazıĢmaları nəticəsində həmin ilin yanvarında cinayət-
karlarla mübarizədə həlak olmuĢ Gəncə polisinin qorodovoyu Əli
Kərbəlayı Məsim oğlunun və Nuxa həbsxanasının nəzarətçisi Baba
Hacı Sadıx oğlunun ailələrinə birdəfəlik təqaüdlər təyin edilmiĢdi.
Azərbaycan Məhkəmə Palatası prokuroruna Bakı Ģəhərinin 1-ci
sahə polisi rəisi tərəfindən yazılmıĢ raportunda bildirilirdi ki, bu il
iyun ayının 19-da, gecə Bayıl küçəsində yaĢayan bir varlı Ģəxsin
mənzilinə iki nəfər gəlib özlərini polis kimi təqdim etmiĢlər. Onlar-
dan biri özünü təhriri (axtarıĢ) polisinin rəisi kimi təqdim edib, güya
pulemyot axtardıqlarını söyləyib və sübut üçün fotoĢəkil yapıĢdırıl-
mıĢ vəsiqə təqdim edib. Lakin axtarıĢa baĢlayandan bir az sonra onlar
evin xanımını silahla qorxudaraq, kassanı zorla açdırıb, oradan qızıl
Dostları ilə paylaş: |