132
in 28 aprel 1919-cu il tarixli əmri ilə arzu edən hər kəs,o cümlədən
siyasətlə məĢğul olanlar olkənin hüdudlarından heç bir əlavə vizaya
ehtiyac olmadan kənara çıxa bilərdilər. Bu cür hüquq o zamankı
siyasi partiyalara və ictimai təĢkilatlara da Ģamil edilmiĢdi...
N. Yusifbəyli bir daxili iĢlər naziri kimi fəaliyətə baĢlayandan
sonra ilk tədbirlərindən biri zərurət olaraq DĠN-in strukturlarını təc-
rübəli kadrlarla möhkəmləndirmək,onların idarəçiliyini təkmilləĢdir-
mək idi. Məsələn, N. Yusifbəylinin təklifi və təqdimatı üzrə, Azər-
baycan hökumətinin 6 may 1919-cu il tarixli qərarı ilə xalqımızın
milli istiqlaliyyəti, müstəqilliyi uğrunda fəal mübarizlərdən biri,
Gəncəbasarın məĢhur Rəfibəylilər nəslindən olan Xudadat bəy Rə-
fibəyli (1877-1920) Gəncə quberniyasının general-qubernatoru və-
zifəsinə təyin edilmiĢ, bu vəzifədə Azərbaycan Xalq Cümhuriyyəti
süqut edənə kimi qətiyyətlə və yorulmadan fəaliyyət göstərmiĢdi...
N. Yusifbəyli bir hökumət baĢçısı və eyni zamanda da daxili
iĢlər naziri kimi dövlət əleyhinə qarĢı aparılan bütün təzahürlərin
aradan qaldırılmasına çalıĢırdı. Bu iĢdə hətta Bakıdakı ingilis polisi
ilə əməkdaĢlıqdan da istifadə edirdi. Məsələn, onun göstəriĢləri ilə
1919-cu ilin mayından oktyabrınadək Bakı polisi müttəfiq qoĢunla-
rın qərargahının müdafiəsi və ingilis polisnin iĢtirakı ilə Azərbaycan
hökumətinə qarĢı gizli pozuculuq iĢləri ilə məĢğul olan bir qrup
görkəmli bolĢevik fəalını, o cümlədən Eminbəyli Ġbrahim Abdulla
oğlunu (1894, Gəncə-1937; otuzuncu illərdə repressiyaya məruz
qalıb və güllələnib), Axundov ġirəli BaxĢəli oğlunu (1886, Bakı
quberniyasının Lənkəran qəzası, Razigirdani kəndi-1960, Lənkəran
Ģəhər), may ayında Qasımov MirbəĢir Fəttah oğlunu (1879, Cənubi
Azərbaycan (Ġran), Təbriz vilayəti, DaĢbulaq kəndi-1949, Bakı),
Mirzoyan Levon Ġsayeviçi (1897-1938), Roqov Nikifor Fyodroviçi
(1887, Simbirski quberniyası, Korsunski qəzası, Sudoseve kəndi -
fevral 1920-ci ildə dənizdə hərbi gəmidəki Denikin ağqvardiyaçılar
tərəfindən saxlanılaraq digər bolĢevik yoldaĢları ilə birlikdə güllə-
lənmiĢdir), Hüseynov Rəhim Məmməd Cəfər oğlunu (1891, Gədə-
bəy-1937; otuzuncu illərdə repressiya olunub və güllələnib), Dada-
Ģov Müseyib Mirzə oğlunu (1896,Bakı qəzasının Balaxanı kəndi-
1967, Bakı), Tağıyev Ġbrahim Tağı oğlunu (1894, Qazax qəzasının
Öksüzlü kəndi - 1938; otuzuncu illərdə repressiya olunub və
133
güllələnib), Konkin Ġvan Mixayloviçi (1896,Gəncə qəzası, Gədə-
bəy sahəsi, Slavyanka kəndi-1954,Moskva), Qutin Semyon Avelo-
viçi (1897, Bakı-1938; otuzuncu illərdə repressiya olunub və
güllələnib), Ağa-zadə Kamran Cəfər oğlunu (1891, Cənubi Azər-
baycan, Ərdəbil Vilayəti Pərni kəndi-1939; ağır xəstəlikdən sonra
ölmüĢdür), AnaĢkin Ġvan Ġvanoviçi (1880-1937; otuzuncu illərdə
repressiya olunmuĢ və 1937-ci il dekabrın 30-dan 31-nə keçən gecə
güllələnmiĢdi. O, həmin gecə güllələnən 48 nəfərin içərisində sayca
29-cu idi...), iyunda Bünyadzadə DadaĢ Xoca oğlunu (1888-1938),
Sərdarov Bünyad Mədət oğlunu (1888-1919), sentyabrda Əliyev
HaĢım Bədəl oğlunu (1892, Bakı-5 sentyabr 1919; öldürülmüĢ-
dür...), Musəvi Mir Fəttah Əli oğlunu (1891, ġuĢa -5 sentyabr 1919,
Bakı; öldürülmüĢdür...), Cəbrayılov Məmməd Hüseyn Rüstəm oğlu-
nu (1900-1938) həbs etmiĢ, müsəlləh dəstə yaradıb müqavimət gös-
tərən “Qatır Məmmədi” (1887, Gəncə quberniyası, Goranboy -
Əhmədli kəndi - 18 sentyabr 1919-cu il, Kür sahilindəki Qaraquvax
kəndi; Azərbaycan Cümhuriyyəti tərəfindən güllələnmiĢdir) məhv
etmiĢdi...
Kütləvi həbslər ölkənin təhlükəsizliyi üçün narahatçılıq törə-
dənlərə qarĢı yönəlmiĢdi. Üstəlik, Bakıda və bölgələrdə vəziyyəti
kəskinləĢdirən cinayətkar ünsürlərlə də amansız mübarizə aparı-
lırdı... Beləliklə, görünür ki, Azərbaycan Daxili ĠĢlər Nazirliyi, onun
polis orqanları Bakıda və bölgələrdə iki cəbhədə: siyasi məqsədlərlə
pozuculuq törədənlərlə və habelə, bilavasitə cinayətkar hadisələrlə
məĢğul olan sırf kriminal, o cümlədən transmilli qüvvələrlə müba-
rizə aparmalı olurdular...
Təyinat. 13 oktyabr 1919-cu il.Daxili iĢlər naziri N. Yusif-
bəylinin əmri ilə Əmir xan Cahangir xan oğlu Xoyski Qazaxın qu-
bernatoru (DĠN-in Qazax qəzasında Xüsusi Səlayiyyətli müvəkkili)
təyin edilmiĢdi.
29 oktyabr 1919-cu il. Bakıda Azərbaycan Xalq Cümhuriyyəti
Ordusunun paradı keçirilmiĢdi. NümayiĢi Azərbaycan Cümhuriyyə-
ti hökumətinin baĢçısı və daxili iĢlər naziri N. Yusifbəyli qəbul et-
miĢdi.
N. Yusifbəyli islahatçı idi. Onun nazirliyi dövründə müstəqil
Azərbaycan polisinin formalaĢmasının üçüncü mərhələsi baĢlan-
134
mıĢdı. Həmin mərhələdə ölkədə bütün daxili iĢlər orqanları respub-
lika DĠN-in əlində mərkəzləĢmiĢdi. O cümlədən Bakı və Balaxanı-
Sabunçu polisi, habelə Bakı Qradonaçalnikliyinin də qəti olaraq
DĠN-ə tabeçiliyi baĢa çatmıĢdı. 1919-cu ilin iyununda Bakı Ģəhər
polisinin Ģtatları da artırılmıĢ və buna 5,5 milyon manat pul ayrıl-
mıĢdı. Ölkə vətəndaĢlarının Ģəxsiyyət və əmlak toxunulmazlığının
mühafizəsi güclənmiĢdi. Azərbaycan ərazisində yaĢayan bütün mil-
lətlərin hüquqlarının müdafiəsi təmin edilmiĢ, milli zəmində müna-
qiĢələr aradan qaldırılmıĢdı.Vəzifə cinayətlərilə mübarizə güclən-
dirilmiĢdi. Qubernatorlara və qəza rəislərinə yerlərdə polis xidmə-
tinin təĢkili üçün ən geniĢ səlahiyyətlər verilmiĢdi.
Daxili ĠĢlər Nazirliyi erməni daĢnakların törətdikləri fitnə-
karlıqları dəf etmək üçün müstəsna tədbirlərə belə əl atmağa məcbur
olurdu. Bunu DĠN-in Mərkəzi Aparatına yerli orqanların göndərdik-
ləri məlumatlardan bilmək olurdu. Gəncə qubernatorunun 1919-cu
ildə daxili iĢlər naziri Nəsib bəy Yusifbəyliyə göndərdiyi raportun-
da deyilirdi: ”Son illərin hadisələri ilə əlaqədar mənə tapĢırılmıĢ
ərazidə müsəlmanların vəziyyəti xeyli ağırlaĢmıĢdır. Ermənilər
azərbaycanlılar, ruslar və kolonist almanlardan fərqli olaraq öz qani-
çən hərəkətlərindən usanmır, kəndləri qarət edir, qadın və uĢaqlara
iĢgəncə verirlər. DaĢnaqların vəhĢiliyinin hüdüdu yoxdur. Orta əsr
vəhĢiliyi onların törətdikləri dəhĢətlər qarĢısında sönük görünür”.
N. Yusifbəylinin qətiyyətli mövqeyi və hərəkətləri düĢmənləri
bərk narahat edirdi. Onlar bu görkəmli dövlət xadiminin həyatına
qəsd niyətindən belə çəkilnmirdilər. Həmin aktlardan biri bu cür baĢ
vermiĢdi:
- 7 iyun 1919-cu ildə Ədliyyə Nazirliyinə məhkəmə prokuroru
Eristov tərəfindən 3112 nömrəli müraciət daxil oldu. Orada deyi-
lirdi ki, Bakı Ģəhərində günortaya yaxın Azərbaycan Cümhuriyyəti
Nazirlər ġurasının sədri N. Yusifbəyli öz mənzilindən (Baryatinski
küçəsindəki 6 nömrəli evdən) çıxıb binanın ağzında onu gözləyən
xidməti maĢına əyləĢib və yola düĢüb. Bundan 5 dəqiqə keçmiĢ Nə-
sib bəyin mənzilinin kəndarında postda dayanmıĢ Azərbaycan hö-
kumətinin süvari konvoyunun əməkdaĢı, Əli Hüseyn DadaĢov yuxa-
rıdan pilləkənlərlə aĢağı düĢüb həyətdə yerləĢən ayaqyoluna getmək
istəyərkən, evin giriĢində görkəmindən erməniyə oxĢayan bir
Dostları ilə paylaş: |