Kərimov Tofiq Mirzə oglu



Yüklə 3,76 Mb.
Pdf görüntüsü
səhifə48/156
tarix15.03.2018
ölçüsü3,76 Mb.
#32530
1   ...   44   45   46   47   48   49   50   51   ...   156

 

144 


pulla 2 milyon manatlıq qiymətli əĢya və qızıl pul götürüb aparmıĢ-

lar. Onlar gedərkən tapĢırıblar ki, Ģeylərin və pulun məsələsini aydın 

etmək üçün Bakı Polismeysterliyinin Cinayət Polisi Ġdarəsinə gəlsin. 

Fakt  üzrə  polisin  apardığı  əməliyyat-axtarıĢ  tədbirləri  nəticə-

sində Ģübhəli Ģəxs qismində saxlanılan Seyid Baba Mir DadaĢ oğlu 

istintaq zamanı etiraf edib ki, soyğunçuluğu o təĢkil edib. Ġstintaqın 

gediĢində  aydın  olmuĢdu  ki,  soyğunçuluqda  Bağır  Nəcəf  oğlunun, 

Nəriman MəĢədi Rəhim oğlunun, Mirəhməd Mirkərim oğlunun, Ġsa 

Mirzə Yəhya oğlunun, Əli Muxtar Piri oğlunun, Ġsgəndər Hacı Də-

mir oğlunun, Ġsmayıl Əlixan oğlunun, Əli ağa Ağamalı oğlunun və 

Mehdi Ramazanda itirak etmiĢlər. Hadisə vaxtı polis qorodovoy Ġs-

gəndər Hacı Dəmir oğlu mülkün qabağında xidmət Ģöbəsində “vəzi-

fəsi”ni yerinə yetirirmiĢ. Ġsa Mirzə Yəhya oğlu və Mir Əhməd Mir-

kərim oğlu isə tərsanə qarĢısında  “gecə gözətçisi”  imiĢlər. 

Bakı Polismeysterliyinin Cinayət-AxtarıĢı Polisinin rəisi soy-

ğunçuluğun təĢkilatçısı Seyid Baba Murad DadaĢ oğlunun və onun 

məĢuqəsi  Yelena  TamaraĢvilinin  mənzillərində  axtarıĢ  aparmıĢ,  bu 

zaman  oradan  çoxlu  qiymətli  oğurluq  əĢyalar  və  qızıl  pul  aĢkar 

etmiĢdi.  Soyğuna  məruz  qalan  ev  sahibi  də  baxıĢ  zamanı  Ģeylərini 

tanıyıb.  Bundan  əlavə,  Seyid  Babanın  mənzilindən  onun  fotoĢəkili 

yapıĢdırılmıĢ iki saxta vəsiqə tapılmıĢdı. Vəsiqənin birincisində ona 

silah  daĢımağa  icazə  verildiyi  yazılmıĢdı.  Ġkinci  vəsiqəni  isə  Bakı 

polismeysterinin müavini 1919-cu ilin martında ona vermiĢdi. Soy-

ğuna  düçar  olmuĢ  ev  sahibi  Seyid  Babanın  axtarıĢ  zamanı  özünü 

məhz həmin vəsiqəylə  cinayət  üzrə  polis  rəisi adlandırdığını təsdiq 

etmiĢdi.  Ġsmayıl,  Əli  ağa  və  Mehdi  Ramazandan  baĢqa  yuxarıda 

adları çəkilənlərin hamısı həbsə alınıb. Onların da evlərindən talan 

etdikləri qiymətli əĢya və qızıl pullar tapılıb. Ələ keçən qiymətli əĢ-

ya və qızıl pullar yiyəsinə qaytarılıb. Bakı Ģəhərinin 1-ci sahə polisi 

istintaqı davam edirir... 

Bakı  Polismeysterliyinin  əməkdaĢları  “Tiflis  əsilzadələri” 

bankını yarmaq istəyən və tapança ilə silahlanmıĢ Ģəxslərə də mane 

olmuĢdular. Onlar Çəmbərəkəndində (Azərbaycan Respublikası Na-

zirlər  Kabinetinin  yerləĢdiyi  ərazilər)  Vəkilov  müalicəxanasının 

(indiki  Lermontov  küçəsində  yerləĢən  2  saylı  poliklinika)  yaxınlı-

ğındakı çəpərə alınmıĢ bağçadakı damdan çoxlu tüfəng, patron dolu 




 

145 


qutular bomba və qumbara aĢkar edib götürmüĢdü. Polis tərəfindən 

yük  avtomobili  dolusu  silah  tutulmuĢdu.  Dəniz  kənarındakı  bir 

evdən isə  silah  anbarı  aĢkar edilmiĢdi.  Buradan 1067 top  gülləsini, 

çoxlu patron dolu qutular, bomba və mərmi müsadirə olunmuĢdu. 

N.Yusifbəyli baĢ nazir və eyni zamanda daxili iĢlər naziri olan 

zamanı Daxili ĠĢlər Nazirliyinin iĢlərinə kənar təĢkilatların, xüsusilə, 

hərbi  idarələr  tərəfindən  müdaxilə  edilməsinin  qarĢısını  almıĢdı. 

N.Yusifbəyli Dövlət Müdafiə Komitəsinin sədri idi. DMK-nın qərarı 

ilə  respublikada  bütün  inzibati  hakimiyyət  yalnız  Daxili  ĠĢlər 

Nazirliyinin  əlində  cəmləĢdirilmiĢdi.  1919-cu  il  sentyabrın  16-da 

Dövlət Müdafiə Komitəsinin qərarı ilə polis məmurlarının qanunçu-

luğa necə əməl etməsinə nəzarəti həyata keçirmək məqsədilə DĠN-in 

yanında Xüsusi Ġnzibati Ġnspeksiyası (Xüsusi Polis MüfəttiĢliyi) yara-

dılmıĢdı.  Xüsusi  Polis  Ġnspeksiyası  Nikolayev  (indiki  Ġstiqlaliyyət) 

küçəsi,  7  nömrəli  evdə  yerləĢirdi.  DMK-nın  qərarı  ilə  Azərbaycan 

milli-demokratik  fikir  cərəyanının  rəhbərlərindən,  C.Məmmədqulu-

zadə (1866-1932) ilə birlikdə “Molla Nəsrəddin” jurnalının yaradıcı-

larından biri, görkəmli yazçı-jurnalist Ömər Faiq Nemanzadə (1872-

1938) Xüsusi Polis Ġnspeksiyasının baĢ inspektoru təyin olunmuĢdu. 

DMK-nın  16  sentyabr  1919-cu  il  tarixli  qərarı  və  daxili  iĢlər 

naziri  N.  Yusifbəylinin  müvafiq  əmri  ilə  DĠN-in  Xüsusi  Polis  Ġns-

peksiyasının  Əsasnaməsi  də  qəbul  olunmuĢdu.  Əsasnamə  onunla 

tanıĢlıq üçün qəzetlərdə dərc edilmiĢdi. 

Əsasnamədə  göstərilirdi  ki,  Xüsusi  Polis  MüfəttiĢliyi birbaĢa 

daxili iĢlər nazirinə tabedir və ondan müvafiq əmrlər alır və yerinə 

yetirir.  Özünün  baĢlıca  vəzifəsi  qəza  və  quberniya  inzibatçılığının 

qanunauyğun  aparılmasına  nəzarət  etməkdən  savayı,  Xüsusi  Polis 

MüfətiĢliyi həm də ildə bir dəfə DĠN idarələrinin və məsul Ģəxslərin 

iĢinin  yoxlanmasını  aparmalı  idi.  Əgər  sui-istifadə  halları  barədə 

məlumat  alınırdısa,  onda  MüfəttiĢlik  gözlənilməz  yoxlama  apara 

bilərdi. Ancaq belə yoxlamaların aparılması üçün mütləq daxili iĢlər 

nazirindən  razılıq  alınmalı  idi.  Buna  baxmayaraq,  müfəttiĢin  hər 

hansı bir məsul Ģəxsin vəzifəsindən sui-istifadə etməsi barədə məlu-

matı olurdusa, o, müstəsna hal kimi öz sərəncamı üzrə də yoxlama 

aparmaq hüququna malik idi. 



 

146 


MüfəttiĢ  vəzifəli  Ģəxslər  tərəfindən  törədilən  vəzifə  cinayət-

lərinin təhqiqatını da aparmaq ixtiyarına malik idi. Belə təhqiqatlar 

zamanı MüfəttiĢliyin əməkdaĢları Cinayət Məhkəməsinin Nizamna-

məsi  üzrə  onlara  verilən  bütün  hüquqlardan  istifadə  edə  bilərdilər. 

MüfəttiĢliyin  məmurları  əlavə  hüquqlar  kimi  Ģübhəli  olan  və  ya 

cinayətin izini itirməyə cəhd göstərən Ģəxslərin evində axtarıĢ apara, 

günahkar Ģəxsin əmlakına da qadağa (həbs) qoya və Ģübhə doğuran, 

Ģəxsi  təhqiqat  aparılan  müddətdə  vəzifədən  uzaqlaĢdıra  bilərdilər   

və s. MüfəttiĢliyin Əsasnaməsində xüsusi qeyd edilirdi ki, hər hansı 

bir  məsələnin  təhqiqatı  qubernator  və  ya  ondan  yuxarı  vəzifəli 

Ģəxslərlə  bağlıdırsa,  yalnız  daxili  iĢlər  nazirinin  icazəsi  alındıqdan 

sonra  yoxlama  aparıla  bilərdi.  Yerdə  qalanlar  isə,  müfəttiĢin  səla-

hiyyətinə  aid idi.  MüfəttiĢliyin  məmurları tərəfindən keçirilən  yox-

lamaların  və  təhqiqatların  nəticələri  məruzə  Ģəkilində  əvvəlcə  öz 

rəislərinə, sonra isə daxili iĢlər nazirinə çatdırılırdı. Rəhbərlik də bu-

na əsasən cinayətkarlara qarĢı cəza və yaxud cərimə tədbiri görürdü. 

Azərbaycan  Cümhuriyyəti  DĠN-in  yanındakı  Xüsusi  Polis 

MüfəttiĢliyinin  Ģtat  cədvəli  25  nəfər,  o  cümlədən  1  baĢ  inspektor 

(rəis funksiyasına və hüququna malik idi), 1 nəfər onun köməkçisi,8 

nəfər müfəttiĢ, 1 nəfər dəftərxana müdiri, 1 nəfər kargüzar və onun 

köməkçisi, 1 nəfər qeydiyyatçı, 1 nəfər makinaçı, 1 nəfər dəftərxana 

kuryeri və 8 nəfər müfəttiĢlərin kuryeri olmaqla təsdiq  olunmuĢdu. 

MüfəttiĢliyin ilk baĢ inspektoru (rəisi) Azərbaycan Dövlət Müdafiə 

Komitəsinin  qərarı  və  daxili  iĢlər  naziri  N.Yusifbəylinin  müvafiq 

əmri  ilə  Ömər  Faiq  əfəndi  Nemanzadə  təyin  edilmiĢdi.Onun  aylıq 

vəzifə maaĢı 5.000 rubl idi. 

Azərbaycan  Respublikasının  Dövlət  Müdafiə  Komitəsinin 

(DMK) (Dövlət Müdafiə Komitəsi Azərbaycan Parlamentinin 1919-

cu il 9 iyun tarixli qərarı ilə yaradılmıĢ və ona ən geniĢ səlahiyyətlər 

verilmiĢdi. DMK-nın sədri N. Yusifbəyli idi. DĠN öz fəaliyyəti ba-

rədə DMK-ya vaxtaĢırı hesabat verirdi.DMK Bakıda Sahil küçəsin-

də, milyonçu və həm də məĢhur xanəndə olmuĢ Seyid Mir Babaye-

vin  evində  (Nikolayev  küçəsi  (Ġndiki  Ġstiqlaliyyət  küçəsi,  1)  yerlə-

Ģirdi. N.Yuisifbəylinin telefonları: 3-32 xidməti; 83-90 mənzil nöm-

rələri  idi)  qərarı  ilə  respublikada  bütün  inzibati  hakimiyyət  yalnız 

bir  inzibati  ali  orqanın  –  DĠN-in  əlində  cəmləĢdirilmiĢdi.  Belə  ki, 




Yüklə 3,76 Mb.

Dostları ilə paylaş:
1   ...   44   45   46   47   48   49   50   51   ...   156




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə