Kimyanin təDRİSİNDƏ metodik vəSAİTLƏRDƏN İSTİfadə A. N. Hümbətova



Yüklə 53,63 Kb.
Pdf görüntüsü
səhifə2/3
tarix30.12.2023
ölçüsü53,63 Kb.
#164304
1   2   3
07 Kimyanin tedrisinde metodik vesait ist

Kimya məktəbdə 
55 
fərqlənir. Məktəb kimya kursu ilə əlaqədar ayrı- ayrı mövzuların adi metodik 
təhlili deyil, zəngin material əsasında kimya müəllimlərinin yaradıcı fəaliyyətinin 
ümumi əsasları mühüm və prinsipial mövqedən dərin təhlil olunan bu kitab 
müəllimlər üçün nəzərdə tutulmuş vəsaitdir. 
1969- сu ildə D.M. Kирйушкинин “Методы обучения химии в средней 
школе“ adlı monoqrafiyası çapdan çıxdı. Müəllimlər üçün yazılmış bu əsərdə 
yeni tədris materiallarının və şagirdlərin əvvəllər əldə etdiyi biliklərin 
təkmilləşdirilməsi prosesində tətbiq olunan təlim üsullarından danışılır. 1970- ci 
ildə D.M.Kирйушкин вə В.С. Полосинин “Методика обучения химии“adlı 
kitabı çapdan çıxdı. Vəsaitdə əsas diqqət tədris proqramının qeyri- üzvi kimya 
kursu hissəsindəki mövzu və bölmələrin öyrədilməsinin konkret metodikasına 
yönəldilmişdir. 
1973- cü ildə L.A. Tsvetkokovun ”Onuncu sinifdə üzvi kimyanın tədrisi” 
adlı metodik vəsaiti Azərbaycan dilində çapdan çıxdı. Müəllimlər üçün nəzərdə 
tutulmuş bu əsərdə üzvi kimyanın məzmunu, öyrənilməsi üsullarının ümumi 
xarakteriktikası yeni proqrama müvafiq ayrı- ayrı mövzuların geniş təhlili öz 
əksini tapmışdır. 1984- cü ildə müəlliflər kollektivi (Н.Й. Кузнетсова, В. 
П.Гаркинов, Д. П. Йериgин, И. Л. Дрижин, Т. Н. Раннимова, Е.Г. Злотников, 
С.В. Дйакович, В.Г. Андросова, А.Л. Андриенко) tərəfindən yazılmış 
“Методика преподавания химии “ adlı tədris vəsaiti nəşr olundu. 
1987- ci ildə Q.M. Çernobelskayanın “Kimyanın tədrisi metodikasının 
əsasları” adlı dərs vəsaiti çapdan çıxdı. Kitab, kimya təliminin öyrədici (təhsil), 
tərbiyəedici və inkişafetdirici funksiyalarına, kimya təlimi prosesinin 
təşkilinə, kimyanın tədrisi metodikasının konkret məsələlərinin ümumiləşdirilmiş 
şəkildə nəzərdən keçirilməsinə həsr olunmuşdur. Material kimyanın tədrisi 
metodikası proqramının ardıcıllığı əsasında verilmişdir. 
Azərbaycanda kimyanın tədrisi metodikası elminin yaranması və inkişafı 
uzun tarixi bir yol keçmişdir. Azərbaycan öz zəngin təbii sərvətləri, kimyəvi 
xammalları ilə çox qədim zamandan bəri məşhur olmuşdur. Həyatımızın elə bir 
sahəsi yoxdur ki, orada kimya bilavasitə iştirak etməsin. Azərbaycanda kimyanın 
inkişafı, bu elmin orta məktəblərdə tədrisinin keyfiyyətini yüksəltmək və
sevdirmək üçün alimlərimizin əməyi əvəzsizdir. 
Rəcəb Əliyev və Əyyub Əzizov “Kimya təliminin prinsipləri” adlı 
kitabında göstərmişdilər ki, kimyanın tədrisində onun metodik prinsiplərini 
formalaşdırmaq sahəsində elmi- tədqiqat işlərini davam etdirməklə yanaşı 
aşağıdakı mühüm məsələləri diqqət mərkəzində saxlamaq lazımdır: 
-
Kimyanın tədrisində onun təliminin metodikasını elə formalaşdırmaq 
lazımdır ki, dərs aydınlığı və konkretliyi ilə fərqlənsin; 


1(45)2014 
56 
-
metodik prinsiplərin tətbiqində, kimyanın metodikası sahəsində tədqiqat 
aparan alimlər, haqlı olaraq müəyyən konkret fikirlərə əsaslanırlar. Alimlərin 
bəziləri kimya təliminin qanunlarını (professorlar N.Y. Kuznetsova, V.P. 
Qarkunov, D P. Yerikin, İ. L. Drijan və. başqaları), bəziləri kimya fənninin əsas 
xüsusiyyətlərini (professor R.Y. Əliyev), bəziləri isə kimyanın tədrisində 
şagirdlərə kimya dilinin öyrədilməsi qanunauyğunluqlarını (dosent İ. N. Borisov) 
əsas götürmüşdülər. Bizim fikrimizcə, kimyanın tədrisində kimyanın təliminin 
metodikasını müəyyənləşdirərkən iki prinsip əsas götürülməlidir: 
1-
ci kimya təliminin qarşısında duran məqsəd və vəzifələr; 
2-
ci şagirdləri praktik həyata hazırlamaq baxımından kimya fənninin əsas 
xüsusiyyətləri. 
Beləliklə, müəllim kimyanın tədrisi prosesində metodik prinsiplərə istinad 
etməklə, yuxarıda qeyd olunmuş məqsədə, yəni, şagirdlərə tam, konkret, dərin, 
dəqiq, aydın, sistemli, möhkəm və həqiqi bilik vermək məqsədinə nail ola bilər. 
Şagirdləri daim, fasiləsiz təkmilləşməyə, tədris boyu biliklər qazanmağa 
hazırlamaq, onları elmi faktlarla silahlandırmaq, onları idrak metodlarına 
yiyələnməyi öyrətmək lazımdır. Bu metodlarla şagirdlər bilikləri şüurlu 
mənimsəyi və müxtəlif situasiyalarda tətbiq etməyi bacarırlar. Ona görə də, kimya 
müəllimləri öz dərslərinin düzgün təşkil edilib keçirilməsi, həyatla, istehsalatla, 
ölkədə gedən quruculuq işləri praktikası ilə əlaqələndirilməsi və bu vasitələrlə 
şagirdlərə yaxşı mənimsənilməsi, əməli əhəmiyyəti olan bacarıq və vərdişlər 
aşılanması, gənclərdə möhkəm əqidə və inamın yaradılması və milli iftixar 
hissinin tərbiyə edilməsi üsulu təşkil edir. Şagirdin fərdi imkanları, təlimə marağı 
əldə etdiyi uğurlu nəticələrin dəyərləndirilməsi onun fəaliyyətini stimullaşdırır, 
şagird əldə etdiyi bilik və bacarıqlardan sonrakı fəaliyyəti prosesində daha 
səmərəli istifadə etməklə uğurlara nail olur. Şagirdin kimyanın tədrisi prosesində 
praktik vərdişlərə yiyələnməsi, müşahidə və tədqiqatçılıq qabiliyyətlərinin inkişaf 
etdirilməsi, digər bilik mənbələrindən bacarıqla istifadə etməsi onun müstəqil, 
davamlı fəaliyyətini stimullaşdırır. Orta məktəblərdə kimyanın tədrisinin 
keyfiyyətinin yüksəldilməsi müəllimin öz işinin yaxşılaşdırılmasından xeyli 
asılıdır. Tədris prosesi elə qurulmalıdır ki, şagird əldə etdiyi bilik və bacarıqları 
genişləndirməyə hazırlansın, o gələcəkdə də sinifdən və məktəbdənkənar 
vəziyyətdə belə öz bilik və bacarıqlarını inkişaf etdirməyə meyl etsin, nəticədə 
bacarıqlara nail olmuş olsun.Hər bir müəllim tədrisin müxtəlif tərəflərini dərk 
etməli, təhsil sisteminin digər iştirakçıları ilə anlaşma əldə etməli, pedaqoji 
peşənin çətinliyini nəzərə almalı və peşəkarlıq səviyyəsinin fasiləsiz 
yüksəldilməsinə çalışmalıdır. Professor Ə.Ö. Əbdürrəhimov və dosent İ.N. 
Borisov qeyd etmişdilər ki, kimyanın tədrisində metodik prinsiplər praktik təlim 
işində (laborator təcrübələri və praktiki məşğələlərdə) istifadə edilən qaydalardan 
ibarətdir. Kimya fənninin tədrisinin təkmilləşdirilməsində, kimya müəllimlərinin 


Kimya məktəbdə 
57 
yeni metod və vasitələrdən düzgün istifadə etməsi, dərsdə elmilik prinsipinin 
gözlənilməsi, dərsin vaxtından səmərəli istifadə, əyani vəsaitlərdən, və.s. 
istifadənin vacibliyi və səmərəliliyi böyük rol oynayır. 
N.Ə. Xəlilov. Ə.T. Əzizov Kimya tədrisi üsulu praktikumu. BDU. 2008- 
ci il. Tağıyev T.İ. “Kimyanın tədrisi metodikası”. Bakı. 2012- il və 2013- il. 
Kərimov Y.S. Təlim metodları. Bakı. 2007 – il. Abbasov V.M., Abbasov M.M. və 
başqaları. Kimyadan orta məktəb dərslikləri. Bakı. 2005- il, 2009- il, 2010- il. 
2011- il. Kərimov Y. Pedaqoji tədqiqat metodları. Bakı. 2009- il. Əliyev A. 
Siniflərdə kimyanın tədrisi. Bakı. 2011- il. Kimyəvi analizin əsasları. H.A. 
Verdizadə. M.M. Mehdiyev. Azərbaycan Respublikası Təhsil Nazirliyi. M.Ə. 
Rəsulzadə adına Bakı Dövlət Universiteti. Qeyri-üzvü və fiz. kimyanın müasir 
problemləri. və.s. ədəbiyyat vəsaitlərindən kimya müəllimlərimizin istifadə
etməsi məqsədəuyğundur. 

Yüklə 53,63 Kb.

Dostları ilə paylaş:
1   2   3




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə