Kitab Avropa Qonşuluq və Tərəfdaşlıq Aləti Şərq Ölkələri Meşə Sektorunda Hüquq Tətbiqi və İdarəetmə Sisteminin Təkmilləşdirilməsi proqramının ikinci fazası



Yüklə 1,66 Mb.
Pdf görüntüsü
səhifə25/41
tarix08.07.2018
ölçüsü1,66 Mb.
#53891
1   ...   21   22   23   24   25   26   27   28   ...   41

72
II FƏSİL 
MƏKTƏB MEŞƏÇİLİYİNİN YARADILMASI
Yaz səpini zamanı cərgəarası 15­20 sm, toxumlararası 6­8 sm
məsafə saxlanılmaqla toxumlar 1sm dərinlikdə səpilir. Payızda isə
toxumlararası  məsafə  4­5  sm  olmalıdır.  Yayda  cücərtilər  sulanır
və alaqlardan təmizlənir. Həmin ilin payızında cücərtilərin nisbətən
iriləri  daimi  yerinə  əkilir,  kicik  cücərtilər  isə  növbəti  ilə  qədər
məktəb tingliyində saxlanılır. Cücərtilər arasında məsafə 5­10 sm,
cərgəarası 30­40 sm olmalıdır.
Qarağac  (Ulmus  L.)  sürətlə  boyatan  ağac  növlərindən
olub,  torpağın  münbitliyinə  və  rütubətliliyinə  tələbkardır.  Yayın
sonunda qarağac toxumları yetişir. Bu dövrdə toplanan toxumlar
dərhal sahəyə səpilir. Bu bitkilər 15­20 illik yaş həddinə çatdıqda
göbələk  xəstəliklərinə  qarşı  həssas  olur.  Buna  görə  də  daimi
yerinə köçürüləndə bir­birindən 20 m aralı, digər ağac cinsləri ilə
qarışıq  əkilməlidir.  Bu  üsulla  xəstəliyin  yetkin  ağacların  arasında
yayılmasının qarşısını almaq olar.
Qarağac  toxumlar  bir­birindən  20­30  sm  aralı  olmaqla  1
m  uzunluqda  şırımda  100­50  ədəd  olmaqla  səpilir.  Cücərtilər
səpinin  sıxlığından  asılı  olaraq  inkişaf  edir.  Seyrək  səpilmiş  (3­5
sm  məsafədə)  toxumlardan  nisbətən  iri  cücərtilər  becərilir.  1  m
şırımda 500 ədəd toxum səpildikdə cücərtilərin hündürlüyü payıza
qədər  nisbətən  kiçik  olur.  Yalnız  2  ildən  sonra  bitkilkər  tingliyə
köçürülür. Səpindən əvvəl sahəyə mineral gübrələr verilir. Səpindən
sonra  sahədə  rütubətin  kifayət  qədər  olmasına  diqqət  yetirilir.
Quraqlıq  zamanı  qarağac  əkinləri  polietilenlə  və  ya  digər  örtük
materialı  ilə  örtülür.  İlk  cücərtilər  əmələ  gəldikdə  örtüklər  açılır.
Qarağacın  cücərtilərində  yarpaqlar  qarşılıqlı,  yetkin  fərdlərdə  isə
növbəli düzülüşdə olur. Həyatının birinci ilinin sonunda cücərtilərin
hündürlüyü  15­50  sm­ə  çatır.  Tingliyə  köçürülən  bitkilər  yazda
cərgəarası 30­40 sm, bitkiarası 7­10 sm olmaqla əkilir. İkinci ilin
payızında tinglərin hündürlüyü artıq 1 m­ə qədər uzanır və güclü
kök sistemi formalaşır.
Göyrüş  (Fraxinus  L.)  bitkisi  də  torpağın  münbitliyinə  qarşı
tələbkardır.  Bitkinin  toxumları  payızda  səpilir.  Səpindən  əvvəl
toxumlar stratifikasiya edilir. Göyrüşün toxumları payızın sonunda
səpildikdə  yalnız  2  ildən  sonra  cücərir.  Buna  görə  də  toxumların
qanadcıqları saralan kimi toplanır.
Kifayət  qədər  münbit  torpaqda  yaxşı  qulluq  şəraitində  göyrüş
toxmacarlarının hündürlüyü il ərzində 40­50 sm­ə çatır. Daha hündür
boylu  əkin  materialı  əldə  etmək  üçün  birillik  toxmacarlar  tingliyə
köçürülür.  Göyrüş  toxumları  payızda  səpilir.  Eyni  zamanda  yazda
meşə  döşənəyinin  üzərində  cücərmiş  toxumları  toplayıb  bitkilərin


73
 MƏKTƏB MEŞƏÇİLİYİNİN YARADILMASI 
II FƏSİL
artırılmasında istifadə etmək olar. Toxumlar cərgəarası 15­25 sm,
bitkiarası 7­15 sm olmaqla səpilir. Payızda səpilən toxumlar arasında
2­3  sm  saxlamaqla  daha  sıx  səpmək  olar.  Sıx  bitmiş  cücərtilər
sonradan seyrəldilir. Səpin minimal dərinlikdə aparılır. Sadəcə olaraq
toxumlar torpağın səthinə yüngülcə basdırılır ki, suvarma və yağış
zamanı yuyulub aparılmasın. Toxumların qanadları torpağın səthində
saxlanılır. Vegetasiya dövründə əkin sahəsi müntəzəm suvarılır.
Qovaq (Populus L.) söyüd (Salix L.) ağacları vegetativ
üsulla­  qələm  və  kök  pöhrələri  vasitəsilə  asanlıqla  çoxaldılır.  Bu
bitkiləri toxumla artırmaq daha əlverişlidir. Toxumla artırılan bitkilər
daha sağlam və dözümlü olsa da, bu üsuldan məktəb meşəçiliyində
istifadə  edilməsi  çətindir.  Qovaq  və  söyüd  ağaclarının  toxumları
yazın  sonu  və  yayın  əvvəlində  yetişir.  Xırda  toxumların  uzaq
məsafəyə yayılmasını təmin edən yüngül tükcüklər külək tərəfində
asanlıqla aparılır. Toxumaların cücərmə qabiliyyəti bir neçə həftəyə
qədər olub, vaxt ötdükcə itirilir. Buna görə də toxumlar toplanan
kimi  dərhal torpağa səpilir.  Torpağın səthinə səpilmiş  toxumların
üzərinə su çilənir və üzərinə torpaq əlavə edilmir.
Qovaq  və  söyüd  bitkilərini  qələm  vasitəsilə  də  artırmaq
mümkündür. Qələmlə artırılan bitkilərin hündürlüyü il ərzində 1 m­ə
çatır. Yazda yarpaqlar inkişaf etməmiş qələmlər hazırlanır. İkiillik
budaqlardan 15­20 sm (bəzən 10­12 sm) uzunluqda qələm kəsilir.
Hər bir qələmin üzərində 2­3 ədəd gözcük saxlanılır. Qələmlərin kök
atması üçün onları xüsusi məhlullarla (heteroauksin) işləmək olar.
Yaxud da kəsilmiş qələmlər su ilə dolu ağzı bağlı şüşə qabda 8­12°
C temperaturda soyuq yerdə saxlanılır, çünki aşağı temperaturda
kök əmələ gəlmir.
Qovaq  və  söyüd  qələmləri  cərgəarası  40­60  sm,  bitkiarası
7­10  sm  olmaqla  əkilir.  Əkin  dərinliyini  təyin  edərkən  qələmin
2­3 tumurcuğu torpağın səthində qalmalıdır. Əkilmiş qələmlər 10­
15 sm­ə çatana qədər müntəzəm suvarılır. Sonradan yalnız quru
havada suvarılma aparılır.
Fındıq (Corylus avelana) bitkisi istiliyə, rütubətə və torpağın
münbitliyinə tələbkardır. Buna görə də fındıq bitkisinin əkini üçün
sahə müvafiq qaydada hazırlanmalıdır. Fındıq toxumları çox vaxt
daimi  yerinə  birbaşa  səpilir.  Lakin  tinglikdə  də  becərilə  bilər.
Əsasən  toxumlar  payızda  səpilir.  Erkən  yazda  meşədə  cücərmiş
fındıq  toxumlarını  toplamaq  mümkündür  və  bu  toxumlar  dərhal
sahəyə səpilməlidir. Səpin üçün növbəti yaza qədər toxumlar soyuq
şəraitdə  saxlanmalıdır.  Otaq  temperaturunda  saxlanan  toxumlar
çətinliklə, bəzən də bir ildən sonra cücərir.


Yüklə 1,66 Mb.

Dostları ilə paylaş:
1   ...   21   22   23   24   25   26   27   28   ...   41




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə