Kitab Azərbaycanın kənd təsərrüfatının inkişafında və təşəkkül tapmasında misilsiz



Yüklə 7,67 Mb.
Pdf görüntüsü
səhifə35/273
tarix27.10.2017
ölçüsü7,67 Mb.
#6951
1   ...   31   32   33   34   35   36   37   38   ...   273

12 

birl


əşməsində  öncədən görən ölkə  başçısının  tapşırığı  ilə  dövlət torpaq fondu 

hesabına  Ağcabədi və  Beyləqan  rayonlarının  inzibatı  ərazisində  müvafiq olaraq 

330 hektar v

ə 1500  hektar qış otlaq  sahəsində  və eyni  zamanda  Şəki rayonunun 

inzibati 

ərazisində  5560,1  qış  otlaq  sahəsinin təyinatının  dəyişdirilərək iri özəl 

taxılçılıq təsərrüfatının yaradılması qərara alınmışdır. 

Ölk


ədə iri özəl taxılçılıq təsərrüfatlarının yaradılması ən perspektivli məsələ 

kimi 


ərzaq  bolluğunun  yaradılmasında,  əhalinin  maddi  rifahının 

yaxşılaşdırılmasında  mühüm  rol  oynayacaq,  fermer  və  ailə  təsərrüfatlarının  yeni  

texnologiyalara h

əssaslıqlarının daha da gücləndirilməsində dönüş yaradaraq, xırda 

t

əsərrüfatların kiçik torpaq kooperasiya və assosiasiyalarda birləşməsində mühüm 



amil olacaqdır. 

Son on ild

ə aqrar sahədə məhsul istehsalında ciddi nailiyyətlər əldə edilmiş, 

k

ənd təsərrüfatının  ümumi  məhsulu 2012-ci ildə  2003-cü ilə  nisbətən 3,3 dəfə 



artaraq t

əxminən 4,8 milyard manat təşkil  etmiş,  2011-ci ilə  nisbətən  artım  orta 

hesabla 6 faiz

ə yaxın olmuşdur. 

Nazirl

ər Kabinetinin 2012-ci ilin sosial – iqtisadi inkişafının yekunlarına və 



2013-cü ild

ə qarşıda duran vəzifələrə həsr olunmuş iclasında Ölkə Prezidenti İlham 

Əliyev demişdir: “Ərzaq təhlükəsizliyi məsələlərini uğurla həll etmişik. Kənd 

t

əsərrüfatı məhsullarının təxminən 6 faiz səviyyəsində artırılması, əlbəttə ki,  

görül

ən işlərin nəticəsidir”. 

Aqrar sah

ədə  həyata  keçirilmiş  islahatlar  və  dövlətin göstərdiyi  çoxşahəli 

köm


əkliklər ölkədə  kənd təsərrüfatı  məhsullarının  (xüsusilə  bitkiçilik  ərzaq 

m

əhsulları) istehsalının dinamik inkişafını təmin etmiş, son illərdə kənd təsərrüfatı 



bitkil

ərinin  əkin strukturunda və  məhsul  istehsalının  quruluşunda  əhəmiyyətli 

d

əyişikliklər baş verməsinə səbəb olmuşdur. 



“2008  –  2015-ci ill

ərdə  Azərbaycan  Respublikasında  əhalinin  ərzaq 

m

əhsulları  ilə  etibarlı  təminatına  dair  Dövlət  Proqramı”  və  “Azərbaycan 



Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramı (2009 – 2013-

cü ill


ər)”nın  müddəalarına uyğun  olaraq kənd təsərrüfatı  məhsulları istehsalçıları 

2012-ci ild

ə  məhsul  istehsalının  artırılması  üçün  mühüm  tədbirlər həyata 

keçirm


işlər. 2012-ci ilin məhsulu üçün 1647,1 min hektar sahədə  (çoxillik 

əkmələrsiz)əkin  aparılmışdır.  Onun  1031,4  min  hektarını  və  ya  62,6 faizini 

payızlıq və  yazlıq dənli və dənli  paxlalı bitkilər, 172,9  min  hektarını  və  ya 10,5 

faizini kartof, t

ərəvəz və  bostan bitkiləri,  48,5  min  hektarını  və  ya 2,9 faizini 

texniki (pambıq, tütün, şəkər çuğunduru, dən üçün günəbaxan və s.) bitkilər, 392,7 

min hektarını və ya 23,9 faizini yem bitkiləri təşkil etmişdir. 01 yanvar 2012-ci il 

üçün  torpaq balansı üzrə  1684,3 min hektar əkin yerinin 97,8  faizindən istifadə 

olunmuşdur. 

Eyni zamanda, 2012-ci ild

ə  mövcud 133,5 min hektar meyvə  bağlarının, 

16,3 


min  hektar  çay  plantasiyalarının  becərilməsi həyata  keçirilmişdir.  Meyvə 

bağlarının  108,8  min  hektarı,  üzümlüklərin  12,4  min  hektarı,  çay  sahələrinin isə 

0,54 min hektarı bar verən sahələrin payına düşür. 

Əsas bitkiçilik məhsullarının istehsalında artım əldə edilmiş, vahid sahənin 

m

əhsuldarlığı yüksəlmişdir. 




13 

2012-ci ild

ə  1030.7  min  hektar  taxıl  bitkilərinin məhsulu  yığılmış,  hər 

hektardan 27,2 sentner olmaqla 2802,2 min ton d

ənli və  dənli  paxlalı  bitkilər 

m

əhsulu istehsal edilmişdir. Eyni zamanda, 11,0 min hektar dən üçün günəbaxan 



sah

əsindən 20,0 min ton və ya hər hektardan 18,2 sentner, 29,2 min hektar pambıq 

sah

əsindən 56,9 min ton və ya hər hektardan 19,5 sentner, 66,0 min hektar kartof 



sah

əsindən 968,5 min ton və  ya hər hektardan 146,7 sentner, 76,8 min hektar 

t

ərəvəz sahəsindən örtülü və təkrar əkinlərin məhsulu da daxil olmaqla 1216,2 min 



ton v

ə ya hər hektardan 150,3 sentner, 30,0 min hektar ərzaq üçün bostan bitkiləri 

sah

əsindən 428,0 min ton və ya hər hektardan 142,7 sentner, 1,53 min hektar tütün 



sah

əsindən 4,3 min ton və  ya hər hektardan 27,9 sentner məhsul  yığılmışdır. 

Bundan 

əlavə, meyvə  bağlarından  150,9  min  ton  üzüm,  çay  plantasiyalarından 



567,9 ton yaşıl çay yarpağı istehsal olunmuşdur. 

2011-ci ill

ə müqayisədə 2012-ci ildə 343,8 min ton taxıl, o cümlədən 206,4 

min ton buğda, 1,4 min ton tərəvəz məhsulları, 30,0 min ton kartof, 44,2 min ton 

meyv

ə məhsulları, 13,9 min ton üzüm, 691 ton tütün yarpağı və 33,8 ton yaşıl çay 



yarpağı artıq istehsal edilmişdir. 

Daxili  istehsal  hesabına  adambaşına  orta  hesabla toxum, yem və  təbii itki 

daxil edilm

ədən 146,7 kq ərzaq  buğdası,  76,4  kq  kartof,  167,9  kq  tərəvəz və 

bostan, 82,7 kq meyv

ə  və  giləmeyvə  məhsulları  istehsal  edilmişdir  ki,  bu  da 

Az

ərbaycan  Respublikası  Nazirlər Kabinetinin 2005-ci il 23 iyun tarixli 118 



nömr

əli Qərarı ilə təsdiq olunmuş Azərbaycan Respublikasında minimum istehlak 

s

əbətinin tərkibində  qeyd  olduğundan  buğda  üzrə  18,5 faiz az, kartof, tərəvəz-



bostan v

ə meyvə-giləmeyvələrin hər biri üzrə isə 1,7 dəfə çoxdur. Ərzaq buğdası 

istisna olmaqla, 

əhalinin digər bitkiçilik məhsullarına olan illik istehlak tələbatının 

yerli istehsal hesabına ödənilməsi tam təmin edilmişdir. Əhalinin ərzaq buğdasına 

olan t


ələbatının  tam  ödənilməsində  isə  hələlik  idxaldan  asılılıq  mövcud  olsa  da, 

Az

ərbaycanda taxıl həmişə xalqımızın milli sərvəti sayılmışdır. 



Taxıl  istehsalının  ölkə  üçün sosial-iqtisadi və  strateji  əhəmiyyəti nöqteyi-

n

əzərindən əhalinin çörək və çörək məmulatları  ilə etibarlı təminatının, gündəlik 



istehlak m

əhsullarında əvəzolunmayan əhəmiyyət kəsb etməsi onun vacibliyini bir 

daha ön plana ç

əkir. Taxıl və onun emal məhsulları mənşə etibarı ilə əhalinin həyat 

f

əaliyyətinin əsasını təşkil edir. Taxıl istehsalı bütün dövrlərdə diqqət mərkəzində 



olmuş və dövlətimizin iqtisadi siyasətinin ana xəttini təşkil etmişdir.  

2012-ci ild

ə kənd təsərrüfatı bitkilərinin əkinində toxum və tinglərin əsasən 

yerli sortlarından istifadə edilmiş, mineral gübrələrdən və pestisidlərdən istifadəyə 

diqq

ət artırılmışdır. 



 K

ənd Təsərrüfatı Nazirliyinin tabeliyində 3 Layihə Axtarış Kimyalaşdırma 

Stansiyası və 42 rayon Aqrokimya  laboratoriyası fəaliyyət göstərir. 

Onlar 4534,9 min hektar k

ənd təsərrüfatına  yararlı  torpaq  sahəsinə, o 

cüml


ədən, 1684,3 min hektar əkin sahəsinə  və  147 min hektara qədər çoxillik 

əkmələr sahəsinə  aqrokimyəvi xidmət göstərirlər. 2012-ci ildə 6718 nəfər torpaq  

mülkiyy

ətçisinə məxsus əkin sahələrindən götürülmüş 10416 torpaq nümunəsində 



aqrokimy

əvi analizlər  aparılmaqla  torpaqlarda  qıda  maddələrinin  miqdarı 

öyr

ənilmiş,  onun  əsasında  proqnozlaşdırılan  məhsuldarlığa  görə  gübrə  norması 



hesablanmış və torpaq mülkiyyətçilərinə müvafiq tövsiyyələr verilmişdir. 


Yüklə 7,67 Mb.

Dostları ilə paylaş:
1   ...   31   32   33   34   35   36   37   38   ...   273




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə